| Uşaqların
sevimli yeri
Təlim–tərbiyənin
keyfiyyətinin daha da
yüksəldilməsi üçün
istedadlı uşaqlarla işin
təşkili önəmli vasitədir. Uşaqların
yaradıcılıq imkanlarının vaxtında aşkara çıxarılması, bu imkanların düzgün
məcraya yönəldilməsi pedaqoji sahədə
çalışan hər bir müəllim
və tərbiyəçidən böyük
məharət və ustalıq tələb edir.
Mingəçevir şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzi uşaq və yeniyetmələrin bilik, bacarıq və vərdişlərə yiyələnməsində, istedadlı uşaqların üzə çıxarılmasında müstəsna rol oynayır.
Mərkəzin işçiləri tez–tez məktəblərdə olur, burada fəaliyyət göstərən dərnəklər haqqında şagirdlərə məlumat verir, onların müvafiq dərnəklərə cəlb olunması üçün əməli işlər görürlər. Bu gün Uşaq Yaradıcılıq Mərkəzində 19 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə öz işinin mahir bilicisi olan müəllimlər çalışır.
Milli rəqs dərnəyi, demək olar ki, bütün tədbirlərin bəzəyidir. Bakıda keçirilən respublika xalq yaradıcılığı folklor müsabiqəsinin qalibi olan dərnək üzvləri dəfələrlə müxtəlif yarışlarda uğurla çıxış etmiş, doğma şəhərə dəyərli mükafatlarla qayıtmışlar.
“Milli Kukla Teatrı”
dərnəyi isə sanki nağıllar aləmidir. Hər bir cansız kuklaya can verən uşaq ondan ayrılmaq istəmir. Bu teatrda elə
bir cazibə qüvəsi var ki, uşaqları ona əbədi olaraq bağlayır.
İl ərzində “Kukla teatr”ında 7 əsər tamaşaya qoyulmuş, ilin sonunadək daha bir tamaşanın
hazırlanması nəzərdə
tutulmuşdur.
Uşaq Yaradıcılıq Mərkəzinə
xeyli müdətdir ki, təcrübəli pedaqoq Ədalət Quliyeva rəhbərlik edir. Uzun illər bu tərbiyə ocağında
müəllim işləmiş
Ədalət xanım
öz bacarığı,
təlim–tərbiyə prosesinə
göstərdiyi canyanğısı
ilə nəinki Mingəçevir şəhərinin
təhsil işçiləri
arasında, həmçinin
onun hüdudlarından
kənarda da böyük ad–san qazanmışdır.
Bu günlərdə Mingəçevirdə
olarkən kollektivin işi ilə maraqlandıq. Açığını demək lazımdır
ki, burada gördüklərimiz bizdə
böyük heyranlıq
hissi yaratdı.
Vahid bir orqanizmi xatırladan kollektivin işə doğma münasibəti bizi valeh etdi.
Söhbətimiz zamanı mərkəzin
direktoru dedi:
—Dünya nura boyanar bir körpə
təbəssümündən, bir körpə gülüşündən! deyənlər necə
də haqlıdır.
Hər dəfə bu sətirləri oxuyanda gözümün qarşısında
bu təhsil ocağının qapısından
içəri girən
yüzlərlə bacarıqlı,
istedadlı dərnək
üzvləri durur.
Hər birinin də öz aləmi var—sirli, sehrli.
Öz körpə
baxışları ilə
bir işı gördükdə gözləri
sevincdən parlayır,
dünyanın ən xoşbəxt adamına çevrilirlər.
Uşaqdan–böyüyə hamının rəğbət
bəslədiyi, sevə–sevə,
həvəslə gəldiyi
bu məkanın adı Mingəçevir Uşaq Yaradıcılq Mərkəzidir — Azərbaycan
təhsilinin ayrılmaz
bir hissəsi olan məktəbdənkənar
təhsil müəssisəsi.
Uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli keçməsi,
xüsusi istedada malik uşaqların üzə çıxarılması,
uşaqlarda sənətə,
peşəyə həvəs
yaradılması, sağlam
həyat tərzinin təbliği yolunda müəssisəmizin rolu
böyükdür.
Mingəçevir Şəhər Uşaq
Yaradıcılıq Mərkəzi
öz iş planlarında yuxarıda göstərdiyimiz hər bir şərti əsas tutaraq məktəbinə, ailəsinə,
vətəninə, xalqına
layiq övladların yetişdirilməsi üçün
məzmunlu tədbirlər
keçirir.
Uşaq Yaradıcılıq Mərkəzi
uşaqlara yalnız bilik, bacarıq və vərdişlər aşılamır, eyni zamanda onların müstəqil, demokratik, prinsipial şəxsiyyət
kimi formalaşmasını
təmin edir. Tədbirlər
planına əsasən
il ərzində
bütün tarixi günlər, milli və dövlət bayramları, xatirə günləri qeyd olunur, sərgilər təşkil edilir. İstedadlı uşaqlarımız dərnəklərə tədbirdən–tədbirə
daha da həvəslə
üzv olur, dərnək rəhbərlərınin
yaxın dostuna çevrilirlər. Əlbəttə ki, bu münasibət
onların gələcək
həyatında mühüm
rol oynayır. Belə uşaqlar müəyyən
auditoriyalarda sərbəst
fikir söyləyə
bilirlər, müstəqil
olaraq özünüidarəetmədə
hər hansı bir tədbirin keçirilməsində öz
mülahizələrini irəli
sürür və yerinə yetirirlər.
Yaradıcı dərnəklərin üzvləri
dərnək rəhbərlərinin
səyi, pedaqoji bacarıqları nəticəsində
öz yaradıcılıq
qabiliyyətlərini üzə
çıxarır, gələcəkdə
hansı peşənin
sahibi olacaqlarından asılı olmayaraq bu gün keçirilən
tədbirin fəal iştirakçısı olurlar.
Mərkəzdə fəaliyyət proqramına
əsasən “Sağlam
həyat tərzi”, “Yaşam bacarıqları”,
“Narkomaniyaya yox deyək!”, “Mən vətənimi sevirəm!”,
“Mənim nurlu şəhərim”, “Müstəqil
ölkənin xoşbəxt
övladlarıyıq”, “Şən
uşaqlar” və s. mövzuları əhatə
edən tədbirlər
təkcə uşaqların
deyil, valideynlərin və şəhər ictimaiyyətinin böyük
marağına səbəb
olur.
Gənclərin vətənpərvər, mübariz ruhda böyüməsində təşkil olunan tədbirlərin böyük rolu var. “Qanlı Yanvar!”, “Xocalı harayı!”, “31 mart–Azərbaycanlıların soyqırımı—qanlı tarix!”, “Şəhid torpağım!”, “Vətən yolunda!” və s. tədbirlər yeniyetmə və gəncləri torpağın hər qarışı üçün müdafiəyə səsləyır.
Ötən dərs ilində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı keçirildi. Festivalda Uşaq Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvləri Qazax Nağı Akif oğlunun “Qisas” tamaşasını oynadılar. Yüksək ifa bacarığı dərnəyin üzvlərinə uğur qazandırdı və onlar diplom və pul mükafatı ilə III yerin qalibi oldular. İştirakçıların mübarizə əzmi ilə oynadıqları tamaşa Mingəçevir məktəblilərinə nümayış olundu.
Mərkəzdə vaxtaşırı keçirilən müsabiqə xarakterli tədbirlər uşaqların bacarıq və qabiliyyətlərini daha da təkmilləşdirir, onların dünyagörüşünü artırır.
Uşaqlar arasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi”, “10 dekabr — Beynəlxalq İnsan Hüquqları Günü!”, “Mən və hüquqlarım!” mövzuslarında keçirilən uşaq rəsmlərinin müsabiqəsi buna misaldır.
Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsində iştirak etmək üçün “Bədii tikmə”, “Bədii keramika”, “Gənc dizayner”, “Biçmə–tikmə” dərnəklərinin hazırladıqları əl işləri təqdim olunub. İncə zövqlə işlənən bu işlər uşaq təxəyyülünün məhsuludur. Ümid edirik ki, bu müsabiqədə də qalib işlərimiz, mükafatımız olacaq.
Mərkəz ümumtəhsil məktəbləri ilə sıx əlaqəli işləyir. Belə olmazsa, dərnəklərdə fəaliyyət göstərən dərnək üzvlərinin sayı çox az olar. Şəhərin tam orta məktəblərinin rəhbərləri də mərkəzin işi ilə maraqlanır və birlikdə müəyyən tədbirlər keçirirlər. Məktəb uşaq birlik rəhbərlərı ilə metodist Ülviyyə Kərimovanın apardığı seminar məşğələlər UBR–nin məktəbdən sonra şagirdlərin boş dayanmamalarına, asudə vaxtlarının səmərəli keçirmələrinə nəzarət etmələrinə kömək edir.
Ü.Kərimova dram, R.Əhmədova bədii tikmə, A.Məmmədov bədii keramika, təsviri sənət, A.Quliyev bədii qiraət, M.Tağıyeva milli rəqs, Ə.Quliyeva kukla teatrı, T.İsmayılov “Bacarıqlı əllər”, G.Süleymanova, T.Həşimova dərzilik, C.Abuşova vokal və s. dərnək rəhbərlərinin uşaqlara sevgisi, öz işinə məsuliyyətlə yanaşmaları mərkəzin işini daha da fəallaşdırır.
Elə bir şəhər
tədbiri olmaz ki, orada Uşaq Yaradıcılıq
Mərkəzinin rolu olmasın. Respublika üzrə keçirilən
müsabiqələrin əksəriyyətinin
iştirakçısı və qalibi olan mərkəzdə bu gün də qaynar həyat
davam edir.
İlham PƏNAHOV,
Respublika.- 2012.- 19 dekabr.- S. 6.