Həyatımızın
bütün sahələrində inkişaf var
Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin banisi olduğu müstəqil
Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənir
və inkişaf edir.
Azərbaycanda bərqərar olan ictimai–siyasi sabitlik, aparılan demokratik
islahatların uğurlu nəticələri
ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.
Vurğulamaq lazımdır ki, Prezident İlham
Əliyevin fəaliyyətinin hər günü
öz əhəmiyyətinə görə
ölkə həyatında əlamətdardır. Onun respublikamıza rəhbərlik illəri bütöv bir
epoxadır. Ölkə başçısı hakimiyyətdə
olduğu 9 il ərzində
böyük işlər görmüşdür.
Cəmiyyətin bütün sahələrini
əhatə edən siyasi, sosial–iqtisadi və tarixi nailiyyətlər
nəinki ölkəmizdə, eləcə də dünyada təqdir olunur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və həyata keçirilən iqtisadi inkişaf modeli həyatiliyini, səmərəliliyini və aktuallığını təsdiqləyib.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, insanların böyük inam və etibarını qazanmış Prezident İlham Əliyev Azərbaycanın dünya birliyinə inteqrasiyasını genişləndirərək və möhkəmləndirərək qətiyyətli və ardıcıl daxili və xarici siyasət yürüdür.
Dünyada hələ də davam edən maliyyə böhranına baxmayaraq, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanda iqtisadi inkişaf davamlıdır.
Yaxın illərdə isə ölkəmizi daha yüksək inkişaf perspektivləri gözləyir. Çünki Azərbaycanın getdikcə artmaqda olan valyuta ehtiyatları, büdcə imkanlarının ilbəil genişlənməsi ölkənin daha sürətli iqtisadi inkişafı üçün möhkəm zəmin yaradır.
Cənab İlham Əliyev ölkə Prezidenti seçildiyi ilk vaxtlardan Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft–qaz sektorunun gəlirlərini uzunmüddətli sosial–iqtisadi inkişafı təmin edən sahələrə yönəltməyi vacib hesab etmişdir. Sosial–iqtisadi inkişafa, əhalinin məşğulluğunun təmin edilməsinə, yoxsulluğun səviyyəsinin azaldılmasına və xalqın rifahının yüksəlməsinə yönələn dövlət proqramlarının, iqtisadi islahatların həyata keçirilməsi nəticədə qeyri–neft sektorunun və infrastruktur sahələrinin inkişafını təmin etmişdir.
Cənab İlham Əliyev digər sahələrlə yanaşı, Qarabağ münaqişəsinin ədalətli həllinə də maksimum səy göstərir. Rəsmi Bakının əsas mövqeyi münaqişənin sülh yolu ilə həllidir. Bunun üçün müəyyən olunmuş format çərçivəsində ATƏT–in Minsk qrupu həmsədrləri ilə məsləhətləşmələr aparılır.
Lakin təcavüzkar Ermənistan hər dəfə ənənəvi qeyri–konstruktivlik nümayiş etdirir.
Bu gün Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan güclü, qüdrətli orduya malikdir. Nankor erməni daşnakları yaxşı bilməlidirlər ki, işğal altında olan Azərbaycan torpaqları azad olunacaq, Azərbaycan bayrağı Şuşa, Ağdam, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və düşmən tapdağında olan digər ərazilərdə dalğalanacaq, qaçqın və məcburi köçkünlər doğma yurd yerlərinə qayıdacaqlar.
Prezident İlham Əliyevin titanik səyi nəticəsində paytaxtımız və eləcə də regionlar simasını gündən–günə dəyişir, abadlıq və quruculuq işləri geniş vüsət alır, insanların maddi rifahı durmadan yüksəlir.
Görülən işlər göz qabağındadır. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizdə bütün sahələrdə dönüş yaranmış və Azərbaycan qüdrətli bir diyara çevrilmişdir.
Sahil Məmmədov,
Azərbaycanın
Milli Qəhrəmanı.
Respublika.- 2012.- 23 dekabr.- 7.