GEOLOGİYA ELMİNƏ HƏSR OLUNMUŞ HƏYAT

 

Regional geologiya, petrologiyametallogeniya sahəsində görkəmli Azərbaycan alimi, AMEA “Yer elmləri” bölməsinin akademikkatibi, AMEA Geologiya İnstitutununPetrologiyametallogeniya seksiyasının rəhbəri, geologiyamineralogiya elmləri doktoru, akademik Arif Cəfər oğlu İsmayıl–Zadənin 2012–ci il avqust ayının 14–də 75 yaşı tamam olmuşdur.

A.C.İsmayıl–Zadənin elmi–təşkilati fəaliyyəti, cəsarətlə demək olar ki, 1959–cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) geoloji–kəşfiyyat fakültəsini bitirdikdən sonrakı dövrdən—Petrologiya laboratoriyasının laborantından “Petrologiyametallogeniya” seksiyasının rəhbəri, hazırda isə AMEA “Yer elmləri” bölməsinin akademik–katibinə kimi şərəfli yol keçmiş əvvəlki alimlərin bazis irsini yeni yanaşmalar, konsepsiyalarparadiqmalarla zənginləşdirmiş görkəmli alimin həyat yoludur. A.C.İsmayıl–Zadə özünün rəhbəri və müəllimi—Azərbaycan Elmlər Akademiyasının akademiki Şamil Əzizbəyovun yaratdığı Azərbaycan petrologiya məktəbinin layiqli nümayəndəsidir.

Onun yaradıcılığının başlanğıc mərhələsi Dağlıq Talışın tədqiqatlarına həsr edilmişonun tərəfindən burada ilk dəfə olaraq, qələvi–bazaltoid komplekslərinin inkişaf qanunauyğunluqları müəyyənləşdirmiş, geodinamik rekonstruksiyalar əsasında strukturformasion analiz metodu ilə onların riftogen dartılmaların qövsarxası komplekslərinə uyğunluğu təyin edilmişdir. Bu tədqiqatlar alimin 1968–ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmişdir.

Sonralar A.C.İsmayıl–Zadə bu dövrdə inkişaf edən geodinamikanın “spredinqkolliziya” mərhələli ideyasına əsasən, Qafqazın şərq hissəsinin filizmaqmatik sistemlərinin formalaşmasını əlaqələndirdiyi Kiçik Qafqazın kolliziya dövrünə uyğun gələn Kəlbəcər və Ordubad rayonlarının kaynozoy komplekslərinin öyrənilməsi ilə məşğul olub. Müxtəlif struktur zonalar çərçivəsində maqmatik komplekslərin petrokimyəvi korrelyasiyasının elmimetodik əsasları onun 1990–cı ildə müdafiə etdiyiKiçik Qafqazın kaynozoy bazit maqmatizminin təkamülü” mövzusundakı doktorluq dissertasiyasında öz əksini tapmışdır.

XX əsrin yetmişinci illərindən başlayaraq, akademik A.İsmayıl–Zadə Kiçik Qafqazın ofiolit komplekslərini dünya ədəbiyyatında möhkəm yer tutmuş “Plitələr tektonikası” ideyası konteksində öyrənərək, kontinental qabığın üzərinə Tetisin qədim okean qabığı fraqmentlərinin alloxton şəklində yeriməsini nəzərdə tutan fikir irəli sürmüşdür. Tədqiqatlar Kiçik Qafqazın geodinamik təkamülündə onların tektonik mövqeyini dəqiqləşdirməyə imkan verdi. Müəllif tərəfindən Kiçik Qafqazda məlum erkən mezozoyun alloxton ofiolit lövhəsi ilə yanaşı, mezozoyun vulkanogen qatı ilə örtülmüş, maqmatik komplekslərin formalaşmasına kifayət qədər təsir etmişbu əmələgəlmələrin metallogenik mənsubiyyətini müəyyənləşdirmiş, erkən paleozoyun yeni ofiolit lövhəsinin varlığı proqnozlaşdırılır. Bu zaman ayrılmış paleozoy sutur zonası Kür qrabenriftogen çökəyində və həmçinin mezozoyun maqmatikmetallogenik formasiyaları üçün bipolyarlığı təyin etməklə, bütün Qafqaz üçün sutur zonalara nəzərən, bipolyarlığın təzahüründə qanunauyğunluğu əsaslandırmağa imkan verdi.

Kiçik Qafqazın mezozoykaynozoy dövrləri intervalında geniş yayılmış qızıl filizi yataq və təzahürlərini tədqiq edərək, A.C.İsmayıl–Zadə qızılı paleozoyun metasomatik dəyişmiş basdırılmış alloxton ofiolit lövhəsindən həll edib çıxaran, qranitoid maqmasının hidrotermal məhlullarının siallaşdırıcı roluna əsaslanan, qızıl filizi yataqlarının ofiolit tipi formalaşmasının yeni hidrotermalmetasomatik modelini təklif etmişdir. Dəfələrlə baş verən tektonikmaqmatik aktivləşmə Kiçik Qafqazda bir sıra müxtəlif tipomorf xüsusiyyətli, müxtəlif yaşlı qızıl filizi yataq və təzahürlərinin formalaşmasına səbəb oldu.

Son onilliklərdə akademik A.C.İsmayıl–Zadə Kiçik Qafqazın şimalı–şərq yamacında mezozoy maqmatizminin təzahür etməsində hibridizminonun, müxtəlif faydalı qazıntı yataqlarının əmələ gəlməsinə gətirib çıxaran, metallogenik mənsubiyyətindəki rolunun tədqiqatları üzrə işlər aparır. Bu prosesin interpretasiyasına qeyri–ənənəvi yanaşma, hibridizmin təzahür etməsinin petroloji modelini yaratmağaonu mezozoy komplekslərinin metallogenik mənsubiyyətinin femik profilinin mexanizmində rolunu əsaslandırmağa imkan vermişdir.

Kür—Cənubi–Xəzər Çökəkliyinin neft–qazlılığının tədqiqat problemlərinin öyrənilməsi akademik A.C.İsmayıl–Zadəyə petrolojigeofiziki məlumatlara əsasən, geolojigeofiziki materialların yenidən interpretasiyası bu regionun dərinlik strukturu modelinin müəllif variantını təklif etməyə imkan verdi. Həmkarları ilə birlikdə akademik tərəfindən CXÇ–də dəlib–keçən flüiddinamik sistemin mövcudluğu əsaslandırılmışdır.

Bütün fanerozoy dövrü ərzində Qafqazın tektonikmaqmatik aktivləşmə tsiklləri ilə Xəzər hövzəsində neftqazəmələgəlmənin korrelyasion əlaqəsinin mərhələli təzahür etməsi aşkar olunmuşdur.

A.C.İsmayıl–Zadə tərəfindən, həmkarları ilə birlikdə, geoloji yönümlü xəritələr seriyası “Azərbaycanın geoloji xəritəsi” (1:500000 miqyaslı), “Talışın maqmatizmmetamorfizm xəritəsi” (1:200000 miqyaslı), “Geodinamik əsasda Azərbaycanın geoloji xəritəsi” (1:1000000 miqyaslı), “Azərbaycanın tektonik xəritəsi” (1:1000000 miqyaslı) tərtib olunmuşdur.

Fundamental tədqiqatlar əsasında yaradılmış işləmələri alim həmçinin istehsalat təşkilatları ilə elmitexniki əməkdaşlıq çərçivəsində reallaşdırır. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Xidmət Departamentinin əməkdaşları ilə birlikdə Talışın nəcib metallara potensial filizliliyinin aşkar edilməsi üzrə işlər aparır. Uzun illər boyu A.C.İsmayıl–Zadə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun geoloqları ilə birlikdə Talış və Kiçik Qafqazın komplekslərindəki dərinlik möhtəvilərinin öyrənilməsi və onların maqmatik ərintilərin formalaşma prosesində petroloji əhəmiyyətinin müəyyənləşdirilməsi; alman mütəxəssisləri ilə müştərək Sakson dağlarının ofiolit komplekslərinin öyrənilməsi və onların Kiçik Qafqaz analoqları ilə müqayisəsi üzrə; İngiltərənin Kembric Universiteti ilə birlikdə CASP proqramı (Central Asia Shelf Project) əsasında Cənubi–Xəzər Çökəkliyinin neftqazlılığı ilə əlaqədar olaraq, onun qərb çərçivəsinin strukturlarında deformasiyaların öyrənilməsinə yönəlmiş tədqiqatlar aparmışdır.

A.C.İsmayıl–Zadə—ona xas olan yüksək mədəniyyət və ünsiyyət etikası, təşkilatçılıq qabiliyyəti, elmiistehsalat problemlərini dərindən dərk etmək istəyi, elmi–tədqiqat proqramlarının yerinə yetirilməsində yüksək mənəvi məsuliyyəti sayəsində respublikamızın və digər xarici ölkələrin elmiistehsalat təşkilatlarının genişdairəli geoloqlarının dərin hörmət və rəğbətini qazanmışdır.

Görkəmli alim böyük elmi–təşkilati aparır. AMEA Geologiya İnstitutunun Elmi Şurasının, “AMEA–nın Xəbərləri” (Yer elmləri seriyası) və “Geologiya İnstitutunun əsərləri” jurnallarının redaksiya heyətinin üzvüdür; 1992–ci ildən 2005–ci ilə kimi AR AAK–ın eksperti olmuş, 1996–cı ildən “Petrologiyametallogeniya” seksiyasının rəhbəri, Azərbaycan Geoloqlarının Milli Komitəsinin icraçı–katibi, 2007–ci ilin aprelindən AMEA Rəyasət Heyətinin üzvü və “Yer elmləri” bölməsinin akademikkatibidir. A.C.İsmayıl–Zadə elmi kadrların hazırlanmasında böyük fəaliyyət göstərir, uzun illər Bakı Dövlət Universitetində seçmə fənləri tədris edir.

A.C.İsmayıl–Zadənin tədqiqatlarının nəticələri onun çoxsaylı hesabatlarında, şəxsən və həmmüəliflərlə birlikdə hazırlanmış 5 monoqrafiya daxil olmaqla, 160–dan artıq elmi əsərlərində öz əksini tapmışdır. Onların sırasında “Azərbaycanın geologiyası” səkkizcildli fundamental əsərin “Maqmatizm”, “Tektonika”, “Faydalı qazıntılar” cildləri, “Talışın geologiyası və vulkanizmi” (1978), “Paleogen təkamülü və Azərbaycanın Talışı daxil olmaqla, Cənubi–Xəzər hövzəsinin çökmə əmələgəlmələri” (Kembric Universitetindəki həmkarları ilə birlikdə, 2005), “Qabbro–hiperbazitlər və Kiçik Qafqazın ofiolitlərinin problemləri” (2007) kitabları xüsusi qeyd olunmalıdır.

A.C.İsmayıl–Zadənin elmi fəaliyyəti və onun elmin inkişafına xidmət edən töhfələri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş—o, “Şöhrət” ordeni ilə təltif edilmiş, “Azərbaycan Respublikasının Əməkdar Geoloqu” və “Əməkdar Elm Xadimi” fəxri adlarına layiq görülmüşdür.

Akademik A.C.İsmayıl–Zadənin 75 illiyi ilə əlaqədar olaraq, Azərbaycanın geoloji ictimaiyyəti onu elmdəki böyük nailiyyətlərinə görə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı və gələcək yaradıcılığında böyük uğurlar diləyir.

Akif ƏLİZADƏ,

Azərbaycan Milli Elmlər

Akademiyasının vitse–prezidenti, AMEA Geologiya

İnstitutunun direktoru,

akademik.

 

Respublika.- 2012.- 15 dekabr.- S. 14.