| “NeftqaztikintiTresti: tikinti–quraşdırma və təmir işlərinin həcmi genişlənir

 

ARDNŞ–inNeftqaztikintiTresti neftqaz yataqlarının abadlaşdırılması, həmçinin dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakadaların, estakadaüstü və estakadayanı meydançaların, həmçinin qazkompressor stansiyalarının, sualtı və yerüstü boru kəmərlərinin, neft rezervuarlarının tikintisi, texnoloji neft–qaz–mədən avadanlıqlarının quraşdırılması, sosial obyektlərin tikintisi, asfaltbeton örtüklərinin vurulması və magistral neftqaz boru kəmərlərinin çəkilməsi üzrə podratçı fəaliyyəti ilə məşğul olur. NeftqaztikintiTrestinin struktur tərkibində 8 sayda Tikinti–Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir–Tikinti İdarəsi, Yol Tikinti–Təmir İdarəsi, Sənaye Tikinti İdarəsi, Dəmir–Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi və Gürcüstan Nümayəndəliyi fəaliyyət göstərir.

 

Trest öz işini beynəlxalq tələblərə əsasən təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur. NeftqaztikintiTresti Türkiyə Standartları İnstitutu tərəfindən 19 fevral 2002–ci il tarixdə TSE–İSO–EN 9001 “Keyfiyyətin idarə edilməsi”, 25 dekabr 2002–ci il tarixdə TSE–İSO–EN 14001 “Ətraf mühitin mühafizəsi” və 11 yanvar 2005–ci il tarixdə isə TS–OHSAS 18001 “Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası” üzrə sertifikatlarına və TÜRKAK–ın müvafiq komissiyası tərəfindən 9 fevral 2009–cu il tarixdə TS EN İSO/İEC 17025 “Yoxlama və sınaq işlərinin yetərliliyi” sertifikatına layiq görülmüşdür.

2012–ci ilin 11 ayı ərzində trest tərəfindən ümumi podrat üzrə 333844.2 min manatlıq (ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artım), öz gücü ilə isə 254764.1 min manatlıq tikinti–quraşdırma işləri yerinə yetirilmiş, ümumi podrat üzrə yerinə yetirilmiş tikinti–quraşdırma işlərinin 256282.9 min manatı (33,5 faizi) əsaslı tikinti obyektlərinin payına düşmüştrest tərəfindən ümumi dəyəri 156801 min manat olan əsas fondlar istismara verilmişdir.

NeftqaztikintiTresti tərəfindən bu ilin ötən ayları ərzində cəmi 273,623 kilometr, o cümlədən 59,289 kilometr sualtı, 170,527 kilometr quruda və 43,807 kilometr estakada və özüllərdə müxtəlif diametrli boru kəmərləri, 473,401 kilometr yüksək gərginlikli elektrik ötürücü xətləri çəkilmişdir. Həmçinin 24335,8 ton metalmetalkonstruksiya quraşdırılmış, 3,792 kilometr estakadada və 19168 kvadratmetr meydançada tikinti–təmir işləri aparılmış, 416782 kvadratmetr asfalt örtük vurulmuşdur. Bu istiqamətdə işlər trest tərəfindən uğurla davam etdirilir.

NeftqaztikintiTresti tərəfindən 2012–ci ilin podrat işləri proqramında nəzərdə tutulmuş obyektlərin tikintisi ilə əlaqədar “Azneft” və “Azəriqaz” istehsalat birliklərinin müəssisələrində keçirilmiş texniki müşavirələrdə və Tədbirlər Proqramında qeyd olunmuş bir çox dövlət əhəmiyyətli obyektlərdə də tikinti–quraşdırma işləri yerinə yetirilmişdir. Hazırda ARDNŞ tərəfindən təsdiq olunmuş podrat proqramında nəzərdə tutulan nəhəng kompleks tikinti–təmir və yenidənqurma işləri trestimiz tərəfindən yerinə yetirilməkdədir. Trestimizin kollektivi trestə həvalə olunan işlərin vaxtında yerinə yetirilməsi məqsədilə kadrtexniki personalın potensialından, maşın və mexanizmlərdən maksimum səmərəli istifadə etməklə böyük istehsal nəticələrinə nail olmuşdur.

NeftqaztikintiTresti tərəfindən neftqaz təsərrüfatına aid onlarca istehsalat obyektlərinin tikintisi və təmiri başa çatdırılaraq istismara təhvil verilmişdir. Buna misal olaraq: “Günəşli” yatağı 6 saylı DDÖ–də əlavə 3 quyunun qazılması üçün yenidən qurulması”, “Günəşli” yatağında alçaq təzyiqli qazların yığılaraq Neft Daşlarında SKS 2–nin girişinə vurulması ücün 4 saylı DDÖ–də kompressor stansiyasının tikintisi”, “Günəşli” yatağı 14 saylı DDÖ–nün genişləndirilmiş hissədə əlavə 6 quyunun qazılması ücün yenidən qurulması”, “Neft Daşlarında 1 saylı Baza yerləşən meydançanın əsaslı təmiri”, “Neft Daşlarında yanacaqdoldurma məntəqəsi yerləşən meydançanın əsaslı təmiri”, “Bibiheybətneft” NQÇİ–nin NQÇS–də lay sularının yığılması, nəqli laylara vurulması”, “H.Z.Tağıyev adına NQÇİ–nin Buzovna sahəsində 3 və 4 saylı NQÇS–nin Neftyığma Sahəsinin və Neftin Suyun Kompleks Hazırlanması və Vurulması Məntəqəsinin tikintisi”, “Darvin bankası yatağında 12 ədəd istismar quyusunun qazılması üçün 720 saylı SDÖ–nün tikintisi”, “Şimal estakadasının DDÖ 4 – 2 saylı baza meydançası arası hissəsinin əsaslı təmiri”, habelə digər onlarca obyektləri misal göstərmək olar.

Ümumdövlət qaz proqramının kompleks şəkildə inkişaf etdirilməsinə və regionların qaz təsərrüfatı infrastrukturunun müasir standartların tələblərinə uyğun təşkil olunmasına dair Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına əsasən mühüm tədbirlərin görülməsi və bir çox dövlət əhəmiyyətli obyektlərin tikintisiNeftqaztikinti” Trestinə həvalə olunmuşdur. “Ümid” yatağının neftqaz hasilatının nəql sisteminin layihələndirilməsi” obyektinin respublika əhəmiyyətli olduğunu nəzərə alaraq trest rəhbərliyi tərəfindən işlərin intensiv aparılmasının mütəşəkkil qaydada təşkil olunması məqsədilə müvafiq tədbirlər görülmüşoperativ şəkildə tikinti–quraşdırma işlərinə başlanılmışdır.

NeftqaztikintiTresti neftçilərin mədəni–məişət və sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə bir çox sosial obyektlərdə tikinti və təmir işləri yerinə yetirmişdir. “Günəşli” yatağı 4 saylı DDÖ–də işçilərin sosial şəraitinin yaxşılaşdırılması üçün yaşayış blokunun yenidən qurulması”, “Günəşli yatağı 5 saylı DDÖ–də yaşayış blokunun əsaslı təmiri” və “Ələt–dəniz” yatağında yerləşən 7/15/41 saylı SDÖ–də yaşayış–məişət blokunun tikintisi” obyektlərində tikinti–təmir işləri aparılmış və neftçilərin istifadəsinə verilmişdir. Hazırda “Günəşli” yatağında 9 və 15 saylı DDÖ–nün yaşayış bloklarında, həmçinin Neft Daşlarında neftin ilkin hazırlanması və nəqli sexinin 72 yerlik yaşayış blokunda əsaslı təmir işləri davam etdirilir və yaxın vaxtlarda istismara təhvili planlaşdırılır.

NeftqaztikintiTresti ARDNŞ–in mədənlərində ekoloji vəziyyətin yaxşılaşdırılması üçün nəzərdə tutulan təxirəsalınmaz tədbirlər proqramının yerinə yetirilməsində də öz töhfəsini vermişdir.

Trest müxtəlif xariciyerli şirkətlərlə məqsədyönlü əməkdaşlıq etməklə öz üzərinə düşən vəzifələri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir. 2011–ci ildə “NeftqaztikintiTresti Cənubi Qafqaz regionunda unikal layihə hesab olunan “Bakı Gəmiqayırma Zavodunun Tikintisi” Layihəsi üzrə elan olunmuş tenderdə iştirak edərək tenderin qalibi olmuş və həmin ilin 19 oktyabr tarixində “NeftqaztikintiTresti (Baş podratçı) ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında müqavilə imzalanmışdır. Bakı Gəmiqayırma Zavodunun inşa edilməsində əsas məqsəd Xəzər dənizi hövzəsində tələbat duyulan bütün növ gəmilərin hazırlanmasıdır. Layihənin strateji əhəmiyyətini nəzərə alaraq bu layihənin icrası məqsədilə trestin tabeliyində yeni struktur vahidi (Sənaye Tikinti İdarəsi) təsis edilmişdir.

McDermott”, “SaipemAsiya şirkətinin Azərbaycan filialı, “Heavy Crane” FZE şirkətinin Azərbaycan filialı, “Caspian Pipe Coatings” MMC, “İlk İnşaat Taahhüt SanayiTicaret Ltd”, “Nobel Oil”, Gürcüstan Neft Qaz Korporasiyası, Minilliyin Çağırışı Gürcüstan Fondu və digər bu kimi beynəlxalq şirkətlər ötən ildə olduğu kimi, 2012–ci ildə də trestlə sıx əməkdaşlıq edirlər. “NeftqaztikintiTresti ölkə hüdudlarından kənarda da öz fəaliyyətini genişləndirməkdədir. Belə ki, 2006–cı ildən trestin Gürcüstan Nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəlik Gürcüstan ərazisində neftqaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur. Hazırda trestin Gürcüstan Nümayəndəliyi “SOCAR Georgia Gas Ltdnin sifarişinə əsasən “Bolnisi rayonunun Talavani (Faxralı) kəndinin qazlaşdırılması”, “Marneuli rayonunun Keşalo kəndində orta təzyiqli qaz xətlərinin tikintisi” və eyni zamandaAbaşaSenaki qaz xəttinin 29 kilometrlik hissəsinin tikintisi” layihəsini (28) nəzərdə tutulmuş qrafik üzrə uğurla icra edir.

ARDNŞ rəhbərliyi neftqaz sənayesində yeni texnologiyaların tətbiqinə hər zaman xüsusi diqqət göstərmişdir. Bu məqsədlə “NeftqaztikintiTrestinin rəhbər və mühəndis–texniki işçiləri bir sıra Avropa ölkələrində xidməti səfərlərdə olmuşlar. Azneft” İB–nin (N.Nərimanov adına NQÇİ) sifarişi ilə “NeftqaztikintiTresti tərəfindən bu günlərdə tikintisi başa çatdırılan “Daşgil–Kənizdağ arası 500 millimetrlik yüksək təzyiqli qaz xəttinin tikintisiobyekti üzrə yarımavtomat və avtomat qaynaq tətbiq edilmişdir. Qaynaq işlərində bu kimi yeni texnologiyanı tətbiq etməklə trest neftqaz xətlərinin tikintisi zamanı keyfiyyətli qaynaq işlərinin aparılmasını, qaynaq materialının ərimə əmsalının yüksək olmasını, qaynaq birləşmələrinin mexaniki xassələrinin stabil və keyfiyyətli olmasını, qaynaqçının (operator) fiziki yüklənməsinin azalmasını təmin etmiş olur.

Trest perspektivdə aşağıda

göstərilən və xidmətlərin

yerinə yetirilməsini planlaşdırır:

*Dənizin daha dərin hissələrində (150 metrdən çox) müxtəlif diametrli magistral kabel xətlərinin və neftqazsu boru kəmərlərinin tikintisi.

*Metal konstruksiyalı yüksək mərtəbəli binaların tikintisi.

*Sahildə müxtəlif təyinatlı texnoloji qurğuların, stasionar dəniz platformalarının üst tikililərinin modul şəklində kompleks yığılması, dənizə nəqli və quraşdırılması.

*Təbii qazın sıxılması və saxlanması üçün izotermik qaz anbarı kompleksinin tikintisi;

*Sahildə Dərin Dəniz Platformalarının hazırlanması üçün infrastrukturun yaradılması;

*Dənizdə süni adanın yaradılması və onun infrastrukturunun qurulması.

Trest cari ilin əvvəlində özünün elektron informasiya səhifəsini (www.qt.az) yeniləmiş, trest haqqında Azərbaycan və ingilis dillərində jurnal və bukletlər nəşr etdirmişdir. 16 mart 2012–ci il tarixdə trest Xəzər–Avropa İnteqrasiya İşgüzar KlubuCaspian Energy İnternational Media Group tərəfindən “Caspian Energy İntegration Award–2012″ üzrə “İlin NeftQaz Tikinti Şirkəti” nominasiyası üzrə qalib elan edilmiş və 24 aprel 2012–ci il tarixdə isə trest “Azərbaycanda və ölkə xaricində həyata keçirilən beynəlxalq neftqaz tikinti layihələrinin icrasında əldə etdiyi nailiyyətlərə görə” “Consulting & Business” jurnalının təsis etdiyi “UGUR” Milli Mükafatına layiq görülmüşdür. Həmçinin trest 26 noyabr 2012–ci il tarixdə Xəzər–Avropa İnteqrasiya İşgüzar Klubunun sertifikatı ilə təltif olunmuşdur. Klubun sertifikatını ARDNŞ–in geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitseprezidenti, akademik Xoşbəxt Yusifzadə trest rəhbərliyinə təqdim etmişdir.

 

Mirkazım ABASOV,

ARDNŞ–in “Neftqaztikinti

Trestinin müdiri,

respublikanın əməkdar

mühəndisi.

 

Respublika.- 2012.- 25 dekabr.- S. 7.