| Əsası ulu öndər tərəfindən qoyulan siyasi kurs uğurla davam etdirilir

 

Azərbaycan dünyanın yeni tarixinə həm də qısa zaman kəsiyində sosialiqtisadi sahədə böyük nailiyyətlərə imza atan dövlət kimi daxil olmuşdur.

Məhz bunun nəticəsidir ki, Azərbaycanın özünəməxsus cəhətləri ilə seçilən inkişaf modeli təkcə ölkəmizdə deyil, həm də beynəlxalq miqyasda mühüm tədqiqat predmetlərindən birinə çevrilmişdir.

 

Əsası ümummilli liderimiz tərəfindən qoyulan, Azərbaycana böyük müvəffəqiyyətlər qazandıran, onun qüdrətli bir dövlətə çevrilməsini təmin edən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun uğurla davam etdirilməsi qarşıdakı dövr ərzində nailiyyətlərin miqyasının daha da genişləndirilməsinə möhkəm zəmin yaradır. Bu da öz növbəsində belə bir tarixi təcrübəni növbəti dəfə əyani surətdə təsdiqləmiş olur ki, istənilən dövlətin uğurlarla dolu inkişaf yolunun müəyyən edilməsində, dünya birliyinə layiqli şəkildə inteqrasiya olunmasında lider amili həlledici əhəmiyyət daşıyan əsas faktorlardan biridir. Azərbaycanın hazırda dünyanın ən yüksək inkişaf tempinə malik ölkələrindən biri olmasında, xüsusən də iqtisadi sahədə son illər möhtəşəm uğurlar qazanmasında cənab İlham Əliyevin liderlik keyfiyyətləri mühüm rol oynamışdır. Azərbaycan Prezidentinin mürəkkəb tarixi prosesləri düzgün qiymətləndirməsi, hadisələrin inkişaf axarını əvvəlcədən müəyyənləşdirə bilmək bacarığı, milli maraqların təmininə yönəlmiş rasional, praqmatik zəngin inkişaf yolunda irəliləyə bilməsinin əsas təminatçısı olmuşdur.

Prezident İlham Əliyevin prinsipiallığı, qətiyyəti, yüksək intellekti və idarəçilik qabiliyyəti, novatorluğu, xarizması, hadisələrə pozitiv təsiri və digər keyfiyyətləri Azərbaycanı bütün mümkün təhlükələrdən etibarlı şəkildə hifz etməklə yanaşı, onun dinamik templərə söykənən tərəqqisinin də sarsılmaz özülündə duran zəruri amillərdir. Bu tərəqqi ölkənin inkişaf həyatında bütün vacib sahələri, o cümlədən iqtisadiyyatı, siyasəti, təhsili, səhiyyəni, mədəniyyəti əhatə edir, qazanılmış uğurlara yenilərini gətirir, əhalinin maddi rifah halını, yaşayış səviyyəsini, daxili sabitliyi daha da möhkəmləndirir. Bu mənada Prezident İlham Əliyevin Azərbaycanın uğurlarını xarakterizə edərkən söylədiyi fikirlər xüsusilə diqqəti cəlb edir: “Azərbaycanda daxili sabitlik, əmin–amanlıq, ictimaisiyasi asayiş uğurlarımızın əsas şərtidir. Biz iqtisadi, siyasi islahatları bu möhkəm əsas üzərində aparırıq. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir

Ölkə qarşısında duran bütün vəzifələr, müəyyən edilmiş bütün proqramlar icra olunur. Ölkəmizin hər bir yerində quruculuq–abadlıq işləri aparılır, iqtisadi islahatlar davam etdirilir. Bu gün Azərbaycan inkişaf edən ölkədir”.

Hazırda ən inkişaf etmiş ölkələr sırasına daxil olmağı qarşıya əsas məqsədlərindən biri kimi qoymuş Azərbaycanın tezliklə bu məqsədinə çatacağı da heç bir şübhə doğurmur. Bunu şərtləndirən əsas cəhətlərdən biri də davamlı inkişafa malik Azərbaycan iqtisadiyyatının ən tərəqqi edən dövlətlər sırasında yer almasını təmin edəcək bütün zəruri resurslara malik olmasıdır. Digər tərəfdən, bu iqtisadiyyat əhalinin sosial rifah halının davamlı olaraq yaxşılaşmasına xidmət etməkdə, bu sahədə əldə olunan uğurları daha da möhkəmləndirməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin strateji məqsədlərindən biri də məhz sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, şaxələndirilmiş iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sistemində ölkəmizin maraqlarının gözlənməsi şərti ilə inteqrasiyasının təmin olunmasıdır. Bu sahədə dinamik inkişafa əsaslanan siyasətin həyata keçirilməsi ona gətirib çıxarmışdır ki, Azərbaycan hər zaman makroiqtisadi sabitliyini qoruyub saxlayanonu daha da möhkəmləndirən nümunəvi ölkələrdən birinə çevrilmişdir. Makroiqtisadi sabitliyin qorunması sayəsində Azərbaycanda iqtisadi artım səviyyəsi daim yüksək həddə olmuş, qeyrineft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisi daim artır və əsas kapitala yönəlmiş investisiyaların miqdarı illər üzrə çoxalmaqda davam edir. Bununla yanaşı, əhalinin nominal pul gəlirləri, eləcə də nominal orta aylıq əmək haqları yüksəlir. Bu kontekstdə son illərdə Azərbaycan iqtisadiyyatı üçün səciyyəvi xüsusiyyətlərdən biriondan ibarət olmuşdur ki, əhalinin pul gəlirlərinin artması fonunda istehlak qiymətlərinin indeksi yüksək həddə çatmamış, qeydə alınan inflyasiya həddi pul gəlirlərinin artım səviyyəsi ilə müqayisədə bir neçə dəfə aşağı olmuşdur. Məhz bu da ölkəmizdə insanların həyat səviyyəsinin yüksəlməsinə təkan verən mühüm faktorlardan biri olmaqla yanaşı, əhalinin alıcılıq qabiliyyətinin daha da yüksəlməsinə, vətəndaşların xidmət sektorundan istifadə imkanlarının genişlənməsinə rəvac vermişdir.

Daha bir önəmli cəhət ondan ibarətdir ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi şəraitində əhalinin bank sisteminin etibarlılığına inamı artmış, milli valyutanın sabitliyinin qorunub saxlanması isə vətəndaşların bir sıra digər ölkələrdə olduğu kimi devalvasiya prosesinin yaratdığı problemlərlə üzləşməsinin qarşısını almışdır. Bütün bunların məntiqi nəticəsidir ki, artıq digərləri ilə müqayisədə əhali indi məhz milli valyutaya daha çox güvənir, banklarda yatırılan vəsaitlərin miqdarında Azərbaycan manatı ilə olan depozitlərin xüsusi çəkisi durmadan artır.

Təbii ki, Azərbaycanın iqtisadi inkişafından bəhs edərkən xüsusi toxunulması lazım gələn vacib cəhətlərdən biri ölkənin strateji valyuta ehtiyatları və ondan səmərəli istifadədir.

Sevindirici haldır ki, dünya bazarlarında neftin qiymətinin teztez dəyişməsınə rəğmən, ölkəmizdə strateji əhəmiyyət daşıyan valyuta ehtiyatlarının miqdarı hər il artmaqda davam etmişdir. Deməli, Azərbaycanı heç bir təhlükə, o cümlədən dünya maliyyə qurumlarından asılı vəziyyətə düşmək problemi gözləmir. Əksinə, Azərbaycan irihəcmli valyuta ehtiyatları sayəsində artıq həm kreditor ölkəyə çevrilir, həm də beynəlxalq miqyasda donor ölkələr sırasına qoşulmaq imkanı qazanır. Artıq bir sıra xarici ölkələr tərəfindən Azərbaycana borc üçün müraciət halları qeydə alınıb və gələcəkdə bu kimi müraciətlərin sayının çoxalması istisna edilmir.

Bu da ölkəmizin maliyyə imkanlarının daha da genişlənməsinə xidmət edən vacib faktorlardandır. Digər tərəfdən, ölkəmizin strateji valyuta ehtiyatları Azərbaycanın həm də qüdrətli investorlardan birinə çevrilməsinə imkan vermişdir. Artıq ölkə daxilində yatırılan bütün investisiyalarda əsas pay sahibi kimi məhz Azərbaycanın özü çıxış edir. Bundan əlavə ölkə xaricinə, məsələn, Gürcüstana, Türkiyəyə və bir sıra digər ölkələrə yüz milyonlarlamilyardlarla dollar həcmindəAzərbaycana məxsus sərmayələr yatırılır. Belə vəziyyətdə ölkəmizin qloballaşan dünyadakı imkanları daim genişlənir, onun beynəlxalq imici daha da güclənir. Azərbaycanın həyata keçirdiyi iqtisadi inkişaf modelinin strateji istiqamətlərindən biri də ölkədə mövcud olan təbii–iqtisadi, texniki istehsalelmitexniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasıdır. Bu da öz növbəsində iqtisadiyyatın qeyrineft sahələrinin, o cümlədən də regionların sürətli inkişafına yol açmışdır.

Yeni neft strategiyasını uğurla reallaşdıran Azərbaycanda qeyrineft sektorunun inkişafını sürətləndirmək üçün regionların sosialiqtisadi inkişafı, yoxsulluğun azaldılması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və bir sıra konkret sahələr üzrə mühüm dövlət proqramları qəbul edilmişdir ki, onlar da uğurla icra olunur. Qəbul olunmuş proqramların fərqləndirici xüsusiyyətlərindən biri də onların əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə almaqla və gələcəyə hesablanmaqla hazırlanmasıdır. Bu zaman sosialyönümlülüyün gözlənilməsi də həmin proqramların səciyyəvi xüsusiyyətləri sırasında yer almışdır. Görülmüş tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələri sürətli inkişaf yoluna qədəm qoymuşdur. Bütün bunlar qarşıdakı dövr ərzində Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli bir ölkəyə çevrilməsi üçün möhkəm bazis rolunu oynamaqla yanaşı inkişaf dinamikasını da əhəmiyyətli dərəcədə sürətləndirir.

Azərbaycan son illər daim inkişaf edir müasirləşir. Şəhər kəndlərimizin siması günbəgün dəyişir gözəlləşir. Yeni sənaye emal müəssisələri, təhsil səhiyyə ocaqları, modul tipli elektrik stansiyaları, olimpiya idman kompleksləri tikilir, müasir yollar yol qovşaqları salınır, elektrik, su, qaz xətləri çəkilir, böyük infrastruktur layihələri həyata keçirilir. Azərbaycan artıq xarici investorlardan asılı deyil özü–özünü maliyyələşdirməyə qadirdir. Prezident İlham Əliyev ölkəmizdə aparılan böyük tikinti–quruculuq işlərinin, infrastruktur layihələrinin əhəmiyyətindən danışaraq deyib ki, əgər bu infrastruktur layihələrini biz icra etməsəydik, bu gün regional inkişafdan, ümumiyyətlə söhbət gedə bilməzdi. Bütün bu investisiyalar bir məqsədi güdür ki, Azərbaycan iqtisadiyyatı daha da güclü olsun biz daxili imkanlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə edə bilək.

Son doqquz ildə əldə etdiyimiz möhtəşəm uğurlar bir daha təsdiqlədi ki, bu gün yürüdülən siyasi kursun alternativi yoxdur.

Azərbaycanın yürütdüyü daxilixarici siyasət birbirini tamamlayaraq ilk növbədə ölkəmizin milli və dövlətçilik maraqlarının təmin olunmasına yönəlib. Azərbaycanın milli və dövlətçilik maraqları isə ölkəmizin sabit, davamlı, dinamik və hərtərəfili inkişafı, siyasiiqtisadi qüdrətinin artması, dünyadakı reytinqinin, mövqelərinin möhkəmlənməsidir.

Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bu möhtəşəm uğurların təməlində isə sarsılmaz iqtidarxalq yekdilliyi dayanır.

 

Qoşqar MƏMMƏDOV,

Nərimanov MKTB–nin rəisi.

 

Respublika.- 2012.- 21 dekabr.- S. 6.