| Uğurlu siyasət

 

Fəaliyyəti ilə zaman və məkanın fövqündə dayanmağa qadir olduğunu göstərən, müasir ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik sayılan Azərbaycanın dünyanın siyasi xəritəsində nəhəng dövlətlərlə belə müqayisəsinə imkan yaratdı. Bu, Heydər Əliyev idarəçiliyinin təntənəsi idi. Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri də xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Çünki dövlətin böyükya kiçikliyindən, malik olduğu iqtisadi potensialdan asılı olmayaraq son nəticədə onun hərtərəfli tərəqqisini müəyyən edən əsas məqamlardan biri məhz lider faktorudur.

 

Azərbaycanda milli dövlətçiliyin əsasını qoyan, böyük tərəqqiyə hesablanmış inkişaf strategiyasını müəyyənləşdirən, yeni tariximizə dövlət və xalqın xilaskarı kimi daxil olan ümummilli liderimizin siyasi kursunu hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

Cəmiyyət tərəfindən qəbul edilən milli dəyərlər və ideallar əsasında fərqli maraqların bir araya gətirilməsi cənab İlham Əliyevin liderlik xüsusiyyətlərinin vacib göstəricisi, eyni zamanda uğurlu idarəçiliyinin parlaq bir təzahürüdür. Bu mənada onu istər 2003–, istərsə də 2008–ci ildə özünə rəhbər seçərkən Azərbaycan xalqı həm də birliyə, həmrəyliyə səs verdiyini aydın dərk edirdizaman xalqın seçimində yanılmadığını bir daha sübuta yetirdi.

Qarşıya qoyulan hədəf və məqsədlərin əvvəlcədən müəyyənləşdirilməsi, innovativ xarakterli təşəbbüskarlığın göstərilməsi, cəmiyyətin ən müxtəlif təbəqələri ilə sıx əlaqə və görüşlər Prezident İlham Əliyev idarəçiliyinin liderlik elementlərini özündə əks etdirən və geniş ictimaiyyət tərəfindən təqdir olunan başlıca amillər sırasına daxildir. Qanunun aliliyinin, ölkənin, eləcə də hər bir vətəndaşın təhlükəsizliyinin təminatçısı kimi çıxış edən cənab İlham Əliyevin xalqına, millətinə, Vətəninə sonsuz sevgisionun fəaliyyətində özünü qabarıq büruzə verir.

Bu baxımdan Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsini, ölkədə yoxsulluq probleminin birdəfəlik həllinə nail olunmasını, insanların layiqli həyat tərzinin təmin edilməsini xüsusi vurğulamaq olar. Beynəlxalq miqyasda da açıq etiraf olunur ki, ölkəmizdə son bir necə ildə əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlib, insanların maddi gəlirləri mütamadi artıb.

Bütün bunlar dövlətimizin həyata keçirdiyi sosialiqtisadi siyasətin uğurlu nəticələridir. Lakin Azərbaycan daim irəliyə baxan, inkişaf etmiş ölkələr sırasına daxil olmağı qarşıya əsas məqsədlərdən biri kimi qoyan dövlət olduğundan əldə edilən nəticələrlə kifayətlənmək niyyətində deyil. Yüksək templərlə müşayiət olunan inkişaf dövrünü yaşayan Azərbaycanın əldə etdiyi nailiyyətlər, aparılan daxilixarici siyasətin gətirdiyi müvəffəqiyyətlər ölkəmizin təkcə mövcud olduğu regionda yox, daha geniş coğrafiyada proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırmaqdadır. Bu kontekstdə Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət milli maraqların qorunmasını təmin edir, xalqın mənafeyi ilə tam üzləşir. Elə bunun nəticəsidir ki, indi Azərbaycan iqtidarı və xalqı arasında sarsılmaz birlik mövcuddur. Əslində, ölkəmizin dinamik inkişafının kökündə dayanan əsas məqamlardan biri elə xalqiqtidar arasında yaşanan birlikbu birliyin kifayət qədər möhkəm zəminə söykənməsi, əsaslı bazis üzərində qurulmasıdır.

Hər zaman xalqa arxalandığını böyük qürur hissi ilə bəyan edən dövlət başçısı bildirir ki, onun əsas missiyası mənsub olduğu xalqa xidmət etməkdir. Həyata keçirilən layihələrin xalq tərəfindən dəstəklənməsi sayəsində Azərbaycanda nəhəng miqyaslı işlər görülür.

Ölkədə həyata keçirilən islahatlar fonunda insan haqlarının daim ön planda olması, vətəndaşların maraqlarının təminatı üçün atılan konkret addımlar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən daha geniş dəstəklənməsini təmin edən mühüm faktorlandandır. Ümumiyyətlə, Avratlantik məkana inteqrasiya kursu seçən və bu istiqamətdə mühüm nailiyyətlərə imza atmağı bacaran Azərbaycanda demokratik dəyərlərin daha möhkəm özüllər üzərində bərqərar olaraq davamlı inkişafı hər zaman xüsusi diqqət mərkəzində yer alıb. Məhz bu səbəbdəndir ki, ölkəmizdə müasir dünya tələblərinə uyğun demokratiya mühiti formalaşıb və bu istiqamətdə görülən işlərin miqyası daim genişlənir. Azərbaycanda sözfikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər, qazanılan digər uğurlar da deyilənlərlərin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişafı istiqamətində görülən işlər yaxın gələcəkdə ölkəmizi yüksək gəlirli dövlətlər sırasına çıxaracaqdır.

 

Mahirə Hüseynova,

ADPU–nun müəllimi.

 

Xalq qəzeti.- 2012.- 22 dekabr.- S. 7.