| Müstəqil Azərbaycan qüdrətli dövlətə çevrilir

 

Tükənməz qurubyaratmaq əzmi, mahir idarəçilik və təşkilatçılıq bacarığı sayəsində zamanzaman əzəmətli layihələri gerçəkləşdirən böyük öndər, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycan dövləti bu gün, sözün həqiqi mənasında, dinamik inkişaf yolundadır. Heydər Əliyevin ötən illərdə gördüyü nəhəng işlər xalqımızı bir daha əmin etdi ki, Azərbaycanda bu siyasətin alternativi yoxdur, ölkəmizin gələcək inkişafı, insanların firavan həyatı onun müdrik siyasətinin həyata keçirilməsini təmin edəcək şəxsiyyətdən asılıdır. Bu həqiqəti dərindən dərk edən xalqımız yeni minilliyin ilk prezident seçkilərində öz seçimini edərək Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı İlham Əliyevə səs verdi.

 

Həqiqətən də, ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanmış iqtisadi islahatlar bu gün çox uğurla davam etdirilir, cənab İlham Əliyev Prezident postunda verdiyi ilk bəyanatında fəaliyyəti boyunca ümummilli liderimiz Heydər Əliyev siyasətinə sadiq qalacağını və bu yolda qarşıya çıxacaq çətinliklərə hazır olduğunu elan etmişdi.

Azərbaycanın dövlət başçısının fəaliyyəti, onun prezidentliyinin arxada qalan 9 ili bir daha təsdiq etdi ki, cənab İlham Əliyev bu yolu ən layiqli şəkildə davam etdirir. Azərbaycan dövlətinin daxilixarici siyasəti dünyada gedən geosiyasiiqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilib. Qloballaşma, sivilizasiyalararası dialoq, ümumbəşəri dəyərlərin tərkib hissəsi olan demokratik prinsiplər, habelə cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələn məsələlər Prezident İlham Əliyevin apardığı siyasətin nəzəri bazasını və konseptual əsaslarını təşkil edir. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxilixarici siyasət birbirini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib.

Azərbaycanın iqtisadi siyasətinin əsas prioritetlərindən biri qeyrineft sektorunun inkişaf etdirilməsi, yeni emalistehsal müəssisələrinin işə salınması, respublikanın daxili ehtiyaclarını ödəməyə qadir olan müxtəlif profilli obyektlərin yaradılmasıdır. Bu məsələnin həllində neftqeyrineft sektoru arasında balansın yaradılması diqqət mərkəzində dayanır. Prezident məhz bu amili nəzərə alaraq dəfələrlə öz çıxışlarında iqtisadi inkişafa yalnız neft sahəsinin deyil, qeyrineft sektorunun da təsir etdiyini göstərir. Təbii ki, bu sektorun inkişafında yerli sahibkarlıq fəaliyyəti ilə yanaşı, xarici investisiyaların qoyuluşu da mühüm rol oynamışdır. Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlar çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığının güclənməsi də ölkə iqtisadiyyatının inkişafı üçün geniş perspektivlər açmışdır.

Ötən doqquz ildə iqtisadiyyatın liberallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atılıb. Prezident İlham Əliyevin bu illərdə imzaladığı “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” və digər fərmanları, sərəncamları, təsdiq etdiyi dövlət proqramları sahibkarlığın inkisafına güclü təkan vermiş, bu sahədə yeni mərhələ yaratmışdır.

Respublikamızda sahibkarlığın inkişafı mühüm dövlət siyasətinə çevrılib. Ölkəmizin uğurlarında sahibkarların rolunu xüsusi dəyərləndirən Prezident İlham Əliyev onlara süni problemlərin yaradılmasının yolverilməzliyini qətiyyətlə bəyan edib. Dövlət başçısının uğurlu siyasətinə, cəsarətli mövqeyinə güvənib biz adamları da yeni qlobal layihələrin həyata keçirilməsinə təşəbbüskarlıq göstərir, Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şəraitin olduğuna inanırıq. Bu gün ölkəmizdə həm şəffaf biznes mühiti var, həm də fəaliyyətimizi tənzimləyən güclü qanunvericilik bazası yaradılıb. Ölkəmizdə hər bir işgüzar insan, sağlam təfəkkürə və məntiqə güvənən iri və xırda sahibkarlar perspektivli strukturu yaradırlar, fəaliyyətlərini daha da genişləndirə bilirlər. Hər kəs məşğul olduğu sahədə geniş imkanlardan qədərincə, ən başlıcası isə, şəffaflıq prinsiplərini qorumaqla faydalanır.

Bizim üçün ən böyük təsəlli, gələcəyə inam üçün etibarlı zəmanət budur ki, ümummilli liderin layiqli siyasi davamçısı — Prezident İlham Əliyev doqquzillik fəaliyyəti ilə hər bir vətəndaşın Prezidenti olduğunu sübut və təsdiq etdi. Özünün tələbkarlığı, siyasi peşəkarlığı, çevik diplomatik gedişləri ilə idarəçilik sahəsində yeni mərhələ yaratdı, ölkəmizin dinamik inkişafı üçün düzgün prinsiplər müəyyənləşdirdi. Uğurlu iqtisadi siyasətin nəticəsidir ki, dünyanı bürüyən qlobal böhran Azərbaycanın uğurlarını səngitmədi. Əksinə, ölkəmiz regionun əsas iqtisadi əməkdaşlıq mərkəzinə çevrildi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bu gün Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir ciddi layihə reallaşa bilməz. Son illər Azərbaycanda müşahidə olunan yüksəlişi, milli sahibkarlığa göstərilən diqqət və qayğını vətəndaş təəssübkeşliyi ilə dəyərləndirirəm. Bir faktı qeyd edim ki, uğurlu iqtisadi siyasət nəticəsində özəl sektorun ümumi daxili məhsulda payı 85 faizə yüksəlib. Azərbaycan Prezidenti bu sahəyə dəstəyini artırmaqla sahibkarların güvənc və kömək yeri, himayədarı olduğunu bir daha təsdiqlədi.

Son illərdə həyata keçirilən yeni tikinti layihələrində milli üsluba üstünlük verilməsi, abadlıq–quruculuq işlərinin keyfiyyətcə yeniləşməsi, müasirliyin qədim Şərq memarlıq üslubu ilə uzlaşması dövlət başçısının bu sahəyə daha çox maraq göstərməsi ilə bağlıdır. Bu gün Azərbaycanda sahibkar ondan tələb olunan vəzifəni həm müstəqil təhlil edə bilir, həm də hüquqi məsuliyyətini tam dərk edir. Ona görə də ayrı–ayrı vətəndaşlarla bağlanan müqavilənin şərtlərini və tələblərini, cəmiyyət qarşısındakı mənəvi məsuliyyəti heç vaxt unutmur. Yaxşı bilir ki, hər bir adamı sosial tədbirlərin adi iştirakçısı yox, əsl təşkilatçısından biri olmalıdır. Azərbaycan Prezidenti hər birimizdən eyni məsuliyyətlə, tələbkarlıqla, işgüzarlıqla çalışmağı tələb edir: “İş adamları, dövlətin bütün yerli icra orqanları — hamımız birgə işləməliyik. Əlbəttə ki, təbiidir, – bütün ölkələrdə belədir, – adamları öz biznesləri haqqında düşünməli, biznesi inkişaf etdirməlidirlər. Eyni zamanda imkan olanda çətin vəziyyətdə yaşayanlara da əl uzatmalıdırlar. Mən belə biznesi, adamlarını təqdir edirəm və sizibu işlərə çağırıram. Sizə deyə bilərəm ki, mən bundan sonra da ölkədə biznesin inkişafı üçün əlimdən gələni edəcək və bütün lazımi tədbirləri görəcəyəm”. Əlbəttə, bütün bunlar ölkədə sahibkarlıq və investisiya mühitinin tənzimlənməsinə, bu sahənin inkişafına təkan verəcək qanunçuluq bazasının güclənməsinə kömək edir, əhəmiyyətli dəyişikliklər yaradır. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşciddi elmi əsaslara söykənən belə iqtisadi siyasət son illərdə onun layiqli siyasi varisi — Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilirbütün sahələrdə yüksək səmərə verir. Ayrı–ayrı sahələrdə düzgün balanslaşdırılmış və həyata keçirilmiş islahatlar bir daha sübut etdi ki, cənab İlham Əliyev cəmiyyətdə böyük nüfuz qazanmış, ölkədə alternativsiz liderə çevrilmişdir. Onun imzaladığı fərman və sərəncamlar, qəbul olunmuş çevik qərarlar ölkənin potensial inkişafına töhfələr vermiş, qarşıda düzgün və zəruri vəzifələr müəyyənləşdirmişdir.

Bu gün Azərbaycanda özəl sektor sərbəst bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilib. Sərbəst bazar münasibətlərinin güzəştsiz tərəfdarı kimi Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafını — kiçikorta biznes şəbəkəsinin genişlənməsini təmin etmək üçün ardıcıl tədbirlər görür.

Azərbaycan iqtisadiyyatının dinamikası bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı ilə uzlaşdırılır. Daha doğrusu, sahibkarlara işgüzar şərait yaratmadan sosial xarakterli ciddi problemlərin həllinə nail olmaq çətindir. Təcrübə sübut edir ki, infrastrukturun yeniləşməsi, yerlərinin açılması, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, bir sözlə, əsaslı iqtisadi islahatların aparılması ölkədə sağlam biznes mühitinin yaradılmasından daha çox asılıdır. Ona görə də sahibkarlara elə imkan yaradılmalıdır ki, onların hər biri sərbəst rəqabətə tablaşa bilsin, şəffaf biznes mühitinin formalaşmasında güclərini sınasınlar.

Ölkəmizdə biznes ənənələrinin tarixi də qədimdir. Yaranmış ənənələri varisliklə qorumaq, bu gün onu ləyaqətlə davam etdirmək bizim hər birimizin işi və vəzifəsidir. Ölkəmizin yerləşdiyi ərazi də dünya ölkələrinin sınanmış iqtisadi təcrübəsinin tətbiqinə geniş imkanlar yaradır. Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi mövqe bizim əlaqələrdə müstəsna rol oynayır.

Azad sahibkarlığın inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə başlayan yeni mərhələ sahibkarlar ordusunun milli iqtisadiyyatda rolunu daha da artırdı. Sahibkarlığın və biznes mühitinin dünya bazarı ilə əlaqə meridianı daha da genişləndi. Xarici dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə ardıcıl və ənənəvi biznesforumlar keçirildi.

Azərbaycanda çoxpilləli biznesə keçid prosesı də ugurla davam edir. Ona görə ki, bu prosesə mane olan hər cür bürokratik əngəllərin qarşısı qabaqlayıcı tədbirlərlə alınır, sahibkarlıq subyektlərinin çevik fəaliyyətinə geniş imkanlar yaradılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev biznesin inkişafı üçün bundan sonra da faydalı və gərəkli addımlar atacağını bildirmişdir. Bunun üçün ölkəmizdə potensial imkanlar mövcuddur. O ki qaldı ondan faydalanmaq mexanizminə, bunun üçüngeniş perspektivlər var. İş adamlarına—biznesin inkişaf dayaqlarına dəfələrlə müraciət edən Azərbaycan Prezidenti birmənalı bəyan edib ki, ölkəmizdə sağlam biznes mühitini genişləndirmək üçün heç bir məhdudiyyət yoxdur. Ona görə də bizim hər birimiz gələcəkdə də yeni layihələrin reallaşmasına ümidinamla baxırıq, etibarlı dövlət dəstəyini hər an hiss edirik.

Bu gün, sözün həqiqi mənasında, milli birliyə, dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına, əsl vətəndaş cəmiyyətinə nail olan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yeniyeni uğurlara imza atan Azərbaycan xalqı daha sarsılmazdır. Bu, həllini gözləyən bir sıra problemlərimizin yaxın zamanda aradan qaldırılacağına, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənəcəyinə qəti əminlik yaradır.

 

Əlihüseyn ƏSGƏROV,

 

“Kənan–İnşaat–Ticarət”

birgə müəssisəsinin baş direktoru.

 

Respublika.- 2012.- 20 dekabr.- S. 8.