| Azərbaycanda yüksək templi,davamlı sosialiqtisadi inkişaf təmin edilib

 

Regionların sosialiqtisadi inkişafı Dövlət Proqramının növbəti iliuğurla yekunlaşır. Diqqəti çəkən ən mühüm cəhət odur ki, 2009– ildən bəri davam edən qlobal iqtisadi və maliyyə böhranının yaratdığı tənəzzül aradan qalxmayıb. Dünya iqtisadiyyatının inkişaf sürəti kifayət qədər aşağı düşüb. Böhranla üzləşmiş ölkələr ağır problemlər və sosial gərginliklə üzləşmişlər. Dünyanın ən inkişaf etmiş dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların səyinə baxmayaraq, hələ də görülən tədbirlər səmərə verməyib.

 

Məsələ ondadır ki, dünya ölkələri inkişaf səviyyələrinə, siyasi sistemlərinə, tarixi şəraitinə, maddi və mənəvi resurslarına, iqtisadisosial potensiallarına, tarixi şəraitlərinə, geosiyasi məkanlarına, iqtisadi inkişaf modellərinə və s. görə bir–birindən çox fərqlidir. Buna görə də vahid qaydalar effekt vermir. Aydın olub ki, bazar münasibətlərini tam fetisləşdirən, dövlətin rolunu minimuma endirən, real sektoru arxa planda görən ölkələr daha çox böhrana düçar olublar. Azərbaycan iqtisadi siyasətdə iki amilə üstünlük verir: müstəqilliyə və milli maraqlara cavab verən strategiyaya. Qəbul edilmiş qanunlarla milli iqtisadiyyatın inkişafına verilən dövlət dəstəyi də özünü doğrultdu.

Beləliklə, Azərbaycan qlobal böhrandan qurtula bildi. Bu düşünülmüş siyasətin nəticəsidir ki, ölkəmizdə iqtisadi inkişaf sürətli davamlıdır. Azərbaycanın iqtisadi potensialı daim güclənir. Bütün bunların da nəticəsində maliyyə imkanları daim genişlənir, hazırda Azərbaycan az sayda olan ölkələrdəndir ki, tətbiq etdiyi iqtisadi model öz səmərəliliyini təsdiq edib. Belə ki, son illər iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstərici, ondan ibarətdir ki, ümumi daxili məhsulun artım sürətinə görə Azərbaycan lider ölkələr sırasına çıxmışdır. Bu ilin 10 ayında təxminən 45 milyard manatlıq ÜDM istehsal edilmişdir. Gələn il bu rəqəmin 56 milyard manat civarında olacağı gözlənilir. Bu göstərici 2003–cü ilin nəticələrinə görə 8 dəfə çoxdur. Cari illə müqayisədə isə 4,7 milyard manat ya 5,3 faiz artım proqnozlaşdırılır. Bu nəticənin əldə ediləcəyi şəksizdir, çünki Azərbaycanda istehsal olunan dünya bazarına çıxarılan ÜDM müasir tələbatı bütünlüklə ödədiyinə görə real iqtisadiyyat daim güclənir istehsal öz həcmini mütəmadi surətdə artırır. Müasir elmi–texniki yeniliklərin texnologiyanın tətbiqi ilə istehsal olunan məhsullara tələbat getdikcə artır. Bu isə, öz növbəsində, Azərbaycan iqtisadiyyatının inkişafına təkan verir stimullaşdırır. Təsadüfi deyil ki, 1990–2000–ci illərdə ölkəmizdə ümumi daxili məhsulun orta illik aşağı düşmə sürəti müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatının böhran vəziyyətində olması ilə əlaqədar 6,1 faiz təşkil edirdisə, 2000–2008–ci illərdə artım sürəti 18,1 faiz olmuşdur. Bu nəticə nəinki MDB məkanında, həm dünyada ən yüksək göstərici kimi qiymətləndirilmişdir. Hazırda Azərbaycan regionun sürətlə, davamlı inkişaf edən qüdrətli dövlətidir. Beynəlxalq təşkilatların hesablamalarına görə, 2011–ci ildə hər nəfərə düşən ÜDM–in miqdarı Gürcüstandan 2,1 dəfə, Ermənistandan 2,3 dəfə çox olmuşdur. 1999–cu ildə isə hər nəfərə düşən ÜDM Ermənistanda 610 dollar, Gürcüstanda 780 dollar, Azərbaycanda 570 dollar idi. 2011–ci ildə bu rəqəmlər Ermənistanda 3033 dollar, Gürcüstanda 3210 dollar, Azərbaycanda isə 6832 dollar olmuşdur. Diqqəti iqtisadiyyatın sürətli keyfiyyətli artımına cəlb edən Azərbaycan qısa zaman kəsiyində inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq əzmindədir.

Azərbaycanda baş verən sosial–iqtisadi intibah barədə dövlət başçısı İlham Əliyev vurğulamışdır: “Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, gənc ölkə kimi tanınır. Bizim iqtisadi uğurlarımız artıq bütün beynəlxalq iqtisadi aləmə tanışdır. Azərbaycanda iqtisadi sahədə müşahidə olunan bu inkişafın dünyada analoqu yoxdur. Çünki 8–9 il ərzində iqtisadi sahədə 3 dəfə 300 faizlik artım, doğrudan da, dünya miqyasında nadir bir göstəricidir. Bütün başqa sahələrdə, siyasi islahatlar, sosial müdafiə, müasir informasiya–kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqibütün bu sahələrdə biz qabaqcıl yerdəyik”.

Müstəqilliyinin bərpasının cəmi iyirmi bir yaşı olan ölkəmiz siyasi, iqtisadi sosial fəaliyyətin bütün istiqamətlərində sürətlə inkişaf edir artıq özünü təsdiq edib. Hazırda Azərbaycan siyasi nüfuzu durmadan artan iqtisadi qüdrəti daim güclənən ölkədir. Dövlətin yüksək imicinə ən bariz nümunə keçən il BMT Təhlükəsizlik Şurasına seçilməsidir. 200–ə qədər üzv ölkənin 155–nin namizədliyimizə səs verməsi beynəlxalq ictimaiyyətin Azərbaycana hörməti, inamı etimadı deməkdir. Bu nüfuzun bir səbəbi ölkənin dünyada mühüm proseslərdə ədalət beynəlxalq hüquq normaları mövqeyindən fəal çıxış etməsidir. Azərbaycan müstəqil siyasət yürüdən, uğurlu iqtisadi islahatlar həyata keçirən, dünya iqtisadiyyatına müvəffəqiyyətlə inteqrasiya edən ölkədir. Təsadüfi deyil ki, dövlət bu gün mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Hazırda ölkədə hətta bir gündə bir neçə tədbir keçirilir. Bu da ölkənin nüfuzunun inkişafının yüksəkliyinin bir sübutudur.

Ölkənin hər bir guşəsində quruculuq–abadlıq işləri gedir. Yeni sənaye emal müəssisələri tikilir, mövcud olanların maddi–texniki bazası müasirləşdirilir, inzibati sosial obyektlər istifadəyə verilir.

Bu gün ölkələrin bir–birilə iqtisadi əlaqələrinin səmərəliliyi və genişliyi davamlı inkişafda çox mühüm şərtdir. Buna görə də Azərbaycan iqtisadi əlaqələri daim genişləndirməyə çalışır, bu sahədə qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün bütün imkanları araşdırır və səmərəli əməkdaşlığı reallaşdırır. Buna görə də müxtəlif ölkələrin işgüzar dairələri ilə Azərbaycanın biznes dairələrinin bir araya gələrək müxtəlif istiqamətdə məsələləri müzakirə etdikləri forumlar birbirini əvəz edir. Dövlət qarşılıqlı maraqları təmin edən hər bir əlaqə və əməkdaşlığa bütün zəruri siyasi dəstəyi verir. Bu, tərəqqi edən sürətli və yüksək templi iqtisadiyyatımzın sifarişidir. Çünki Azərbaycanın bütün regionlarında davamlı inkişaf, sənaye, emal, nəqliyyat, təhsil, kommunikasiya, İKT, elms. sahələrdə dayanıqlı tərəqqi vardır. Beləliklə, ölkənin sosialiqtisadi inkişafı səmərəli beynəlxalq əməkdaşlığın sərhədlərini daim genişləndirməyi və yeniyeni bazarlara çıxmağı tələb edir.

Davamlı tərəqqini təmin etmək və inkişaf etmiş ölkələr səviyyəsinə ən qısa zamanda çatmaq üçün əhəmiyyətli investisiya layihələri hazırlanacaq və səmərəli sərmayə qoyuluşu üçün yeni imkanları yaradılacaqdır. Azərbaycanın hərtərəfli inkişafı 2004– ildən regional inkişaf proqramlarının uğurlu icrası ilə təmin edilib. Bu gün ölkənin bütün bölgələrinin tarazlı inkişafı davam edir.

Bütün iqtisadi rayonlarda qeyrineft sektorunun yeni yüksəliş mərhələsinə qədəm qoyması, müasir istehsal, emal və xidmət müəssisələrinin fəaliyyəti və mütəmadi artımı Azərbaycanın hər bir guşəsində əsaslı quruculuq və abadlıq işlərinin də davamlılığına səbəb olub.

Bu gün dövlət dünyada sürətlə inkişaf edən ölkələr sırasındadır. Ölkə öz müstəqilliyini bərpa etdiyi 21 il ərzində iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin 20 dəfə artımına nail olub. 50 milyard ABŞ dolları həcmində strateji valyuta ehtiyatına malikdir. Azərbaycanın hərtərəfli inkişafı, ölkədə gedən quruculuq və abadlıq işləri dünya səviyyəsində qəbul edilir. Bu intibahı görən xarici qonaqlar öz heyranlıqlarını gizlədə bilmirlər. Sürətli və yüksək templi davamlı inkişaf sübut edir ki, Azərbaycan Prezidentinin 29 noyabr 2011–ci ildə imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasının reallaşması şəksizdir və imkanları genişdir.

Dövlət başçısı ölkədə gedən inkişaf barədə vurğulayıb: “İstənilən sahəyə baxsaq, görərik ki, hər bir sahə üzrə konkret proqramlar, konkret icra müddəti və eyni zamanda bütün istiqamətlər üzrə gələcəyə, müasirliyə, inkişafa doğru konkret konseptual yanaşmalar vardır… Bütün bu amillər bir məqsədə xidmət edir ki, Azərbaycan vətəndaşı yaxşı yaşasın, rifah içində yaşasın, sağlam olsunöz xalqına, öz vətəninə xidmət etsin”.

 

Ataş CƏBRAYILOV,

 

Respublika.- 2012.- 15 dekabr.- S. 1;2.