| Əbədilik simvolu

 

Azərbaycan xalqının və dövlətinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider, milli dövlətçiliyimizin memarı, qurucusu Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti tariximizdə mühüm yer tutur. Yüksək insani keyfiyyətlərinə, dövləti idarə etmək bacarığına görə Heydər Əliyev nadir tarixi şəxsiyyətlər sırasındadır. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Heydər Əliyev bənzərsiz və müqayisəolunmaz şəxsiyyət idi. Ulu öndər müstəqil dövlətimizin tarixini yaradıb və ən şanlı səhifələri də məhz onun adı ilə bağlıdır. Ümummilli liderimiz demokratiyanın həm ideoloqu, həm təşkilatçısı, həm də icraçısı idi. O, Azərbaycanın nüfuzunu bütün dünyada yetərincə qaldırıb.

Biz bir həqiqəti heç vaxt unutmamalıyıq. Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərliyə gələndə ölkəmiz geridə qalmış bir respublika idi. Ulu öndər rayonlara səfər edir, adamlarla görüşür, onların problemlərini öyrənir, bir sözlə, sosial infrastrukturun geridə qalma səbəblərini araşdırırdı. Dahi şəxsiyyət tikintiquruculuq işlərinə xüsusi əhəmiyyət verirdi. Yaxşı xatırlayıram, o illərdə Azərbaycanın elə bir şəhəri, rayonu, qəsəbəsi, kəndi yox idi ki, orada tikintiquruculuq işləri aparılmasın. Yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış binaları tikilirdi. Heydər Əliyevin xoşbəxtliyi onda idi ki, xalq tərəfindən sevilirdi, fitri istedadı, idarəetmə qabiliyyəti vardı. O, bütün həyatını Azərbaycanın çiçəklənməsinə, qüdrətlənməsinə, insanların firavan yaşamasına həsr etmişdi. Heydər Əliyevi nadir dövlət xadimi kimi uca zirvəyə qaldıran, xalqın ümummilli liderinə çevirən keyfiyyətlərindən birincisi, onun xalqına qırılmaz tellərlə bağlı olması idi. Ulu öndər həmişə Azərbaycanlı olması ilə fəxr edirdi. Ölkəmizin 35 ildə əldə etdiyi tarixi uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan 1969–cu ildən 1982–ci ilədək bir dövrdə Heydər Əliyevin qətiyyəti, yorulmaz fəaliyyəti nəticəsində iqtisadi yüksəliş yoluna çıxdı. Respublikamız quruculuq meydanına çevrildi, kəndlər, şəhərlər öz simasını dəyişdi. Ulu öndər təkcə Azərbaycanın deyil, bütün dünyanın taleyində həlledici təsir göstərən nəhəng siyasətçilər və dövlət xadimləri arasında öz dühası, müdrikliyi ilə xüsusi yer tutmuşdur.

Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır. Dahi şəxsiyyət canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycan bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması və Heydər Əliyev dühasının bəhrəsidir. Biz çox xoşbəxtik ki, qismətimizə onun kimi dahinadir şəxsiyyətlə, qüdrətli lider və dövlət rəhbəri ilə eyni dövrdə yaşamaq səadəti düşmüşdür. Bu gün təkcə xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər, tarixçilər və politoloqlar ümummilli liderimiz Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin həqiqi memarı və yaradıcısı sayır. XX–XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsidir. Heydər Əliyev şəxsiyyətinin və siyasi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi, adının bəşər tarixində əbədi iz qoymuş dövlət xadimləri ilə bir sırada çəkilməsi bizim üçün hədsiz qüruriftixar mənbəyidir. Ulu öndərimizin xalqımızın və dövlətimizin tarixində, taleyində təkrarolunmaz rolu bizə haqq verir ki, onu Azərbaycanın bütün dövrlərdə yetişdirdiyi şəxsiyyətlərin ən ucası adlandıraq.

Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb.

Ümummilli liderimizin bizə ərmağan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da, gələcəkdə də daim öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütun dirəkləridir. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızın elə bir sahə və istiqamətini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin izi, hərarəti duyulmasın. Ulu öndərimizin on doqquz il bundan əvvəl uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xaricidaxili siyasət kursu, milli neft strategiyası bu gün öz bəhrələrini verir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri layihələri Heydər Əliyevin milli neft strategiyasının təntənəsi, Azərbaycanın xoşbəxt gələcəyinin möhkəm bazası və möcüzəli açarıdır.

Ulu öndər Heydər Əliyev həm də zəmanəmizin böyük filosofu və mütəfəkkiri kimi tanınıb. Onun formalaşdırdığı və həyata keçirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, dünya azərbaycanlılarının bir ideya ətrafında birləşməsinə, həmrəylik nümayiş etdirməsinə səbəb olmuşdur. Təsadüfi deyil ki, dünyanın bir çox görkəmli dövlət başçıları və ictimai xadimləri, nüfuzlu politoloqları ümummilli liderimiz barədə yüksək fikirlər söyləmişlər. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl ulu öndərimiz Heydər Əliyevi “Azərbaycan xalqının nicatı üçün bir şans, canını Vətəni və xalqı yolunda sipərə çevirən qeyrətli oğul” —adlandırıb. Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərini çəkmiş görkəmli rəssam Nikos Safronov Heydər Əliyevin 80 illik yubileyi münasibətilə portretini çəkərkən dahi rəhbərimizlə ünsiyyətdə olduqdan sonra bu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı mövcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir.

Azərbaycanın bu günkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Azərbaycan—Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər müdriklik simvolu idi. Dahi və bənzərsiz şəxsiyyət Heydər Əliyevin ideyaları həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir.

Ümmilli liderimiz bu gün aramızda yoxdur. Təsəllimiz odur ki, Heydər Əliyevin zəngin ideyalarının davamçısı olan layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993–cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici daxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət dövlət başçımız tərəfindən qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq yeni məzmun keyfiyyətdə uğurla davam etdirilir.

Biz hamımız Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı və yaradıcısı olan Heydər Əliyev irsinə daim sədaqətliyik, bundan sonra da belə olacağıq. Azərbaycanın dahi oğlunun əməlləri, müqəddəs ideyaları və arzuları həmişə yaşayacaqdır.

 

Şıxməmməd Aslanov,

“Azərenerjitikintiquraşdırma”

SC–nin sədri, MDB–nin

respublikanın

əməkdar mühəndisi.

 

Respublika.- 2012.- 12 dekabr.- S. 8.