Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun kollektivi yeni ili uğurlarla qarşılayır

 

Gələn il 60 illik yubileyini qeyd edəcək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (keçmiş Yeni Bakı Neftayırma Zavodu, “Azərneftyanacaq” İstehsalat Birliyi, “Azərneftyanacaq” neft emalı zavodu) keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953– il 29 iyul tarixli əmri ilə yaradılmışdır. Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəsinə çevrilmişdir.

 

60 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda milyonlarla ton neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir.

Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21–i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksus. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə istehsal olunan neft məhsullarını xarici ölkələrə ixrac edir.

70–80–ci illərdə ulu öndər Heydər Əliyevin məsləhət, tövsiyə və köməkliyi sayəsində hazırda zavodun əsasını təşkil edən ED–AVQ–6, katalitik riforminq, tədrici kokslaşma, katalitik krekinqqurğuları inşa olunmuşbu gün də müvəffəqiyyətlə istismar olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi,—vaxtilə Azərbaycanda böyük neft potensiallı infrastrukturlar, neft emalı zavodları, xüsusilə bu gün Heydər Əliyevin adını daşıyan Neft Emalı Zavodu yaranmışdır. Bu zavod məhz onun fəaliyyəti nəticəsində tikilmişdirbu gün müəssisə ən yüksək standartlara cavab verir, xarici ölkələrə neft məhsulları ixrac edir.

Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan yeni neft strategiyası və onun şanlı səhifəsi olan “Əsrin müqaviləsi” müəssisəmizin də inkişaf tempinin daha böyük vüsət almasına zəmin yaratdı.

Yeni neft strategiyasının həyata keçirilməsində ümummilli liderimiz Heydər Əliyevin adını ləyaqətlə daşıyan zavodumuzun da özünəməxsus yerirolu vardır. Ötən illər ərzində zavod kollektivi emal olunan neft məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına çalışmış, iqtisadi marağı ön plana çəkmişdir. Məhz neftayıranlarımızın əməksevərliyi sayəsində zavod daim inkişaf etmiş, yaxın və uzaq xaricdə sayılıb–seçilən müəssisələrdən olmuşdur.

Zavodda texnologiyanın təkmilləşdirilməsi, köhnəlmiş əsas avadanlıqların yeniləşdirilməsi məqsədi ilə istehsal təyinatlı obyektlər üzrə əsaslı tikinti işləri yerinə yetirilmişdir. Bunun nəticəsində ilk növbədə neftin ilkin emalı üzrə ED–AVQ–6 qurğusunda açıq rəngli neft məhsullarının, vakuum distillatının artırılmasına, yanacaqenerji sərfinin, neftneft məhsulları itkilərinin azaldılmasına, keyfiyyət, ekoloji göstəricilərin yaxşılaşmasına nail olundu.

Dizel yanacaqlarının təmizlənməsi üçün ABŞ–ın Merikem firmasının “Merikemqurğusu, “Honeyvell” firmasının katalitik krekinq kompleksində tətbiq etdiyi TDS–3000 avtomatik idarəetmə sistemi, 43 N–li tədrici kokslaşma qurğusunda I axının işə salınması və həmin qurğudaExperion PKS C300″ avtomatlaşdırılmış idarəetmə sisteminin istismara verilməsi, zavoddan “Azərkimya” İB–qə çəkilmiş boru xətti ilə quru qazın və nafta məhsulunun ötürülməsi, 22 N–li qurğuda dizel distillatının qələviləşdirilməsi bölməsinin istismara verilməşi, dəmir yolu sisternlərinə neft məhsullarının yükləmə estakadaları və s. son illərin nailiyyətləridir.

Bütün bunların və həyata keçirilmiş texniki–təşkilati tədbirlərin nəticəsində emal kompleksinin əsas göstəricilərindən sayılan emal dərinliyi yüksək həddə çatdırılmışdır.

Katalitik krekinqkokslaşma qurğularının yüngül qazoyl və fleqmalarının hidrogenlə təmizlənməsi üçün nəzərdə tutulmuş hidrotəmizləmə qurğusu modernləşdirilərək bu gün müvəffəqiyyətlə istismar olunur. İşçilərimizin fədakar əməyi sayəsində bu texnoloji tədbirin yerinə yetirilməsi Avropa standartlarına uyğun, keyfiyyət tələblərinə cavab verən dizel yanacağı istehsalına imkan vermişdir.

2004– ildə əbədiyaşar prezidentimiz Heydər Əliyevin zavodumuzda büstünün açılışı tədbirində iştirak edən ölkə başçısı İlham Əliyev katalitik krekinq qurğusunun əməkçiləri ilə görüşmüşqurğu ilə yaxından tanış olmuşdur.

Strateji əhəmiyyətli zavodumuzun inkişafı ARDNŞ rəhbərliyinin daim diqqət mərkəzindədir. Məlum olduğu kimi, ötən ildən ölkəmizdə istifadə olunan avtomobil yanacaqlarına Avropa standartları tətbiq olunur. Zavodumuzda bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər öz müsbət nəticəsini vermişdir. Hazırda Avro–2 ekoloji normasına uyğun məhsullar istehsal olunurAvro–3 və daha yüksək ekoloji normalara cavab verən mühərrik yanacaqlarının istehsal edilməsi ilə bağlı müəssisədə modernləşdirmə işləri istiqamətində tədbirlər görülür.

Ölkə iqtisadiyyatının və əhalinin enerji resurslarına olan tələbatının daha yaxşı ödənilməsini təmin etmək, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanacaqenerji kompleksinin qarşısında qoyduğu əsas vəzifələrdən biridir. Neft sənayesində əldə olunmuş uğurlardan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun kollektivinə də xüsusi pay düşür. İlin ötən dövrünün iqtisadi mənzərəsinə nəzər saldıqda açıq–aydın görmək olar ki, “Azərbaycan Respublikasında yanacaqenerji kompleksinin inkişafı (2005–2015–ci illər) üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun kollektivi əzmlə çalışır və dövlət plan–tapşırıqlarını vaxtında, müvəffəqiyyətlə yerinə yetirir.

Zavodda buraxılan məhsulların, o cümlədən də avtomobil benzinlərinin keyfiyyət məsələsinə daha çox diqqət yetirilir. Axı müəssisədə yaxşı başa düşülür ki, bu gün müasir dünyada istehsal olunan məhsulun keyfiyyəti yüksək olduqda onun rəqabət qabiliyyəti də, qiyməti də yüksəlir.

Məlumdur ki, uğurlu nəticələrə, yüksək məhsuldarlığa nail olunmasında aparılan cari və əsaslı təmirlərin böyük əhəmiyyəti vardır. İlin əvvəlindən zavod rəhbərliyinin, baş mütəxəssislərin və kollektivin gərgin əməyi sayəsində əsas istehsal sahələrinin texnoloji sxemlərində edilmiş dəyişikliklər, aparılmış yenidənqurma, cari və əsaslı təmir işləri və s. texniki–təşkilati tədbirlər böyük iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Müəssisədə istehsal məsələlərinin kompleks həllinin təmin olunması inkişafa zəmin yaratmışdır.

Zavodun bir neçə texnoloji qurğularında gedən əsaslı təmir işlərinə baxmayaraq, kollektiv 2012–ci ilin 11 ayı ərzində ARDNŞ tərəfindən verilən tapşırıqların və həvalə olunan işlərin öhdəsindən layiqincə gəlmiş, istehsal proqnozlarının yerinə yetirilməsində kadrtexniki potensialdan maksimum istifadə etmişdir. Məhz bunun nəticəsidir ki, ilin ötən dövrü ərzində ARDNŞ tərəfindən neft emalı və neft məhsullarının istehsalına dair zavoda qoyulan tapşırıqlar yerinə yetirilmişdir. 2011–ci ili uğurla yola salan neft emalçıları həmin nailiyyətləri bu il də təkrarlamaq niyyətindədirlər. Elə müəssisənin 2012–ci ilin 11 ayının təsərrüfat fəaliyyətinin yekunları bütün bunları bir daha təsdiq edir.

2012–ci ilin on bir ayı üzrə ARDNŞ tərəfindən zavodumuza 3955,7 min ton xam neft və “Azərneftyağ” NEZ–dən daxil olan 1369,7 min ton yarımfabrikatların, cəmi 5325,4 min ton xammalın emalı proqnozlaşdırılmışdır.

Faktiki olaraq ötən aylar ərzində 3649,1 min ton neft və 1610,3 min ton kənardan daxil olan yarımfabrikat, cəmi 5259,4 min ton xammal emal edilmişdir.

2012–ci ilin 11 ayının hesabat məlumatlarına əsasən emal dərinliyi 89,7 faiz təşkil etmişdir. 2012–ci ilin əvvəlindən zavodun istehsal sahələrində texnoloji intizamın yaxşı səviyyədə olması və yaranmış şəraitə uyğun rejiminin seçilməsi nəticəsində işçilərimiz tərəfindən sərf olunan enerji resurslarına qənaət edilmişdir. Bundan başqa emalçılarımız 1204,6 milyon manat dəyərində əmtəəlik neft məhsulları istehsal etmişdir.

2012–ci ilin 11 ayı üzrə ümumi neft məhsullarının satışı 4310,2 min ton təşkil etmişdir ki, bunun 2951,9 min tonu respublika daxilində realizə olunmuş, 1358,3 min tonu isə ixrac edilmişdir. Belə ki, ümumi satışda ixracın payı 31,5 faiz təşkil etmişdir. Zavodumuzda istehsal olunan mühərrik yanacaqlarının 27,1 faizi xarici bazarda satılmışdır.

Zavodda istehsal proseslərinin yüksək səviyyədə idarə olunması məqsədilə mütəxəssislər tərəfindən həyata keçirilən əməli tədbirlər öz müsbət nəticəsini vermişdir. Enerjinin, reagentlərin, kimyəvi təmizlənmiş suyun sərfinə nəzarət gücləndirilmiş və ilkin emaldan alınan açıq rəngli məhsulların çıxım faizi plan üzrə nəzərdə tutulduğundan çox olmuşdur.

Zavodun inkişafını təmin edən texnoloji proseslər diqqətlə izlənilmiş və ortaya çıxan problemlərin həll olunması üçün bir sıra texniki–təşkilati tədbirlər yerinə yetirilmişdir.

Ətraf mühitə dəyən mənfi təsiri azaltmaq məqsədi ilə müəssisədə sistematik olaraq qabaqlayıcı tədbirlər görülür. Enerji daşıyıcılarının, xüsusilə sobalarda yandırılan yanacağın sərfinin azaldılması, neftneft məhsulları saxlanılan çənlərin saz vəziyyətdə istismarının təmin edilməsi və s. belə tədbirlərdəndir. Ətraf mühitə vurulan mənfi təsirin dərəcəsi zavodun normativ sənədləri ilə tənzimlənir. Bu gün zavodun ekoloji göstəriciləri normativlər həddindədir.

Zavodda çalışan işçilərin sosial rifah halının yaxşılaşdırılması və yay mövsümündə neft emalçılarının istirahətlərinin mənalı təşkil olunmasında tədbirlər həyata keçirilir. İyun ayından başlayaraq ARDNŞ–in Sİİ və ARNQSİHİRK tərəfindən ayrılmış göndərişlərlə zavod işçiləri ailə üzvləri ilə birgə ölkəmizin ən səfalı guşələrində yerləşən istirahət mərkəzlərində istirahət edirlər. Həmçinin ailə üzvləri ilə birlikdə 75 nəfər neftayıran Naftalan şəhərinin “Qaşaltı” sanatoriyasında müalicə olunmuşdur.

Bu gün ölkə və ARDNŞ rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılan müəssisəmizin inkişaf perspektivləri çox genişdir. Belə ki, “ARDNŞ–in 2025–ci ilə kimi strateji inkişafının əsas istiqamətlərinə dair Kompleks Planı”na əsasən Heydər Əliyev adına Bakı neft emalı zavodu üzrə aşağıdakı irihəcmli layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Dünya şöhrətli “Foster Wheelerİtaliya şirkətinin layihəsi əsasında xam neftin ilkin emalı ilə məşğul olan 21 N–li ED–AVQ–6 qurğusunun izafi istiliyindən maksimum istifadə edilməsi ilə yanacaq resurslarına qənaət məqsədilə texnoloji qurğunun istilik emissiyasının artırılması üçün rekonstruksiya edilməsi;

Avtomobil benzinlərinə olan artan tələbatın və neftkimya proseslərinin əsas xammalı olan quru qazpropilen fraksiyalarının istehsal həcminin artırılması məqsədilə 55 N–li katalitik krekinq qurğusunun “UOP” şirkəti tərəfindən məhsuldarlığının 3 mln/t rekonstruksiya edilməsi;

Ekoloji təmiz maye qazbenzin yanacaqlarının istehsalı məqsədilə UOP şirkətinin layihəsi əsasında “Meroksqurğusunun tikilməsi;

Atmosferə atılan zəhərli qazların miqdarının azaldılması məqsədilə 21 N–li ED–AVQ–6 qurğusunun sobalarında mövcud şamların “John Zink” firmasının müasir tələblərə cavab verən şamlarla əvəz edilməsi;

Avro–3 standartlarının tələblərinə əsasən avtomobil benzinlərində benzolun miqdarının Avro–3 standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə katalitik riforminq qurğusunda alınan stabil platformatın tərkibindən benzol fraksiyasının ayrılması blokunun tikintisi;

Zavodun texnoloji qurğuların soyutma sisteminin təkmilləşdirilməsi məqsədilə Fransanın “NAMON TNERMAL EUROPE” firmasının layihəsi əsasında yeni qradirni qurğusunun tikintisi;

“Azərkimya” İB–nin xammalı olan quru qazın keyfiyyətinin yüksəldilməsi və eləcədə texnoloji avadanlıqların korroziyadan qorunması məqsədilə qazların MEA məhlulu ilə təmizlənməsi blokunun layihələndirilməsi və tikintisi.

Bir sözlə, qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin adını daşıyan zavodumuz əvvəlki vaxtlarda olduğu kimi dinamik inkişaf yolundadır və emalçılarımız bu tempi həmişə saxlamaq əzmindədirlər. Bu amil əmək kollektivini yeni–2013– ildə də daha yaxşı işləməyə və ARDNŞ tərəfindən verilən bütün plan–tapşırıqların layiqincə yerinə yetirməyə və xüsuislə neft strategiyasının həyata keçirilməsində böyük rol oynamağa ruhlandırır.

 

Elman İsmayılov,

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru.

 

Respublika.- 2012.- 19 dekabr.- S. 6.