ULU ÖNDƏRİMİZİN SİYASİ KURSU AZƏRBAYCANIN UĞUR MODELİDİR

 

Azərbaycan xalqının milli iftixarı, tariximizin yaddaşına əbədi həkk olunan bəşəriyyətin fenomen şəxsiyyətlərindən olan Heydər Əliyev artıq doqquz ildir ki, cismən aramızda yoxdur. Lakin bütün dünya azərbaycanlılarının ümummilli liderinə və güvənc yerinə çevrilmiş Heydər Əliyev ideyaları daim qəlblərdə yaşayır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada ulu öndərimizin xatirəsi əbədiləşdirilməsin, adına möhtəşəm abidə ucaldılmasın. Fəxri Xiyabanda gülüstana çevrilmiş məzarı nəinki xalqımızın, həm də ölkəmizə qonaq gələnlərin ilk ziyarət yerinə çevrilib. Müstəqil Azərbaycanın qurucusubanisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımz üçün etdikləri əsrlər keçsə də, tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi–mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.

 

Müasir Azərbaycan tarixini ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan tarixinin 1969–cu ildən başlanan mərhələsində—istər keçmiş İttifaq dönəmində, istərsə də müstəqillik illərində qazandığı bütün nailiyyətlərin fövqündə məhz dahi şəxsiyyət Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb. Ulu öndərimiz Azərbaycana rəhbərliyinin hər iki mərhələsində qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Heydər Əliyev dühasının böyüklüyü həm də onun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə, vicdanla çalışması olmuşdur.

Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimaisiyasi, iqtisadi və mənəvi tərəqqisinə, xalqımızın birliyinə nail olub.

Zəngin bir keçmişə malik Azərbaycan xalqının XX əsr tarixinin ən parlaq səhifələrini əhatə edən dövr məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan olduqca böyük və sürətli inkişaf yolunu keçib. Dünyanın siyasi sistemində Azərbaycanın müstəqil və get–gedə artan nüfuzlu mövqeyini, dövlətçiliyin əsaslarını və fəlsəfəsini Heydər Əliyev müəyyənləşdirib. Buna görə də hamı tərəfindən qəbul olunan birmənalı həqiqətdir ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin təməlini hələ sovet dönəmində respublikaya rəhbərlik etdiyi zaman yaratmışdı. O, Azərbaycanı sovet dönəmində geridə qalmış respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevirdi. Ulu öndərin təşəbbüsü ilə yaradılan yeni sənaye müəssisələri müstəqillik illərində Azərbaycanın iqtisadiyyatının inkişafına təkan verən ünvanlar oldular. Heydər Əliyev Moskvaya rəhbər vəzifəyə gedəndən sonra da Azərbaycan üçün əlindən gələni etdi.

İntibah yolunda olan hər bir xalq gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün, ilk növbədə konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməlidir. Bu dəyərləndirmə fonunda həm də uzaq hədəflərə hesablanmış əməli siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifi olan böyük liderlərin misilsiz xidmətləri qabarıq görünür. Tarix yaradan belə liderlər həm də mütərəqqi inkişaf modelinin siyasiiqtisadi əsaslarını formalaşdırmaq kimi məsul missiyanı çiyinlərinə götürərək mənsub olduqları xalqların gələcək inkişaf strategiyasını müəyyənləşdirirlər. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimaisiyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla bünövrəsini qoyduğu uzaqgörən siyasətin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Böyük strateqin müdrikliklə formalaşdırdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktikistrateji hədəfləri olan milli inkişaf strategiyasını uğurla həyata keçirmişdir. Bir ictimaiiqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev bu iqtisadi inkişaf modelini irəli sürərkən respublikamızın zəngin təbii resurslarını, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafisiyasi mövqeyini, geniş tranzitkommunikasiya imkanlarını, habelə tarixi ənənələrini, spesifik xüsusiyyətlərini, sosialiqtisadi gerçəkliklərini nəzərə almışdır. Bunun nəticəsi kimi də qısa müddətdə sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investiya axınını stimullaşdıran inkişaf modelini praktik surətdə gerçəkləşdirmişdir.

Heydər Əliyev Qərb şirkətləri ilə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosialiqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib mərhələlərlə həyata keçirilmişdir. “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı Azərbaycan iqtidarının o zaman bəzi Qərb dövlətləri ilə apardığı danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşanlar da az deyildi. Cəbhə bölgəsində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ tam qurulmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə gərginliyin hökm sürdüyü, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxtda “Əsrin müqaviləsi”nin imzalanması çoxlarına əfsanə kimi görünürdü. Qərb şirkətlərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də stratejisiyasi məsələ kimi nəzərdən keçirilirdi. 1994– ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi müstəqilliyinin məhək daşına çevrilərək azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyanı, yeni yerlərinin açılmasını təmin etmiş, ölkəyə xarici investisiya axınını sürətləndirmişdir. Bu müqavilə eyni zamanda respublikamızın ciddi elmi əsaslara söykənən sosialiqtisadi inkişaf strategiyasının gerçəkləşməsinə də imkan yaratmış, dayanıqlı siyasi sabitliyə, iqtisadimilli təhlükəsizlik maraqlarının beynəlxalq səviyyədə təminatına real zəmin formalaşdırmışdır.

Ulu öndərimizin apardığı uğurlu siyasətin mühüm istiqamətlərindən biri də məhz səhiyyənin möhkəmləndirilməsi və inkişafı idi. 1994– ildən başlayaraq Heydər Əliyevin göstərişi ilə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitinin durmadan artırılması üçün konkret tədbirlər planı həyata keçiriliryeni səhiyyə sistemi yaradılırdı. Ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə səhiyyənin qanunvericilik bazası da təkmilləşdirilib. Məhz bu dahi şəxsiyyətin sayəsində səhiyyə sahəsində əsaslı islahatlar konsepsiyası hazırlanıb, vahid dövlət siyasəti formalaşdırılıb, əhaliyə göstərilən tibbi xidmətin miqyası genişləndirilib, dünya standartları səviyyəsində tibbi mərkəzlər və müasir əczaçılıq sənayesi yaradılıb. QİÇS, vərəm kimi xəstəliklərlə mübarizəyə dair milli plan hazırlanıb.

Azərbaycan Prezident cənab İlham Əliyev ulu öndərimizin başladığı missiyanı qloballaşan dünyanın tələblərinə uyğun yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə bütün elmləri, o cümlədən təbabəti sürətlə inkişaf etdirmək və onu dünya standartları səviyyəsinə çatdırmaq məqsədi ilə genişmiqyaslı aparılır. Ölkəmizdə digər sahələr kimi, səhiyyənin inkişafına da dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir.

Ulu öndərimizin zəngin irsinin davam etdirilməsində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük xidmətləri var. Mehriban xanım Əliyeva fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurlar qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, mədəni irsimizin dünyada tanınmasına nail olub, təhsil və səhiyyəmizin inkişafına güclü dəstək verib.

Zəmanəmizin müdrik və görkəmli şəxsiyyəti, Azərbaycanın ləyaqətli övladı Heydər Əliyevin adı və fəaliyyəti çoxəsrlik tariximizin qızıl salnaməsidir. Bu salnamənin hər bir səhifəsi ulu öndərimizin qüdrətli əlləri ilə yazılıb. Milyonlarla insanın onun ziyarətinə gəlməsi, məzarı önündə baş əyməsi Heydər Əliyev yolu ilə inamla gələcəyə gedən Azərbaycan xalqının ulu öndərə hədsiz sevgi və ehtiramının parlaq nümayişidir. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini heç vaxt unutmaq olmaz: “Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, biz doğma Vətənimizi onun yolu ilə irəliyə aparaq. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq, Azərbaycanı gücləndirək və onun istədiyi kimi, onun yolu ilə gələcəyə aparaq. Mən əminəm və şübhə etmirəm ki, biz bunu edəcəyik”.

Azərbaycan yaşadıqca, ulu öndərin adı hər zaman onunla qoşa çəkiləcək. Daim Heydər Əliyev yoluna sadiq qalan Azərbaycan davamlı olaraq yüksələcək, ucalacaq və dünyanın daha zəngin, qüdrətli ölkəsi kimi tanınacaq. Xalqımız, bütün dünya azərbaycanlıları isə həmişə Heydər Əliyevlə fəxr edəcəkdir.

 

Zərifə QULİYEVA,

Bakıdakı Kosmetoloji Klinikanın

baş həkimi.

 

Respublika.- 2012.-14 dekabr.- S. 3.