| Müstəqil
Azərbaycan dövlətinin memarı
Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən–nəsillərə keçərək yaşayacaqdır. 1969–cu ildə müttəfiq respublikalardan biri olan Azərbaycanın, daha sonra isə suveren dövlətimizin rəhbərliyinə Heydər Əliyev öz fitri istedadı, bacarığı, əsl liderlərə məxsus keyfiyyətlərinə görə gəlmişdir. Ulu öndərin siyasi hakimiyyətə hər gəlişi Azərbaycanda bütün sahələrdə köklü dəyişikliklər yaratmış, sosial–iqtisadi və mədəni sahələr öz inkişafının yeni mərhələsini yaşamışdır.
Hakimiyyətə birinci gəlişində Azərbaycan inkişafına görə Sovetlər Birliyində yüksək pilləyə qalxdı. Sonra təcrübəli dövlət kadrı kimi Heydər Əliyev keçmiş SSRİ–nin rəhbərlərindən biri oldu. Ulu öndər görkəmli dövlət xadimi kimi tarixi bir inkişaf yolu keçərək dünya siyasətçiləri kitabına qızıl hərflərlə yazıldı.
Hakimiyyətə ikinci gəlişində müstəqil Azərbaycan inkişaf etdi, möhkəmləndi və demokratik, dünyəvi bir dövlətə çevrildi. Bu bir həqiqətdir ki, Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin tarixinə onun qurucusu olaraq düşdüyü kimi, Heydər Əliyev də müasir Azərbaycanın tarixinə onun yaradıcısı olaraq düşmüşdür. Türkiyə Cümhuriyyəti M.K.Atatürkun əsəri olduğu kimi, müasir Azərbaycan dövlətinin müəllifi və memarı da Heydər Əliyevdir.
Əlbəttə, ümummilli lider Heydər Əliyev olmasaydı, bugünkü inkişaf edən Azərbaycan dövləti də olmazdı. Ulu öndər Azərbaycanı və xalqımızı nəinki təhlükədən xilas etdi, həm də bu dövlətin və xalqın tərəqqisinin əsasını qoydu, milli müstəqilliyimizin əbədiyaşarlığını təmin etdi.
Ulu öndər demişdir: “Biz XXI əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövlətini çatdırmaq istəyirik, gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik.
…Biz dünyanın müstəqil dövlətləri, birlikləri ilə bundan sonra da əməkdaşlıq edəcəyik. Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir…
…Bütün azərbaycanlıların
indi dünyada bir vətəni var. O da müstəqil Azərbaycan
Respublikasıdır. Azərbaycan
təkcə coğrafi
anlayış deyil, Azərbaycan müstəqil
dövlətdir, özü
də möhkəm, güclü dövlətdir…
Bizim üçün
tarixi bir amil var: azərbaycançılıq”.
Bəli, Heydər Əliyev Azərbaycan xalqının
həm tarixini yazdı, həm də müstəqil Azərbaycan dövlətinin
təməlinin və
monolit birliyinin əsasını qoydu. Məhz buna
görə də ümummilli lider Heydər Əliyev tək bizim yox, bütün dünyada yaşayan azərbaycanlıların yeganə
lideri olmuşdur.
Ulu öndərin
Azərbaycan xalqına
ikinci bir tarixi töhfəsi var ki, o da
yetişdirdiyi, azərbaycançılığın
tərənnümçüsü, ideyalarının layiqli davamçısı, dövlətimizin
başçısı Prezident
İlham Əliyevdir.
Tarix sübut
etdi ki, Heydər Əliyev möhtəşəm fəaliyyəti
olan böyük şəxsiyyətdir. Belə bir şəxsiyyətlə
şəxsən görüşmək,
əl tutmaq, onun dilindən nəsihətamiz sözlər
eşitmək qismət
payına düşən
adamlar bu anları ömürlük
unuda bilməzlər.
Azərbaycan xalqı tarixə həm də ona görə minnətdardır ki, Heydər Əliyev kimi böyük dühanı bir daha özünə qaytardı. Azərbaycanın tale kitabını mahir bir memar
kimi ulu öndərin özü səhifələdi. Həlli vacib
məsələləri yoluna
qoydu. Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.
Ümummilli lider dövlətçiliyimizi
məhv olmaqdan qorudu, onu dağılmaq
təhlükəsindən xilas
etdi və möhkəmləndirdi.
Azərbaycan dövlətçiliyinin son bir
qərinəlik tarixinin
məntiqə söykənən
təhlili göstərdi
ki, öz vətənimizdə didərgin,
köçkün düşməyimizin
başlıca səbəblərindən
biri 1982–1993–cü illərdə
Azərbaycanda güclü
və qətiyyətli
dövlət başçısının
olmaması idi.
1993–cü ildən sonra
biz şahid olduq ki, Azərbaycan vətəndaş müharibəsindən,
ərazisi parçalanmaqdan,
qanunsuz silahlı dəstələrdən yalnız
möhtərəm Heydər
Əliyevin qətiyyəti
və inamı hesabına xilas olundu.
Xalq yaxşı bilir ki, 15 iyun 1993–cü il tarixinin
Milli Qurtuluş Günü
kimi qeyd edilməsinin köklü əsası var. Əgər
Heydər Əliyev bu tarixdə hakimiyyətə gəlməsəydi,
nə bugünkü müstəqil dövlətimiz,
nə də demokratik inkişafımız
olardı…
1998–ci il növbəti prezident seçkiləri ərəfəsində də
bütün xalq fikirləşirdi ki, ərazisinin 20 faizi işğal altında qalan, bir milyon
nəfərdən artıq
qaçqın və məcburi köçkünü
olan və nəhayət, qarşısında
bütün bu ağır problemlərin həlli zərurəti dayanan ölkəmizin dövlət başçısı
möhkəm siyasi iradəyə malik, mübariz və qətiyyətli şəxsiyyət
olmalıdır. Belə bir
şəxsiyyət isə
yalnız və yalnız Heydər Əliyev idi.
Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft–qaz ixracatçısından birinə çevrilməsidir. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Ulu öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994–cü il sentyabrın 20–də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu və dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar aparılması üçün böyük baza yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi.
Heydər Əliyevin həyata keçirdiyi nəhəng geopolitik layihələr sırasında Bakı–Tbilisi–Ceyhan neft kəməri layihəsi bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geopolitik baxımdan dartışmalar mərkəzi olan Cənubi Qafqazda həyata keçirilməsi yalnız böyük şəxsiyyətin — Heydər Əliyevin uzaqgörənliyi ilə reallaşa bilərdi.
Enerji təhlükəsizliyi bütün dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biridir. Ona görə də Azərbaycanın, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələr var idi. Onların maneələrinə baxmayaraq, Heydər Əliyev BTC neft kəmərinin, sonra isə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin reallaşması üçün böyük siyasət həyata keçirdi. Bu layihələrin reallaşması Heydər Əliyevin uğuru, onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi. Neft strategiyası bu gün də Azərbaycan üçün siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir.
Ulu öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən yeni neft strategiyası bu gün də uğurla davam etdirilir və xalqımızın öz sərvətinə sahib olmasında mühüm rol oynayır. Bu gün BTC və BTƏ Qərblə Şərq arasında körpü rolunu oynayır. Bu layihələr Xəzər regionu ilə Avropa arasında qırılmaz iqtisadi–siyasi tellərdir. Bu gün Azərbaycanın razılığı və iştirakı olmadan yerləşdiyi regionda hansısa bir layihəni uğurla həyata keçirmək mümkün deyil. Bu, ulu öndər Heydər Əliyevin başladığı böyük siyasətin davamı və məntiqi nəticəsidir.
Məhz bu səbəbdən Azərbaycanın regionda yeri daha da möhkəmləndi, beynəlxalq təşkilatlarda nüfuzu artdı. Biz bunu Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarda görə bilərik. Azərbaycanın artan nüfuzunun nəticəsi idi ki, respublikamız bölgənin lider dövlətinə çevrildi.
Ulu öndər xalqın
inandığı, güvəndiyi lider idi. Ona görə də nə
qədər ki Azərbaycan var, Azərbaycan xalqı var,
ümummilli lider daim yaşayacaqdır.
Asif ŞAHMƏRDANOV,
“PHARM GROUP” şirkətinin
icraçı direktoru.
Respublika.- 2012.- 12 dekabr.- S. 4.