| Böyük
öndər daim ürəklərdə
yaşayacaqdır
Azərbaycan bəşəriyyətə
verdiyi tarixi şəxsiyyətləri
ilə daim öyünüb
və fəxr edib. Onların
arasında zəmanəsinin görkəmli lideri,
dünya siyasətçiləri
arasında fərqlənən ümummilli
lider Heydər Əliyevin hər kəsə
nümunə göstərilən həyat yolu
qətiyyət, siyasi iradə nümunəsi
kimi diqqəti çəkir. Tarixi təcrübədən
o da məlumdur ki, ümumbəşəri dəyərləri,
zəngin dünyagörüşü, həyata
baxışı ilə seçilən, dövlətçilik
ənənələrini yaşatmağa və
inkişaf etdirməyə qadir
şəxsiyyətlər olmadan radikal islahatlara və
xalqın taleyində mühüm rol oynayan sosial–iqtisadi
sıçrayışa nail olmaq mümkün deyildir. Məhz böyük
öndər Heydər Əliyev də Azərbaycan tarixinin ən çətin, məsuliyyətli
dövrlərində müstəqilliyinin mövcudluğunu
yaşatmaq kimi
ağır bir yükün
altına girdi. Onun fenomenal şəxsiyyət olduğu
danılmazdır. Ulu öndərin siyasi fəaliyyətinin bütün
mərhələlərində Vətənə, xalqa, torpağa
bağlılıq, qurub–yaratmaq
arzusu ilə yaşamaq,
milli ideallara sadiqlik göz önündədir.
Böyük şəxsiyyət bütün
mənalı və zəngin həyatı boyu
həmişə xalqını, vətənini düşünmüş,
Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün
misilsiz fədakarlıqlar göstərmişdir.
Azərbaycana ilk rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşməsinə baxmayaraq, Heydər Əliyev dühası heç bir çətinlikdən qorxmayaraq xalqımızda tarixi keçmişi, dili, mədəniyyəti, milli adət–ənənələri haqqında əsaslı təsəvvürlər formalaşdırmağa nail olmuşdur. 1969–cu ildən Azərbaycan KP MK–nın birinci katibi kimi yorulmadan çalışaraq ölkəmizi geridə qalmış bir əyalətdən inkişaf etmiş qabaqcıl bir respublikaya çevirmişdir. Keçən əsrin 70–80–ci illəri Azərbaycan üçün hər sahədə intibah dövrü olmuşdur. Həmin illərdə respublikamızın hər yerində saysız–hesabsız zavod, fabrik, emal müəssisələri, məktəb, xəstəxana, yaşayış massivi, idman qurğuları, körpülər tikilmiş, yollar çəkilmişdir. Sovet sisteminin müxtəlif təsirlərinə baxmayaraq, ulu öndər müdrik düşüncəsi ilə Azərbaycanda neft sənayesini inkişaf etdirməklə respublikanın hərtərəfli tərəqqisi üçün güclü zəmin yaratmışdır. Həmin dövrdə bütün sahələr üzrə görünməmiş nailiyyətlər qazanılmış, insanların yaşayış səviyyəsi xeyli yüksəlmişdir. Böyük öndər bu illərdə yüksək ixtisaslı kadrların hazırlanmasına da geniş diqqət yetirmişdir. Bu dövrdə minlərlə istedadlı gənc məhz onun təşəbbüsü və qayğısı ilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində oxuyub kamil mütəxəssis kimi respublikaya qayıtmışdır.
Sovet imperiyasının süqutundan sonra Azərbaycan 1991–ci il oktyabrın 18–də müstəqillik haqqında bəyannamə qəbul etdi. Lakin müstəqilliyimizin ilk illərində ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz, öz şəxsi maraqlarını dövlətin, xalqın mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz–üzə qoymuşdu. Ölkədə xaos, anarxiya və özbaşınalığın geniş vüsət alması, torpaqlarımızın erməni hərbi birləşmələri tərəfindən ardıcıl işğal edilməsi xalqın səbir kasasını doldurmuşdu. Belə çətin durumda xalq üzünü Naxçıvana—xilaskarı ulu öndər Heydər Əliyevə tutdu. Belə bir vaxtda Heydər Əliyev kimi zəngin təcrübə və səriştə sahibi olan görkəmli bir dövlət xadiminin yenidən hakimiyyətə, böyük siyasətə qayıdışı xalqımızın taleyi ilə bağlı olan tarixi hadisə kimi mühüm əhəmiyyət kəsb edir. Hadisəyə keçən əsrin səksəninci illərinin sonu və doxsanıncı illərinin başlanğıcı dövrünün ictimai–siyasi proseslərinin müstəvisindən baxsaq, xalqımızın və ölkəmizin taleyi üçün təcrübəli və səriştəli siyasi liderin nə dərəcədə əhəmiyyətli olduğu qabarıq şəkildə nəzərə çarpar. Dahi şəxsiyyət 1993–cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə dövlətçilik tariximizin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.
Tarixdə şəxsiyyətlərin rolunu daim önə çəkən möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı—Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq… Azərbaycanda bu siyasətin alternativi yoxdur”.
Ümummilli liderin hakimiyyətə qayıdışından sonra uğurlu daxili siyasəti nəticəsində ölkədə yaranmış sabitlik hərtərəfli inkişafı təmin etdi, Azərbaycana diqqət və marağı daha da artırdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994–cü il oktyabr və 1995–ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır.
Müstəqilliyimizin möhkəmləndirilməsində böyük öndərin müəllifi olduğu neft strategiyasının rolu da inkaredilməzdir. Dahi şəxsiyyət bildirirdi ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq olmadan iqtisadi tərəqqiyə təkbaşına nail ola bilməz. 1994–cü il sentyabrın 20–də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan ilk uğurlu neft müqaviləsi imzalandı. Onun gerçəkləşdirilməsi məhz Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Beləliklə, Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi. 2012–ci ilin 9 ayının sosial–iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyev bildirmişdir ki, bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 120 milyard dollara yaxındır ki, bunun da 40 milyard dollardan çoxu neft–qaz sektorunun payına düşür. Bu fakt dünyanın Azərbaycanın investisiya mühitinə etimadının və ölkənin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəm olmasının təsdiqidir.
Ümummilli liderin arzusu, amalı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş, müstəqil, dünya birliyində tanınan, nüfuzlu dövlət kimi görmək idi. Bu gün Azərbaycanın beynəlxalq aləmdə dinamik inkişafa malik olan ölkə kimi tanınması, ölkəmizin iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihələrin həyata keçirilməsinin mümkünsüzlüyü dahi liderin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlu davamının nəticəsidir. Neft strategiyasının əsas tərkib hissəsi olan Bakı–Tbilisi–Ceyhan (BTC) və Bakı–Tbilisi–Ərzurum neft–qaz layihələri Avropanın enerji təhlükəsizliyində ən mühüm nəql kəmərləridir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, 1994–cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq aləmdə yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək o qədər də çətin deyil. Eyni zamanda, “Əsrin müqaviləsi” olmasaydı, BTC və BTƏ neft–qaz kəmərləri, bunlar olmasaydı, “Cənub dəhlizi”ndən söhbət açmaq olmazdı. 2006–cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatmasının məhz 28 May Respublika Gününə təsadüf etməsinin rəmzi mənası olduğunu qeyd edən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, bu faktın özü dövlət müstəqilliyimizin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin böyük rola malik olduğunun təsdiqidir. Azərbaycan müstəqil siyasət yeritdiyini dünyaya nümayiş etdirərək növbəti uğurlara yol açdı.
Təcrübəli dövlət xadiminin milli inkişaf siyasətinin əsasında hüquqi dövlət, demokratik inkişaf və siyasi plüralizmə əsaslanan cəmiyyətin yaradılması dayanırdı. Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi və dövlətimizin həyata keçirdiyi siyasətin prioriteti olan demoktiya daim inkişafda olan bir prosesi kimi özünü təcrübədə təsdiq edib. Bu proses bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Yəni təkmilləşmə təkamül yolu ilə olmalıdır. Azərbaycanın demokratikləşmə strategiyası həmdə ölkəmizin demokratik nailiyyətlərini davamlı surətdə artırdı.
1995–ci il noyabrın 12–də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Respublikamızın daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bərqərar olması, onun əsasında ilk parlament seçkilərinin keçirilməsi və demokratik parlamentin yaradılması, mətbuat və informasiya üzərindən senzuranın ləğvi və s. həm milli inkişafı sürətləndirdi, həm də ölkənin dünyadakı demokratik imicini formalaşdıraraq sivil beynəlxalq ictimaiyyətlə inteqrasiyasını gücləndirdi.
Bir neçə il ərzində hüquqi dövlət quruculuğu istiqamətində reallaşdırılan məqsədyönlü siyasət ölkənin ictimai–siyasi, iqtisadi, mənəvi–ideoloji və sosial həyatını kökündən dəyişdi, vətəndaş cəmiyyəti institutlarının yaradılması və inkişafına təkan verdi, ölkədaxili münasibətləri Avropa standartlarına uyğunlaşdırdı. Bu da 2001–ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri yaratması, dünyanın demokratik təsisatlarına inteqrasiyası və sairlə nəticələndi.
Heydər Əliyevin milli inkişaf siyasətində ədalətli cəmiyyət və sosialyönümlü dövlət, ölkə vətəndaşlarının sosial–iqtisadi və mənəvi tələblərinin dolğun təminatı, sosial rifahının yaxşılaşdırılması mövcud maddi resursların ölkə daxilində insan potensialının inkişafına yönəldilməsi vəzifəsi mühüm yer tuturdu.
Ümummilli liderin Azərbaycan xalqının dövl
ətçilik ənənələrinə söykənərək 1993–cü ildə müəyyənləşdirdiyi və əsasını qoyduğu demokratik və hüquqi dövlət idarəçiliyi forması 1995–ci ildə qəbul olunmuş yeni Konstitusiyaya daxil edilmiş və ulu öndərin özü tərəfindən də həyata keçirilmişdir. Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının prezidenti vəzifəsində fəaliyyət göstərdiyi, tarixi mahiyyət daşıyan 10 illik mərhələ ölkəmizdə müstəqil dövlətçiliyin yaradılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrüdür. Bu çətin, mürəkkəb, məsuliyyətli dövrdə müstəqil Azərbaycan dövlətinin böyük qurucusu olmuş Heydər Əliyev özünün adı və yorulmaz mübarizəsi ilə bağlı olan yeni tarixi bir epoxa yaratmışdır.
2003–cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev böyük öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və 1993–2003–cü illərdə həyata keçirdiyi milli inkişaf konsepsiyasının heç bir alternativi olmadığını, bu strateji inkişaf kursunun bundan sonra da dönmədən davam etdiriləcəyini birmənalı şəkildə bəyan etmişdir.
Bu gün Azərbaycanda ölkə
başçısının rəhbərliyi ilə sosial–iqtisadi sahədə
qazanılan böyük nailiyyətlər,
neft amilinin insan kapitalına çevrilməsi respublikamızın
dünya birliyinə sürətli
inteqrasiyası, BMT–nin qeyri–daimi üzvü
seçilməsi əbədiyaşar Heydər Əliyev siyasətinin
davamının məntiqi nəticəsi, Heydər
Əliyev ideyalarının təntənəsinin bəhrəsidir.
Rasim NƏbiyev,
Azərbaycan İctimai–siyasi Universitetinin
rektoru,
iqtisad elmləri doktoru,
professor.
Respublika.- 2012.- 12 dekabr.- S. 3.