| Dövlətimizin
xilaskarı
Heydər
Əliyev Azərbaycana rəhbərliyinin bütün
dövrlərində öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub–yaratmaq amalı ilə
yaşamışdır. Özünün
zəngin və mənalı həyatı boyu
daim xalqını, doğma
Azərbaycanı düşünmüş,
onu üzləşdiyi, düçar olduğu fəlakətlərdən
xilas etmək üçün
böyük fədakarlıq göstərmişdir.
Bu gün müstəqil
dövlətimizin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü
üçün ulu
öndərimiz Heydər Əliyevə borcluyuq.
Heydər Əliyev xalqımıza siyasi və
iqtisadi cəhətdən möhkəm təməl
üzərində qurulmuş müstəqil
Azərbaycan dövlətini qoydu.
Əminliklə demək olar ki, bu gün Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin əsası məhz 70–80–ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir. Bu potensial müstəqillik illərində də möhkəmlənmiş, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına güclü təkan vermişdir.
1993–cü ilin kəşməkəşli iyun günlərində xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev Azərbaycanda hökm sürən xaosun, özbaşınalığın, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, respublikamızda sabitlik yarandı. Ölkədə vətəndaş qarşıdurmasına son qoyuldu. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu. Respublikamızın müstəqilliyi nəinki qorunub saxlanıldı, onu dönməz və əbədi etdi.
Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Biz bu gün böyük iftixar, qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Heydər Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa–olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.
Ölkəmizin hər yerində, bütün sahələrdə ümummilli liderimizin quruculuq fəaliyyətinin silinməz izləri var. Azərbaycanda qısa bir zaman kəsiyində hökm sürən iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikamızın davamlı inkişafı istiqamətində böyük islahatlara başladı və uğurla həyata keçirdi. 1994–cü ilin sentyabrında dünyanın aparıcı ölkələrinin böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu.
Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995–ci il noyabr ayının 12–də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun daha sürətlə inkişafına təkan verdi. 1993–cü ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998–ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan Şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltmiş, 2001–ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurasına bərabərhüquqlu üzv seçilmişdir. Bu beynəlxalq təşkilatla səmərəli əməkdaşlıq ölkəmizin milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi təkan vermişdir.
Nəhəng dövlətçilik təcrübəsi, fitri idarəçilik qabiliyyəti ilə səciyyələnən Heydər Əliyevin siyasi fəaliyyəti bu dahi şəxsiyyətin dünya şöhrətli siyasi xadim kimi tanınmasına xidmət etmişdir. O, nəinki Azərbaycan xalqının sevimlisi olmuş, eyni zamanda dünyanın tanınmış dövlət xadimlərinin, məşhur siyasətçilərinin də böyük hörmət və məhəbbətini qazanmışdır. Dünyanın tanınmış ictimai–siyasi xadimlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən böyük ehtiramın ifadəsidir. Dövlətçiliyimiz tarixində xüsusi yeri olan ümummilli liderimizin fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox–çox kənara çıxır. Görkəmli siyasi xadimlər Heydər Əliyevi yalnız Azərbaycanın deyil, bəşəri miqyaslı lider, hələ öz sağlığında ikən zəmanəsinin canlı əfsanəsi adlandırılblar.
Digər ölkələrin dövlət başçıları Heydər Əliyevi dahi şəxsiyyət və siyasətçi, böyük dövlət xadimi kimi qiymətləndirmişlər. İndi hamı tərəfindən etiraf edilir ki, Heydər Əliyev dünya siyasətinə təsir etməyə qadir və dünyanın ən aktual çağırışlarına cavab verən, tarixi perspektivləri qabaqcadan görən, ən mürəkkəb vəziyyətlərdə yeganə düzgün qərarlar qəbul etməyi bacaran çox nadir şəxsiyyət olub. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, “Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir”.
Azərbaycanın müstəqilliyinin ilk illərində böyük çətinliklərlə üzləşən ölkənin nəqliyyat sektoru da dərin böhran və tənəzzül içərisində çabalayırdı. 1993–cü ilə qədər ölkəmizə rəhbərlik edən o zamankı səriştəsiz iqtidar bu mühüm sahənin inkişafı üçün heç bir əməli iş görməmişlər. Ulu öndərin hakimiyyəti dövründə bütün sahələrdə olduğu kimi, dəniz yolu nəqliyyatında da inkişaf dövrü başladı. Uzaqgörən dövlət xadimi Heydər Əliyev bilirdi ki, nəqliyyat sistemi iqtisadi inkişaf üçün olduqca vacibdir. Məhz buna görə də nəqliyyatın bütün sahələrinə diqqət və qayğı göstərirdi. Nəqliyyat sahəsinə bu qayğı hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, bu barədə demişdir: “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik…
Azərbaycan Şərq–Qərb və Şimal–Cənub
nəqliyyat dəhlizləri layihələrinin həyata
keçirilməsində fəal rol
oynayır. Hesab edirəm ki,
gələcəkdə tranzit ölkə kimi bölgədəki və dünyadakı
mövqelərimiz daha da
möhkəmlənəcəkdir. Beləliklə, indi Azərbaycanda bütün
sferaların, o cümlədən də nəqliyyatın
inkişafı üçün münbit şərait var”.
İntizam KƏRİMOV,
ADY QSC Bakı yük stansiyasının rəisi.
Respublika.- 2012.- 13 dekabr.- S. 7.