| Azərbaycanı
işıqlı gələcəyə aparan
siyasi kurs
Fəaliyyəti
ilə tarix yaradan Heydər
Əliyev şəxsiyyətinə bu gün təkcə Azərbaycanda yox, onun sərhədlərindən
çox–çox kənarda
da böyük
heyranlıq duyulur, xatirəsi daim böyük hörmət
və ehtiramla anılır. Onun böyük
müdrikliklə yaratdığı milli
dövlətçiliyin müasir modeli öz
unikallığı ilə fərqlənməklə
yanaşı, Azərbaycanın inkişaf
istiqamətlərini də özündə ehtiva
edir. Xalqımızın dahi
oğlunun böyük
uzaqgörənliklə ərsəyə gətirdiyi dövlət
quruculuğu strategiyası, həmçinin
müəllifi olduğu siyasi–iqtisadi konsepsiya bu gün də Azərbaycanın
tərəqqisinə xidmət etməkdədir. Xalqın
təkidli tələbi ilə ikinci dəfə
siyasi hakimiyyətə qayıtdıqdan sonra ictimai–siyasi
həyatın bütün sahələrində,
sözün əsl mənasında, köklü dəyişikliklər edən ulu öndər ölkənin dinamik
tərəqqisində yeni bir
tarixi mərhələnin əsasını
qoydu.
Demokratik dəyərlərin geniş yer aldığı müasir dövrdə dünya dövlətlərinin nüfuzunu onların iqtisadi qüdrəti ilə yanaşı, dəyər vermələri də demokratik prinsiplərə nə qədər uyğun olması müəyyənləşdirilir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra məhz demokratik inkişaf yolunu seçdi.
Ulu öndərimiz Azərbaycan Respublikasında dövlət quruculuğu prosesini həyata keçirərkən dünyanın inkişaf etmiş beynəlxalq təcrübədən istifadəyə üstünlük verirdi. Dövlət siyasətinin əsas istiqamətləri xalqımızın tələbi ilə ən ağır vəziyyətdə hakimiyyətə gələrək müstəqil Azərbaycana rəhbərlik edən dünya şöhrətli Heydər Əliyev tərəfindən müəyyənləşdirildi.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin yeritdiyi siyasi kurs gənc respublikamıza yeni nəfəs verdi, sözün əsl mənasında bu dövləti yaşatdı. Görkəmli tarixi şəxsiyyətin dövlətimizə rəhbərlik etdiyi illər ərzində dövlət quruculuğu prosesini başa çatdırmaq və möhkəmləndirmək istiqamətində vacib olan islahatların aparılması ölkəmizdə hüquqi dövlət, azad vətəndaş cəmiyyəti qurulmasının təmin edilməsinə imkan yaratdı.
Azərbaycanda demokratiyanın bugünkü dinamik inkişafını təmin edən Heydər Əliyev onun gələcək inkişafının layiqli siyas varisi kimi cənab İlham Əliyevə etibar etdi. Ulu öndərin “Mən İlham Əliyevə özüm qədər inanıram və onun gələcəyinə böyük ümidlər bəsləyirəm”, —sözləri xalqın düzgün seçim etməsində əsas rol oynadı. 2003–cü ilin oktyabrında cənab İlham Əliyev vətəndaşların böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçildi. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin əsas istiqamətləri əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunmasına, onların sosial problemlərinin, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, bütün sahələrin paralel şəkildə inkişaf etdirilməsinə yönəlib. Bu istiqamətdə çox böyük işlər görülüb.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqımızın lideri, onun dünyadakı təmsilçisidir.
Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkənin kompleks inkişafı təmin olunub, sosial–iqtisadi, siyasi, hüquqi sahədə modern sistem qurulub, cəmiyyətdə demokratik dəyərlər daha geniş miqyasda bərqərar edilib və onların daim təkmilləşdirilməsi prioritet məsqədlərdən biri kimi qarşıya qoyulub.
Bu gün Azərbaycan özünün böyük intibah, inkişaf dövrünü yaşamaqdadır, cəmiyyət həyatının bütün əsas sahələrində möhtəşəm dəyişikliklər yaşanır. Yeniliyin, innovasiyanın tərəfdarı olan, belə təşəbbüslərlə çıxış edən, bu səpkili fikirlərə açıq dəstək verən, tərəqqiyə xidmət edən yaradıcılığı yüksək qiymətləndirən, dövlət başçısının fəaliyyəti Azərbaycanın sürətli inkişaf yolunu müəyyənləşdirir.
İndi müstəqil Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə daha xoşbəxt gələcəyinə doğru inamla irəliləməkdədir. Xalqın özünə rəhbər olaraq seçdiyi şəxsin dövlət başçısı kimi ötən müddət ərzində fəaliyyəti qısa zaman kəsiyində Azərbaycanı lider ölkələr cərgəsinə çıxarıb. Bu kontekstdə qarşıdakı dövr ərzində uğurlu inkişaf yolunda cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha böyük müvəffəqiyyətlərə imza atacağı heç bir şübhə doğurmur.
Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz–özünə, boş yerdən yaranmayıb. Bunun bir səbəbi ulu öndərimizin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, birincidən az önəm kəsb etməyən digər səbəbi isə cənab İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsindədir.
Ötən əsrin doxsanıncı illərinin ortalarında “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” devizi ilə ictimai–siyasi fəaliyyətə başlayan cənab İlham Əliyev 9 il öncə “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm”, —söyləyərək Azərbaycanın müasir tarixinə yeni missiya ilə qədəm qoydu. Prezident İlham Əliyevin simasında Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirmək iqtidarında olan qüdrətli liderinə qovuşub, öz firavan gələcəyini təmin edib. Son illər ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.
Son doqquz ildə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, ulu önədimizin müəyyənləşdirdiyi və mərhələ–mərhələ zərgər dəqiqliyi ilə həyata keçirdiyi müdrik siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dünyanın tələblərinə uyğun yeni keyfiyyət və məzmunda uğurla davam və inkişaf etdirilir. Azərbaycan hərtərəfli və sürətli tərəqqi yolunda inamla irəliləyir, növbəti zəfərlərə imza atır.
Abid AbdurƏhimov,
“Azəryolservis”
ASC
Oğuz 61 saylı “Yol İstismar”
MMC–nin rəisi.
Respublika.- 2012.- 21 dekabr.- S. 7.