|
YÜRÜDÜLƏN SİYASƏT XALQIN
MƏNAFEYİNƏ XİDMƏT GÖSTƏRİR
Müstəqil Azərbaycan
dövləti bu gün
hərtərəfli və dinamik inkişaf edir, öz həllini tapan layihə
və proqramlar həyatımızın mənzərəsini
tamam dəyişir. Hüquq, sosial–iqtisadi və mədəni sahələrdə əldə
etdiyimiz möhtəşəm uğurlar, davamlı enerji
siyasəti, daxili sabitlik
və etibarlı tərəfdaş olmağımız, regional məsələlərdə, qlobal transmilli layihələrdə
təşəbbüskar və əvəzolunmaz rolumuz Azərbaycanın dünyadakı
mövqelərini daha da
möhkəmləndirib. Tam müstəqil siyasət yürüdən Azərbaycan
dövləti hazırda nəinki Cənubi Qafqaz
regionunda, eləcə də
dünyadakı proseslərə təsir etmək qüdrətinə
malikdir. Ötən il
ölkəmizin dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik
Şurasına qeyri–daimi
üzv seçilməsi, 2015–ci ildə Azərbaycanın ilk
dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi də dünyadakı nüfuzumuzun əyani təsdiqidir. Təsadüfi
deyil ki, bir çox göstəricilərə
görə Azərbaycan nəinki MDB məkanını, eləcə
də Şərqi Avropa ölkələrini
arxada qoyub. Bu gün Azərbaycanda ənənəvi neft–qaz sahəsi ilə
yanaşı, qeyri–neft
sektoru özünün
intibah dövrünü
yaşayır, davamlı inkişaf edir. Ölkəmizdə demokratiyanın
inkişafı, hüquqi bazanın
möhkəmləndirilməsi istiqamətində davamlı islahatlar həyata keçirilir.
Uğurlarımızın təməlində ulu öndərimiz Heydər Əliyevin işləyib hazırladığı və mərhələ–mərhələ həyata keçirdiyi müdrik siyasi kurs, strateji proqramlar, konsepsiyalar və islahatlar dayanır. Bu siyasi kurs Azərbaycanın çox qısa zamanda dinamik inkişaf yoluna çıxmasına səbəb olub. Cəmiyyətimizin həyatında elə bir sahə, elə bir istiqamət yoxdur ki, orada ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əllərinin izi qalmasın. Müasir Azərbaycan məhz bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində daim inkişaf edib və indiki yüksək səviyyəsinə çatıb. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi kimi tanınıb, onun ölkəmizə rəhbərlik etdiyi dövr müasir tariximizə qızıl hərflərlə yazılıb.
Ulu öndərimizin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi hüquq islahatlarının məntiqi nəticəsi olaraq Azərbaycan 2001–ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv seçildi, Avrostrukturlara daha geniş inteqrasiya yolunu tutdu. İnsan hüquqlarının təminatına xidmət edən yeni qanunlar qəbul olundu. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun qəbulu, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) institunun yaradılması və fəaliyyətə başlaması insan və vətəndaş hüquqlarının təmini istiqamətində həyata keçirilən hüquqi islahatların məntiqi davamı oldu. Milli Məclis “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”Avropa Konvensiyasını ratifikasiya etməklə demokratik ənənələrə, ədalətə, yurisdiksiya altında olan insanlar üçün əsas hüquq və azadlıqların təminatına yüksək sadiqlik nümayiş etdirmişdir, bununla da, ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı reallaşmışdır.
Dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də məhz siyasi varislik ənənələrinin təmin olunmasıdır. Müstəqil Azərbaycanın da son 9 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada ön mövqelərini qoruyub saxlaması məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində gerçəkləşdi. Ulu öndərimizin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq oldu.
Gerçəkləşdirilməsi inanılmaz görünən bu nailiyyətlər deməyə əsas verir ki, Heydər Əliyev mənəvi–siyasi irsinin ən layiqli davamçısı — dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Təsadüfi deyildir ki, bəzi Qərb dövlətlərinin onilliklər boyu adlamış inkişaf yolunu qısa zamanda keçən müstəqil Azərbaycanın iqtisadi yüksəliş və demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atması dünyanın ən nüfuzlu politoloq və iqtisadçılarını belə heyran qoyub. Belə ki, Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi inkişaf yolunu respublikamız çox qısa müddətdə başa vurmuş, siyasi mühitin liberallaşması və demokratikləşmə sahəsində həlledici uğurlara nail olmuşdur. Cənab İlham Əliyev özünün praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır.
Prezident İlham Əliyev yeni dövrün praqmatik və rasional düşüncəli lideri kimi respublikamızın qloballaşma dövründə dünya miqyasında cərəyan edən inkişaf meyillərinə uğurla inteqrasiya olunmasına, beynəlxalq iqtisadi münasibətlər sistemində layiqli yerini tutmasına çalışır, xalqın mənafeyini əsas tutaraq çevik və əməli siyasət yürüdür. Təsadüfi deyil ki, məhz Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə regionda səmərəli əməkdaşlığa, sülhə və sabitliyə, iqtisadi inkişafa xidmət edən qlobal enerji və kommunikasiya layihələri həyata keçirilir. İndi hətta dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər də regionda Azərbaycanın bilavasitə iştirakı və dəstəyi olmadan hər hansı layihəni gerçəkləşdirməyin qeyri–mümkünlüyünü başa düşür, respublikamızın mövqeyi ilə hesablaşırlar.
Hər bir xalq özünün taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl addımlar atır. Azərbaycan xalqı da öz taleyində misilsiz rol oynamış ulu öndərimiz Heydər Əliyevin xatirəsini daim əziz tutmuş, onun adının ədəbiləşdirilməsi istiqamətində dövlət tərəfindən mühüm işlər görülmüşdür. Cəmiyyətdə xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyəti bu baxımdan olduqca önəmlidir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ulu öndərin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli–mənəvi və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışır. Azərbaycanın birinci xanımının istər milli–mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də insanların fiziki–mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür.
Xeyriyyəçilik, yaxşı əməl, mənəvi saflıq hər bir bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdəndir. Mənəvi kamillik səviyyəsinə qovuşmuş şəxsiyyətlər öz əməlləri ilə həmişə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, xalqının xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkənin ictimai–siyasi həyatında fəal iştirak etməklə, ulu öndərimizin irsini yaşadıb, təbliğ etməklə, son dərəcə mühüm sosial layihələri həyata keçirməklə, xalqımızın minilliklərlə yaradıb yaşatdığı bəşəri dəyərlərin hamisinə və əsl qayğıkeşinə çevrildi. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara həmişə kömək edir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr neçə–neçə insanlara, xüsusən də xəstə uşaqlara şəfa ilə bərabər ümid, inam da bəxş edib.
Azərbaycan bu gün sürətlə inkişaf edir, günbəgün müasirləşir, öz siyasi və iqtisadi qüdrətini durmadan yüksəldir. Azərbaycanın sürətli inkişafını önə çəkən Prezident İlham Əliyev deyib: “Bunun başlıca səbəbi bizim siyasətimizdir, aparılan islahatlardır, sosial siyasətdir, infrastruktur layihələrdir və müstəqil siyasətdir. Biz nəyi hesab edirik ki, düzdür, ölkə üçün lazımdır–onu da edirik… biz tam əminik ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət göstərir”.
Gülnarə
ƏHMƏDOVA,
psixoloq–müəllim.
Respublika.- 2012.- 26 dekabr.- S. 3.