| Məqsədimiz
ekoloji vəziyyətin
yaxşılaşdırılmasına xidmət etməkdir
Ölkə Prezidenti cənab İlham
Əliyevin uğurlu siyasəti nəticəsində
respublikamız sürətlə inkişaf
edir, iqtisadi, siyasi, sosial və mədəni
sahələrdə böyük nailiyyətlər
əldə olunur. Respublikamızın dinamik inkişafı fonunda
iqtisadi qüdrətimizin güclənməsində
misilsiz xidmətləri olan
Dövlət Neft Şirkəti də
qarşıda duran vəzifələri
layiqincə yerinə yetirərək modern
bir şirkətə çevrilmişdir.
ARDNŞ və onun struktur bölmələri 2012–ci ildə bütün sahələrdə, o cümlədən neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində də müsbət nəticələr əldə etmişdir. Təbii ki, 2006–cı ildə ARDNŞ–in təsisçiliyi ilə yaradılmış “Ekol Mühəndislik Xidmətləri” QSC–də neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması layihələrində yaxından iştirak etmiş və öz layiqli töhfələrini vermişdir.
2012–ci ilin müvafiq dövründə QSC–nin Ekoloji Monitorinq Departamenti (EMD) tərəfindən “Azneft” İB–nin “28 May” NQÇİ–nin, “Neft Daşları” NQÇİ–nin, “Abşeronneft” NQÇİ–nin və N.Nərimanov adına NQÇİ–nin, həmçinin ARDNŞ–in “Kompleks Qazma İşləri” trestinin “Abşeron” Qİİ–nin, “Tamponaj İdarəsi”nin və “Qazmaservis və Loqistika” İdarəsinin istehsalat ərazilərində dövri monitorinq işləri aparılmış, müşahidə məlumatları əsasında hesabatlar hazırlanaraq “Sifarişçi”lərə təqdim olunmuşdur.
Bununla yanaşı, EMD–nin normativ–texniki sənədlərlə iş şöbəsi tərəfindən “Azneft” İB–nin “28 May” NQÇİ, “Neft Daşları” NQÇİ və “Abşeronneft” NQÇİ, “Tamponaj və layların neft veriminin artırılması idarəsi”, “Qobustan Nəqliyyat İdarəsi”, “Maddi–texniki təchizat idarəsi”, “Siyəzənneft” NQÇİ, eləcə də Bahar Enerji Əməliyyat Şirkəti, “Suraxanı Oyl Opereyşn Kompany S.A.” şirkəti, “Azkontakt” MMC–nin Sumqayıt filialı, “AzGerneft” MMC, “Şirvan–N” MMC–nin “Qaşaltı sanatoriyası” filialı kimi digər təşkilatların ekoloji normativ texniki sənədləri təqvim planına uyğun olaraq işlənib hazırlanmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.
Cari ilin noyabr ayınadək QSC–nin Tullantıların Emalı Departamenti (TED) də uğurlu nəticələr əldə etmişdir. TED–in 6–cı sahəsində (Heydər Əliyev adına BNEZ–in 9–cu sexinin ərazisi) BNEZ–in 24 min tona qədər neftşlamı emal edilərək zərərsizləşdirilmiş, 8 milyon 785 min kubmetrə qədər sənaye çirkab suları, 102 tona qədər isə ərsin parafini təmizlənmişdir. TED–in 7–ci sahəsində isə (“Azərneftyağ” NEZ–in ərazisi) NEZ–da texnoloji proseslər nəticəsində formalaşan 3 min 385 ton neftşlam emal olunaraq zərərsizləşdirilmiş, 9 milyon 882 min kubmetrə qədər sənaye çirkab suları norma həddinə qədər təmizlənmişdir. Bununla yanaşı, I yarımillikdə TED tərəfindən digər “Sifarişçi” təşkilatlardan daxil olan 49 min kubmetrdən çox müxtəlif növ tullantı suları təmizlənmişdir.
TED müvafiq dövr ərzində “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış sahədən fekal suların kənarlaşdırılması” layihəsinin icrasını davam etdirmiş, ərazidən 411 min 155 kubmetrə qədər fekal suları kənarlaşdırılmışdır.
2012–ci ilin müvafiq dövründə “Ekol Mühəndislik Xidmətləri” QSC–nin təsisçisi olduğu “AAS–EKOL” MMC xidmət göstərdiyi “Sifarişçi” təşkilatlardan qəbul etdiyi 18 min 855 tona qədər neftli suyu, su əsaslı şlamı və neftli torpaqlarını təmizləmək, eləcə də 102 ton ərsin parafinini emal etmək məqsədilə QSC–nin TED–nə təhvil vermişdir.
QSC–nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) də cari ilin müvafiq dövründə üzərinə düşən öhdəliklərə layiqincə əməl etmişdir. TRD 2010–cu ildən icrasına başladığı “Bakı Ağ Şəhər” layihəsinin “Yaşıl ada” bölgəsində köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılması, anbarlaşdırılması və ərazidəki neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi layihəsinin icrasını davam etdirmişdir. Bu müddət ərzində ərazidən 1 milyon 200 min kubmetrə qədər neftlə çirklənmiş torpaq daşınmışdır.
2012–ci ilin 10 ayı ərzində TRD “Sifarişçi” təşkilatların yaşıllıq sahələrində bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini də yüksək səviyyədə təşkil etmişdir. H.Z.Tağıyev adına, “Abşeronneft”, “Bibiheybətneft” neftqazçıxarma idarələrinin mədən ərazilərində və ARDNŞ–in Qaz Emalı Zavodunun ərazisində ümumilikdə 80 min ədədə qədər müxtəlif növ ağac, bəzək və gül kollarına aqrotexniki xidmət göstərmişdir. Həmin sahələrdə, xüsusilə yay mövsümündə bitkilərin mühafizəsi üçün kompleks tədbirlər həyata keçirilmişdir. Yaşıllaşdırma sahələrində əsasən iqtisadi cəhətdən səmərəli və daha effektli olan damcı suvarma sistemləri quraşdırılmışdır. Hazırda payızın gəlişi ilə əlaqədar yaşıllıq sahələrində mövsümi işlər yerinə yetirilir.
ARDNŞ sənaye–çirkab sularının və neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamın emalı və neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində yeni texnika və texnologiyaların əldə edilməsi və istehsalata tətbiqi sahəsində QSC qarşısında mühüm vəzifələr qoymuşdur. Bununla əlaqədar olaraq 2012–ci ildə qarşılıqlı əməkdaşlıq çərçivəsində QSC–nin xarici əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Bu dövrdə Almaniyanın “BAMAG”, “Baufeld–Umvvelt–Engineering GmbH”, “FLOTTWEG AG”, “GICON, “AWAS”, ABŞ–ın “Sundance Services INC”, “ARGUS”, “FMT”, “TARMAC”, Kanadanın “Nelson Environmental Remediation LTD”, Belçikanın “SITA Remediation”, Norveçin “TNERMTECH”, İsveçrənin “Alfa–Laval”, İtaliyanın “DIEMME”, “Mambrini”, “Foster Wheeler” və dünyanın digər inkişaf etmiş dövlətlərində fəaliyyət göstərən onlarla analoji şirkətləri ilə əməkdaşlıq əlaqələri yaradılmış və bir çox dövlətlərə qarşılıqlı işgüzar səfərlər təşkil olunmuşdur. Hazırda QSC–nin xarici əlaqələrinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Cari ildə QSC–də texnoloji proseslərin təkmilləşdirilməsi, maddi–texniki bazanın gücləndirilməsi, istehsalat obyektlərində və inzibati binalarda əsaslı təmir–quraşdırma işlərinin aparılması da diqqət mərkəzində olmuşdur. Bu il TED–in 7–ci sahəsində (Heydər Əliyev adına BNEZ–in 9–cu sexinin ərazisi) neftşlamı emal edən , İtaliyanın “Pieralisi” şirkətinin istehsalı, gücü 20 kubmetr/saat olan trikantor qurğusu quraşdırılaraq istismara verilmişdir. Xeyli sayda xüsusi texnika, nəqliyyat vasitələri, qurğu və avadanlıqlar alınmış, kifayət qədər əsaslı təmir–tikinti işləri yerinə yetirilmişdir. ARDNŞ–in dəstəyi ilə TED–in çənlər parkında 4 ədəd yeni 1000 tonluq çənlər quraşdırılmışdır.
2012–ci ildə QSC əldə etdiyi nailiyyətləri və maraqlı stendi ilə 20 sentyabr “Neftçilər Günü” və 21–23 noyabr “Ətraf Mühit” sərgilərində layiqincə təmsil olunmuşdur. Cari ilin I yarısında QSC ISO–9001 (Keyfiyyət) və OHSAS–18001 (Əməyin Mühafizəsi və Təhlükəsizliyi) beynəlxalq idarəetmə sistemləri üzrə sertifikatlara layiq görülmüş və fəaliyyətini bu standartların tələblərinə uyğun təşkil etmişdir. İşçi personalın bu sahədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilmişdir.
“Ekol Mühəndislik Xidmətləri”
QSC–nin kollektivi bundan sonra da
ARDNŞ–in fəaliyyət sahələrində
ekoloji vəziyyətin
yaxşılaşdırılması istiqamətində əzmlə
çalışacaqdır.
Ramil ƏLİYEV,
“Ekol
Mühəndislik Xidmətləri”
QSC–nin baş direktoru.
Respublika.- 2012.- 16 dekabr.- S. 5.