| Ağsuda qışa hazırlıq diqqət mərkəzindədir

 

Havaların getdikcə soyuması, qışın sərt üzünü göstərməsi ölkəmizin bütün bölgələrində olduğu kimi Ağsu rayonunda da idarə, təşkilat müəssisələrinin qayğılarını artırmışdır. Rayonun 2012–2013– ilin payız–qış mövsümünə hazırlığı ilə əlaqədar xüsusi qərargah yaradılmış, əhalinin mövsüm ərzində xoşagəlməz problemlərlə qarşılaşmaması üçün qüvvələr səfərbər olunmuşdur. Həmsöhbətimiz Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov cari ildə payız–qış mövsümü ilə bağlı görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışarkən bildirdi ki, 2012–2013– tədris ilində rayonda 4 məktəbdənkənar tərbiyə və 70 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 35–i orta, 18–i əsas, 17–si ibtidai məktəbdir. Rayonun tədris müəssisələrinin 2012–2013– illərin payız–qış mövsümünə hazırlığı ilə əlaqədar bir sıra işlər görülmüşbu istiqamətdə tədbirlər davam etdirilir.

Binaların, qurğuların və obyektlərin elektrik şəbəkəsindəki nasazlıqlar əsasən aradan qaldırılıb, cihaz və avadanlıqların texniki cəhətdən saz olması əsasən təmin edilib və təhlükəsiz istismarına şərait yaradılmışdır.

Uşaq–Gənclər İdman məktəbinin, Sanqalan kənd ümumi orta, Caparlı və Daşdəmirbəyi kənd tam orta məktəb binalarında 36,5 min manat dəyərində cari təmir işləri aparılıb.

14 orta və 2 əsas məktəb binasının istilik sistemi müasir tələblərə müvafiq qurulmuş, bunlardan 9 məktəb binasının qızıdırılmasında təbii qazdan istifadə olunur.

Rayonun qalan bütün tədris müəssisələrində binaların payız–qış mövsümündə istiliklə təchizatı odun yanacağı ilə həyata keçirilir. Məktəblər odun sobası ilə tam təchiz edilmiş və ayrılmış limit üzrə 990 kubmetr odun yanacağı tədarük edilmişdir.

2012–2013– illərin payız–qış mövsümünə hazırlıqla əlaqədar Mədəniyyət və Turizm şöbəsində və onun struktur bölmələrində müəyyən tədbirlər həyata keçirilmişdir.

Belə ki, Mədəniyyət evinin, Mədəniyyət və Turizm şöbəsinin, Uşaq Musiqi məktəbinin və Tarix Diyarşünaslıq Muzeyinin binalarında cari təmir işləri aparılıb, bütün obyektlərin qapı və pəncərələri təmir olunub, pəncərələrin sınıq şüşələri dəyişdirilib, damlardan su sızmasının qarşısı alınıb. Bu obyektlərin istilikelektrik enerjisi ilə təchizatının tələbata uyğun olaraq təmin edilməsi üçün maliyyə vəsaiti ayrılıb. Lakin Uşaq Musiqi məktəbinin və Mərkəzi Kitabxana Sisteminin binalarında istilik təminatının yaradılması və işıqlandırma sisteminin təmir edilməsi istiqamətində işlərin icrasına ciddi ehtiyac vardır.

Kənd yaşayış məntəqələrində kitabxana, klub və mədəniyyət evləri yerləşən binaların mövsümə hazırlığı kənd bələdiyyələri, yerli icra nümayəndəlikləri və mədəni–maarif işçilərinin köməyi ilə aparılıb, binaların qapı və pəncərələri təmir olunub, pəncərələrin sınıq şüşələri dəyişdirilib, elektrik xətlərində təmir işləri aparılıb. Bundan başqa mədəni–maarif işçiləri tərəfindən bir sıra təmir işləri həyata keçirilərək binaların daxilixarici divarları, qapı və pəncərələr rənglənib.

Mədəniyyət və Turizm şöbəsində və onun struktur bölmələrində 2012–2013– illərin payız–qış mövsümünə hazırlıq işləri və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər bu gündavam etdirilir.

Rayonun səhiyyə müəssisələrində 2012–2013– illərin payız–qış mövsümünə hazırlıqla əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.

Belə ki, Ağabəyli tibb məntəqəsində, MRX–nin poliklinika şöbəsində və uşaq xəstəxanasında cari təmir işləri aparılmışdır. MRX–nin elektrik təsərrüfatında, binanın dam örtüyündə və kanalizasiya sistemində, eləcə də tibb məntəqələri yerləşən binaların dam örtüyü, qapı və pəncərələri, elektrik xətləri və s. cari təmir edilmişdir. Əhaliyə təcili tibbi yardım göstərilməsini yaxşılaşdırmaq məqsədilə cari ildə MRX–nin Təcili yardım şöbəsində mövcud ixtisaslaşdırılmış və xidməti avtomobillər təmir edilərək şinakkumulyatorla təchiz olunmuşdur.

5,8 min manat dəyərində 116,0 kubmetr odun tədarük edilmişdir. Qış mövsümündə tibb müəssisələrinin istilik təminatı elektrik enerjisiodun yanacağı vasitəsilə həyata keçirilir ki, bu təyinata ayrılmış 47,2 min manat büdcə vəsaitindən 25,5 min manatı xərclənmişdir. Qalıq vəsait səhiyyə müəssisələrinin istilik təminatının ödənilməsinə yetərlidir.

2012–2013– illərin payız–qış mövsümündə hazırlığın vəziyyəti rayon mərkəzi xəstəxanasının tibbi şurasında müzarikə edilərək mövcüd nöqsan və çatışmazlıqların aradan qaldırılması tibb müəssisələrinin rəhbərlərinə tapşırılmışdır.

2012–2013– illərin payız–qış mövsümünə rayon əhalisinin, eləcə də rayon iqtisadiyyatının elektrik enerjisi ilə dayanıqlı təminatının yaradılması üçün rayonun elektrik təsərrüfatında bir sıra işlər görülmüşdür.

Ağsu şəhərində və rayonun kənd yaşayış məntəqələrində müxtəlif istiqamətlərdə qaz təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilir. Payız–qış mövsümündə bütün kateqoriyadan olan istehlakçıların təbii qazla dayanıqlı təchizatını təmin etmək, təbii qaz itkisinin və israfçılığının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

2011–ci ilin əvvəllərindən rayonun hazırda qaz alan yaşayış məntəqələrində istehlakçıların təbii qazla təchizatında fasiləsizliyin təmin edilməsi məqsədilə əsaslı yenidənqurma işləri əsasən başa çatdırılmışdır. Ağsu qazpaylayıcı stansiyasından xidməti ərazilərimizə təbii qazın nəqlini həyata keçirən bütün orta təzyiqli qaz kəmərlərinin yenilənməsi ilə, eyni zamanda, Ağsu şəhərinin istisnasız olaraq bütün küçə və məhəllələrində yerüstü orta və aşağı təzyiqli qaz kəmərləri dəyişdirilmiş, istehlakçıların qaz kəmərlərinin üzərində İTRON tipli əvvəlcədən ödəmə sistemli qaz sayğacları quraşdırılmışdır.

Payız–qış mövsümünə hazırlıqla əlaqədar təsdiq edilmiş tədbirlər planında nəzərdə tutulmuş bütün işlər yekunlaşdırılmışdır. Xidməti ərazilərdə qaztənzimləyici və siyirtmələr tamamilə yenilənmiş, qaz kəmərlərinin qışa hazırlıq səviyyəsi yoxlamadan keçirilmişdir. Əhalinin və rayon iqtisadiyyatının təbii qazla təchizatının etibarlı sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsi gələcəkdə də davam etdiriləcəkdir.

Şəhərin içməli su təsərrüfatının 2012–2013– illərin payız–qış mövsümünə hazırlanması istiqamətində SuKanal İdarəsi tərəfindən bir sıra işlər görülüb.

Mərkəzi su anbarları cari ildə yuyularaq, dezinfeksiya edilmişdir. Şəhərin müxtəlif küçələrində və Qaraqaşlı kəndində 14–ə yaxın müxtəlif diametrli siyirtmələr cari təmir edilərək saz vəziyyətə gətirilmişdir.

Mərkəzi su anbarına Ağsuçaydan gələn magistral su xəttində və ictimai yaşayış binalarının və mərkəzi xəstəxananın kanalizasiya sistemində olan nasazlıqlar aradan qaldırılmışdır.

2012–2013– illərin payız–qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarı, hərəkətin fasiləsizliyi və təhlükəsizliyini təmin etmək məqsədi ilə 12 saylı Ağsu Yol İstismar İdarəsi tərəfindən müəyyən işlər görülüb.

Belə ki, Bakı–Şamaxı–Yevlax və Ağsu–Kürdəmir avtomobil yolları təmir edilmişdir. Ağsu–Çaparlı–Bağırlı avtomobil yolu əsaslı surətdə yenidən qurulur.

Yol texnikaları və nəqliyyat vasitələri təmir edilərək saz vəziyyətə gətirilmişdir. Yol kənarı su arxlarının 180 kilometri, 210 kubmetr su ötürücü boruların giriş və çıxış hissələri təmizlənmiş və 12 körpüdə su yolları təmizlənib açılmışdır.

Yol boyu çiyinlərin 36 kilometri bərkidilmiş, 14 kilometr məsafədə sürüşmüş dağ süxurları təmizlənmiş, 22 kilometr məsafədə parametrlər təmir edilmiş və bəziləri isə yenidən tikilmişdir. Sürüşkənliklə mübarizə məqsədilə yolun mailliyi çox olan hissələrinə qum daşınmış, 40 ton texniki duz gətirilmiş və bu sahədə işlər, həmçinin fəhlələrin, sürücü və mexanizatorların xüsusi geyimlə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rabitə xidmətlərinin genişləndirilməsi, keyfiyyətinin yüksəldilməsi və eyni zamanda 2012–2013– illərin payız–qış mövsümünə hazırlıqla əlaqədar Telekommunikasiya Qovşağı tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir. Belə ki, Qovşağın mərkəzi və kənd EATS–lərin elektrik qida qurğuları və dizelgeneratorlarda profilaktik təmir işləri yerində aparılıb. Mövcud dizelgeneratorlar işlək və saz vəziyyətə gətirilib. Akkumulyator batareyaları yoxlanılaraq elektrolitin sıxlığı normativə uyğunlaşdırılıb.

Elektrik avadanlıqlarının sabit və dəyişən cərəyan paylayıcı birləşmə və kontaktlarında profilaktik təmir işləri başa çatdırılıb, obyektlərdə elektrik naqillərinin izolyasiyası yoxlanılıb, yararsız elektrik açarları və razetkaları yenisi ilə əvəz edilib.

Qovşağın şaxta otağında qazın və suyun daxil olmasının qarşısının alınması üçün kanalların hermetik bağlanması təmin edilib, qazın daxil olmasını bildirən stasionar qazanalizator qurğusu quraşdırılıb. Qovşağın kompressorsiqnal qurğusu tənzimlənib, işçi vəziyyətindədir və bütün magistral kabellər hava təzyiqi altında saxlanılır, nəqliyyat vasitələri şinakkumulyatorla təchiz edilib və işçilərə xüsusi geyim verilib..

Obyektlər yanğından mühafizə məqsədilə yanğınsöndürmə balonları və digər vasitələrlə təmin olunub su çənləri dolu saxlanılır. Qovşağın mərkəzi EATS–də yanğın xəbərdaredici siqnalizasiya qurğusu quraşdırılıb.

İş otaqlarında qış mövsümü ilə əlaqədar standart elektrik qızdırıcıları qoyulub. Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən 2012–2013– illərin payız–qış mövsümünə hazırlıq işləri başa çatdırılıb. Belə ki, yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizə olunmasını təmin etmək məqsədi ilə təsərrüfatlararası və təsərrüfatdaxili kanalsu arxları su götürücü hidrotexniki qurğular və bəndlər təmir olunaraq normal vəziyyətə gətirilib, maşın mexanizmlər ehtiyat hissələri ilə, sahə işçiləri xüsusi geyimlə təmin olunub.

İki nəzarətçi binası, nasos stansiyası və nasos stansiyasında olan yaşayış evləri təmir edilib, məişət və təsərrüfat şəraitinin yaxşılaşdırılması məqsədi ilə hər ailə üçün zəruri yardımçı binalar inşa olunub. İnzibati idarə binasının qızdırılması təbii qaz, nəzarətçi binalarının və nasos stansiyasında olan yaşayış evlərinin qızdırılması elektrik enerjisi vasitəsilə həyata keçirilir ki, limit üzrə ayrılan vəsait tələbata uyğun istifadə ediləcək elektrik enerjisi və təbii qazın dəyərinin ödənilməsi üçün yetərlidir.

Ağsu rayonunun ərazisində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin payız–qış mövsümündə mənzil–məişət şəraitlərinin yaxşılaşdırılması, onların elektrik enerjisi, təbii qazistilik enerjisi ilə təchizatı sahəsində bir sıra işlər yerinə yetirilmişdir.

Rayonun 26 yaşayış məntəqəsində 36 qaçqın, 430 məcburi köçkün ailəsi məskunlaşmışdır.

Onlardan Ağsu şəhərində və şəhərə yaxın kəndlərdə yaşayan 46 ailənin mənzilləri təbii qazlaelektrik enerjisi ilə təchiz olunmuş, rayonun Gürcüvan və digər kəndlərində yaşayan 275 qaçqın və məcburi köçkün ailələrinin elektrik enerjisi ilə dayanıqlı təminatı və payız–qış mövsümündə hər ailəyə 40 litr soba yanacağı verilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Qaçqın və məcburi köçkünlərin daha çox məskunlaşdığı kəndlərin rabitə xidməti ilə fasiləsiz təminatı diqqət mərkəzində saxlanılır. Bu kəndləri rayon mərkəzi ilə əlaqələndirən yolların normal vəziyyətdə saxlanılması üçün ardıcıl tədbirlər həyata keçirilir.

Görülən işlər belə bir qənaətə gəlməyə əsas verir ki, cari ilin payız–qış mövsümünüağsulular uğurla başa vurmaq əzmindədirlər.

 

Söhbəti yazdı:

İlham PƏNAHOV,

 

Respublika.- 2012.- 25 dekabr.- S. 6.