| MASALLI AZƏRBAYCANIN FOLKLOR PAYTAXTI ADINI LAYİQİNCƏ DOĞRULTDU

 

Masallı ulu keçmişə, qədim tarixə malik yurd yerimizdir. Burada hər qaya, hər daş şanlı tariximizdən, zəngin mədəniyyətimizdən soraq verir. Rayonda xalq sənəti nümunələri maddi–mədəniyyətimizin ən qiymətli inciləri kimi qorunur.

Uzaq əsrlərdən süzülüb gələn söz inciləri: zərb–məsəllər, bayatılar, əmək nəğmələri, halaylar, holavarlar, mərasim mahnıları, rəqslər digər folklor nümunələri 30 ildən çoxdur ki, Masallını dünyanın bir sıra ölkələrində tanıdır.

Məhz bu xüsusiyyətlərinə görə Respublika mədəniyyət turizm naziri Əbülfəs Qarayevin 2 fevral 2012–ci il tarixli əmrinə əsasən Masallı şəhəri Azərbaycanın Folklor Paytaxtı elan edilmişdir.

İlin əvvəlində Folklor paytaxtının kuboku loqosunun təqdimetmə mərasimi keçirildi. Rayon icra hakimiyyəti başçısının müavini, təşkilat komitəsinin sədri Nəsir Muxtarlıya, mədəniyyət turizm şöbəsinin müdiri, respublikanın əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovaya kubok loqos təqdim olundu.

Təqdimat mərasimində Masallıdan seçilən millət vəkili Elmira Axundova mədəniyyətimizə göstərilən dövlət qayğısından, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın muğam sənətinin inkişafı sahəsində həyata keçirdiyi qlobal layihələrdən ətraflı söhbət açdı.

İl ərzində Masallı şəhərinin mərkəzində, qəsəbə kəndlərdə bir–birindən maraqlı tədbirlər, folklor ansambllarının yarışları keçirildi. Folklorşünaslar kəndbəkənd, məhəllə–məhəllə gəzib bu zəngin xəzinəni topladılar. Bu işlərAzərbaycan folkloru mənəvi sərvətimizdirmövzusunda keçirilən elmi–praktik konfransla yekunlaşdı. Masallının folklor nümunələri çap edildi.

Respublika muğam festivalı da Masallı şəhərində keçirildi.Masallırəqs, incəsənət məktəbinin “Sara”, yaşlılardan gənclərdən ibarətHalayansamblları, Şərəfə kəndininHəcər”, Xırmandalının, Öncəqalanın, Sərçuvarın, Gəyəçölün Qodmanın xalq kollektivləri tədbirlərdə rəngarəng proqramlarla çıxış etdilər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89–cu ildönümü Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirlərdə rayonun folklor kollektivlərinin çıxışları böyük maraqla qarşılandı.

Yaz festivalı, turizm mövsümünün açılışı, xalq sənəti, xalq yaradıcılığı bayramları rəngarəngliyilə yaddaşlarda iz qoydu. Rayonun 118 bədii özfəaliyyət kollektivinin 2800 üzvü tədbirlərdə fəal iştirak etdi.

Folklor ili çərçivəsində ən kütləvi yaddaqalan tədbir isə Beynəlxalq folklor festivalı idi. Sentyabr ayının 7–də Masallıya Beynəlxalq folklor festivalına gələnlər hörmətlə, cənublulara məxsus qonaqpərvərliklə qarşılandı.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin üzvləri, qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Şəhərin küçə meydanlarında sakinlər qonaqları gül–çiçəklə, hərarətlə salamladılar.

Meydanda üçrəngli bayrağımız, folklor kollektivlərinin təmsil olunduqları ölkələrin bayraqları dalğalanırdı.

Yaşlılardan gənclərdən ibarətHalayfolklor kollektivi, “Masallırəqs qrupu, Naxçıvanın rəqs ansamblı, Rusiya Federasiyasının Dağıstan, Kabarda–Balkar, Türkiyənin, İranın, Latviyanın folklor kollektivləri üç gün ərzində Masallı şəhəri, Boradigah qəsəbəsi Şərəfə kəndində, rayonun turizm–istirahət mərkəzlərində maraqlı proqramlarla çıxış etdilər. Hər yerdə el sənətkarlarının əl işlərindən nümunələr nümayiş olundu.

Rayon mərkəzində keçirilən yekun konsertində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Respublika mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva mədəniyyətimizin, zəngin folklorumuzun dünyaya tanıdılmasını dövlət siyasətinin prioritet istiqaməti kimi dəyərləndirdilər.

Masallı Olimpiya İdman Kompleksində keçirilən yekun konsertində də rayonunHalay” və digər musiqi kollektivləri, Naxçıvanın “Şərur” ansamblı, Türkiyə, İran, Latviya, Dağıstan və KabardaBalkar folklor qruplarının ifaları xoş təsir bağışladı. Qonaqlar səmimi, mehriban münasibəri, masallılıların qonaqpərvərliyini yüksək qiymətləndirdilər, festival günlərini unutmayacaqlarını bildirdilər. Belə bir fikir dönə–dönə vurğulandı ki, Masallı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edə bilər.

Rayonda hazırlanmış saxsı qablar, köynəklər, qələmlər, döş nişanları və digər suvenirləri qonaqlar qiymətli hədiyyə kimi öz ölkələrinə apardılar.

Dekabrın 15–də Masallı şəhərində yenidən bayram əhval–ruhiyyəsi vardı. Rayonun rəhbər işçiləri, mədəniyyət nazirliyinin nümayəndələri, jurnalistlər folklor paytaxtının yekun tədbirinə toplaşmışdılar.

Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, təşkilat komitəsinin sədri Nəsir Muxtarlı açdı. O, Folklor ilində keçirilən tədbirlərdən danışaraq bildirdi ki, bu sahədə görülən işlər bütün rayonu əhatə edib. Folklor nümunələrinin üzə çıxarılmasında, öyrənilməsində masallılılar iştirakçı olublar. Ayrı–ayrı qəsəbə kəndlərdə keçirilən folklor tədbirləri kütləviliyi ilə seçilib, yeni kollektiv və ifaçılar meydana çıxıb.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Folklor ilində Masallıda bir–birindən maraqlı, çoxsaylı tədbirlərin keçirildiyini, Masallıda göstərilən yüksək qonaqpərvərliyə görə Beynəlxalq folklor festivalının iştirakçıları tərəfindən nazirliyə və rayon rəhbərliyinə təşəkkür məktublarının daxil olduğunu bildirdi.

Respublika Folklor İnstitutunun direktoru Muxtar İmanov rayonun zəngin folklora malik olduğunu diqqətə çatdırdı, toplanmış folklor nümunələrinin çap etdirilməsinin əhəmiyyətini qeyd etdi.

Millət vəkili Fəzail İbrahimli folkloru xalqın mənəvi zənginliyinin göstəricisi adlandırıb, masallılıların bu sahədə qazandıqları uğurları yüksək qiymətləndirdi.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Folklor ilində fərqlənənlərə diplomlar, fəxri fərmanlar və mükafatlar təqdim etdi.

Səhnə yenə rayonun folklor kollektivlərinin ixtiyarına verildi. Maraqlı ifalar, rəqslər bir–birini əvəz etdi. Hamıda belə bir əminlik yarandı ki, folklor ili başa çatsa da rayonun mədəniyyət işçilərini qarşıda yeni işlər, uğurlar gözləyir.

 

Əlisəfa Həsənov,

 

Respublika.- 2012.- 20 dekabr.- S. 11.