| Dövlət Fitosanitar Nəzarəti Xidməti fəaliyyətini gücləndirir

 

Ölkəmizin rəngarəng torpaq, iqlim şəraiti və coğrafi relyefi burada geniş çeşiddə müxtəlif növ kənd təsərrüfatı bitkiləri yetişdirilməsinə və əhalinin zəruri ərzaq məhsulları ilə təmin olunmasına imkan verir. Təsadüfi deyildir ki, Azərbaycanda yabanı bitkilər də daxil olmaqla 4500–dən artıq bitki növü vardır. Bu da bütün Qafqazda olan bitki örtüyünün 70 faizdən çoxunu təşkil edir.

Müxtəlif çeşidli bitki növlərinin qorunub saxlanması, bitkilərin karantinxüsusi təhlükəli zərərli orqanizmlərdən mühafizəsi, məhsul itkisinin qarşısının alınması aqrar sahə qarşısında qoyulan ən vacib məsələlərdən biridir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aqrar sahədə aparılmış islahatlar ölkədə kənd təsərrüfatının dinamik inkişafına, məhsul istehsalının artmasına, əhalinin ərzaq məhsullarına olan tələbatının yaxşılaşdırılmasına zəmin yaratmışdır.

Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev aqrar sahədə bu ənənəni uğurla davam etdirir, cənab Prezidentində kənd təsərrüfatının inkişafı ilə bağlı imzalanmış sərəncamları, regionların sosialiqtisadi inkişafına dair dövlət proqramları, fermertorpaq mülkiyyətçilərinə verilən güzəştli subsidiyalar və digər imtiyazlar nəticəsində son illər məhsul istehsalı xeyli artmışdır. Belə ki, 2012–ci ildə kənd təsərrüfatında artım 6,3 faiz olmuşdur ki, bu da son illərin rekord göstəricisidir.

Aqrar bölmədə bol məhsul əldə etmək və nəticə etibarilə respublikada ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı bitkilərini karantin zərərvericilərindən, xəstəliklərdən qorumaq olduqca vacibdir.

Son illər ölkə ərazisində bitki örtüyünə ziyan vuran karantinxüsusi təhlükəli zərərli orqanizmlərə qarşı aparılan səmərəli mübarizə tədbirləri nəticəsində külli miqdarda məhsul itkisinin qarşısı alınmış, zərərvericilərin yayılma arealı xeyli azalmışdır.

Bitki mühafizəsi və karantini sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yolları Kənd Təsərrüfatı Nazirliyinin 20 iyun 2012–ci il tarixli Kollegiya iclasında müzakirə edilmiş və Dövlət Fitosanitar Nəzarəti Xidməti qarşısında konkret tapşırıqlar müəyyənləşdirilmişdir.

Zərərli orqanizmlərə və xüsusi təhlükəli zərərvericilərə qarşı aparılan mübarizə tədbirlərini səmərəli təşkil etmək və bu sahədə mövcud olan problemləri aradan qaldırmaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına uyğun 2012–ci ildə də xidmət tərəfindən respublikanın bütün bölgələrini əhatə edən çevik qərargahlar yaradılmış, bitki mühafizə tədbirlərinin aparılması üçün maşın–mexanizmlər işlək vəziyyətə gətirilmişdir.

2012–ci ilin yanvarfevral aylarının yağıntılı və şaxtalı keçməsi nəticəsində siçanabənzər gəmiricilərin sayı nisbətən azalsa da, növbəti ayların yağıntısız və mülayim keçməsi onların say miqdarının yenidən artmasına səbəb olmuşdur. Ziyanvericilərə qarşı mübarizə işlərini səmərəli təşkil etmək məqsədi ilə rayon bitki mühafizə mərkəzlərinə kifayət qədər sinkfosfid, qaranteks preparatları verilmişrespublika üzrə siçanabənzər gəmiricilərə qarşı ilk yazda 153 min hektardan artıq sahədə mübarizə tədbirləri aparılmışdır.

Cari ildə çəyirtkəkimilərin ən çox yayıldığı ərazilər Gürcüstanla həmsərhəd Samux, Şəmkir, Tovuz, AğstafaQazax rayonlarıdır. Belə ki, təkcə Ceyrançöl, Eldar düzüona yaxın Acınohur ərazilərində 250 min hektar dövlət fondu torpaqları çəyirtkəkimilərlə, xüsusilə də ən qorxulu olan Mərakeş çəyirtkəsi ilə sirayətlənmişdir.

2012–ci il 23–28 aprel tarixlərində FAO–nun təşkilati dəstəyi ilə çəyirtkəkimilərin sirayətlənməsi ilə bağlı birgə mübarizə tədbirləri aparmaq üçün Gürcüstan və Azərbaycan respublikalarının fitosanitar xidməti işçiləri tərəfindən sərhədyanı ərazilərdə monitorinqlər keçirilmiş, danışıqlar aparılmışdır.

Erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərdə fitosanitar karantin tədbirləri aparılması mümkün olmadığı üçün bu ərazilərdə də çəyirtkəkimilər geniş arealda yayılmış və may ayının 2–ci ongünlüyündən etibarən Ağdam və Tərtər rayonlarının işğal olunmuş ərazilərindən çəyirtkəkimilərin miqrasiyası başlamışdır. Çəyirtkəkimilərin əkin sahələrinə keçməsinin qarşısını almaq üçün hər iki rayonda geniş mübarizə işləri aparılmışdır.

Harami düzündə, Qarasu, Lopatin qışlaqlarında, Hergi düzündə, Padarçöldə, Bakı şəhəri ətrafında, xüsusilə də Abşeron rayonu və respublikanın digər ərazilərində 200 min hektardan artıq sahə çəyirtkəkimilərlə sirayətlənmişdir.

Əvvəlki illərdə aparılan mübarizə tədbirlərinin nəticəsi olaraq çəyirtkəkimilərin respublika ərazisində yayılma arealı azalmış, 2012–ci ildə çəyirtkəkimilərə qarşı 58 min hektara yaxın sahədə mübarizə tədbirləri aparılmış və nəticədə zərərvericinin bitkilərə vuracağı təhlükənin qarşısı alınmışdır.

2012–ci ildə karantin zərərvericisi olan Kolorado kartof böcəyi kartofçuluq rayonlarında (Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Daşkəsən, Göygöl, Cəlilabad və s.) müəyyən qədər yayılmışdır. Zərərvericinin ildə bir neçə nəsil verməsinə baxmayaraq, rayonlara vaxtında kimyəvi preparat çatdırılmış və 7200 hektardan artıq sahədə mübarizə tədbirləri həyata keçirilmişdir.

Son illər aparılan kompleks mübarizə tədbirləri nəticəsində respublikanın QubaXaçmaz bölgəsinin əhatə etdiyi rayonlarda, Abşeron və Bakıətrafı ərazilərdə Amerika kəpənəyi 2012–ci ildə nisbətən azalmışdır.

Quba, Qusar, Abşeron, Xaçmaz, Astara və Lənkəran rayonlarında zərərvericinin birinci nəslinə qarşı vaxtında mübarizə aparıldığı və ikinci nəslin inkişaf dövrü isti iyulavqust aylarına düşdüyü Amerika kəpənəyi geniş arealda yayıla bilməmişdir.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Abşeron rayonları kifayət qədər insektisidlərlə (SiraksFastoks.) ilə təmin olunmuş, 4 min hektar sahədə mübarizə tədbirləri aparılmışdır.

Şəki–Zaqatala bölgəsinin əhatə etdiyi rayonlarda, Füzuli, Beyləqan, Şabran, Goranboy, Cəlilabad, Göygöl və digər dağətəyi, dəmyə–suvarılmayan rayonların ərazilərində karantin olmayan taxıl hafına (taxıl böcəyi) qarşı 7055 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.

Bütövlükdə karantinxüsusi təhlükəli zərərli orqanizmlərə qarşı 2012–ci ildə 231810 hektardan artıq sahədə mübarizə tədbirləri həyata keçirilmişdir.

2012–ci ilin on bir ayı ərzində Respublika Bitkilərin Karantin Ekspertizası Laboratoriyasının fumiqasiya dəstəsi tərəfindən 133339,3 ton texniki yük, 2296,5 kubmetr taxta materialı, 5568601 kubmetr obyektboş anbar sahəsi zərərsizləşdirilmişdir.

Eyni zamanda dövlət kənd təsərrüfatı istehsal müəssisələrinin, Dövlət Taxıl Fondunun və “Azərsun Holdinq” şirkətlər qrupunun, digər hüquqifiziki şəxslərin anbarlarında da böyük həcmdə zərərsizləşdirmə tədbirləri həyata keçirilmişdir.

Kənd təsərrüfatı bitkiləri toxumlarının və tinglərinin istehsalı ilə məşğul olan toxumçuluq subyektlərindən Respublika Bitkilərin Karantin Ekspertizası Laboratoriyasının mütəxəssisləri tərəfindən nümunələr götürülərək ekspertiza edilmişkarantin ekspertiza şəhadətnamələri verilmişdir. Eyni zamanda həmin toxumçuluq subyektlərinin ərazilərinin fitosanitar karantin vəziyyəti öyrənilərək Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən rəylər verilmişdir.

Fitosanitar sabitliyə nəzarəti gücləndirmək məqsədi ilə idxalixrac olunan bitkiçilik məhsullarına vaxtaşırı fitosanitar karantin baxışı keçirilirkarantin zərərli orqanizmlərlə sirayətlənmiş yüklərin ölkə ərazisinə daxil olmasının qarşısının alınması üçün zəruri tədbirlər görülür.

“Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008–ci il 11 noyabr tarixli fərmanının icrası ilə əlaqədar xidmət tərəfindən verilmiş icazə sənədləri haqqında məlumatların Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) daxil edilməsi üçün texniki avadanlıqlar quraşdırılmış və proqram təminatı işlənmişdir. Tərtib edilmiş idxal karantin icazəsi, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalına verilən rəy sənədləri məlumat mübadiləsi şəbəkəsi vasitəsilə Dövlət Gömrük Komitəsinə ötürülür. Məhz bu çevik avtomatlaşdırılmış sistemin yaradılması nəticəsində əvvəllər mövcud olan gecikmələrin qarşısı alınmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin 4 may 2012–ci il tarixli 160 nömrəli “Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında təşkilati işlərin təkmilləşdirilməsi haqqında” əmrinin icrası ilə bağlı Dövlət Xidməti tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Belə ki, kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında fitosanitar tədbirlərini həyata keçirmək üçün xidmətin Respublika Nəzarət–Toksikologiya Laboratoriyasının, Respublika Bitkilərin Karantin Ekspertizası Laboratoriyasının və Bakı–Abşeron rayonlararası bitkilərin karantini məntəqəsinin işçilərindən ibarət qrup yaradılmışdır.

Yarmarkalarda satılan bitkibitkiçilik məhsullarının fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya analizlərinin vaxtında və yüksək keyfiyyətlə aparılması məqsədilə işçi qrupu lazımi laboratoriya avadanlıqları və xüsusi təyinatlı səyyar avtolaboratoriyalarla təchiz edilmişdir.

Yerlərdə vaxtaşırı müşahidələr aparmaq, fermerlərə və digər fizikihüquqi şəxslərə əməli köməklik göstərmək məqsədi ilə 2012–ci ildə 2 ədəd xüsusi təyinatlı mobil avtolaboratoriya və 4 ədəd digər avtomobil alınaraq xidmətin yerli qurumlarının istifadəsinə verilmişdir.

Xidmətin Respublika Nəzarət–Toksikologiya və Bitkilərin Karantin Ekspertizası laboratoriyaları yeni avadanlıqlar və reaktivlərlə təchiz edilmişdir. Laboratoriyaların mövcud cihaz və avadanlıqları Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılmış, müvafiq şəhadətnamələr verilmişakkreditasiya olunmuşdur.

Nazirlər Kabinetinin 6 fevral 2012–ci il tarixli 24s nömrəli sərəncamına əsasən YevlaxŞirvan şəhərlərində regional toksikologiyakarantin ekspertiza laboratoriyalarının tikintisi və avadanlıqla təchiz edilməsi, Kürdəmir və Tovuz rayonlarında rayonlararası bitkilərin karantini məntəqələrinin inzibati binalarının tikintisi də nəzərdə tutulmuşdur. Hazırda sözügedən tikintilər üçün torpaq sahələri ayrılmış, layihə–smeta sənədləri və digər müvafiq sənədlər hazırlanaraq tikinti işlərinə başlanılmışdır. Cari ildə Biləsuvar rayonlararası bitkilərin karantini məntəqəsinin və Gəncə rayonlararası bioloji laboratoriyasının tikintisi başa çatmışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 2005–ci ildən bəri öz fəaliyyətində dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir.

Dövlət Xidməti BMT–nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən qəbul edilmişBitki Mühafizəsi haqqında” Beynəlxaq Konvensiyaya, bu sahədə olan standartlara, digər normativhüquqi sənədlərə uyğun öz fəaliyyətini səmərəli təşkil etmək məqsədilə bir sıra inkişaf etmiş ölkələrlə və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı xeyli genişləndirmişdir.

Azərbaycan Respublikası 1998–ci ildə Müstəqil Dövlətlər Birliyi İştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurasının “Bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişinə qoşulmuşdur.

Azərbaycan Respublikasının 14 mart 2000–ci il tarixli qanunu ilə ölkəmiz “Bitki Mühafizəsi haqqında” Beynəlxaq Konvensiyaya, 1 fevral 2007–ci il tarixli qanunu ilə “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının yaradılması haqqında” Konvensiyaya qoşulmuşdur.

Ölkəmiz 50 dövlətin təmsil etdiyi Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının İcraiyyə Komitəsinin üzvüdür.

Bugünədək bitki mühafizəsi və karantini sahəsində 9 dövlətlə saziş imzalanmış, 2012–ci ildə Azərbaycan Respublikası hökuməti ilə Mərakeş Krallığıının, Rumıniya, Tunis, Hindistan, BosniyaHersoqovina, Estoniya, Qırğızıstan, Fransa, Tacikistan respublikalarının və Birləşmiş Ərəb Əmirliklərinin hökumətləri arasında bitki mühafizəsi və karantini sahəsində hökumətlərarası saziş layihələri hazırlanaraq Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur.

BMT–nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə uğurlu əməkdaşlıq əsasında “Qafqazda və Mərkəzi Asiya ölkələrində miqrasiya edən və digər növ çəyirtkəkimilərin idarə edilməsinin yaxşılaşdırılması” layihəsi başa çatdırılmışdır. Həmçinin FAO tərəfindən 2012–ci ildən başlayaraq Qafqazda və Mərkəzi Asiya ölkələrində çəyirtkəkimilərə qarşı mübarizənin yaxşılaşdırılması üzrə 5 illik proqramın həyata keçirilməsi nəzərdə tutulmuşdur. FAO–nun dəstəyi ilə hazırlanmış “Mərkəzi Asiya və Türkiyədə pestisidlərin və zərərvericilərin idarəedilməsinə təşəbbüs” layihəsi baxılması üçün hökumətə təqdim edilmişdir.

Xidmətin əməkdaşları beynəlxalq təşkilatların, o cümlədən BMT–nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Avropa və Aralıq dənizi Təşkilatının (EPPO), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) katibliyinin, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (İPPC) Fitosanitar Tədbirlər Komissiyasının plenar iclaslarında və təlim kurslarında mütəmadi olaraq iştirak edirlər.

Azərbaycan Respublikasının “Fitosanitar nəzarəti haqqında” qanununun, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) SanitarFitosanitar Tədbirlərin tətbiqi üzrə Sazişin (SFS) tələblərinə, Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması barədə beynəlxalq ekspertlərlə layihə hazırlanması prosesi davam edir.

Avropa İttifaqının Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində fitosanitariya sahəsində tvininq layihələrində Dövlət Xidməti də iştirak edir.

Dövlət Xidməti tərəfindən respublikanın 1 yanvar 2012–ci ilə olan fitosanitar karantin vəziyyəti hazırlanmış və bu sahədə əməkdaşlıq etdiyimiz ölkələrə göndərilmişdir. Kütləvi informasiya vasitələri ilə respublikada bitki mühafizəsi və karantini sahəsində həyata keçirilən tədbirlər barədə vaxtaşırı məlumatlar verilir.

Qarşıdakı ildə ölkə ərazisində fitosanitar sabitliyi təmin etmək, karantinxüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədi ilə daha səylə çalışacağıq.

 

Məmmədəli Dünyamalıyev,

Kənd Təsərrüfatı Nazirliyi yanında

Dövlət Fitosanitar Nəzarəti

Xidmətinin rəisi.

 

Respublika.- 2012.- 26 dekabr.- S. 7.