Səyyar qəbullar, irəli sürülən təkliflər, göstərilən qayğılar

 

Rayonda artıq iki ilə yaxındır ki, sosialiqtisadi inkişaf tərəqqi yoluna çıxıb. Hər yanda qurubyaratmaq, torpağa bağlılıq, daha firavan sabaha nikbin baxış əhval–ruhiyyəsi hökm sürür. Həmsöhbət olduğum adamların hamısından bu əhval–ruhiyyənin yaranmasının yeganə bir səbəbinin olduğunu eşitdim: yüksək intizam, yaxşı təşəbbüskarlıq, insanlara qayğı, dövlətə və dövlətçiliyə inam və sədaqət bütün rayon camaatının özünə ümid qapısı saydıqları icra hakimiyyəti aparatı tərəfindən qayğı görməsidir. Məqsədyönlü idarəetmə ilə yüksək diqqət və qayğının vəhdəti qarşıya qoyulan vəzifələrin uğurlu icrasına sanballı təkan verir, Oğuzun simasını gündən–günə yaxşılığa doğru dəyişdirir.

Səyyar qəbullar, adamlarla icra hakimiyyətində yox, məhz onların məskunlaşdıqları ünvanlarda, üstündə ünsiyyətdə olmaq, görüşmək, arzu, tələb və təkliflərini orada dinləyib, həllinə imkanlar daxilində yerində start vermək, insanlara qayğını orada göstərmək kimi prinsipləri də yuxarıda qeyd etdiyimiz keyfiyyətlərdən qaynaqlanır və yaxşı bəhrələr verir. Dörd min nəfərdən çox vətəndaşın iştirak etməsi, onlar tərəfindən 153 təklifin irəli sürülməsi də təkcə bu ilin doqquz ayında keçirilən səyyar qəbullarda olmuşdur. Rayon icra hakimiyyəti başçısının idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə göstərilən müddətdə 36 yaşayış məntəqəsində keçirilən səyyar qəbullar Oğuzun sosialiqtisadi məsələlərinin həllində böyük rol oynamışdır. İrəli sürülən təkliflərin 26–sı içməli su probleminin həlli, 9–u yeni məktəb binasının və məktəbəqədər uşaq müəssisələrinin tikintisi və təmiri, 19–u keyfiyyətli və fasiləsiz elektrik enerjisi təminatı üçün elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsi, 20–si yolların təmiri, 5–i yeni təbii qaz xəttinin çəkilməsi, 7–si sel sularından müdafiə üçün beton bəndlərin salınması və sair məsələlər barədə olmuşdur. Qaldırılan məsələlərin həlli üçün rayonun əlaqədar qurumlarına tapşırıqlar verilmiş və icrası ciddi nəzarətə götürülmüşdür. Respublikanın ayrı–ayrı nazirlik və komitələri, baş idarələri qarşısında da məsələlər qaldırılması təmin edilmişdir.

Muxas, Böyük SöyüdlüCalut kəndlərində vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən öz həllini tapmışdır. Calut kəndinin mərkəzində olan transformatorlara baxış keçirilmiş, təmir işləri aparılmış, ətraf evlərə verilən elektrik enerjisi normallaşdırılmışdır. Böyük Söyüdlü kənd orta məktəbinin istilik sisteminin yaxşılaşdırılması məqsədi ilə ərazidəki transformator yenidən təmir edilmiş, normal elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Nəticədə orta məktəbin istilik sistemində olan problem öz həllini tapmışdır. Yeddi min nəfərdən çox əhalisi olan Xaçmaz kəndininorta məhəlləsiadlanan ərazisindəki Ərmənət kəndindəki işıq transformatoru dəyişdirilərək yeni yüksək gərginlikli transformator quraşdırılmışdır. Aparılan məqsədyönlü tədbirlər nəticəsində rayonun kəndlərinə enerjinin verilməsində fasilələr yaranmamışdır. Xaçmaz, Filfilli kəndləri ərizisindən keçən elektrik naqillərinin dirəklərinin yenisi ilə əvəz olunmasıRegionların sosial–iqtisadi inkişafı ikinci Dövlət Proqramı”na daxil edilmişdir.

Əhali tərəfindən qaldırılan prioritet məsələlərdən biri yolların təmiridir. Sincan–Xaçmaz kəndarası avtomobil yolu yerli bələdiyyələrin vəsaiti hesabına təmir olunmuşdur. Rayonun ən böyük yaşayış məntəqəsi olan 4 kəndi əhatə edən Sincan–Xaçmaz–Filfilli avtomobil yolunun əsaslı təmir olunması üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmışdır.Oğuz rayonunun sosial–iqtisadi inkişafının sürətləndirilməsihaqqında 4 aprel 2012–ci il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Qumlaq–Xalxal avtomobil yolunun tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 4,5 milyon manat vəsait ayrılmış, qısa müddət ərzində yolun tikintisi başa çatmış, əhalinin istifadəsinə verilmişdir. Baş Daşağıl kəndinin böyük turizm potensialını nəzərə alaraq kəndə gedən avtomobil yolunun yenidən qurulması üçün müvafiq nazirliklər qarşısında məsələ qaldırılmışdır.

Vətəndaşların içməli su probleminin həlli istiqamətində xeyli işlər görülmüşdür. Oğuz şəhərinin su təchizatının yenidən qurulması üçün 2 ədəd min kubluq yeni su anbarı tikilmiş, 2,4 kilometr D–315 millimetrlik polietilen magistral boru çəkilmiş, 300 metr drenaj işləri başa çatdırılmışdır. Balaşum–Böyük Söyüdlü su kəməri yenidən qurulmuş, su hovuzunun tikintisi yeniləşdirilmişdir. Xaçmaz kəndində 520 metr drenaj su qəbuledicisi, 2 ədəd 800 kubluq su anbarı tikilmiş, 96 kilometr yeni su xətti çəkilmişdir. Kərimli kəndində 2 ədəd su anbarı tikilmiş, 49 kilometr su xətti çəkilmişdir. Kənddaxili şəbəkənin çəkilişi artıq başa çatmaq üzrədir. Muxas, Bucaq, Baş Daşağıl kəndlərinə yeni su xətti çəkilmiş, su anbarları tikilmiş, əhalinin istifadəsinə verilmişdir. Balaşum–Böyük Söyüdlü su kəmərinin yenidən qurulması kəmər boyunda olan Qarabulaq, Astraxanovka, Sincan, Yenikənd, Yaqublu, Top, Zərrab kəndlərinin içməli su ilə təmin edilməsinə imkan verəcəkdir. Padar, Yemişənli Dəymədərə kəndlərinə içməli su xəttinin çəkilməsi kənddaxili şəbəkələrin qurulması üçün layihə–smeta sənədlərinin işlənməsi həyata keçirilir.

Rayonda təhsilin infrastrukturunun müasirləşdirilməsi sahəsində çox işlər görülmüşdür. Xaçmaz kəndində üç məktəb fəaliyyət göstərir. Onlardan biri üçün bina tikilmiş, digər ikisi isə müasir tələblərə uyğun təmir edilmişdir. Tərkeş, Baş Daşağıl, Qarabulaq kəndlərində yeni məktəb binalarının tikintisi üçün nazirlik qarşısında məsələ qaldırılmışdır. Hazırda rayonun Filfilli, Sincan, Dəymədərə, Ərmənət Qumlaq kəndlərində yeni məktəb binaları tikilir.

Dekabrın 4–də Filfilli kəndində tikilib başa çatdırılan məktəb binasının istifadəyə verilməsi münasibətilə açılış mərasimi keçirilmişdir. Mərasimdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, rayon icra hakimiyyəti aparatının nümayəndələri, rayonun idarə, müəssisə təşkilat rəhbərləri, təhsil işçiləri, kənd ictimaiyyətinin nümayəndələri, məktəbin pedaqoji şagird kollektivləri iştirak etmişlər. Çıxış edənlərdən məktəb direktoru səlahiyyətlərini müvəqqəti olaraq icra edən E.Verdiyev, ağsaqqal müəllim M.Əyyubov, valideyn M.Rəhimov, müəllim Z.Verdiyeva, şagird F.Cabbarova müasir avadanlıqlarla tam təchiz edilmiş yeni məktəb binasının istifadəyə verilməsi ilə bağlı onlara göstərilən yüksək qayğı diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun rayonun kəndlərinə təbii qaz xəttinin çəkilməsinə xüsusi önəm verilmişdir. Bucaq kəndinə yeni qaz xətti çəkilib əhalinin istifadəsinə verilmişdir. Padar, Bayan, Calut kəndlərinə yeni qaz xəttinin çəkilməsi üçün layihə–smeta sənədləri hazırlanmış, yaxın vaxtlarda tikintisinə başlanacaqdır.

Rayonun yaşayış məntəqələrinin sel sularından müdafiəsi üçün Oğuz şəhəri, Baş Daşağıl, Muxas, Ərmənət, Xalxal kəndlərinin ərazisində yeni beton bəndləri tikilmişdir.

Bu sadalanan faktlar deməyə əsas verir ki, Oğuzun bugünkü siması iki il bundan əvvəlkindən çox fərqlənir. Rayon mərkəzindən başlanan əsaslı yenidənqurma tədbirləri artıq onun ayrı–ayrı yaşayış məntəqələrində həyata keçirilir. Yollar çəkilir, içməli su problemi həllini tapır, qazlaşdırılmaya dair Dövlət Proqramı uğurla icra olunur. Bir sözlə, Oğuzda əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər bir–birini əvəz edir.

 

Rasim AMANOV

 

Respublika.- 2012.- 20 dekabr.- S. 9.