Xalqın əbədi sevgisinin parlaq təcəssümü

 

2003– ildən hər il dekabr ayının 12–də ulu öndər Heydər Əliyevin anım günü Fəxri Xiyabana axışan böyük izdıham xalqın müdrik dövlət xadiminə, unudulmaz şəxsiyyətə, əsl el atasına sonsuz ehtiramının bariz nümayişidir. Xalqın öz vətənpərvər liderinə olan sevgisinə bütün dünya canlı şahidlik edir.

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin bütöv bir qərinəsini əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimaisiyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Heydər Əliyev bütün mənalı həyatını Azərbaycana, xalqının milli–mənəvi varlığının qorunmasına, tərəqqisinə, onun firavan həyatının təmin olunmasına, dünya xalqları sırasında layiqli yer tutmasına həsr etmişdir. Müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsində, azərbaycançılıq ideyasının, milli həmrəyliyin, Azərbaycanın inkişaf modelinin formalaşmasında, ölkənin dünyaya inteqrasiyasında Heydər Əliyevin xidmətləri misilsizdir.

Ulu öndərimiz bəşər tarixinə özünəməxsus siyasi dəst–xətti, idarəçilik üslubu və yaradıcılıq əzmi olan böyük şəxsiyyətlərdən biri kimi daxil olmuşdur. Heydər Əliyev epoxası zəngin və çoxəsrlik Azərbaycan tarixində müstəsna yer tutur. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkəsinin hüdudlarını aşır, dünyada gedən qlobal proseslərə öz təsirini göstərirdi. Heydər Əliyev liderlik keyfiyyətləri heyrət doğurmaya bilmir. Sözün əsl mənasında, sadəlik mücəssəməsi, ensiklopedik bilik sahibi, bir sözlə, xarizmatik lider, liderideoloq, liderstrateg, liderpraqmatik və digər keyfiyyətlər–bütün bunlar Heydər Əliyevin simasında cəmləşmişdir.

Buna görədir ki, o, ənənəvi və müasir, novator keyfiyyətlərin ideal sintezinə nail olmuş, bu dəyərlərin varisliyini təmin etmişdir. Xalqın rəğbətinin ən ali məqamına—ümummilli lider səviyyəsinə yüksəlmək məhz bunların sayəsində mümkün olmuşdur. Heydər Əliyevi Azərbaycanın digər liderlərdən fərqləndirən əsas, əhəmiyyətli və nadir üstünlük odur ki, o, düşüncəsində olan nəzəriyyələri reallaşdırmaq qüdrətinə malik siyasi şəxsiyyət və dövlət xadimi, bir sözlə, əfsanələri gerçəkləşdirən ümummilli liderdir. Heydər Əliyev Azərbaycanın yaxın və uzaq tarixini dərindən bildiyindən, beynəlxalq aləmdə tükənməz nüfuz qazandığından, zəngin dövlətçilik təcrübəsinə və fenomen yaddaşa malik olduğundan ayrı–ayrı dövrlərdə tarixi şəraitə uyğun və dövlətçilik baxımından düzgün qərarlar qəbul etmiş, bunları reallaşdıra bilmişdir.

Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassikmüasir mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu qüdrətli şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı da ən böyük azərbaycanlı, ulu öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qərarlaşmış milli dəyərlərinin bərpa edilməsi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdən idi. Milli qüruru yüksəldən, milli şüurumilli ruhu zənginləşdirən özünəqayıdış prosesi Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, diqqəti və təşəbbüskarlığı sayəsində reallığa çevrilmişdir. Onun parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız bütün maneələri dəf edərək öz milli–mənəvi dəyərlərini qoruya bilmişdir. Doğma dilə, sevgisi və qayğısı baxımından Heydər Əliyev nadir şəxsiyyətdir. Mübaliğəsiz demək olar ki, Azərbaycan dilinin yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, praktikada dövlət dilinə, ümumişlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, get–gedə zənginləşərək, nüfuz qazanması və dünyanın ən mötəbər kürsülərindən eşidilməsi ulu öndər Heydər Əliyevin dilimizin inkişafına, cəmiyyətimizdə layiqli yer tutmasına yorulmadan göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, uzaqgörən dil siyasətinin nəticəsidir. Lakin Heydər Əliyev təkcə ana dilinin inkişafına qayğı göstərməklə kifayətlənməmişdir. O, həmişə dilimizin problemlərinə peşəkarlıqla yanaşmış, öz fikir və ideyaları, böyük təşəbbüsləri ilə Azərbaycan dilinin inkişafına təkan vermişdir. Bir sözlə, o, təkcə böyük dövlət xadimidahi siyasətçi kimi yox, həm də əsl dil bilicisi kimi tanınmışdır. Heydər Əliyevin Azərbaycan dilini ifadə imkanlarından istifadə etməsi, natiqlik istedadı onun şifahi nitqinin mükəmməlliyi və üslub xüsusiyyətləri hətta mütəxəssisləri də heyrətləndirirdi.

Heydər Əliyevin geniş və çoxcəhətli fəaliyyətində Azərbaycan ədəbiyyatına, onun nümayəndələrinə, klassik irsə və müasir ədəbi prosesə diqqət və qayğı həmişə öncül mövqedə dayanmışdır. Xalqımızın nadir söz xəzinəsi ilə hələ gənclik illərindən maraqlanan Heydər Əliyev Azərbaycanın lideri olduqdan sonra ədəbiyyatın inkişafı üçün son dərəcə böyük işlər görmüşdür. Onun ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan yalnız əlverişli coğrafisiyasi mövqeyi, zəngin təbii sərvətləri, iqtisadi potensialı ilə deyil, həm də eyni dərəcədə qədim və zəngin ədəbiyyatı ilə, dünya bədii fikrinin tarixində özünəməxsus yer tutan korifeyləri ilə, bəşər mədəniyyətini zənginləşdirən cahanşümul ədəbi abidələri ilə dünya miqyasında tanınmışdır.

Ulu öndərimiz Heydər Əliyev ana dilimizin, əlifbamızın və milli–mənəvi dəyərlərimizin bərpası, inkişafı və müdafiəsi sayəsində də mühüm tədbirlər həyata keçirmişdir. Onun çoxşaxəli fəaliyyəti azərbaycançılıq, türkçülük qayəsi üzərində köklənmişdir. Ulu öndər deyirdi: “Azərbaycana məhəbbət, xalqıma məhəbbət mənim qanımdır, beynimdədir, varlığımdadır. Heç kəs, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz”.

Azərbaycançılıq ideyası ümummilli liderimizin siyasətində aparıcı yer tutur. Məhz onun səyləri və başçılığı ilə Bakıda keçirilən dünya azərbaycanlılarının I qurultayı diasporumuzun təşəkkülündə, əlli milyonluq azərbaycanlıların həmrəylik və birliyinin təmin olunmasında böyük rol oynamışdır.

Adi bir həqiqətdir ki, iqtisadiyyatı zəif olan hər hansı ölkənin güclü diplomatiyası, inkişaf etmiş mədəniyyəti də ola bilməz. Bunu nəzərə alan Heydər Əliyev respublikamızın iqtisadi qüdrətini artırmağı qarşısında əsas məqsəd qoydu. Onun təşəbbüsü ilə Azərbaycan bazar iqtisadiyyatı prinsipi əsasında Qərbə inteqrasiya yolunu tutdu. 1996–cı ildən başlayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf yoluna qədəm qoydu. Azərbaycanda mühüm islahatlar həyata keçirildi. Bütün kiçikorta müəssisələr özəlləşdirildi və bu da öz müsbət nəticəsini verdi.

Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli liderimiz ölkəmizin siyasi, sosialiqtisadi konsepsiyalarını işləyib hazırlayıb, onların dönmədən həyata keçirilməsini təmin edib. Təsadüfi deyil ki, Heydər Əliyevin adı həmişə lider ifadəsi ilə birgə çəkilir.

Ümummilli liderimizin bizlərə ərməğan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da, gələcəkdə də daim öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütun dirəkləridir. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızın elə bir sahə və istiqamətini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin izi, hərarəti duyulmasın. Ulu öndərimizin uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xaricidaxili siyasət kursu, milli neft strategiyası bu gün öz möhtəşəm bəhrələrini verir.

Təməli hələ 1993– ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xaricidaxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq, yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin yürütdüyü siyasət bütün parametrlərinə görə dərin elmi əsaslara, mütərəqqi üsullara söykənir. Heydər Əliyevin yaratdığı müasir Azərbaycanın sürətli və hərtərəfli tərəqqisi bu gün artıq nəinki Qafqaz regionuAvropa üçün, eləcə də dünya üçün böyük əhəmiyyət kəsb edir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev, sözün həqiqi mənasında, böyük insan idi. Həyatının mənasını yalnız xalqına xidmətdə görürdü. Təsəllimiz odur ki, ümummilli liderimizin ideyaları həyatımızda öz real təsdiqini tapır. Azərbaycan son bir neçə ildə iqtisadiyyatın artım tempinə görə dünyada ön mövqelərdədir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı transmilli layihələr artıq reallığa çevrilib. Azərbaycana siyasiiqtisadi dividendlər, külli miqdarda mənfəət gətirib. Amma ölkəmizin uğurlu inkişafı təkcə iqtisadi göstərcilərlə ölçülmür. Biz bu tərəqqini gündəlik həyatımızda, məişətimizdə, abadlaşan şəhər və rayonlarımızın, qüdrətlənən Azərbaycanın timsalında görürqürur hissi duyuruq. İndiyədək əldə etdiyimiz bütün bu möhtəşəm nailiyyətlərin təməlində ümummilli liderimiz, dünya səviyyəli siyasətçi, dövlət xadimi Heydər Əliyevin Azərbaycanın nəinki bugünkü, hətta bir neçə əsr bundan sonrakı inkişafını da təmin etməyə qadir olan siyasi kursu, milli konsepsiyaları dayanır. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüdrətli təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Azərbaycanın çağdaş tarixi şöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir.

Keçən əsrin son onilliklərində həm bütün dünyada, həm də Azərbaycanda baş verən siyasiiqtisadi transformasiyalar fonunda dövlətçilik ənənəsini bərpa etmək və sarsılmazlığını təmin etmək Heydər Əliyevin əzəməti və liderlik missiyasının hələ tam məzmunu deyildir. Yalnız əsrlərin və nəsillərin deyil, siyasi sistemlərin də birbirini əvəzlədiyi belə bir zamanda müstəqil Azərbaycan dövlətini təməlindən yaratmaq üçün fövqəladə və fövqəl səylər gərək idi.

Görkəmli dövlət xadiminin gərgin səyləri sayəsində, bir tərəfdən, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı təsirli tədbirlər görüldü, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasidiplomatik vasitələr işə salındı, 1994– ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Ölkə iflic vəziyyətindən çıxdı, qorxu, vahimə içində çapalayan insanlar asudə nəfəs aldılar. Ümumi ruh yüksəkliyi, xoş, inamlı bir ovqat yarandı.

Heydər Əliyev Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədakarlıqlar göstərmiş, xalqı müdhiş bəlalardan qoruya bilmişdir. O, öz fitri istedadı, iti zəkası, zəngin təcrübəsi və digər nadir keyfiyyətləri hesabına hadisələrin gedişini qabaqcadan görür, böyük əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edirbu zaman əsl vətənpərvər mövqeyində dayanırdı. Bütün ömrünü doğma vətəninin xoşbəxtliyinə həsr edən, Azərbaycana sonsuz məhəbbət bəsləyən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi, xalqın xoşbəxtliyi üçün çırpınırdı.

İllər keçəcək, müstəqil respublikamız daha da inkişaf edəcək. Xalqın, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndərə olan sonsuz sevgisi onu yeniyeni zəfərlərə aparacaqdır.

 

Yusif ƏLƏKBƏROV,

Prantşirkətinin prezidenti,

beynəlxalq mükafatlar laureatı.

 

Respublika.- 2012.- 12 dekabr.- S. 5.