Heydər Əliyev dühasının ziyası əbədidir

 

İllər ötür, həyatımıza yeni amallar, arzu və istəklər, işıqlı ideyalar daxil olur. Hər dəfə yeni ilə qədəm qoyarkən ən parlaq ideyaların müəllifi olmuş ulu öndər Heydər Əliyevi həyatımızın güzgüsündə görürük. Belə məqamlarda seviniröyünürük ki, müstəqil ölkəmiz dahi şəxsiyyət, dünya tarixində silinməz izlər qoymuş Heydər Əliyevin müəyyən etdiyi yolla inamla irəliləyir.

 

Bu gün müstəqil respublikamızın nailiyyətlərindən söhbət açarkən dahi rəhbərimiz Heydər Əliyevin nurlu xatirəsi ehtiramla yad edilir. O, cismən olmasa da, mənən hər an bizimlədir. Bəzən ulu öndərimizi dünyanın tanınmış siyasətçiləri və dövlət başçıları ilə müqayisə edirlər. Mənim fikrimcə, o, dünyada heç kəslə heç bir şəxsiyyətlə müqayisəyə gəlmir. Dahi rəhbərimizin öz xalqı və milləti üçün gördüyü işləri heç bir dövlət xadimi görə bilməmişdir. O, öz zəkası, mətin iradəsi, gərgin zəhməti ilə fırtınalar burulğanında inildəyən bir ölkəni qısa bir müddət ərzində bəlalardan xilas etdi. İndi dünyanın xəritəsində Azərbaycan adlı bir müstəqil dövlət var ki, onun da yaradıcısı məhz Heydər Əliyevdir. Dünyanın tanınmış siyasətçiləri də bunu dönə–dönə etiraf edirlər.

Müasir Azərbaycanı haqlı olaraq ümummilli liderimizin şah əsəri sayırlar. Heydər Əliyevin qurucusu olduğu qısa bir zaman ərzində geniş inkişaf yoluna çıxardığı Azərbaycan dövləti hazırda öz iqtisadi, siyasi və mədəni qüdrətini durmadan artırır, bütün dünyada tanınır. Ümummilli liderimizin yaratdığı möhkəm təməl üzərində ölkəmizdə demokratik prinsiplər sürətlə bərqərar olur, dövlətçilik ənənələrimiz möhkəmlənir, bunların sayəsində yeni, işgüzar, güclü Azərbaycan yaranır.

Azərbaycan xalqının Heydər Əliyev irsinə sədaqəti, onun siyasətinin və müəyyən etdiyi strateji inkişaf kursunun alternativsizliyi, birmənalı şəkildə qəbul etməsi ulu öndərimizin parlaq ideyalarının həmişəyaşarlığına dəlalət edir. Onu da qeyd etmək vacibdir ki, dahi rəhbərimizin zəngin irsi, hərtərəfli düşünülmüş strategiyasının həyata keçirilməisndə varislik faktoru çox mühüm rol oynayır və fikrimcə, möhtərəm Prezidentimizin fəaliyyəti bunu dəfələrlə təsdiq etmişdir. Cənab İlham Əliyevin müasir Azərbaycan siyasətində uğurlu fəaliyyəti mahiyyət etibarilə Heydər Əliyev siyasətinin məntiqi davamı və yeni bir keyfiyyətlə inkişaf etdirilməsidir. Ümummilli lider Heydər Əliyevin yaratdığı sabitlik və əmin–amanlıq şəraiti üzərində bərqərar olanrespublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müasir sosialiqtisadi siyasət ölkəni keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxarmış, cəmiyyət həyatının bütün sahələrində böyük dəyişikliklərə səbəb olmuş, Azərbaycanı bölgədə lider dövlətə çevirmişdir. Müstəqilliyin ötən illəri iqtisadiyyatın intensiv inkişaf dinamikası, əsaslı struktur dəyişiklikləri, kompleks dövlət proqramlarının və investisiya layihələrinin reallaşması ilə yadda qalmışdır. İqtisadiyyatın yüksəlişi müqabilində əhalinin maddi və mənəvi rifahı xeyli yaxşılaşmış, sabaha inam, yüksək əmək əhval–ruhiyyəsi formalaşmışdır. Rayonumuzun sakinləri bu nailiyyətlərin müəllifi olan ulu öndərimizin siyasətinə, onun elobaya, sadə əmək adamına göstərdiyi diqqət və qayğıya görə minnətdardır. Bu yurdun qurucu adamları, qabaqcıl ziyalıları yetərincədir və bu da bir faktdır ki, ölkəmizdə ziyalılığın bünövrəsi olan təhsilə diqqət və qayğının səviyyəsi getdikcə yüksəlir, Heydər Əliyevin başladığı təhsil islahatının uğurla həyata keçirilməsi ümumdövlət və ümumxalq işinin tərkib hissəsinə çevrilmişdir. Ölkə iqtisadiyyatının misli görünməmiş sürətlə inkişaf etməsi, onun dinamik vüsəti, əhalinin maddi və mədəni həyat şəraitinin durmadan yaxşılaşması sağlam, bilikli, zəkalı və geniş dünyagörüşlü nəslin yetişdirilməsinə imkanlar yaradır.

Ulu öndərimiz demişdi: “Bizim məqsədimiz müstəqil Azərbaycan üçün daha bilikli, daha zəkalı gənclər hazırlamaqdır”. Bu qiymətli kəlam bu gün bütün cəmiyyətimiz üçün həyati əhəmiyyət kəsb edən, uca məqsədlərə aparan yollarımızı nurlandırır.

Ölkəmizin reallıqları hər bir vətəndaşın mənəvi kamillik problemini prioritet vəzifə kimi irəli sürür. Bu vəzifə hər şeydən əvvəl təhsildən, mədəni–maarif müəssisələrimizdən keçir. Milli təhsilimiz və mədəniyyətimiz yeni insan tərbiyəsinin, hər cəhətdən kamil insan yetişdirilməsinin mərkəzidir. İnsanın mənəviyyatca dolğun varlıq kimi təşəkkül tapması hələ uşaq bağçasından başlanır, məktəbdə formalaşır, bu proseslərdə qazanılmış nə varsa, həyat təcrübəsində özünü taparaq kamala yetir. Buna görə də bütün müsbət dəyərlərə malik cəmiyyət üzvü tərbiyə etməkdə fasilə ola bilməz, bu, ardıcıl xarakter daşıyan bir fəaliyyət sahəsidir. Həmin məqsəd uğrunda çalışmaq isə mövqeyimizdən, yaşımızdan, vəzifəmizdən asılı olmayaraq hamımızdan ötrü müqəddəs işdir. İnsan tərbiyəsinin sükanı müəllimlərimizin əlindədir.

Ümummilli lider Heydər Əliyev bu amillərə çox ciddi fikir verirdi, hər biriimizi tərbiyəçilik fəaliyyətimizi durmadan genişləndirməyə çağırırdı. O, təhsilimizi saflaşdırdı, nəhəng islahat işlərinin müəllifi oldu. Ulu öndərimiz müəllim peşəsini bütün peşələrin şahı hesab edirdi, onların işləri, hal–əhvalları və ehtiyacları ilə daim maraqlanırdı. Onun hakimiyyətdə olduğu illərdə müəllimlərin əməkhaqları bir neçə dəfə artırıldı, təhsil və məişət şəraitinin yaxşılaşdırılması üçün əsaslı tədbirlər görüldü. Biz müəllimlər ulu öndərimizin xeyirxah işlərini heç vaxt unutmayacağıq.

Heydər Əliyev mükəmməl təhsili ölkənin gələcəyi hesab edirdi. Xatırlayıram, hələ ötən yüzilliyin 70–ci illərində bu böyük ziyalı, müəllimlər müəllimi təhsil sistemində nə qədər müsbət dəyişikliklər etdi. Nə qədər gənclərimiz xarici ölkələrdə təhsil almağa göndərildi. Bu gənclər çox keçmədən yüksək səviyyəli mütəxəssislər kimi ölkəmizə qayıtdılar, bilikli və istedadlı kadrlar kimi ana yurdumuza yeni quruculuq nəfəsi gətirdilər. Onların bir qisminin xoş soraqları indinin özündə uzaq ellərdən gəlir, elmi nailiyyətimizin, alimlərimizin sədası dünyanın simpoziumlarından, konfranslarından eşidilir.

Mən Vətən oğullarını, bütün müəllimlərimizi, yetirmələrimizi Heydər Əliyev kimi dəyanətli, mərd və cəsur görmək istərdim. Bu nadir şəxsiyyət öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcısı idi, elə indinin özündə də onun ölməz və müqəddəs ideyalarında xalqın, millətin köklü duyğuları yaşayır. Məhz Heydər Əliyevin milli köklərə söykənmiş mübarizəsi Azərbaycan dövlətinin bütün dünyada nüfuz sahibi olması üçün zəmin yaratdı, ölkədə uğurlu islahatların əsasını qoydu. O öz mənalı həyat yolu ilə tariximizdə elə bir iz qoyub getmişdir ki, yüz illər bundan sonra da xalqımız bu izləri tutub gedəcək, irəliyə doğru iri addımlar atacaq, qüdrətlənəcək.

Son illər hörmətli Prezidentimizin imzaladığı müvafiq sərəncam və fərmanlar nəticəsində təhsil ocaqlarında səmərəli fəaliyyət sistemi qurulmuş, mövcud rejimi təkmilləşdirilmiş, yeni informasiya mühiti yaradılmış, elmimetodiki təminat yüksəldilmişdir. Gənclər siyasətini, xüsusi istedada malik olan uşaqlara qayğı və diqqəti özündə ehtiva edən xüsusi Dövlət proqramları qəbul edilmiş, təhsil haqqında yeni Qanun təsdiq olunmuşdur.

Cənab İlham Əliyevin göstərdiyi qayğı və diqqət nəticəsində respublikamızın hər yerində olduğu kimi Cəlilabad rayonunda da təhsil inkişaf edir. Prezidentin Cəlilabada etdiyi səfərlər zamanı ziyalılarımızla, zəhmət adamlarımızla səmimi görüşləri onun rayonumuza göstərdiyi hərtərəfli kömək bizi hədsiz sevindirir. Rayonumuzda son 9 ildə əvvəlki 20 ildəkindən çox məktəb binası tikilib istifadəyə verilmişdir. Müəllimlərimizin keyfiyyət tərkibi daim yaxşılaşır, şagirdlərimiz təhsildə, bilikidman yarışlarında yaxşı nəticələrə nail olurlar. Bu mənada ulu öndərimizin müəyyən etdiyi strategiyanın nə qədər düzgün olduğunun canlı şahidləriyik.

Prezidentimiz cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nda qeyd edilir ki, “…qarşıdakı illərdə təhsil sahəsində həyata keçiriləcək işlər onun strukturunun və məzmununun yenilşəməsinə istiqamətlənəcəkdir. Ölkədə bütün əhali təbəqələri üçün müasir tələblər səviyyəisndə qurulmuş təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək madditexniki və tədris–metodiki şəraitin yaradılması və bu zəmində təhsil sisteminin yüksək sosialiqtisadi səmərəliliyinə nail olunması dövlətin sosial siyasətində əsas yer tutur”.

Bizim pedaqoji kollektivlərimiz özlərinin bütün fəaliyyətlərini bu vəzifələr baxımından qurmaq üçün var qüvvə ilə işləyirlər. Bütün məktəblərimizdə təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin, məktəblərin texnikikadr təminatının yaxşılaşdırılması, təhsil ocaqlarının informasiyakommunikasiya üzrə madditexniki bazasının təkmilləşdirilməsi, kompyuter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminatının yüksəldilməsi şagirdlərin pulsuz dərsliklərlə təmin edilməsi və məktəb kitabxanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində ötən illərdə başlanılmış işlər yeni qüvvə ilə davam etdirilir. Bundan başqa, əhalinin bütün təbəqələrinin təhsil almaq imkanlarının bərabərləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin yaxşılaşdırılması, məktəbəqədər təhsil sahəsində islahatların sürətləndirilməsi bu sahənin madditexniki bazasının möhkəmləndirilməsi, yeni uşaq tərbiyə müəssisələrinin yaradılması da bundan sonra daim diqqət mərkəzində olacaqdır. Şagirdlərin bilik yarışlarında daha geniş iştirakının təmin edilməsi, onların milli vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərin kütləvi surətdə bədən tərbiyəsi və idmana cəlb edilməsinə diqqəti artırmışıq.

Göründüyü kimi, qarşıda duran vəzifələr heçasan deyil. Müəllim əməyinə ulu öndərimizin verdiyi yüksək qiymət təhsil işçilərimizi vətənin gələcəyi üçün bütün qüvvələrini əsirgəməməyə səfərbər edir, yeni nailiyyətlərə ruhlandırır. Biz, müəllimlər hamımızın ən böyük müəllimi olmuş Heydər Əliyevin milli–mədəni dəyərlər bayrağını daim uca tutacağıq. İllər ötəcək, nəsillər birbirini əvəz edəcək, müasir Azərbaycanın müəllifi Heydər Əliyev dühasının ziyası isə heç zaman sönməyəcək.

 

Ədalət ƏSGƏROV,

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri.

 

Respublika.- 2012.- 20 dekabr.- S. 8.