| Təşəbbüs ərzaq təhlükəsizliyinə xidmət edir

 

Milli Aviasiya Akademiyası və AMEA Genetik Ehtiyatlar İnstitutunun birgə təşəbbüsləri əsasında ozonun kənd təsərrüfatında tətbiq sahələrini müəyyənləşdirmək üçün apardıqları elmi–tədqiqat və təcrübi–sınaq işlərinin nəticələri Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Oğuz rayonuBeytullah” MMC fermer təsərrüfatında və “Azersunholdinqin müəssisələrində tətbiq edilmiş və yüksək nəticələr əldə olunmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə kənd təsərrüfatı bitkiləri toxumlarının ekoloji təmiz saxlanması üçün ozonlaşdırma texnologiyasının işlənməsi və avadanlığın sənaye nümunələrinin hazırlanması layihəsi həyata keçirilir. Bu layihə ilə bağlı geniş məlumat almaq üçün layihənin rəhbəri, Milli Aviasiya Akademiyasının (MAA) Elmi–tədqiqat nəqliyyat, aviasiya Problemləri İnstitutunun konstruktor bürosunun rəisi, texnika elmləri doktoru, Dövlət mükafatı laureatı Telman Nizamov ilə görüşüb görülən işlərlə maraqlandıq və o, ətraflı məlumat verərək dedi:

 

Layihənin həyata keçirilməsində məqsəd kənd təsərrüfatı bitkiləri toxumlarının uzunmüddətli ekoloji təmiz saxlanması və onların səpin keyfiyyətinin yüksəldilməsinin ozonlaşdırma texnologiyasının işlənməsi və müvafiq texniki avadanlığın hazırlanmasıdır. Layihə üzrə elmi–tədqiqat işlərinin əsas istiqamətləri isə genbank şəraitində mühafizə edilən toxum nümunələri üzərində ozonlaşdırmanın təsiri ilə aparılan tədqiqatlar, tarlaanbar şəraitində əkilən və saxlanılan taxıl məhsulu üzərində ozonlaşdırmanın təsiri ilə aparılan tədqiqatlardır.

Layihənin icrasının bir ili ərzində hər iki istiqamətdə əhəmiyyətli nəticələr əldə edilmişdir.

Hazırda ölkə Prezidentinin diqqət mərkəzində saxladığı ən mühüm problemlərdən biri milli ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Müasir şəraitdə ərzaq təhlükəsizliyinin təmin edilməsi daha çox qlobal xarakter daşıyır və ölkənin iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissəsi olub ölkənin strateji maraqlarının qorunmasında mühüm əhəmiyyət kəsb edir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkənin milli maraqlarının xarici rəqabətin əlverişsiz təzahürlərindən qorunmasında aparıcı amil olmaqla ölkənin aqrar ərzaq müstəqilliyinin təzahürü kimi şərtlənir.

MAA–nın ərzaq təhlükəsizliyinə töhfəsi:

Respublikamızda taxıl əsas ərzaq bitkisi olduğuna görə onun istehsalının, məhsuldarlığının və keyfiyyətinin artırılması ən mühüm məsələlərdən biridir. Taxıl bitkilərinin toxum keyfiyyətinin ekoloji üsullarla yüksəldilməsi ilə məhsuldarlığın artırılması bugünün əsas iqtisadi problemlərindəndir. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasının əsas yollarından biri də bitkilərin xəstəliklərdən, xüsusilə də sporları toxumların səthində yerləşən fitopatogenlərdən mühafizəsidir. Toxumların səpinqabağı dərmanlanması əkinlərin toxum, torpaq və müəyyən dərəcə aerogen infeksiyalardan qorunmasına imkan yaradan effektiv, iqtisadi cəhətdən səmərəli tədbirlərdəndir. Bu problemin həllində perspektivekoloji cəhətdən zərərsiz həll yollarından biri də ozonlaşdırma texnologiyalarının istifadəsidir. Belə ki, onun bir çox üstünlükləri kənd təsərrüfatı istehsalı məqsədləri üçün xüsusi əhəmiyyət kəsb edir, müasir ekoloji tələblərə ideal surətdə uyğundurson məhsulda toplanmır.

İnnovasiya texnologiyaları əsasında elmipraktiki cihazqayırmanın sənaye nümunələrinin aidiyyəti istiqamətlərdə mənimsənilməsi MAA–nın əsas məqsədlərindəndir. Bunlardan biri olan ozonlaşdırma sahəsində cihazqayırma əsasında yaradılmış avadanlıqların respublikanın bütün, o cümlədən aviasiya, tibb, kənd təsərrüfatı və s. sahələrində tətbiqi istifadəsi üzərində işləyirik.

Hazırda aktual olan ozonun kənd təsərrüfatına tətbiqi istiqamətində tədqiqatlarımız davam edir. Nəticələr göstərir ki, ozonhava qarışığı ilə təsir etdikdə statistik olaraq bütün təcrübə variantlarında toxumların cücərməsi sürətlənir və xromosomların struktur pozuntularının tezliyi azalır. Bununla da, ilk dəfə olaraq göstərilmişdir ki, ozonlaşdırma nəticəsində genbank şəraitdə toxumların saxlanma müddəti artmış olur. Bu isə genetik fəsadların neytrallaşdırılmasında ozonun imkanlarını təsdiqləyir. İlk dəfə bu üsul Azərbaycanda tətbiq edilmişdir.

MAA və AMEA Genetik Ehtiyatlar İnstitutu (GEİ) birgə “Bitki toxum materiallarının əkinə hazırlanması və qorunub–saxlanmasında ozonlaşdırma texnologiyalarının istifadəsi” mövzusunda cari ilin oktyabr ayında Milli Seminar da təşkil etmişdir. Milli Seminarda MAA və GEİ–dən, Fransa Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzindən (İNRA), AR Kənd Təsərrüfatı Nazirliyindən (KTN), AR Fövqəladə Hallar Nazirliyi, Dövlət taxıl fondundan, ET Əkinçilik İnstitutundan, “Azersun” Holdinqdən, “ArazLtd MMC–dən (Çörək zavodu), fermer təsərrüfatlarından mütəxəssis və nümayəndələr iştirak etmişlər.

Seminarda bitki toxum materiallarının əkinə hazırlanması və qorunub–saxlanmasında ozonlaşdırma texnologiyalarının istifadəsi üzrə MAA və GEİ–nin birgə tədqiqatlarında alınmış nəticələrin müzakirəsi aparılmışdır.

Seminarın həmsədri Zeynal Əkpərov müvafiq sahədə MAA ilə olan elmi əməkdaşlığın və tədqiqat işlərinin tarixçəsindən danışmışdır. O, 5 ildən çoxdur ki, MAA ilə ozonlaşdırmadan istifadənin birgə tədqiqatlarını apardıqlarını bildirmişdir. Ozon qazının genbankda bitki genetik ehtiyatlarının mühafizəsində istifadəsi üzrə tədqiqatların dünyada ilk dəfə aparıldığını qeyd etmişdir. Z.Əkpərov vurğulamışdır ki, ozonlaşdırmanın patogen mikrofloranın məhv edilməsində, bitki toxumlarının səpinqabağı stimullaşdırılmasında, becərilmiş məhsulun saxlanmasında istifadəsindən çox uğurlu nəticələrin alınması nəticə etibarı ilə doğru yolda olduğumuzu təsdiqləyir. Tədqiqatları daha da intensivləşdirmək üçün geniş imkanlar vardır, institutda biotexnologiya laboratoriyası yaradılmış, müvafiq kadr potensialı hazırlanmışdır. Bizim bu sahədə apardığımız tədqiqatlar bütün dünyada maraqla izlənilir.

Ozonlaşdırmanın genişmiqyaslı tətbiqi ilə əlaqədar qarşıda duran məsələlər və bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə icra olunan birgə layihə çox önəmlidir. Məlumdur ki, MAA–da elmipraktiki cihazqayırmanın dövlət əhəmiyyətli istiqamətləri əsasında işlənmiş avadanlıqların sənaye nümunələri aviasiyada, neft–qazçıxarmada, tibbdə, kənd təsərrüfatında və s. geniş istifadə olunur. Önəmli istiqamətlərdən biri də yüksək texniki göstəricilərə malik, orijinallığı patentsertifikatlarla təsdiqlənmiş səmərəli qeyri–ənənəvi ozonlaşdırma sistemlərinin modifikasiyalarının işlənməsi və yaradılmasıdır. Ozon generatorları və ya ozonatorlar adlanan bu qurğularda ozon ən səmərəli elektrik sintezi üsulu ilə yüksək elektrik gərginliyinin təsirindən havanın tərkibindəki oksigendən alınır. Respublikada ozonatorların sınaq nümunələrinin işlənib yaradılması və aidiyyəti tədqiqat işlərində istifadəsi MAA tərəfindən hələ keçən əsrin 90–cı illərindən aparılır. 2000–ci illərin əvvəllərində ozonun müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində bitki toxumlarının emalında istifadəsinin yoxlanması ilə əlaqədar, yəni cücərmə prosesinə və ekoloji təmiz saxlanmasına ozonun təsirinin öyrənilməsi məqsədilə MAA–nın təşəbbüsü GEİ–nin rəhbərliyi tərəfindən bəyənilib və birgə işlərə başlanılıb. MAA tərəfindən ozonlaşdırma sistemlərinin modifikasiyaları, o cümlədən Genetik Ehtiyatlar və Əkinçilik institutlarına tədqiqat işləri üçün ozon məhsuldarlığı 2 qram/saat 3 ədəd laboratoriya və fermerlər üçün 15 qram/saat olan sənaye nümunələri işlənib yaradılıb. Birgə fəaliyyət nəticəsində ozon qazının bitki toxumlarına təsiri hüceyrə–molekulyar səviyyədə laboratoriya imitasiya şəraitlərində öyrənilib. Alınan nəticələr əsasında ozonun təsirinin real şəraitlərdə öyrənilməsi məqsədilə MAA və GEİ, Kənd Təsərrüfatı Nazirliyindən nazir müavini Aslan Aslanovun iştirakı ilə birgə tədqiqat işlərinin planı müəyyənləşdirilib. Sınaq sahəsi kimi Oğuz rayonundaBeytullahfermer təsərrüfatı seçilib. Aparılan tədqiqatların nəticələri və Beynəlxalq mütəxəssislərin təcrübələri göstərir ki, ozonlaşdırma sistemlərinin istifadəsi istiqamətində dövlət əhəmiyyətli yeni layihələrin işlənməsi zəruridir. Odur ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ərzaq təhlükəsizliyi proqramını rəhbər tutaraq aparılan işlərin davamı “Kənd təsərrüfatı bitkiləri toxumlarının ekoloji təmiz saxlanması üçün ozonlaşdırma texnologiyasının işlənməsi və avadanlığının sənaye nümunələrinin hazırlanması” layihəsi üzrə 2011–ci ilin oktyabrından başlanmış və 18 ay müddətində yerinə yetirilməsi nəzərdə tutulur. Proqram əsasında aidiyyəti mütəxəssislər işə dəvət olunmuşlar.

Layihə icraçısı Afiq Məmmədov seminarda layihə haqqında geniş məlumat verərək qeyd etmişdir ki, layihə üzrə elmi–tədqiqat işləri kompleks şəkildə olmaqla genbank şəraitində mühafizə edilən toxum nümunələri üzərində, tarlaanbar şəraitində əkilən və saxlanılan taxıl məhsulu üzərində ozonlaşdırmanın təsiri üzrə aparılır. Layihənin icrasının bir ili ərzində hər iki istiqamətdə əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, genbank şəraitində istifadə olunan alüminium fosfidin toxumun cücərmə qabiliyyətinə mənfi təsirinin ozon qazının istifadəsi ilə aradan qaldırılması təsdiqlənmişdir. Müəyyən edilmişdir ki, ozonlaşdırılmış suyun 1, 2 və 3–saatlıq təsiri nəticəsində toxumların cücərtilərinin kök meristemi hüceyrələrində xromosom pozuntuları əhəmiyyətli azalır. Ozonun təzə və təbii yolla qocalmış toxumlara təsirinin müqayisəli analizi göstərmişdir ki, toxumlar nə qədər qoca olarsa, ozonun təsiri daha effektli olur. Həmçinin, müəyyən edilmişdir ki, qocalma nəticəsində toxumların cücərməsinin qanunauyğun olaraq zəifləməsi və genetik pozuntuların toplanması ozonhava qarışığının təsirindən statistik olaraq bütün təcrübə variantlarında aradan qalxaraq toxumların cücərməsi sürətlənir və xromosomların struktur pozuntularının tezliyi azalır. Bu isə qocalmanın genetik fəsadlarının neytrallaşdırılmasında ozonlaşdırmanın müsbət təsirini təsdiqləyir. Dünyada ilk dəfə olaraq, ozonlaşdırma nəticəsində genbank şəraitində toxumların saxlanma müddətinin artması göstərilmişdir. Bununla yanaşı sahə tədqiqatlarının nəticələrinə əsasən fermer təsərrüfatında dənli–taxıl bitki toxumlarının ozonlaşdırma texnologiyası ilə səpinqabağı emalı bitkilərin toxumlarını stimullaşdırmaqla, toxumların cücərmə enerjisini və sahə cücərmə faizini nəzarət variantlarına nisbətən xeyli artırmışdır. Tədqiqat işləri ilə əlaqədar FAO (BMT–nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Roma), Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərətçi Qrupa daxil olan İCARDA (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, Hələb), CİMMYT (Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz, Mexiko), dünya genbankları, N.Vavilov adına Ümumrusiya Bitkiçilik İnstitutu (VİR) ilə daimi əlaqə saxlanılır və məsləhətləşmələr aparılır.

Layihə iştirakçıları 2012–ci ildə İtaliyada (BGE üzrə Qlobal Etimad Fondunun Hesabat Simpoziumunda), İranda (İCARDA beynəlxalq mərkəzi tərəfindən təşkil edilmiş Seminarda), Mərakeşdə, RusiyadaAlmaniyada keçirilən beynəlxalq elmi tədbirlərdə genbank nümunələrinin fumiqasiyası və toxumların təhlükəsiz saxlanması işlərində, əkin materiallarının hazırlanmasında və toxumun anbarlarda saxlanmasında ozonlaşdırmanın istifadəsi üzrə fikir mübadiləsi aparmışlar. Müzakirələr maraq doğurmuşdurinternet vasitəsi ilə davam etdirilir.

Digər layihə icraçısı Sevinc Ə. Məmmədova qeyd etmişdir ki, təcrübə obyekti kimi dənli–taxıl, paxlalı, tərəvəz və texniki bitkilərin təzə məhsulundan olan və təbii qocalmış toxumlar istifadə edilmişdir. Toxumların saxlanılma müddətini tədqiq etmək üçün onlara süni qocaldılma üsulu tətbiq edilmişdir, belə ki, bu anlayışın arxasında bir tərəfdən qocalmanın qabardılmış təzahürü durur, digər tərəfdən isə üsul qıcıqlandırıcı amil kimi bioloji obyektin potensial imkanlarının açılmasına şərait yaradır. Süni qocaldılma üsulu toxumların 3 gün ərzində yüksək nəmlik (95 faizə qədər) və temperatur (40 0C) şəraitində saxlanılması ilə həyata keçirilir.

Toxumların qocalmasının genetik fəsadlarının qiymətləndirilməsi 2–3 günlük kök cücərtilərinin meristem hüceyrələrində xromosom aberrasiyalarının öyrənilməsi testi üzrə aparılmışdır.

Tədqiqatların nəticələri göstərmişdir ki, ozon qazının yüksək dozaları və ekspozisiya müddətləri cücərmənin başlanğıc mərhələlərində toxumların cücərməsini zəiflədir, belə ki, ozonun təsir dozaları ilə toxumların cücərmə qabiliyyəti arasında müəyyən asılılıq mövcuddur.

Tədqiqatlar nəticəsində ozonun seçilmiş dozaekspozisiya müddətlərində toxumların cücərməsi sürətlənmiş və xromosomların struktur pozuntularının tezliyi azalmışdır.

Layihənin digər icraçısı Sevinc M. Məmmədova:

Tədqiqat materialı kimi respublikanın taxıl əkinlərində üstünlük təşkil edən yerli, yüksək məhsuldar, intensiv tipli, qısa boyluQobustan”, “Əzəmətli–95″ və ortaboyluAranyumşaq buğda sortları götürülmüşdür. Gələcək məhsulun əsasən toxumların tarla cücərməsindən asılı olduğunu nəzərə alıb nəzarət və təcrübə variantlarında tədqiq edilən sortların müqayisəli şəkildə tarla cücərmə faizi müəyyənləşdirilmişdir. Təcrübələrdən məlum olmuşdur ki, hər üç sortun eyni tarixdə, eyni aqrotexniki şəraitdə səpilməsinə baxmayaraq ozonun təsiri nəticəsində onların tarla cücərmə faizi artmışdır. Səpindən sonrakı müddət ərzində tarlada hər üç sortmüvafiq variantlar üzrə faizlə çıxış müəyyən edilmişdir. Hər üç sort üzrə sahə şəraitində toxumların cücərmə enerjisi və həyatiliyinin tədqiqi göstərmişdir ki, cücərmə nəzarət variantına nisbətən 2–3 gün tez başlamış və sortların bioloji xüsusiyyətlərindən asılı olaraq müxtəlif olmuşdur. Cücərmə enerjisi 3–5 faiz, cücərmənin miqdarı isə 2–5 faiz çox olmuşdur. Qışa davamlılıq müəyyən edilmiş və 1 kvadratmetr sahədə “Aran” ozonlaşmış variantında 480 bitki, ozonlaşmamış variantında 465; “Əzəmətli–95″ ozonlaşmışda 455, ozonlaşmamışda 312; “Qobustan” ozonlaşmışda 475, ozonlaşmamışda isə 440 bitki olmuşdur. Tədqiq etdiyimiz sortların kollanmasında ümumi bir qanunauyğunluq müşahidə edilmişdir. Vegetasiyanın ilk dövrlərində ozonun təsiri ilə toxumların cücərməsi nisbətən sürətli olmuş havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar olaraq kollanma tempi zəifləmiş, hava şəraitinin yenidən mülayim keçməsi ilə əlaqədar olaraq isə sürətlənmişdir. Tədqiqat ilinin orta göstəricilərinə əsasən belə qənaətə gəlmək olar ki, ozonlaşdırmadan istifadə buğda toxumlarının tarla cücərməsinə müsbət təsir etmişdir.

Yetişmə fazasından sonra ümumi yığımdan əvvəl nişanlanmış sahələrdən variantlar və təkrarlar üzrə bitkilər kökündən çıxarılaraq sınaq dərzləri götürülmüşdür. Dərzlər AMEA Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsində məhsuldarlığın struktur göstəriciləri üzrə analiz edilmişdir. Biomorfoloji analizin nəticələri göstərmişdir ki, bitkilərdə əmələ gələn gövdələrin müəyyən hissəsi öz inkişafını başa çatdırmayaraq dayandırmışlar. Bunun da əsas səbəbi qida maddələrinin azlığı, torpaq nəmliyi və bitkinin bioloji xüsusiyyətlərindən asılı olaraq özüözünü tənzimləmək xüsusiyyətidir. Yığım vaxtına salamat qalmış bitkilərdə isə ozonla təsir edilmiş variantda güclü gövdə və kök sistemi müşahidə edilmişdir. Uyğun olaraq küləşin çəkisi, küləşin və dənin faizlə çıxımı, təsərrüfat indeksi (dənin çəkisi dərzin çəkisinə bölünür), sortun potensial imkanını əks etdirən bioloji məhsul müvafiq qaydada hesablanaraq müəyyən edilmişdir. DÜİST–ə görə texnoloji–keyfiyyət göstəricilərindən dənin şüşəvariliyi (100 ədəd dənin köndələn kəsiyinə görə), kleykovinanın miqdarı və deformasiya əmsalı, təyin edilmişdir. 2011–2012 vegetasiya ilində ozonun payızlıq yumşaq buğda sortlarına təsirinin nəzarət variantı ilə müqayisəli tədqiqi göstərir ki, istifadə edilmiş dozada ozon bitkilərin inkişafının ilkin mərhələlərindən stimullaşdırıcı təsir edərək onların qışlamasını yaxşılaşdırmış, bitkilərin biokütlə məhsulunu artırmış, dəntutma və dəndolma dövründə havanın qeyri–əlverişli keçməsinə baxmayaraq, bir kvadratmetr sahədən əldə edilən dən və küləş məhsulu nəzarət variantından yüksək olmuşdur ki, bu da nəmliklə qismən təmin olunmuş dəmyə şəraitində əkilmiş sortların potensial imkanlarının özünü müəyyən dərəcədə göstərməsi ilə izah olunur. Dənin keyfiyyət göstəricilərindən kleykovinanın keyfiyyətinin aşağı olması onun ətraf mühit şəraitinə çox həssas olması ilə izah olunur, belə ki, yetişkənlik dövründə qeyrisabit hava şəraiti, əsasən də yağıntıların miqdarı normadan artıq olmuşdur.

Layihənin digər icraçısı Ənvər İsayev çıxışında qeyd etmişdir ki, sahə tədqiqatların aparıldığı təsərrüfatdakı tələblərə uyğun olaraq MAA–da yaradılan və buğda toxumlarının ozonlaşdırılmasında istifadə olunan sistemin məhsuldarlığı 10 ton/saat olmuşdur. Sistemə daxil olan 3 ozonatorun hər birinin məhsuldarlığı 15 qram/saat olmuşdur, o cümlədən birinci qurğu yüksək tezlikli, şüşə dielektrik maneəli, elektrodlara verilən gərginliyi 8000 volt və digər ikisi isə 50 hers sənaye tezlikli, plastik dielektrik maneəli, elektrodlara verilən gərginliyin qiyməti 15000 volt olmuşdur. Tədqiqatların aparıldığı kəndli–fermer təsərrüfatının taxılın saxlanılması anbarlarının konstruksiyasına və şəraitinə, yəni taxılın tayalarla yığılmasını nəzərə alaraq birinciikinci ozonatorların çıxışları üzərində ozonun səpələnməsi üçün deşikləri olan şuplara borucuqlar vasitəsilə bağlanmışdır. Bilavasitə tayanın içərisində yerləşdirilən bir şupun ətrafında paylanan ozonun konsentrasiyası ozonometr cihazı ilə ölçülməklə şuplar arası məsafə müəyyənləşdirilərək onlar bir–birindən 1 metr məsafədə tayaya batırılmışdır. Tayanın üzərinə çadır örtülərək, ekspozisiya müddəti 1 saat olmuşdur. Anbarın mühitində lazım olan ozon qatılığını təmin etmək üçün (eyni zamanda patogen mikrofloranı məhv etmək məqsədilə) ozonatorların üçüncüsünün çıxışından ozon anbarın tavanından onun mühitinə püskürdülmüşdür. Proses zamanı ozonun qatılığına nəzarət olunmuş və əks əlaqə ilə sistemin işi avtomatik tənzimlənmişdir. Ozonlaşmış toxumlar 7–10 gün anbarda saxlandıqdan sonra sahəyə səpilmişdir. Ozonun seçilmiş dozalarında apardığımız sahə təcrübələrinin, MAA və GEİ–də aparılan müvafiq yoxlamaların nəticələri məhsulun kəmiyyəti və keyfiyyətinin, o cümlədən əsas göstəricilərdən olan yapışqanlığın yüksəlməsini və patogen mikrofloranın demək olar ki, tamamilə məhv edilməsini təsdiqləmişdir.

MAA və GEİ–də aparılan laboratoriya və sahə tədqiqatlarının nəticələrinə əsaslanaraq yeni mövsümdə yığılmış buğda toxumlarının hər kiloqramına 3 milliqram ozon verilmişdir. Eyni zamanda qeyd etmək istərdim ki, köhnə buğda toxumlarının saxlanılma şəraitindən, o cümlədən rütubətdən, temperaturdan asılı olaraq qənaətbəxş nəticənin əldə olunması məqsədilə hər kiloqram üçün ozonun dozası 5 milliqramaekspozisiya müddəti 3 saata qədər artırılmışdır.

Oğuz rayonunda yerləşən “Beytullahfermer təsərrüfatının rəhbəri Cumar İsayev bildirmişdir ki, əvvəllər toxumları dərmanlatmaq üçün həm kimyəvi maddələr, həm də işçi qüvvəsi baxımından çətinliklər yaranırdı. Belə ki, insanlar kimyəvi maddələrin orqanizm üçün zərərli olduğunu bilərək qazanc əldə edəcəyinə baxmayaraq sağlamlığı baxımından bu preparatlarla təmasda olmaqdan ehtiyat edirdi. Bu baxımdan ozonla daha asan və səmərəlidir. Əsas da odur ki, ekoloji cəhətdən təmizdir, son məhsulda toplanmır. Regionda ilk dəfə təklif olunan ozonlaşdırma texnologiyasının yoxlanılması məqsədlə MAA–nın əməkdaşları təsərrüfatımızda sınaq sahəsi yaratmışlar. Ozonlaşdırılmış buğda toxumlarını ilk əvvəl 30 hektar sahədə səpilmişdir və nəticələri belə olmuşdur ki, məhsulun keyfiyyət göstəriciləri yüksəlməklə kəmiyyətcə 30 faizə qədər artım alınmışdır. Cari mövsümdə ozonlaşma texnologiyasından istifadə etməklə 300 ton toxum istehsal edilib.

Çörək daha ətirli olacaq

Arazltd MMC–nin rəhbəri Vaqif Əsgərov bildirmişdir ki, müxtəlif şirkətlərin istehsal etdiyi unlardan, o cümlədən idxal buğda unundan fərqli olaraq ozon tətbiq edilmiş dənlərin üyüdülməsindən alınan undan daha keyfiyyətli, ətirli, dadlı çörək alınır. Xüsusi ilə də kiçik çəkili çörəyin bişirilməsi və onların formalaşması yerli buğda unundan olduğu üçün həm ekoloji həm də iqtisadi cəhətdən olduqca məqsədyönlüdür.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondunun idarə rəisi Zülfüqar Məmmədov qeyd etmişdir ki, ekoloji təmiz anbarlarda dənlərin uzunmüddətli, itkisiz saxlanması vacibdir. Çörəyin keyfiyyətinin təmin edilməsi və qiymətinin stabil saxlanması mühüm əhəmiyyət kəsb edir. Taxıl istehsalı və saxlanılması sahəsində əsasən kimyəvi maddələrdən istifadə edilir. Lakin ozonun istifadəsi ekoloji təmiz olması baxımından daha əhəmiyyətlidir.

Məlumdur ki, xəstəlik və zərərvericilərin təsirindən taxılçılıqda məhsuldarlıq 35 faiz azalır. Bu baxımdan kimyəvi preparatlardan tamamilə əl çəkilməsi çətindir. Hələlik ozonun tətbiqi və kimyəvi preparatlardan istifadə ilə paralel addımlamalıyıq. Məlumdur ki, taxılın bu il dünya bazarında qiyməti qalxıb və ərzaq asılılığından azad olmaq üçün belə alternativekoloji təmiz metodların istifadəsi labüd və əhəmiyyətlidir. Əsasən keyfiyyət məsələlərinə çox diqqət yetirilməlidir.

Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Sabir Əhmədov bildirmişdir ki, məsələnin əsas mahiyyətlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsində itkilərin qarşısının alınmasıdır. FAO–nun məlumatına görə, xəstəlik və zərərvericilərin təsirindən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 30–35% aşağı düşür. Ozonlaşdırma bu istiqamətdə radikal təsirlərə malikdir. Tibbdə də ozon geniş tətbiq edilir. Ozonun tətbiqi respublikamızda yeni işdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi anbar şəraitində saxlanmada toxumla keçən infeksiyaların qarşısının alınması üçün ozonun istifadəsi ilə tam razıdır. Ozonun istifadəsi ilə bağlı tövsiyə hazırlanmalıdır. Bu işin daha uğurla davam etdirilməsini arzulayırıq və dəstəkləyirik.

Ozonun tətbiqi genişlənir

AzersunHoldinqin elmi işlər üzrə müşaviri Akif Əsgərov qeyd etmişdir ki, toxumların stimullaşdırılması müxtəlif yollarla aparılır. Həmçinin ozonlaşdırma da müxtəlif sahələrdə tətbiq edilir. Belə bir deyim var “hamı bilir, heç kim etmir”. Bu baxımdan bu təşəbbüs təqdirə layiqdir. Ozonun sahə şəraitində təsirinin tədqiqi ilk əvvəl torpaq analizlərindən başlanmalıdır. Ozon cücərməni aktivləşdirir, kök əmələ gəlir, torpaqdan qida istəyir və sonrakı proseslər məhz bundan asılıdır. Kleykovinanın keyfiyyəti əsasən ətraf mühitdən asılı olan göstəricidir. İDK–nın keyfiyyətinə gəlincə isə, respublikamızda İDK–nın aşağı olması iqlim şəraiti ilə əlaqədardır. Eyni zamanda torpaqda qida yoxdursa, kleykovinanın keyfiyyəti aşağı düşür, buna həmçinin xəstəliklər də təsir edir. Fermerlərin də ozondan istifadə etməsi çox yaxşıdır. “Azersunbu texnologiyadan növbəli əkinlərdə buğdaya tətbiq etmək üçün istifadə edəcək. “Azersunbu il 30 hektar sahədə ozonlaşdırma texnologiyasını tətbiq edəcək. Məlumat üçün bildirirəm ki, biz həmçinin çay istehsalında ozonlaşdırmadan istifadə etmişikümidverici nəticələr alınmışdır.

Alınmış nəticələr, müzakirələr, fikirlər göstərdi ki, toxum materiallarının səpinə hazırlanması zamanı ozonla işlənməsi məhsulun struktur elementlərinin artmasına, məhsuldarlığın 25–30 faiz yüksəlməsinə, keyfiyyət göstəricilərinin yaxşılaşmasına səbəb olur. Bununla belə ozonlaşdırmanın ayrı–ayrı keyfiyyət göstəricilərinə təsirinin daha dərindən tədqiqi vacibdir. Həmçinin, Azərbaycanda ilk dəfə Milli Aviasiya Akademiyası tərəfindən işlənib yaradılan və orijinallığı patentlərlə təsdiqlənən ozonlaşdırma sistemlərinin müxtəlif tədqiqat istiqamətlərində istifadə məqsədilə modifikasiyalarının davamlı təkmilləşdirilməsi zəruridir.

Tədqiqatlarda əldə edilən nəticələrin fəal surətdə təbliği və yayılmasına, istehsalatdabitki genetik ehtiyatlarının mühafizəsində istifadəsinin vacibliyinə diqqət çəkərək, müvafiq orqan və təşkilatların ozonlaşdırmanın səmərəli innovasiya texnologiyası kimi praktiki tətbiqinin geniş miqyasda həyata keçirilməsinə dəstək verməsi təqdirəlayiqdir.

 

Hazırladı:

Samir Zeynalov,

 

Respublika.- 2012.- 19 dekabr.- S. 5.