| İnformasiyakommunikasiya texnologiyalarının uğurlu tətbiqi

 

DSMF–nin bu sahədə səmərəli fəaliyyəti növbəti mükafata layiq görülüb

 

Dövlət Sosial Müdafiə Fondunun informasiyakommunikasiya texnologiyalarının tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyəti beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı Azərbaycan hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə Dövlət Sosial Müdafiə FondunuMüasir kompyuter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş metodlarından yeni metodlarına keçid” nominasiyası üzrə xüsusi sertifikata layiq görüb. Qurumun ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumata görə, bundan öncə isə Avropa Sosial Təminat Forumunda Dövlət Sosial Müdafiə Fondu “Avropanın uğurlu təcrübəsi” müsabiqəsinin “İnformasiyakommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə” nominasiyası üzrə Avropa qalibi elan edilmişdi.

Qurum tərəfindən o da xüsusi olaraq vurğulanır ki, 2013– ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu əhaliyə göstərdiyi elektron xidmətlərin siyahısını genişləndirəcək. Belə ki, hazırda əhaliyə göstərilən 20 növ elektron xidmətin sayının artırılaraq 25–ə çatdırılması nəzərdə tutulur. Yeni elektron xidmətlərin sırasına dövlət sosial sığorta şahədətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin onlayın qəbulu, ailə kəndli təsərrüfatının və kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayın uçota alınması, dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqqhesab cədvəlinin, hamiləliyə, doğumauşağa qulluq etməyə görə müavinətlə bağlı haqqhesab cədvəlinin təqdim edilməsi və s. daxildir.

Dövlət Sosial Müdafiə Fondunun rəsmi internet informasiya ehtiyatında (http://www.sspf.gov.az./eservices) yerləşdirilən mövcud elektron xidmətlərdən istifadə edənlərin sayında da artım müşahidə olunmaqdadır. Artım daha çox məcburi dövlət sosial sığorta haqlarının onlayın ödənilməsi xidməti üzrə qeydə alınıb. İyunnoyabr ayları ərzində 21 544 sığortaedən tərəfindən 57 059 əməliyyat həyata keçirilərək cəmi 4 940 775,13 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin onlayın ödənişi həyata keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi digər elektron xidmətlərə də müraciət edənlərin sayı artmaqdadır. Bu sırada xüsusilə “Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi” adlı müasir məlumatlandırma sistemi qeyd olunmalıdır. Xidmət hər bir vətəndaşa onun üçün açılmış fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumat almaq imkanı yaradır.

 

Mustafa KAMAL,

 

Respublika.- 2012.- 21 dekabr.- S. 9.