| Təhsilimizin uğurları

 

Azərbaycan yenidən öz müstəqilliyinə qovuşandan sonra cəmiyyətimizdə bir çox əhəmiyyətli proseslər, o cümlədən milli özünəqayıdış baş verdi. Zamanın tələbindən və dünyada baş verən sürətli inkişafdan geri qalmamaq üçün cəmiyyətimizin və fərdlərin dəyişməsi zərurəti yarandı. Bu dəyişikliyə, inkişafa təkan verən ən başlıca amillərdən biri ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Konstitusiyanın qəbulu oldu. Bundan sonra bütün sahələrdə aparılan islahatlar nəticəsində ölkəmiz qısa vaxtda yüksək inkişafa nail oldu. Aparılan islahatlar, təbii ki, təhsilimizdən yan keçə bilməzdi. Belə ki, millətin təhsilinin və elmi potensialının inkişaf etdirilməsi öz növbəsində müasir cəmiyyətin davamlı və dinamik inkişafının əsas amillərindən biridir. Təsadüfi deyildir ki, dünyanın qabaqcıl ölkələri məhz təhsildə yüksək inkişaf yolu keçməklə uğurlu nəticələr əldə edə bilmişlər. Bu fikirlər öz təsdiqini ulu öndərimiz. Heydər Əliyevin səsləndirdiyi və bu gün hər birimiz üçün devizə çevrilmiş “Təhsil millətin gələcəyidir” ifadəsində daha düzgün tapır. Müdrik siyasətçi tərəfindən bünövrəsi qoyulmuş təhsil strategiyasının əsas istiqamətləri üzrə davamlı inkişaf dinamikası hazırda bu siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil sahəsində mühüm islahatlar həyata keçirilir, genişmiqyaslı dövlət proqramları icra olunuryeni inkişaf strategiyaları müəyyənləşdirilir. Beləliklə, təhsil sahəsində aparılan islahatlaricra edilən dövlət proqramları sayəsində bütövlükdə təhsil infrastrukturunun və təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunur.

Dövlət başçısı İlham Əliyev demişdir: “…Biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərək güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqramlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq — 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli və dayanıqlı olsun. Biz neftqaz amilindən asılılığımızı tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək dayanıqlı inkişaf modelimizi qurmalıyıq”.

Azərbaycanda təhsil sahəsində islahatlar məhz bu məntiqə uyğun olaraq pillə–pillə aparılır. Yaxın tariximizə nəzər salaq:

İlk dəfə olaraq 1999–cu ilin iyun ayında islahat Proqramı təsdiq edildi. Proqramda təhsil sahəsində reallaşdırılacaq vəzifələr və görüləcək işlərin mərhələləri təyin olundu.

Avratlantik məkana inteqrasiya kursu seçmiş respublikamız Avropa ölkələrinin 1999–cu il iyunun 19–da Bolonya şəhərində imzaladıqları birgə bəyanata qoşulmaqla bu coğrafi məkanda qəbul olunmuş vahid təhsil standartlarını dəstəklədi. Bolonya prosesinə qoşulan ölkələr, o cümlədən Azərbaycan müəyyən olunmuş 6 əsas prinsipə riayət etməklə, ümumavropa təhsil məkanında təhsil və tələbə mübadiləsini asanlaşdırmış oldu.

Azərbaycanda təhsilin mövcud problemlərinin həllinə geniş diqqət ayıran bir sıra fərman və sərəncamlar, mühüm Dövlət proqramları imzalayan Prezident İlham Əliyev cəmiyyətə respublikanın iqtisadi imkanlarının genişlənməsi müqabilində bu sahəyə diqqətin daim artırılacağı mesajını vermişdir. Dövlət başçısının hələ 2 fevral 2004– il tarixli sərəncamı ilə qüvvəyə minmiş Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramında təhsildəki problemlər diqqətdən yayınmamış, bölgələrdə müasir dövrün tələbləri səviyyəsində, lazımi avadanlıqlarla təchiz olunmuş yeni məktəblərin tikilib istifadəyə verilməsinə geniş yer ayrılmışdır. Dövlət başçısı daim vurğulayır ki, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim–tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan gənc nəslin intellektual inkişafına nail olmaq mümkün deyildir. Bu sahədə problemi aradan qaldırmaq üçün son illərdə ölkənin əksər bölgələrində yüzlərlə yeni məktəb binaları tikilmişdir. SSRİ dövründə inşa olunmuş məktəblər təmir edilmişdir.

Ölkəmizdə təhsilin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən–ilə artması bu sahənin Azərbaycanın ümumi inkişafı və dövlət siyasəti ilə ayrılmaz vəhdət təşkil etdiyini deməyə ciddi əsaslar verir. Eyni zamanda təhsil sferasında investisiya xərcləri üçün ayrılmış vəsaitlərin həcmi artırılmış, məktəblərin təmiri və yenidən qurulmasının, habelə yenilərinin inşasının maliyyə təminatı yaradılmışdır. Bu isə təhsilin keyfiyyətcə müasirləşdirilməsi, bu sahədə infrastrukturun yeniləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Bu gün təhsilin səviyyəsi həm də kompyuterinformasiya texnologiyasının sürətli inkişaf dinamikası ilə şərtlənir. Bu reallığı düzgün dəyərləndirən dövlət başçısı möhtərəm İlham Əliyev hələ 2003– ilin dekabrında Cenevrədə keçirilən ümumdünya sammitində çıxış edərkən demişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə informasiyakommunikasiya texnologiyaları olmalıdır.

Azərbaycan Prezidenti çıxışlarında informasiya texnologiyalarının, müasir biliklərin mənimsənilməsini daim önə çəkir. Bu çağırışın əsasında məhz Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır.

“2004– il avqustun 21–də Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005–2007–ci illər) təsdiq edilməsi haqqında” fərman imzalayan Prezident İlham Əliyev gənclərin müasir bilikləri və informasiya texnologiyalarının dərindən mənimsəməsinə elmitexniki zəmin yaratmışdır. Bu proqram ölkəmizdə dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya sistemi yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşıyır.

Təhsilə qoyulan vəsaitin ölkəmizin gələcəyinə xidmət etdiyini vurğulayan cənab İlham Əliyev bildirib ki, bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmitexniki tərəqqidir, texnoloji yeniliklərdir:Bizbu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar”.

Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar əmin olmağa əsas verir ki, Azərbaycan təhsili özünün zəngin ənənələrinə əsaslanaraq ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kursla inkişaf edir və edəcəkdir.

 

Şəlalə Məhərrəmova,

Qazax şəhər 3 nömrəli tam orta

məktəbin biologiya müəllimi.

 

Respublika.- 2012.- 26 dekabr.- S. 4.