| Təhsilimizin himayədarı

 

Böyük şəxsiyyətlər həmişə öz taleyini deyil, xalqının, vətəninin gələcəyini düşünürlər. Dünya siyasətində nəhəng simalardan olan Heydər Əliyev də öz xalqını düşünən, ürəkdən sevən, bu yolda hər an canından keçməyə hazır olan lider idi. Heydər Əliyev Azərbaycan xalqının şəriksiz rəhbəri olmaqla bərabər, həm də Allah–təalanın bizə bəxş etdiyi nadir siyasi və dövlət xadimi idi. O, bütün varlığı ilə doğma xalqına və vətəninə bağlı olmuşdur. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev tarixin onun üzərinə qoyduğu çətin və ağır, olduqca şərəfli, məsuliyyətli missiyanı uğurla yerinə yetirmişdir. Ölkəmizin ötən əsrdəki tarixinin 30 ildən artıq bir dövrü Heydər Əliyevin adı, çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Hər kəsə məlumdur ki, bu böyük siyasi xadim bir–birinə ziddictimai quruluşlarda ölkəmizə rəhbərlik etmişdir. Heydər Əliyev hər iki quruluşda həmişə xalqına sədaqətlə xidmət etmiş, Azərbaycanın istiqlalı uğrunda fəal mübarizə aparmış, xalqının xoş günlərə çıxması üçün bütün qüvvə və bacarığını əsirgəməmişdir. Sevindirici haldır ki, ulu öndərin adı nadir şəxsiyyət kimi dünyanın ən tanınmış, məşhur, tarixi simaları arasında hörmətlə çəkilir.

Ötən əsrin son illərində hakimiyyətdə olan üzdəniraq rəhbərlər ziyalılara, xüsusən müəllimlərə biganə münasibət bəsləyirdilər. Yalnız ümummilli lider Heydər Əliyev cəmiyyətin aparıcı qüvvəsi olan ziyalıları yüksək qiymətləndirib, onları xalqını, dövlətini sevən insanlar kimi dəyərləndirmişdir. Ulu öndərimiz Azərbaycanın ən çətin, ağır məqamlarında ziyalılarımızla məsləhətləşmələr aparıb onları diqqətlə dinləyib, təkliflərinə, tövsiyələrinə hörmətlə yanaşıb. Fəaliyyətində həmişə ziyalılara arxalanıb onların gücünə, köməyinə, biliyinə inanıb. Xalqımızın böyük oğlunun uzaqgörən siyasəti nəticəsində yüzlərlə ziyalımız mühacir həyatından azad olaraq yenidən doğma vətənə qayıtmışdır. Heydər Əliyev görkəmli dövlət xadimi olmaqla bərabər həm də əsl ziyalı idi. Ulu öndərin onlara münasibəti, qayğısı hansı vəzifədə çalışmasından asılı olmayaraq hər birimizə bir örnək, böyük bir məktəbdir.

Azərbaycanı bir dövlət kimi tarix səhnəsindən silmək istəyən qüvvələrin məkrli niyyətlərini puça çıxaran Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələrək qurtuluş missiyasını yerinə yetirdi. Bu missiya həyatın bütün sahələrində atılan qətiyyətli, pozitiv addımlarla müşayiət olunmağa başladı. Ulu öndər hazırkı davamlı sosialiqtisadi, hüquqidemokratik inkişafın təməlini qoydu. Heydər Əliyev azərbaycançılığı milli ideologiya, milli–mənəvi dəyərlərin qorunmasını ali prinsip kimi elan etdi.

Heydər Əliyev həm ən böyük azərbaycanlı, həm Azərbaycan Respublikasının Prezidenti, həm də dünyanın nəhəng siyasi və dövlət xadimi idi. O, bütün varlığı ilə Azərbaycana bağlı və ən böyük azərbaycanlı idi. Ulu öndərin bu qiymətli ifadələri hər birimizin həyatımızın mənası və məramı olmalıdır: “Heç vaxt fikirləşməyin ki, vətən sizə nə verib. Həmişə öz–özünüzdən soruşun ki, siz vətən üçünetmisiniz?” Millətini, xalqını sevən Heydər Əliyev bütün ömrü boyu belə bir məfkurə ilə yaşadı, azad, müstəqil, qüdrətli, demokratik Azərbaycan dövlətini qurdu, bizə ərməğan etdi.

Ümummilli lider Heydər Əliyev respublikaya birinciikinci rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanmaqla fundamental dövlətçilik ənənələri formalaşdırmış, müstəqillik, azadlıq məfhumlarını milli ideallara çevirmişdir. O, siyasi fəaliyyətinin bütün dövrlərində xalqa böyük məhəbbət hissi bəsləmiş, qurubyaratmaq amalı ilə yaşamış, milli–mənəvi dəyərlərin qorunmasına çalışmışdır. Heydər Əliyev dövlət başçısı kimi mühüm qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirməklə xalqının qəlbində gələcəyə, sabaha inam hissi yaratmağa nail olmuşdur.

Hələ ötən əsrin 70–80–ci illərində ulu öndər respublikamızın siyasi, iqtisadihüquqi inkişafı üçün müvafiq zəmin yaratmışdır. Respublikamızda aparılan quruculuq, tikinti–abadlıq işləri sayəsində Azərbaycan qısa zamanda aqrar ölkədən iri sənaye respublikasına çevrilmişdir. Bu tərəqqi Heydər Əliyevin fədakar, gərgin əməyi nəticəsində mümkün olmuşdur.

Ölkəmizin bütün sahələrində olduğu kimi təhsil və elm sahəsində də davamlı inkişafın təməlini Heydər Əliyev qoymuşdur. Bu gün hər bir təhsil işçisi ulu öndərin misilsiz xidmətlərini qeyd edir, bu dahi şəxsiyyəti gənc nəslə böyük ehtiram və məhəbbətlə təqdim edirlər. Bu sahədəki islahatlar yüksəlişi ulu öndərimizin vətəni və xalqı qarşısında misilsiz, əvəzsiz xidmətlərindəndir. Ulu öndərimiz xalqımızın təkcə bu gününü deyil, həm də gələcəyini düşünərək təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Müstəqilliyimizin ilk illərində təhsili dünya standartları səviyyəsinə yüksəltmək, milli–mənəvi dəyərlərin qorunmasına dövlət səviyyəsində qayğı ümummilli liderimizin yürütdüyü siyasətin prioritet istiqamətlərini təşkil edib. Ölkəmizdə təhsil islahatı proqramının hazırlanması və uğurla yerinə yetirilməsi Heydər Əliyev siyasətinin parlaq nümunəsidir.

Ulu öndər hakimiyyətdə olduğu bütün dövr ərzində ölkədə elm və təhsilin inkişafına qayğını həmişə ön plana çəkmiş və bu istiqamətdə mühüm işlər görmüşdür. Ümummilli lider təkcə təhsil sahəsinə deyil, ölkə həyatının bütün sahələrinə xüsusi diqqət yetirirdi.

İnsanların həyatına yaxından bələd olması və onların rifah halının yüksəlişinə çalışması ilə onların qəlbində əbədi məskən saldı. Heydər Əliyev fenomen şəxsiyyətdir və onun çoxşaxəli fəaliyyəti, irsi daim öyrənilməli, təbliğ olunmalıdır.

Ümummilli liderimizin rəhbərliyi dövründə məqsədyönlü proqramlar çərçivəsində elmin və təhsil sisteminin beynəlxalq standartlar nəzərə alınmaqla yenidən qurulması üçün intensiv işlər görülmüşdürbu gün də həmin proses uğurla davam edir. İqtisadiyyatın günü–gündən inkişafı, ictimaisiyasi sabitliyin davamlı xarakter alması təhsilimizin və elmimizin dünya standartları səviyyəsinə qalxması üçün daha uğurlu islahatlar aparmağa möhkəm zəmin yaratmışdır.

Ulu öndərin müdrik rəhbərliyi və uzaqgörənliyi ilə ali təhsil müəssisələrinin geniş şəbəkəsi yaradılmış, yeni ali təhsil müəssisələri açılmış, bir çox ali məktəblərin elmi tədris statusu artırılmışdır. Bundan başqa, xarici ölkələrin tanınmış ali məktəblərində təhsil alan gənclərin sayı dəfələrlə artmış, nüfuzlu özəl ali məktəblərimiz formalaşmışdır. Bu bir tarixi reallıqdır ki, Azərbaycanın milli kadr potensialının, ölkənin intellektual səviyyəsinin yüksəlişində Heydər Əliyevin əvəzsiz xidmətləri vardır.

Ulu öndərin ideyaları bu gün də yaşayır. Dahi şəxsiyyətin siyasi kursunu davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkə həyatının bütün sahələrinə xüsusi diqqət yetirdiyi kimi təhsilə də daim qayğı göstərir.

Dövlət başçımızın rəhbərliyi altında təhsil sahəsində aparılan islahatlaricra olunan layihələr ilbəil öz bəhrəsini verməkdədir. Ölkəmizin iqtisadi yüksəlişi yeni məktəblərin tikilməsinə, mövcud olanların yenidən təmir olunmasına, onların maddi tədris bazasının möhkəmləndirilməsinə imkan yaradır. Biz cari ildə bu qayğının şahidi olduq.

Məktəbimiz öz ömrünü çoxdan başa vurmuşdur. Tədrisin keyfiyyətini yüksəltmək üçün məktəbimizdə heç bir lazımi şərait yox idi. Sinif otaqları çox darısqal, yöndəmsiz idi. İndi həmin köhnə məktəbdən əsər–əlamət belə qalmayıb. Onun yerində müasir tipli, yaraşıqlı bir bina ucalır. Burada şagirdlərin elmlərin sirlərinə mükəmməl yiyələnmələri üçün hər cür şərait yaradılıb. Bizə göstərilən bu diqqət və qayğıya görə dövlət başçımıza minnətdarıq. Biz yaxşı bilirik ki, ümummilli lider Heydər Əliyevin ideyaları dönmədən həyata keçirilirbu kurs dövlətimizə, xalqımıza böyük uğurlar gətirir, gələcəyə inamımızı daha da artırır.

 

Roza MƏmmƏdova,

Xırdalan şəhər 5 saylı tam orta

məktəbin direktoru.

 

Respublika.- 2012.- 14 dekabr.- S. 3.