Ömrünü xalqına həsr etmiş böyük rəhbər

 

Ulu öndərimiz Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına və vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. O, böyük qürur hissi və fəxrlə deyib: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımızın bugünü və sabahı ilə yaşamışam… Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, prezident kimi mənim həyat amalım yalnız sizə—bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

Ümummilli liderimiz Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Bu qarşılıqlı məhəbbət dünya şöhrətli siyasi xadimi ikinci dəfə öz ana vətəni Azərbaycana ölkə rəhbərliyinə qaytarmışdır. 1993– ilin ağır, ziddiyyətli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev dövləti başının üstünü almış bəlalardan, çətinliklərdən qorudu. O vaxtkı ölkə rəhbərlərinin səriştəsizliyi respublikamızda xaosun, özbaşınalığın, hakimiyyətsizliyin, anarxiyanın tüğyan etməsinə səbəb olmuşdu. Ölkəmiz vətəndaş qarşıdurmasına sürüklənirdi. Belə bir ağır, çıxılmaz vəziyyətdə Heydər Əliyev ölkədə sabitlik yaratdı. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, respublikamızı parçalanmaq təhlükəsindən xilas etdi, dövlət çevrilişlərinin qarşısı birdəfəlik alındı. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun, demokratik təsisatların yaranmasının təməli qoyuldu.

Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün, hər şeydən öncə, insan hüquq və azadlıqlarının təminatı məsələlərinə xüsusi diqqət yetirmişdir. Ulu öndər özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyinin və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994– ildə “Əsrin müqaviləsi”nin reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin sürətli inkişafına güclü təkan verdi. Onun uzaqgörənliklə həyata keçirdiyi neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını mənimsəyən, yeni iqtisadi modeli formalaşdıran, AvropaAsiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində, Xəzəryanı və Qafqaz regionunda çox mühüm rol oynayan bir dövlətə, dünyanın böyük neftqaz mərkəzlərindən birinə çevrilmişdir. 1999–cu ildə ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşasına dair bağlanmış saziş Azərbaycanın iqtisadi inkişafında müstəsna əhəmiyyətə malik olmuşdur.

Heydər Əliyevin dövlət quruculuğundakı mühüm xidmətlərindən biridemokratikhüquqi islahatların ardıcıl olaraq həyata keçirilməsidir. Ulu öndərin rəhbərliyi altında hazırlanan, dünyada mövcud olan ən mütərəqqi hüquq normalarını özündə əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995–ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunması respublikamızın inkişaf prioritetlərini müəyyənləşdirmiş, iqtisadi, siyasihüquqi islahatların bazisinə çevrilmişdir.

Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini ali məqsəd kimi önə çəkilmişdir.

Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə–hüquq islahatları uğurla davam etdirilmişdir. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ölüm cəzasının, mətbuat üzərində senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması da demokratik inkişaf yolunda qazanılmış ən mühüm nailiyyətlərdəndir.

Heydər Əliyevin bənzərsiz liderliyinin səciyyəvi xüsusiyyətləri yalnız onun hakimiyyət sükanını məharətlə idarə etməsi deyil, həm də dünyadakı proseslərə təsir etmək iqtidarında olması idi. Dünyanın məşhur ictimaisiyasi xadimlərinin, dövlət adamlarının Heydər Əliyev dühası haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlət rəhbərliyi məharətinə verilən yüksək qiymətin, göstərilən böyük ehtiramın ifadəsidir. Müstəqil dövlətçiliyimiz tarixində xüsusi və önəmli yeri olan ulu öndərin siyasiictimai fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti baxımından respublikamızın hüdudlarından çox kənara çıxır. Görkəmli dövlət adamları, siyasətçilər Heydər Əliyevi bəşəri miqyaslı lider, zəmanəsinin canlı əfsanəsi adlandırmışlar. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan onun türk dünyasının lideri olduğunu vurğulayıb: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə–Azərbaycan dostluğunu gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi ona məxsusdur”. ABŞ–ın keçmiş prezidenti Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ən əsas şəxsiyyət olmuşdur”, Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer isə: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”, – deyib.

Ulu öndərin ölkəyə rəhbərliyinin bütün dövrlərində rabitə sahəsinin də inkişafına böyük diqqət və qayğı ilə yanaşılmış, rabitə və informasiyakommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

Azərbaycanda İKT–nin intibah dövrü məhz Heydər Əliyevin 2003– ildə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları (İKT) üzrə (2003–2012–ci illər) Milli Strategiyadan başlamışdı. Təsadüfi deyil ki, ölkəmiz bu gün qlobal informasiya cəmiyyətinin qurulmasında ən qabaqcıl dövlətlərdən birinə çevrilib.

Ümummilli liderin siyasi, strateji kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkədə rabitənin inkişafını respublikamızın iqtisadiyyatında prioritet sahə elan etmişdir. O demişdir ki, mən növbəti illərdə prioritet sahələr arasında, ilk növbədə İKT–ni görürəm. Çünki dünyanın inkişafı bu istiqamətdə gedir. İKT–nin davamlı inkişafını təmin etmək məqsədilə “Elektron imzaelektron sənəd haqqında”, “Telekommunikasiya haqqında”, “Poçt haqqında” və s. qanunlar qəbul olunmuş, sərəncamlar imzalanmışdır. 2010–2012–ci illəri əhatə edən ikinciElektron Azərbaycan” Dövlət Proqramı təsdiq edilmişdir.

 

Arif MAQSUDOV,

“Azərpoçt” MMC 2 saylı poçt

filialının rəisi.

 

Respublika.- 2012.- 14 dekabr.- S. 3.