| “SAĞLAM HƏYAT UĞRUNDA

 

Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin bütün təbəqələrini yüksək keyfiyyətli tibbi xidmətlə təmin etməkdən, ölkə vətəndaşlarının sağlamlıq durumunu daha da yaxşılaşdırmaqdan ibarətdir.

Ölkəmizdə səhiyyə sistemi dövlət qayğısı sayəsində sürətlə inkişaf edir. 2003– illə müqayisədə səhiyyəyə ayrılan xərclər 15 dəfə artırılmışdır. Təkcə Bakı şəhərində deyil, regionlarda, o cümlədən ən ucqar rayonlarda da yeni tibb müəssisələri tikilir, səhiyyə ocaqlarının əksəriyyəti əsaslı şəkildə yenidən qurulur. Yerlərdə tibbi müayinələr və müalicə aparılır, xəstələrin paytaxta axını ildən–ilə azalır.

Bunu Lerik rayonunun da timsalında görmək mümkündür. İki il əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində rayon mərkəzi xəstəxanasında əsaslı tikinti və yenidənqurma işləri aparılmışdır. Yaraşıqlı dördmərtəbəli xəstəxana binası lazımi tibbi avadanlıqlarla, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri ilə təchiz olunmuşdur.

Xəstəxanada poliklinika, qəbul, infeksion, terapiya, ginekologiya, cərrahiyyə, reanimasiya, intensiv terapiya, uşaq xəstəlikləri şöbələri fəaliyyət göstərir. Ultrasəslə müayinə, pediatr, oftalmoloq, endoskopiya, travmatologiya və əməliyyat otaqlarında, ümumi və biokimyəvi laboratoriyada əhaliyə ixtisaslı həkimlər, tibb işçiləri xidmət edirlər.

Dövlətimizin başçısı cənab İlham Əliyev 2010–cu il iyun ayının 25–də Lerik rayonuna növbəti səfəri çərçivəsində xəstəxanada aparılmış tikinti və əsaslı təmir işlərilə yaxından tanış olmuş, burada yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

Möhtərəm Prezidentimizin ucqar dağ rayonunun səhiyyəsinə göstərdiyi misilsiz qayğı rayonun tibb işçilərinin məsuliyyətini və işgüzarlığını xeyli artırmış, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlmişdir.

Səhiyyə Nazirliyinin dekabrın 1–dən 31–dək “Sağlam həyat uğrundadevizi altında keçirdiyi profilaktik aylığa rayonun səhiyyə işçiləri fəal surətdə qoşulmuşlar. Rayon mərkəzi xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Mübariz Ağayev aylıq çərçivəsində görülmüş işlər barədə məlumat verərək dedi:

Rayonumuzda 90 çarpayılıq mərkəzi xəstəxana, 15 çarpayılq 6 kənd xəstəxanası, 51 tibb məntəqəsi, 19 həkim məntəqəsi əhaliyə ambulatorstasionar tibbi xidmət göstərir. BlabandPiran kəndlərində müasir standartlara cavab verən ambulatoriyalar, Şingədulan kəndində isə həkim məntəqəsi inşa edilərək istifadəyə verilmişdir.

Sağlam həyat uğrundadevizi altında keçirilən aylıqla əlaqədar ixtisaslı həkim və orta tibb işçilərindən ibarət briqadalar yaradılmış, xəstələrin yerlərdə müayinəsi və müalicəsi təşkil olunmuşdur.

Profilaktik məqsədlə xəstəliyi olmayan insanlar da həkimlərə müraciət edirlər. Aparılan müayinələr zamanı onların bəzilərində xəstəliklər aşkarlanmış, erkən mərhələdə xəstəliklərin müalicəsinə başlanılmışdır.

Bu günlərdə “Azərsutikinti” xəstəxanasının 6 nəfərdən ibarət həkim briqadası rayonumuzda olmuşdur. Xəstəxananın baş həkimi Elman Mirzəyevin rəhbərliyilə həkimlər Lerik şəhərində, QosmalianÇayrud kəndlərində olmuş, 780 nəfəri müayinə etmişlər. Xəstələr stasionar qaydada müalicə almaq üçün rayon mərkəzi xəstəxanasına gətirilmiş, 3 nəfər üzərində təcili cərrahiyyə əməliyyatı aparılmışdır. Lerik şəhər sakinləri Mahir Rüstəmov və Nigar Əliyeva kəskin öd daşı xəstəliyi diaqnozu ilə əməliyyat olunmuş, sağalaraq evə buraxılmışlar. Paytaxtdan ezam olunmuş həkimlərin peşəkarlığı və göstərdiyi yüksək tibbi xidmət əhali tərəfindən çox razılıqla qarşılanmışdır.

Aylığın məqsədi insanları sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Rayonun tibb işçiləri aylığı yüksək səviyyədə başa çatdırmaq üçün səylərini əsirgəmir, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün var qüvvə ilə çalışırlar.

 

Əlisəfa Həsənov,

Respublika.- 2012.- 26 dekabr.- S. 7.