| AZƏRBAYCAN AVROPA ŞURASININ TAM VƏ BƏRABƏRHÜQUQLU ÜZVÜDÜR

 

Avropa Şurası nüfuzlu beynəlxalq təşkilatdır. Onun üzvləri suveren Avropa dövlətləridir. İnsan hüquqlarını, parlament demokratiyasını və hüququn aliliyi prinsipini müdafiə etmək və möhkəmləndirmək, təşkilatın üzvü olan dövlətlərin sosialhüquqi sahədəki uğurlarına əsaslanan ümumavropa razılaşmaları bağlamaq, ümumi ideya və prinsiplərin müdafiəsi və həyata keçirilməsi naminə Avropa dövlətlərinin böyük birliyinə nail olmaq, onların iqtisadi, sosial tərəqqisinə kömək göstərmək təşkilatın başlıca məqsədidir. Avropa Şurası hazırda qitədə 43 dövləti birləşdirən siyasi təşkilatdır.

 

AŞ 5 may 1949–cu ildə 10 Avropa dövlətinin: Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, İsveç, İtaliya, Lüksemburq, Hollandiya, Norveç və Fransanın imzaladıqları “Avropa Şurasının Nizamnaməsi”nə əsasən təsis edilib.

Avropa Şurası, milli müdafiə məsələləri istisna olmaqla, Avropa cəmiyyətinin bütün mühüm məsələlərini diqqətdə saxlayır. Onun proqramı aşağıdakı fəaliyyət sferalarını əhatə edir: insan hüquqları, kütləvi informasiya vasitələri, hüquq sahəsində əməkdaşlıq, sosialiqtisadi məsələlər, səhiyyə, təhsil, mədəniyyət, bəşəri irs, idman, gənclər, yerli demokratiya, sərhədyanı əməkdaşlıq, ətraf mühit, regional planlaşdırma və s.

1989–cu ildən Avropa Şurası özünün əsas fəaliyyətini postkommunist Avropa dövlətlərində demokratiyanın müdafiəsi istiqamətində qurmuşdur. Bu məqsədlə Mərkəzi və Şərqi Avropa ölkələrinə orada iqtisadi yenidənqurmaya paralel olaraqsiyasi, qanunvericilikkonstitusion islahatların Avropa Şurasının standartlarına uyğun olaraq həyata keçirilməsinə yardım edilir.

Avropa Şurasını obrazlı olaraqAvropa dövlətləri ailəsi” adlandırırlar. Azərbaycan Respublikasının 30 avqust 1991–ci il tarixli Dövlət Suverenliyinin Bərpası haqqında Bəyannamə və Azərbaycan Respublikasının 18 oktyabr 1991–ci il tarixli Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı kimi tarixi sənədlərlə müstəqilliyini elan etmiş suveren Azərbaycan Respublikasını Avropa dövlətləri ailəsində görmək respublikamızın hər bir sadə vətəndaşının arzusu olmuşdur.

Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv olmaq gənc Azərbaycan Respublikasının həyatında mühüm hadisədir. Azərbaycanın dövlət müstəqilliyi əldə edildikdən az sonra respublika rəhbərliyi Avropa Şurasına üzv olmaq təklifilə çıxış etmişbu barədə təşkilata məktubla müraciət etmişdir. Keçən müddət ərzində dövlətimiz qarşıya qoyulan məqsədə doğru irəliləmişdir.

Əlbəttə, uzun müddət totalitar rejim şəraitində yaşayan cəmiyyətimizin Avropa Şurasına inteqrasiyası heçrahat olmamış, ciddi hüquqisiyasi islahatların həyata keçirilməsi nəticəsində baş vermişdir.

Hələ 1993– ildə Avropa Şurasına üzv dövlətlərin rəhbərlərinin və hökumət başçılarının Vyanada keçirilən yüksək səviyyədə görüşündə təşkilatın üzvlərinin genişləndirilməsi məsləhət görülmüşdür. Bundan irəli gələrək Parlament Assambleyası 1994– ildə Avropa Şurasının genişləndirilməsı haqqında 1247 saylı tarixi tövsiyələrini qəbul etmişdir. Həmin sənəddə göstərilir ki, Avropa ilə mədəni əlaqələri nəzərə alınaraq bu barədəki niyyəti aydın ifadə olunmaq şərtilə Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaq haqqında xahişlə müraciət edə bilər.

13 iyul 1996–cı ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir.

22 aprel 1997–ci ildə Strasburqda AŞPA–nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar, sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhün mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflərin qarşılıqlı danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsipin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir.

28 iyun 1996–cı il tarixdə Avropa Şurasının Parlament Assambleyası tərəfindən Azərbaycan Respublikasına “Xüsusi dəvət olunmuş qonaqstatusu verilir. Az sonra, 13 iyul 1996–cı ildə Avropa Şurası Nazirlər Komitəsi sədrinin Bakıya səfəri zamanı Azərbaycan təşkilata daxil olmaq xahişilə ona müraciət etmişdir. Prosedur qaydalarına müvafiq olaraq Avropa Şurasının Nazirlər Komitəsi 11 sentyabr 1996–cı il tarixli qətnaməsilə təşkilatın Parlament Assambleyasını bu məsələyə münasibət bildirməyə çağırmışdır.

Avropa Şurasına üzv olmaq barədə vəsatət qaldırılmış Azərbaycan Respublikasının bu təşkilatın standartlarına uyğunluğunu araşdırmaq məqsədilə AŞ Parlament Assambleyasının üç komitəsi – Siyasi Məsələlər Komitəsi, Hüquqi məsələlər və İnsan Hüquqları Komitəsi və üzv olmayan Avropa ölkələrilə Əlaqələr Komitəsi 1996–cı ilin payızında Azərbaycan üzrə məruzəçilər təyin etmişlər. Bundan başqa, Avropa Şurasının Parlament Assambleyasının Bürosu məsələ ilə əlaqədar hüquqşünaslardan ibarət İnsan Hüquqları Komissiyasının nümayəndə qrupu təşkil etmişdir.

Bu müddət ərzində Azərbaycan Respublikasının Avropa Şurası ilə əməkdaşlığı bir sıra məsələlər üzrə genişlənməyə başlamışdır.

Xüsusi dəvət olunmuş qonaqstatusunda Azərbaycanın nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasının fəaliyyətinin müxtəlif sahələrində və hökumətlərarası əməkdaşlıq və kömək proqramı çərçivəsində ayrı–ayrı komitələrin işində iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1996–cı il tarixli sərəncamı ilə Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramını həyata keçirmək məqsədılə tədbirlər planı müəyyən edilmişdir. Azərbaycan Respublikası parlamentinin nümayəndə heyəti ilk dəfə olaraq Avropa Şurası Parlament Assambleyasının 1996–cı il payız sessiyasında iştirak etmişdir. Azərbaycan qısa müddət ərzində təşkilatın bir sıra konvensiyalarına, o cümlədən Avropa Mədəniyyət Konvensiyasına, Arxeoloji İrsin Mühafizəsi haqqında Avropa Konvensiyasına, Birgə Kino İstehsalı haqqında Avropa Konvensiyasına, Avropanın Canlı Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi haqqında Konvensiyayas. qoşulur. Bu dövrdə Azərbaycan parlamenti tərəfindən insan hüquqlarına və əhalinin geniş kütlələrinin mənafelərinə mühüm təsir göstərə biləcək bütün qanunvericilik aktlarının layihələri Avropa Şurasının hüquqi ekspertizasından keçirilmək üçün göndəriliroradan alınan səmərəli təkliflər qanunların qəbulu zamanı istifadə edilməyə başlanılır. Məsələnin belə qoyuluşu Azərbaycan Respublikası qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması prosesini sürətləndirmişdir.

Avropa Şurasının Parlament Assambleyasının nümayəndə heyəti Azərbaycan Respublikasında 1995–ci il noyabrın 12–də keçirilən parlament seçkilərini, 1998–ci ilin oktyabrında keçirilən prezident seçkilərini, 2000–ci ilin noyabrında keçirilən parlament seçkilərini, Avropanın YerliRegional Hakimiyyətləri Konqresinin nümayəndə heyəti isə 1999–cu ilin dekabrında keçirilən ilk bələdiyyə seçkilərini müşahidə etmişdir.

Bundan əlavə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı çərçivəsində Parlament Assambleyasının sədrləri Azərbaycana səfərlər etmiş və çoxsaylı görüşlər keçirmişlər.

Respublikanın Avropa Şurasına üzv olma prosesində daha çox 2000–ci il öz dramatikliyi ilə yadda qalacaqdır. İlin əvvəlində Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin Azərbaycan üzrə məruzəçisi Jak Bomelin hazırladığı Azərbaycanın Avropa Şurasına üzv olmaqdan ötrü Tövsiyələr Paketi respublika ictimaiyyətinə təqdim edilir.

Tövsiyələr Paketini, onu yerinə yetirmək şərtilə, dövlət başçısı, Baş nazir, Milli Məclisin sədri, aparıcı müxalifət partiyalarının liderləri imzalayırlar. İlkin variantda on yeddi bənddən ibarət olan həmin sənəddə Azərbaycan Respublikasının yaxın gələcəkdə Avropa standartlarına uyğunlaşdırılması məqsədilə yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı AŞ–ın mövqeyi açıqlanmışdır.

Nəhayət, respublikamızın AŞ–a üzvlüyü məsələsi 28 iyun 2000–ci il tarixdə keçirilən AŞPA–nın növbəti sessiyasında müzakirə edilir. Uzun müzakirələrdən sonra Parlament Assambleyası, sessiyada iştirak edən 126 deputatdan 120–si lehinə, 5–i bitərəf və 1–i əleyhinə olmaqla, təşkilatın Nazirlər Komitəsinə Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsini tövsiyə edir. Reqlamentə görə Azərbaycana AŞPA–da altı yer verilir.

Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsi istər cəmiyyətimizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, istərsə də Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olması, onun ümumavropa ailəsinə inteqrasiyası istiqamətində mühüm mərhələdir.

İnsan hüquqları sahəsində Avropa standartları müasir beynəlxalq hüququn tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericiliyində beynəlxalq hüquq normalarının yeri ilə bağlı məsələni araşdırmaq bu mənada əhəmiyyət kəsb edir. Beynəlxalq hüquqla dövlətdaxili (milli) hüququn qarşılıqlı əlaqəsi, onlar arasında (hüquqi qüvvəsi və tətbiqi ilə bağlı) münasibət məsələsi, bir qayda olaraq, hər bir dövlətin Konstitusiyası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasında da bu məsələ ilə bağlı bir necə müddəa vardır.

Göstərilən norma ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin respublikanın hüquq sisteminə daxil olan normativ aktların ierarxiyasında yeri müəyyən edilmişdir. Bu sistemdə beynəlxalq müqavilə hüquqi qüvvəsinə görə Konstitusiyadanreferendum yolu ilə qəbul edilmiş aktlardan sonra üçüncü yerdə durur. Konstitusiyanın qeyd edilən 148–ci və 151–ci maddələri Azərbaycan Respublikasının qanunvericilik sistemində beynəlxalq hüquq normalarının yeri haqqında kifayət qədər aydınlıq yaradır.

İnsan hüquqları sahəsində beynəlxalq standartların xüsusi statusa malik olması ölkə qanunvericiliyinin ona uyğunlaşdırılmasını zəruri edir. Digər tərəfdən, insan hüquqları sahəsində əsas Avropa standartlarını özündə ehtiva edən 1950–ci il İnsan Hüquqları haqqında Avropa Konvensiyası və ona əlavə edilən 1, 4, 6 və 7 saylı protokolların müdafiə mexanizmi olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları da üzv dövlətlər üçün məcburidir.

Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atmışdır. Belə ki, Azərbaycan Respublikası bir tərəfdən, insan hüquqları sahəsində qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulmuş, digər tərəfdən isə bu sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq öz milli qanunvericiliyini yaratmışdır. İnsan hüquqlarının qorunmasını dövlətin ali məqsədi hesab edən Azərbaycan Respublikası Konstitusiyasında beynəlxalq hüquq normalarının üstünlüyünü qəbul edən kifayət qədər müddəalar vardır. İnsan hüquqları amili Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin əsası olmuşdur ki, bu da bilavasitə onun təşəbbüsü ilə kifayət qədər normativ sənədlərin qəbul edilməsi ilə nəticələnmişdir. Hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda aparılan uğurlu fəaliyyət Azərbaycan Respublikasının insan hüquqları istiqamətində həyata keçirilən siyasətin düzgün olduğunu bir daha sübut edir.

 

Toğrul MUXTAROV,

Milli Məclis Aparatının inzibati hərbi

 

Respublika.- 2012.-20 dekabr.- S. 8.