İnvestisiya Proqramı uğurla
icra olunur
Bakı şəhərinin elektrik təsərrüfatı dövlət nəzarətinə qayıtdıqdan sonra bu sahədə islahatlar uğurla davam edir. Bu gün paytaxt sakinləri “Bakıelektrikşəbəkə”nin fəaliyyətindən tam razıdırlar. Demək olar ki, abonentlər heç bir problemlə üzləşmir. “Bakıelektrikşəbəkə” ASC–nin başlıca vəzifəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2005–ci il tarixli, 635 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq–enerji kompleksinin inkişafı (2005–2015–ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdən, enerji haqlarının yığımının daha səmərəli təşkilini təmin etməkdən, düzgün kadr siyasəti aparmaqdan ibarətdir.
Bakı şəhərinin elektrik şəbəkələrinin yenidən qurulması ölkə başçısının göstərişlərinin icrası ilə bağlı “Bakıelektrikşəbəkə” ASC tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Texniki dəyişikliklərlə bağlı geniş əraziyə malik olan Nəsimi rayonunda hansı işlər görülür? Biz bu məqsədlə rayon Enerji satışı şöbəsinin rəisi, təcrübəli energetik Mürsəl Eyvazova müraciət etdik. Müsahibimiz bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:
—İnamla demək olar ki, işimiz dünya standartları səviyyəsindədir. İnvestisiya Proqramına uyğun olaraq perspektiv tədbirlər uğurla həyata keçirilir, paylayıcı şəbəkədə aparılan əsaslı yenidənqurma, təmir–tikinti işləri uğurla həyata keçirilir.
Xüsusilə istehlakçılara elektrik enerjisinin uçotunun aparılmasında operativlik diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, Nəsimi Rayon İcra Hakimiyyətində 9 ayın yekunları müzakirə olunarkən haqlı olaraq energetiklərimizin ünvanına xoş sözlər deyildi.
Hazırda rayon enerji təchizatı və satışı idarəsinin uçotunda 62 min əhali və 7 min qeyri–əhali abonent vardır. Demək olar ki, daxili imkanlardan səmərəli istifadə olunduğundan rayonun ərazisində sayğaclaşdırma 99,5 faiz başa çatdırılmışdır. Uzaqdan idarə olunan SMS tipli elektron sayğacların quraşdırılmasına da başlanmışdır. Hazırda bu iş uğurla davam etdirilir.
Vurğulamaq lazımdır ki, ilin ötən 9 ayında rayonun 4–cü mikrorayon ərazisindəki binaların kabelləşdirilməsi başa çatdırılmışdır. Cari ilin 10 ayında energetiklərimizin birgə səyi nəticəsində 101,81 faiz yerinə yetirilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.
Qeyd etmək lazımdır ki, tədbirlər planına əsasən idarədə 2012–2013–cü illərin payız–qış mövsümünə geniş hazırlıq işləri aparılmışdır. Transformator məntəqələrində geniş yenidənqurma işləri aparılmış, transformatorların çıxış xətlərinin, o cümlədən binalararası xətlərin yeniləşdirilməsi həyata keçirilmişdir.
Rayonun ərazisində sipləşdirmə başa çatmaq üzrədir.
Mürsəl Eyvazov sözünə davam edərək vurğuladı ki, 2012–ci ilin ötən on bir ayı ərzində satış idarəsinin 110/35/10 kv–luq istismar şöbəsi tərəfindən 35/10 kv–luq 116 saylı yarımstansiya ilə 117 saylı yarımstansiya arası 35 kv–luq iri dövrəli kabel xətti, 35/10 kv–luq 97 saylı yarımstansiya ilə 97–96 və 97–100 saylı yarımstansiyalar arası 35 kv–luq kabel xətti yenisi ilə əvəz olunaraq istismara verilmişdir.
Yh arımstansiyada 35/10 kv–luq yeni bina inşa edilərək 2 ədəd 10 MVA gücündə transformator quraşdırılmışdır.
Cari ilin ötən on bir ayı ərzində 117 saylı yarımstansiyada 5 mərtəbəli bina inşa edilərək, 3 ədəd 25 MVA transformator, 14 ədəd 35 kv–luq, 64 ədəd 6 kv–luq yuva, 35/6 kv–luq kabel kanalı tikilib istifadəyə verilmişdir.
110 kv–luq Müşfiq–Dağlıq hava xəttinin etibarlılığını artırmaq məqsədilə 3 ədəd dəmir–beton dayaq quraşdırılmışdır.
Nəsimi DETSİ–nin 10/6/0,4 kv–luq istismar şöbəsi tərəfindən 2012–ci ilin 11 ayı ərzində 10/6 kv–luq kabel xətlərinin dəyişdirilməsi və təmiri zamanı 6611 metr, 0,4 kv–luq kabel xətlərinin təmiri yenisi ilə əvəz edilməsi zamanı 109284 metr müxtəlif markalı kabellərdən istifadə edilmişdir.
537 ədəd dayaq quraşdırılaraq 40190 metr SİP naqildən istifadə edilmişdir.
2012–ci ilin ötən 14 ayında energetiklərin birgə səyi nəticəsində 0,4 kv–luq hava xəttinin təmiri zamanı 1150 metr AS–50–70 markalı naqildən istifadə olunmuş, alçaq gərginlikli lövhələrdə 12 ədəd 250–400 A 0,4 kv–luq ayrıcı, 16 ədəd 10 kv–luq 60 A–lik 16 ka yuva, 2 ədəd 10 kv–luq 630 A–lik 16 ka gərginlik yuva, 1 ədəd paylayıcı panel 630 KVA, 10 ədəd yüksək gərginlikli kamera, 5 ədəd şötipli yuva ayrıcı quraşdırılmışdır.
İlin ötən 11 ayında 107 ədəd TM və KTM –lərdə elektrik avadanlıqları təftiş olunmuş, sayğaclaşdırma və yenidənqurma zamanı 91 ədəd giriş və paylayıcı şitlər, 914 ədəd yeni tipli və 1706 ədəd SMS tipli sayğac quraşdırılmışdır.
Qeyd etmək lazımdır ki, Abonent Etirazları Komissiyasının fəaliyyəti də təqdirəlayiqdir.
2012–ci ilin
11 ayı ərzində komissiyaya 6658 nəfər
abonent etiraz etmiş, onların üzləşdikləri
çətinliklərin çoxu aradan qaldırılmışdır.
Söhbəti yazdı:
Qədir Aslan,
Respublika.-2012.- 20 dekabr.- S. 10.