Tarixə düzgün baxış və ya haqqı nahaqqa vermək olmaz*

 

Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə malik olmaqla görkəmli tarixi şəxsiyyətləri ilə xalqımızın yaddaşında əbədiləşmişdir. 1300 ildən çox tarixə malik olan “Kitabi–Dədə Qorqudkimi möhtəşəm bir epos xalqımızın qəhrəmanlıq tarixini özündə əks etdirir. Lakin uzun müddət bu qəhrəmanlıq eposuxalq düşməni” elan edilmiş, oxunması, tədqiqatı yasaqlanmışdı. Tariximizə, ulu keçmişimizə obyektiv yanaşmağımız tarix elmimizin inkişafını şərtləndirir. Çox təəssüflər olsun ki, bədxahlarımız xalqımızın tarixinə kölgə salmaqla, bilərəkdən təhriflərə yol vermişlər. Məhz buna görə də Azərbaycan tarixi ilə bağlı yeni araşdırmalara daha çox fikir verilməlidir. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz MehdiyevinŞah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimifundamental məqaləsi vətəndaşlıq qeyrəti, əsl Azərbaycan ziyalısı narahatlığı ilə qələmə alınmışdır. Akademik Ramiz Mehdiyevin öz qəlbinin hökmü ilə yazdığı bu məqalə Azərbaycan tarixində aparılacaq tədqiqatlara stimul verməklə, həm də onun istiqamətini də müəyyənləşdirir desək, səhv etmərik. Eyni zamanda, bu məqalə Azərbaycan tarixi üzrə tədqiqatların uzunmüddətli elmi istiqamətinin müəyyənləşdirilməsini təmin edəcək. Bu məqalə bir daha göstərdi ki, Azərbaycan tarixində hələ ciddi tədqiqatlara böyük ehtiyac vardır. Çox məsələlərə obyektiv yanaşmaq üçün tarixə bir daha nəzər salınmalıdır.

 

Akademik Ramiz MehdiyevŞah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinin yazılma səbəbini aydın şəkildə göstərir: “Mən bu məqaləni qəlbimin hökmü ilə yazmağa başladım. Ən əsası da ona görə ki, Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir. Bizim tarixçilər, digər sosial elm istiqamətlərini araşdıranlar, tarixi romanlar yazmağı tərgitmiş yazıçılarımız xalqımıza çox borcludurlar. Tariximizin dünya elmi ictimaiyyəti tərəfindən çoxdan qəbul edilmiş bir sıra aspektlərini dərindən və sistemli şəkildə ümumiləşdirən araşdırmalarımız, təəssüf ki, hələ yoxdur”.

Bu əsərin xüsusi bir özəlliyi də vardır. Belə ki, indiyə kimi aparılan tədqiqatlarda Səfəvi hökmdarının adı Şah İsmayıl, Şah İsmayıl Xətai formalarında təqdim edilir. Akademik Ramiz Mehdiyev Şah İsmayılın Səfəvi nəslindən olduğunu nəzərə alaraq onu Şah İsmayıl Səfəvi adlandırır. Bu da məntiqi cəhətdən doğrudur.

Məqalənin elmi tutumunu artıran səbəblərdən biriŞah İsmayıl Səfəvinin həyatı və fəaliyyətini xüsusi olaraq diqqətə çatdırmaq üçün ümumiləşdirilmiş formada ayrıca şriftlərlə yarımbaşlıqların verilməsidir. Bu, həm də tövsiyə xarakteri daşıyır və müəllifin tarixçilərə, Azərbaycan tarixinə qısqanclıqla yanaşanlara, onu təhrif edənlərə bir ismarıcıdır. Bunları olduğu kimi verməyi məqsədəuyğun hesab edirik:

1) Şah İsmayılın hakimiyyətində mənfi cəhətlər axtarmaq yalnız və yalnız qara yaxmaqla məşğul olanların dəyirmanına su tökməyə oxşayır;

2) Zəngin tarixi irsimiz bu irsi bizə yenidən qaytara biləcək və bununla da Azərbaycan xalqının mənəvi zənginliyini dünyaya açıb göstərəcək peşəkar tədqiqatçılarını gözləyir;

3) Səfəvilər dövlətinin banisi haqqında çox vaxt təhrif edilmiş obraz, dini fanatikya romantik şair barədə bir mif yaradılır;

4) Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə əsas özəyini Azərbaycan türk tayfaları təşkil edən, sonrakı iki yüzillik ərzində Osmanlı dövləti ilə rəqabət aparan Səfəvilər dövlətinin yaradılması ilə başa çatdı;

5) Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biriöz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır;

6) O vaxtın azərbaycandilli əhalisinin şair Həbibi, Sururi, Tüfeyli, miniatürçü rəssam, Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd kimi təhsil görmüş hissəsinin məhz İsmayılın ətrafına yığılması tarixi faktdır;

7) Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdır;

8) Şah İsmayılın obrazı təbiətin Azərbaycan xalqına neçə böyük mənəvi və fiziki potensial bəxş etməsinin nümunəsi olmuşdur və olacaqdır.

Aydın bir həqiqətdir ki, keçmişini bilməyən özünü dərk edə bilməz, gələcəyini də qura bilməz. Çox təəssüf ki, bəzi əllaməçilər keçmişdə, hər hansı birqara ləkə” tapmaq istəyir və bunu datapıntı adlandırır. Belə bir deyim formalaşıb: keçmişinə güllə atanı gələcək topa tutar. Akademik Ramiz Mehdiyev keçmiş irsi öyrənərkən çox ehtiyatlı olmağı tövsiyə edir: “Özünü dərk edən fərd ona tarixi obyektiv qiymətləndirməyə imkan verən dəyərlərlə zənginləşir. Çünki əvvəlki tarix, daha dəqiq desək, keçmiş insanın özündə müdriklik formalaşması üçün təcrübədir. Ona görə də keçmiş həmişə indiki zamandan daha müdrikdir, çünki indiki zamandakılar hələ gerçəkliyə çıxarılmalıdır. Deməli, indiki zamanda keçmisin izləri nə qədər qalmışdırsa, o, bir o qədər müasirdir. Elə buna görə də keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir. Ona görə də öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o, özü ilə də eyni dərəcədə həmrəy yaşayır deyənlər haqlıdırlar. İnsan öz keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yaranır”.

Xalqımızın zəngin mədəniyyəti olduğu kimi, güclü müstəqil dövlətçilik ənənələri olub, torpaqlarımıza sahib çıxan, onu bütövləşdirən, uğrunda ölməyi belə fəxr sayan tarixi şəxsiyyətlərimiz olub. Uzun müddət bunlardan xəbərdar olmamışıq. Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyini əldə edəndən sonra bunları öyrənmək imkanı yarandı, torpaqlarımıza, dilimizə sahib çıxdıq. Vicdanımızın səsinə qulaq asıb öz tariximizi sərbəst, müstəqil öyrənməyə başladıq. Bunu bizə tariximizin ən görkəmli şəxsiyyətlərindən olan Şah İsmayıl Xətai vəsiyyət etmişakademik Ramiz Mehdiyev məqaləsində Şah İsmayıl Xətaidən gətirdiyi aşağıdakı fikirləri epiqraf kimi vermişdir:

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm:

ana dilimizi

– vicdanımızı

– Vətənimizi

Vaxtilə Şah İsmayıl Səfəvinin söylədiyi, vəsiyyət etdiyi bu sözlərdə söylənilən fikirləri 30 ildən çox Azərbaycana rəhbərlik edən, doğma Azərbaycanımızın müstəqilliyini tam təmin edən ümummilli liderimiz Heydər Əliyev həyata keçirdi: dilimizə sahib çıxdı, bütün basqılara, sərt sovet rejiminə baxmayaraq, 1978–ci ildə Azərbaycan SSR–in Konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi təsbit etdi. Dilimizin adının “Azərbaycan diliolduğunu müəyyənləşdirdi. Torpaqlarımızı bəlalardan qurtardı, müstəqilliyimizi əbədiləşdirdi, dönməz etdi. Tariximizin düzgün öyrənilməsi üçün alimlərimizlə keçirdiyi görüşlərdə dəyərli tövsiyələrini verdi.

Akademik Ramiz Mehdiyev məqalədə elm və mədəniyyət xadimlərimizi —Fəzlullah Rəşidəddin Həmədani, Nəsrəddin Tusi, Səfiəddin Urməvi və Eynəlqüzat Miyanəçini Azərbaycan tarixində tutduqları yeri müəyyənləşdirərək vətənimizin, torpağımızın, xalqımızın qeyrətini çəkən bir ziyalı kimi təəssüf hissi ilə yazır: “Təəssüf ki, müəyyən amillərin təsirinə, bəlkə də öz keçmişimizə bir qədər passiv münasibət bəslədiyimizə görə, NyuYorkda BMT–nin inzibati binasının fasadında Miyanəçinin “Bəşəriyyət vahid bədəndir və əgər onun bircə hissəsi xəstələnərsə, bütün bədən əziyyət çəkəcəkdir” sözləri deyil, ondan yüz il sonra yaşamış fars şairi Sədinin (1181–1291) sözləri həkk edilmişdir: Birbiri ilə qovuşmuş Adəm övladları bir bədənin əzalarıdır. Çünki onlar bir mahiyyətdən yaradılmışdır. Əgər tale bu əzalardan birini zədələyərsə, onda başqa əzaların da rahatlığı olmayacaqdır”.

Şah İsmayıl Xətai tarixi şəxsiyyət və görkəmli şair olmaqla—Azərbaycan dilində bənzərsiz şeirlər yazan bir şair, həm də görkəmli dövlət xadimidir. Mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı və banisidir. Lakin bunu bizə unutdurmaq, onu din uğrunda mübarizə aparan bir şah kimi tarixdə yaşatmaq istəmişlər və indibu yöndə işlər, tədqiqatlar aparılır.

Akademik Ramiz Mehdiyev bu haqsızlığa, məntiqsizliyə qarşı çıxaraq öz fikrini belə ifadə edir: “Onların əsərlərində vaxtilə taktiki əhəmiyyət kəsb etmiş müəyyən məlumatların mütləqləşdirilməsi müşahidə olunur. Eyni zamanda Səfəvilər hərəkatının Mərkəzləşdirilmiş Azərbaycan Dövləti yaradılması uğrunda strategiyasının məqsədi və əsas məzmunu arxa plana keçirilir. Bu müəlliflər orta əsrlərdə tərtib edilmiş şübhəli xarakterli bəzi mənbələrdən istifadə edir, həmin mənbələrin hansı dövrdə, nə vaxtkim tərəfindən yazılmasının, onları yazanların hansı siyasi hərəkatın tərəfdarları olmasının mahiyyətinə dərindən varmırlar. Belə təsəvvür yaranır ki, sanki bu müəlliflər bəzi hallarda real mənbələrə əsaslanırlar, lakin elmlik prinsipinin nəzərə alınmaması onları səhv nəticələrə gətirib çıxarır.

Orta əsrlərdə və ən yeni tarixdə bəzi müəlliflər lap əvvəldən Şah İsmayılın həqiqi məqsədlərini inkar etmək yolunu seçmiş, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe tutmuşlar”.

Bütün bunların əsassız olduğunu göstərmək üçün “Şəffat əs–Səfa”, “Tarixi aləmarayi–Abbasi” kimi ilk mənbələri xatırladır. Eləcə də Şah İsmayıl barədə tədqiqatlar aparan V.V.Bartold, İ.P.Petruşevski, Ə.Ağkoğlu, O.Əfəndiyev kimi nüfuzlu alimlərə istinad edərək elmi həqiqətləri söyləyir, onlardan sitatlar gətirir.

Səfəvilərin etnik mənsubiyyətini də qarışdırmağa cəhd etmişlər və cəfəng mülahizələr belə uydurmuşlar. Akademik Ramiz Mehdiyev bunun səbəbini elmi aspektdə düzgün müəyyənləşdirərək yazır: “Demək lazımdır ki, Səfəvilərin etnik mənşəyi barədə cəfəng mülahizələrin yayılmasına şərait yaradan odur ki, son illərdə Azərbaycan tarixşünaslığında Səfəvilər mövzusunda fundamental əsərlər, demək olar, yazılmır, bu isə Şah İsmayılın Azərbaycan mənşəli olması barədə heç eşitmək belə istəməyənlər üçün diskussiya meydanı yaradır”. Akademik fikrinə davam edərək yazır: Bütün Azərbaycanı və İranı birləşdirməyi qarşısına məqsəd qoyan Şah İsmayıl lap əvvəldən türk tayfalarının hərbi dəstəyinə arxalanırdı. Türk əsilli olması ona Azərbaycan türklərinin Əfşar, Qacar, Ustac, Şamlu və digər tayfalarının dəstəyi və köməyindən bəhrələnməyə imkan vermişdi. Bu tayfalar Şah İsmayılı özlərinin əsl başçısı sayırdılar”.

Haqlı iraddır və bununla tarixçilərimiz qarşısında bu yöndə xüsusi vəzifələr durduğunu göstərir. Səfəvilər sülaləsinin türk mənşəli olduğu da şübhə altına alınır. Bu haqsızlıq akademik Ramiz Mehdiyevin məqaləsində aydın bir şəkildə təhlil edilir və Səfəvilərin türk soyundan olduğu əsaslandırılır: “…Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə əsas özəyini Azərbaycan türk tayfaları təşkil edən, sonrakı iki yüzillik ərzində Osmanlı dövləti ilə rəqabət aparan Səfəvilər dövlətinin yaranması ilə başa çatdı. Hətta İran, İraq, Əfqanıstan və digər ərazilərdə müxtəlif xalqların konqlomeratı olan nəhəng imperiya yaradılandan sonra da hərbi və siyasi elita təşkil edən azərbaycanlılar dövlətin əsas dayağı statusunu qoruyub saxlamışdılar”.

Akademik Ramiz Mehdiyevin məqaləsində Şah İsmayılın Azərbaycanda xarici siyasət mexanizminin, Azərbaycan türkləri içərisindən çıxmış elmli adamları öz ətrafında birləşdirməklə dövlətçiliyin elmi və yaradıcı potensialının formalaşdırılmasında, Yaxın və Orta Şərqdə qüdrətli hərbi–siyasi amilə çevrilməsində oynadığı rolu əsaslandırılmış şəkildə izah və təhlil edilir. Bu da Şah İsmayılla bağlı bir çox qaranlıq məsələlərə tam aydınlıq gətirir.

Yeri gəlmişkən, bir məsələni də xüsusilə qeyd etmək istəyirik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012–ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmişAli təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatı”nda tarix elmləri üzrə indiyə kimi olmayan yeni bir ixtisas daxil edilib: 5501.01. Tərcümeyi–hallar. Məhz bu ixtisas tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsinə hesablanıb. Bu da bundan sonra Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərin tərcümeyi–hallarının xüsusi tədqiqat obyekti kimi monoqrafik planda araşdırılmasına imkanlar yaradacaq. Məhz akademik Ramiz MehdiyevinŞah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” əsəri tərcümeyi–hal xarakterli tədqiqatların aparılmasının istiqamətini müəyyənləşdirir.

Akademik Ramiz Mehdiyev məqaləsini belə bir sualla bitirir: “Heç şübhəsiz, öz tarixi keçmişi kimi möhkəm bünövrəyə arxalanmayan xalqın gələcəyi ola bilməz. Xalqın keçmiş tarixinin məşhur obrazları, bu tarixdə böyük şəxsiyyətlərin quruculuq rolu milli “Mən”in təsdiqlənməsində mühüm amildir. Dünya tarixinin təcrübəsi göstərir ki, dövlət quruluşunun istənilən formasında əgər dövlət başçısı postuna liderlik keyfiyyətləri olan şəxsiyyət gəlirsə, bir qayda olaraq, o, xalqının həyatı və inkişafında aparıcı rol oynayır. Siyasi xaosbirliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri, dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Məhz belə dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur. Siyasi düha keyfiyyətlərinin təzahürü və əsl vətənpərvərlərin qələbəsi bu deyilmi?”. Əlbəttə, budur.

Biz akademik Ramiz MehdiyevinŞah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsini yüksək dəyərləndiririk, Azərbaycan tarixşünaslığı üçün proqram kimi qəbul edirik. Bu əsərdən sonra tarixi şəxsiyyətlərimizlə bağlı yeniyeni tədqiqatların meydana gəlməsinə böyük təkan veriləcəkdir.

 

İbrahim BAYRAMOV,

filologiya elmləri doktoru, professor.

 

* — Məqalə “Respublika” qəzetinin sifarişi ilə yazılmışdır. – Red.

 

Respublika.- 2012.- 19 dekabr.- S. 4.