| Neftçalalılar yeni uğurlara imza atırlar

 

FotoRespublikanın gözəl guşələrindən olan Neftçala rayonunda insanlar artıq qış qayğıları ilə yaşayırlar. Hazırda bütün diqqət qışlama tədbirlərinin həyata keçirilməsinə, sahələrə qulluq, tikinti–abadlıq işlərinin davam etdirilməsinə yönəldilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin bölgələrinə səfərləri zamanı söylədiyi nitqlərindəki müddəalar hər yerdə olduğu kimi, burada da sakinlər tərəfindən dərin razılıq hissi ilə qarşılanır.

Neftçalalılar dövlət proqramlarından irəli gələn vəzifələri ləyaqətlə yerinə yetirirlər. Onlar deyirlər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi regional sosialiqtisadi inkişaf proqramları ölkəmizin müasir tarixində, həqiqətən, mühüm addımlardır. Bu sənədlərdə irəli sürülmüş müddəalar inkişafımızda yeni mərhələnin təməlini qoymuşdur, onların uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatı və mədəni həyatı daha da çiçəklənmişdir.

 

Ötən illər Neftçala rayonunun sosialiqtisadi və mədəni həyatında mühüm hadisələrlə zəngin olmuşdur. İqtisadiyyatda uğurlu nəticələr əldə olunmuş, əhalinin rifahının yüksəldilməsi sahəsində səmərəli tədbirlər həyata keçirilmişdir. Gündən–günə gözəlləşən kəndlərdə hər şey müasir görkəmə salınmış, hər tərəfdə keyfiyyətli abadlıq işləri aparılmışdır. Kəndarası yollar təmir olunmuş, yol kənarlarında yaşıllıqlar salınmışdır.

Rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə görüşümüz zamanı o, məhz bu məsələlər haqqında geniş məlumat verdi. Söhbətdən məlum oldu ki, ölkənin hər yerində olduğu kimi, Neftçalada da daimi əmin–amanlıq və sabitlik bərqərar olmuşdur. Rayonun camaatı böyük əmək fəallığı göstərir, doğma el–obanın başını ucaltmaq üçün gərgin əmək sərf edirlər.

Cari ilin təkcə doqquz ayında əsas makroiqtisadi göstərici olan ümumi məhsul istehsalının həcmi ötən illə müqayisədə 20,7 faiz artmışdır. Bu dövrdə ümumi məhsul istehsalı 136,5 milyon manat olmuşdur ki, bu da 2011–ci ilin eyni dövründəkindən 23,4 milyon manat çoxdur. Bu sırada sənaye və kənd təsərrüfatı məhsulları çoxalmışdır. Rayonda 5 yeni müəssisə işə salınmış, 532 fiziki şəxs fəaliyyətə başlamışdır. 14 sənaye müəssisəsində 18,7 milyon manatlıq məhsul istehsal edilmişdir.

Müxtəlif xidmətlərin göstərilməsində, tikinti–quraşdırma işlərində də artım müşahidə olunmuşdur ki, bunlar rayon əməkçilərinin yüksək əmək fəallığına, ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün səylərini artırdıqlarına dəlalət edir.

Aqrar sahənin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. Rayon sakinlərinin əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğuldur və ilbəil gözəl nəticələr əldə edirlər. Cari ilin doqquz ayında kənd təsərrüfatının ümumi məhsulu artaraq 57 milyon 639 min manata çatmışdır. Ölkə başçısının xüsusi sərəncamı ilə aqrar sahədə əkin və becərmə işlərini həyata keçirməkdən ötrü yardımların verilməsi kənd əməkçilərinin işə münasibətini xeyli yüksəltmişdir. Fermerlərə güzəştli şərtlərlə mineral gübrələr, buğda toxumu satılmış, pul yardımı göstərilmişdir. Bu tədbirlərin faydası çox böyük olmuşdur. 2012–ci ilin məhsulu üçün taxıl əkinləri xeyli artırılaraq 39809 hektara çatdırılmış, sahələrdən 102 min tondan çox məhsul götürülmüşdür.

Rayonun heyvandarları da yaxşı

işləmişlər. İribuynuzlu mal–qaranın, qoyun və keçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 779 və 6631 baş çoxalmışdır. Həmin dövrdə 4530 ton ət, 14680 ton süd, 237 ton yun, 2 milyon 930 min ədəd yumurta istehsal olunmuşdur. Müvafiq olaraq 162,3 ton ət, 282,6 ton süd, 43,1 ton yun, 129 min ədəd yumurta artımı əldə edilmişdir.

Aqrolizinq” ASC–nin 2006–cı ildə yaradılmış rayon filialı kənd təsərrüfatı zəhmətkeşlərinin yaxın köməkçisinə çevrilmişdir. Burada inzibati bina, gübrə anbarları, kənd təsərrüfatı texnikalarını saxlamaq üçün talvar və təmir emalatxanası fəaliyyət göstərir. Aqrolizinq xətti ilə rayona yeni maşınlar gətirilmiş, burada texnikanın ümumi sayı 121–ə çatdırılmışdır.

Əkinlərin məhsuldarlığını artırmaq məqsədilə suvarma sistemlərinin sahmana salınmasına diqqət artırılmışdır. 349 kilometr suvarma kanallarında, 94 kilometr kollektorlarda lildən təmizləmə, 105 hidrotexniki qurğuda təmir işləri aparılmışdır.

Neftçala rayonu gündən–günə abadlaşır, öz simasını yaxşılığa doğru dəyişir. Tikinti–abadlıq işləri geniş miqyas almışdır. Hər gün yaşıllıqlar salınır, təmizlik işləri görülür, küçələrin və yolların abadlaşdırılması və təmiri işləri aparılır. Əvvəllər mövcud olmuş qanunsuz tikililər sökülərək yerində milli memarlıq üslubunda obyektlər inşa olunur. Cari ilin 9 ayında təmir–tikinti işlərinin həcmi 4 milyon 950 min manat olmuşdur ki, bu da ötən ildəkindən 5,9 faiz çoxdur. Hazırda rayon mərkəzində Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyəti binasının inşası sürətlə davam etdirilir.

Ölkəmizdə yol tikintisinə çox böyük önəm verilir, bu məsələ dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Neftçalada, demək olar ki, hər ay yeni yolların, körpülərin istifadəyə verilməsinin şahidi oluruq, yükdaşımalar və sərnişinlərə xidmət daha abad, təhlükəsiz və geniş yollarda həyata keçirilir. Neftçala–Xəzərkənd avtomobil yolunun tikilməsinə 5 milyon manat vəsait sərf etmək nəzərdə tutulmuşdur. Rayon ərazisində olan magistraldaxili yolların çəkilişi, bərpası və yenidənqurulması, yol kənarlarında piyada səkilərinin təzələnməsi, yol nişanlarının qurulması, bu səpgidə olan bütün işlər yüksək səviyyədə icra edilmişdir. Yerli əhəmiyyətli avtomobil yollarının orta təmiri ilə əlaqədar xeyli görülmüşdür. 39 saylı Yol İstismar İdarəsi tərəfindən ilin doqquz ayında bu işlərə 583 min manat vəsait xərclənmişdir.

Bütün sahələrdə sahibkarlığın inkişaf etdirilməsi rayon icra hakimiyyətinin diqqət mərkəzində durmuşbunun üçün hər cür şərait yaradılmışdır. Rayonda istehsal olunmuş ümumi məhsulun həcmində qeyri–dövlət bölməsinin payı 96 faizə çatmışdır. “Vahid pəncərə” sistemi uğurla tətbiq olunur, yeni sahibkarlıq subyektləri yaradılır. Sahibkarlara 2 milyon 581 min manat məbləğində bank kreditləri verilmişdir. Onlarca kiçik sahibkarlıq obyekti tikilmiş, istehsal sexləri, ticarət və xidmət obyektləri fəaliyyətə başlamışdır.

Rayon rəhbərliyi cari ildə xidmət sahələrinin inkişaf etdirilməsinə və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirmişdir. Rayon əhalisinin rabitə sistemlərindən istifadəsini yaxşılaşdırmaqdan ötrü xeyli görülmüş, kənd və qəsəbələrdə elektron ATS–lər, peyk avadanlıqları quraşdırılmış, fiber optik şəbəkəyə qoşulmaqdan ötrü tədbirlər görülmüşdür.

Regional inkişafa dair Dövlət Proqramı ilə bağlı əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə xeyli tədbir həyata keçirilmişdir. Rayonun yaşayış məntəqələrinə 110 milyon kilovatdan çox enerji verilmişdir. Sakinlərin təbii qazla təchizatı gündən–günə yaxşılaşır. Abonentlərin, demək olar ki, hamısı sayğaclaşdırılmışdır, əvvəlcədən nəzərdə tutulmuş polietilenmetal boruların çəkilməsi başa çatdırılmışdır. 9 ayda rayona 6 milyon 771 min kubmetr həcmində təbii qaz ötürülmüşdür.

Hazırda yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam etdirilir. Neftçala SuKanal İdarəsi tərəfindən nasosxanalarda, sukanalizasiya xətlərində təmir–bərpa işləri aparılmış, əhaliyə və müəssisələrə 684 min kubmetr su verilmişdir.

Regional Dövlət Proqramında ölkəmizdə hər bir kənd adamının sosial problemlərinin müsbət həll olunması prioritet hesab olunur. Rayon rəhbəri İ.Vəliyev qeyd etdi ki, Neftçalada da sosial problemlərin ardıcıllıqla həll olunması təxirəsalınmaz hesab edilir. Artıq qloballaşma şəraitində yaşayıb işləyirik, bütün dünyada gedən proseslərə uyğunlaşmalıyıq, əgər iqtisadi cəhətdən dünyanın inkişaf edən dövlətinə çevrilmişiksə, sosial problemlərin həllini yubada bilmərik. 2012–ci ildə də əsas diqqət yoxsulluğun ləğvinə yönəldilmişdir.

Əhalinin sosial şəraitinin yaxşılaşdırılması əsas fəaliyyət sahəsidir, görülən bütün işlərin nəticəsi bu sahədə özünü göstərir. Nominal pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz artmışdır. Adambaşına düşən pul gəlirləri isə çoxalaraq 453 manatı keçmişdir. Hər bir işçinin orta aylıq əmək haqqı 252,4 manata yaxınlaşmışdır ki, bu əvvəlki ildəkindən 11,5 faiz çoxdur.

Rayonun müvafiq təşkilatlarının bu sahədəki fəaliyyətinə nəzər saldıqda həmin sahələrdə dövlətin müəyyən etdiyi prinsiplərin yetərincə reallaşdırıldığını görürük. Aztəminatlı ailələrə sosial yardımların verilməsi tam nizama düşmüşdür. Pensiyaların və müavinətlərin ödənilməsində problem qalmamışdır. İlin sonuna 13120 nəfər pensiyaçı, ünvanlı sosial müavinət alanların sayı 1484 nəfər olmuşdur. Şəhid ailələri, əlillər, qocalar və tənha insanlar hər cür qayğı ilə əhatə olunmuşdur. 146 kimsəsiz, ahıl və əlil şəxslərə sosial məişət xidməti göstərilmişdir. Böyük Vətən müharibəsi və Qarabağ əlillərinə pulsuz avtomaşınlar verilmişdir.

Neftçalada son illərdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilir, bu sahədə mühüm işlər görülür. Hazırda rayonda 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi, 4 tibb mənəqəsi fəaliyyət göstərir. Peşəkar həkimlər, ömrünügününü bu müqqədəs işə sərf edənlər yetərincədir, 926 nəfər səhiyyə işçisi insanların cansağlığı keşiyində dayanmışdır. Vətəndaşlar onlardan həmişə razılıq edirlər. Ən əvvəl tibbi xidmətin keyfiyyəti yaxşılaşdırılır. Sosial cəhətdən aztəminatlı insanlara xidmət tədbirləri həyata keçirilir, ana və uşaqların mühafizəsi, tibbi profilaktika işləri görülür, dərman və avadanlıq təminatı yaxşılaşdırılır və digər məsələlər daimi diqqət mərkəzində saxlanılır. Səhiyyə müəssisələrinin təmiri və yeni tibbi avadanlıqlarla təchizatı, yeni tibb ocaqlarının açılması diqqət mərkəzində durmuşdur. Yoluxucu xəstəliklərin meydana gəlməsinə, ana ölümünə yol verilməmişdir. İmtiyazlı xəstələrə nümunəvi xidmət təşkil olunmuşdur. 16697 nəfərlik uşaq kontingenti arasında vaksinasiyaimmunizasiya tədbirləri aparılmışdır.

Hazırda rayonda 53 ümumtəhsil məktəbi, 16 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Qırmızıkənd, Həsənabad, Aşağı Sura, Mirqurbanlı, Kürkənd kənd məktəblərinin müəllim və şagird kollektivləri xeyli uğura imza atmışlar. Son illər ərzində Heydər Əliyev Fondurayonun büdcə vəsaiti, eyni zamanda daxili imkanlar hesabına yeni məktəb binaları, əlavə sinif otaqları tikilib istifadəyə verilmiş, cari ildə məktəblərin təmirinə 36 min manat vəsait ayrılmışdır. Tədris ocaqlarına 108,5 min manatlıq inventar və avadanlıq alınmışdır. Xıllı qəsəbə 2 saylı orta məktəbi üçün 220 yerlik tədris korpusu istifadəyə verilmişdir, ikinci Qaralı, Xəzərkənd, Yuxarı Qaramanlı kənd məktəblərindən ötrü yeni binalar tikilir.

Əhalinin mədəni və mənəvi həyatının yaxşılaşdırılması, milli–mənəvi dəyərlərin mühafizəsi, vətəndaşların dövrün tələblərinə uyğun maarifləndirilməsi, ümumiyyətlə, insanlara mədəni xidmətin keyfiyyətinin yüksəldilməsi sahəsində vəziyyət necədir? Bu suala cavab tapmaq da çətin olmadı. İcra başçısı söylədi ki, hazırdı rayonda yeni mədəniyyət xidməti müəssisələri istifadəyə verilir. Onların maddi texniki bazası getdikcə möhkəmləndirilir.

Rayonda Lənkəran və İrəvan Dövlət Dram teatrlarının qastrolları müvəffəqiyyətlə keçmiş, əlamətdar və tarixi günlər, görkəmli insanların yubileyləri ardıcıllıqla yüksək səviyyədə qeyd olunmuşdur. Bankə qəsəbəsi şəhidlərinə, Xocalı soyqırımı qurbanlarına xatirə abidələri açılmışdır. Rayondakı Mədəniyyət və İncəsənət sarayı, 14 mədəniyyət evi, 20 klub, 67 kitabxana, Heydər Əliyev muzeyi, tarix diyarşünaslıq muzeyi, rəsm qalereyası, uşaq incəsənət məktəbi, mədəniyyət və istirahət parkları fəaliyyət göstərir, bu müəssisələrdə 500–ə qədər işçi vətəndaşların asudə vaxtının təşkili, maddi–mədəni sərvətlərimizin, mühafizəsi, tarixi abidələrin qorunması üçün fəallıqla çalışmaqdadır.

Biz Neftçaladan xoş təəssüratlarla ayrıldıq. Ən böyük təəssürat bu oldu ki, ümummilli lider Heydər Əliyevin ideyalarını ləyaqətlə yerinə yetirən Neftçala sakinləri dövlətimizin rayonun inkişafına, neftçalalıların həyat və məişətinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirirlər. Onlar hər bir sahədə ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısının bəhrələrini görürlər, hamılıqla şahiddirlər ki, onun təşəbbüsləri ilə qlobal inkişaf planları necə yüksək ardıcıllıqla həyata keçirilir. Sakinlər yaxşı başa düşürlər ki, qarşıya qoyulmuş vəzifələrlə bağlı atılan hər bir addım ölkəmizdə gedən quruculuq prosesinin sürətlənməsinə səbəb olacaq.

İnamla deyə bilərik ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi, yaxından qayğısı və köməkliyi sayəsində sosial quruculuq, adamların rahat yaşayışını və firavanlığını təmin etmək sahəsində həyata keçirilən islahatlar öz gözəl bəhrəsini verəcək.

 

Sabir Mustafayev,

 

Respublika.- 2012.- 15 dekabr.- S. 12.