| Tarixdə parlaq səhifə açan şəxsiyyət

 

Tarixdə elə dühalar yetişib ki, nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca əhəmiyyətli missiyanı həyata keçirmək səadəti onlara nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin böyük bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünya birliyinə inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin təbirincə desək, “Heydər Əliyev Azərbaycanı israrlademokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. Biz, indiki nəsil bunun canlı şahidləri, ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilməsinə başlanmış böyük quruculuq işlərinin fəal iştirakçısıyıq.

 

Hələ 1969–cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi milli tariximizdə əsaslı dönüş mərhələsi olmuşdur. İlk günlərdən də xalqın sabahını düşünən Heydər Əliyev zamanı qabaqlayaraq Azərbaycanın gələcək inkişafı və müstəqilliyi üçün mühüm zəminlər yaratmışdır. Məhz elə həmin dövrdən etibarən xalqımızın milli mənlik şüuru yüksəlmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün bir sıra mühüm sosialiqtisadi islahatlar həyata keçirilmiş, nəticədə Azərbaycan keçmiş Sovetlər Birliyinin ən qabaqcıl respublikaları sırasına daxil olmuşdur.

Əsas məqsədi müstəqillik ideyaları olan dahi rəhbər Heydər Əliyev totalitar rejimin sərt təzyiqlərinə baxmayaraq, ən böyük problemləri belə məharətlə həll edərək ölkəmizin gələcək siyasiiqtisadi müstəqilliyi üçün münbit şərait yaratmağa müvəffəq olmuşdur. Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri özünəməxsus intuisiya ilə görüb hiss edən ümummilli liderimiz ölkəmizin strateji maraqları naminə mühüm addımları atmışdır.

Hələ o vaxtlardan biz öz ümummilli liderimizin beynəlxalq aləmdəki, dünya siyasətindəki ad–sanı, şan–şöhrəti ilə fəxr edirdik. Heç təsadüfi deyil ki, həmin dövrün tanınmış siyasətçiləri, bir sıra təhlilçilər və politoloqlar Sovetlər İttifaqı tənəzzülə uğradıqda onu süqutdan qurtara biləcək dövlət xadimi kimi yalnız Heydər Əliyevin adını çəkirdilər. Əlbəttə, imperiya təfəkkürlü siyasi dairələr öz intellektual səviyyəsi və parlaq liderlik istedadı ilə fərqlənən azərbaycanlıya belə bir imkan vermədilər. Ancaq Uca Tanrı Heydər Əliyevi onu yetirmiş doğma xalqına ərməğan etdi.

İttifaqın süqutundan sonra mütəffiq respublikalar müstəqilliklərini elan etdilər. Suverenliyini bərpa etmiş Azərbaycanda xaos, özbaşınalıq kulminasiya həddinə çatdığı bir zamanda respublikamızı parçalanmaqdan, milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qurtarmaq üçün Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı bütün xalqımızın arzusu idi. Milyonlarla insan bu arzu–istəklə ayağa qalxdı və tezliklə ümummilli hərəkat başladı. Vətənin dar günündə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərliyini öz üzərinə götürən Heydər Əliyev tarixi xilaskarlıq missiyasını yerinə yetirdi. Böyük öndərin yenidən hakimiyyətə gəlməsi Azərbaycanın çoxminillik tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycanın müstəqilliyinə düşmən kəsilmiş xəyanətkarlar bir neçə dəfə dövlət çevrilişinə cəhdlər edərək ölkədə hakimiyyəti dəyişmək, öz cinayətkar, xalqın mənafelərinə zidd niyyətlərini həyata keçirmək istəsələr də, buna nail ola bilmədilər. Heydər Əliyevə olan tükənməz xalq məhəbbəti və inamı qarşısında məğlubiyyətə düçar oldular. Həmin çevriliş cəhdləri zamanı ulu öndərimiz təkcə siyasi iradə, müdriklik və uzaqgörənlik deyil, həm də şəxsi qəhrəmanlıq, hünər və cəsarət nümunəsi göstərdi. Həyatı hər an təhlükə altında olsa da, o, özü meydana çıxaraq xalqı xəyanətkarlara qarşı kəskin mübarizəyə qaldırdı, müstəqil dövlətçiliyimizin möhkəm əllərdə olduğunu nümayiş etdirdi.

Beləliklə, milli tariximizin Heydər Əliyev dövrü özünün daha şərəfli mərhələsinə daxil oldu. Ümummilli liderimizin siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və uzaqgörənliyi sayəsində ölkəmiz ən böyük çətinlikləri, milli dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək bütün problemləri aradan qaldırdı. Ulu öndərin şərəfli xilaskarlıq missiyası nəticəsində məhv olmaq təhlükəsindən qurtulan Azərbaycan gələcəyə inamla addımlayan qüdrətli dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə hökm sürən hərc–mərclik, vətəndaş müharibəsinin qarşısı alındı, ictimaisiyasi sabitlik hökm sürdü. Ölkənin xarici siyasəti milli maraqlara uyğunlaşdırıldı, yeni neft strategiyası müəyyən edilib uğurla həyata keçirildi.

Müdrik rəhbərimizin başçılıq etdiyi Azərbaycan regionda sülh və əmin–amanlığın qorunması uğrunda mübarizə aparan dövlətə çevrildi. Azərbaycanda bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazanmasına səbəb oldu. Tale ona fenomenal qabiliyyət bəxş etmişdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatlar, layihə və proqramlar xalqın gələcəyinə hesablanmışdır və zaman göstərdi ki, bunlar əfsanə yox, bir həqiqətdir.

Bu gün biz cəsarətlə xalqımızın tarixində ulu öndərin rəhbərliyi dövrünü Heydər Əliyev əsri adlandıra bilərik, çünki bu dövr nadir zəka sahibinin ölkəmizə rəhbərlik etdiyi illərdir. Heydər Əliyevin əsəri olan müasir Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter almış, həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmiş, dövlətimiz dünya birliyinin tərkib hissəsinə çevrilmiş, böyük beynəlxalq nüfuz qazanmışdır. Azərbaycanın ən böyük milli sərvəti Heydər Əliyev dühasıdır, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsidir.

Ən sevindirici hal odur ki, indi ulu öndərimizin ölməz ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının iradəsi ilə Prezident seçilmiş cənab İlham Əliyevin milli maraqlarımızın qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında nümayiş etdirdiyi qətiyyət və prinsipial mövqe, o cümlədən dövlət başçısının hər bir vətəndaşın hüquqlarına hörmətlə yanaşmanın, insanlara qayğı göstərilməsinin bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi görməsi Heydər Əliyev siyasi kursunun bu gün də layiqincə davam etdirildiyinə əsaslı sübutdur.

Son illərdə Azərbaycanın sürətli sosialiqtisadi inkişafının nəticələri göz qabağındadır. Dinamik tərəqqi edən, iqtisadi cəhətdən daha da güclənən ölkəmizdə yoxsulluq həddi minimuma endirilmişdir. Bütün bunlar dövlət başçısı tərəfindən yürüdülən uğurlu, düzgün siyasətin hesabına mümkün olmuşdur.

Əhalinin məşğulluğunun təmin olunması, işsizlik probleminin həllində də məqsədyönlü tədbirlər görülür. Getdikcə daha geniş vüsət alan quruculuq–abadlıq işləri bu problemlərin həllinə də güclü stimul verir. Bu proses bütün ölkəmizi əhatə edib. İndi bölgələrimizdə də ən müasir infrastruktur qurulur, diaqnostika mərkəzləri, məktəblər, idman kompleksləri tikilib istifadəyə verilir.

Əsası ulu öndərimiz tərəfindən qoyulan inkişaf möhtərəm Prezidentimizin rəhbərliyi ilə uğurla davam etdirilir. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, hər bir ölkədə aztəminatlı ailələrə, o cümlədən əlillərin məişət problemlərinin həllinə vəsait ayrılır. Onlar maddi yardımlarla yanaşı, pulsuz mənzillərlə, maşınlarla təmin olunurlar. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən işləri minnətdarlıqla qeyd etmək lazımdır. Yeniləşən məktəblər layihəsi, əlillərin reabilitasiyası ilə bağlı tədbirlər, internatların, uşaq evlərinin təmir olunması, əlillərə yaradılan imkanlar onun əvəzsiz xidmətlərindəndir. Fondun gözdən əlillərlə bağlı xüsusi layihələri də uğurla reallaşdırılmaqdadır. İKT–yə gözdən əlillərin qoşulması layihəsi bu gündavam edir.

Ölkəmiz getdikcə güclənir, regionun ən inkişaf etmiş dövləti kimi beynəlxalq münasibətlər sistemində öz layiqlinüfuzlu yerini daha da möhkəmləndirir. Bu vüsətli və davamlı yüksəliş xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və gerçəkləşdirdiyi dövlət quruculuğu xəttinin ardıcılıqla və uğurla davam etdirilməsinin nəticəsidir.

Möhtərəm Prezident cənab İlham Əllyevin bəyan etdiyi kimi, “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Bu gün Heydər Əliyev siyasəti yaşayır. Onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir”.

Möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərin bərqərar olduğu, dünya birliyinin nüfuzlu üzvü olan və Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilən müasir Azərbaycan məhz ulu öndər Heydər Əliyevin əsəridir. Onun Azərbaycana rəhbərlik etdiyi 34 il xalqımızın dövlətçilik tarixinə milli inkişafın, milli özünüdərkin və özünüifadənin ən parlaq dövrü kimi yazılmışdır. Tarixçilər və politoloqların belə bir qənaəti doğrudur ki, məhz Heydər Əliyevin gərgin və misilsiz fəaliyyəti sayəsində 1970–1985–ci illərdə baş verən dəyişikliklərin miqyasına, ictimaisiyasi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsinin, sözün həqiqi mənasında, ən parlaq səhifələridir. Azərbaycanın indiki siyasiiqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası elə həmin illərdə Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır.

Nadir tarixi şəxsiyyət kimi hələ sağlığında millətimizin tarixində və qəlbində özünə əbədi heykəl ucaltmış Heydər Əliyevin şərəfli həyatı və xalqa xidmətə həsr olunmuş çoxşaxəli fəaliyyəti hər birimiz üçün örnək, nurluunudulmaz xatirəsi hamımız üçün əzizdir.

Ümummilli liderimizin başladığı işləri möhtərəm Prezidentimiz uğurla davam etdirir, onun məqsəd və amallarını gerçəkləşdirir. Ölkəmizin rəhbərinin bu gün dünya miqyasında qazandığı böyük nüfuz, nəhəng dövlətlərin başçıları ilə bərabərhüquqlu tərəfdaş kimi danışıqlar aparması onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və Heydər Əliyev yolu xalqımızı yeniyeni uğurlara, zəfərlərə aparır.

 

Səmiyar ABDULLAYEV,

Respublika Gözdən Əlillər Cəmiyyətinin prezidenti.

 

Respublika.- 2012.- 13 dekabr.- S. 4.