| “Azəriqaz”
İB cari ili uğurlarla başa vurur
Azərbaycan
Respublikası Prezidentinin 14 aprel 2009–cu il
tarixli 80 saylı fərmanı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikası
regionlarının 2009–2013–cü illərdə
sosial–iqtisadi
inkişafı Dövlət Proqramı”nın və 4 may 2011–ci il
tarixli 1490 saylı sərəncamı ilə
təsdiq edilmiş “2011–2013–cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair
Dövlət Proqramı”nın icrası ilə bağlı mühüm işlər görən Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
“Azəriqaz” İstehsalat Birliyi
(İB) əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin
qazlaşdırılması və qaz təminatının
bərpası, qaz təchizatı şəbəkəsinin
əsaslı təmiri istiqamətində bir
sıra nailiyyətlər əldə etmişdir.
Əsası ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulmuş
neft strategiyasının ayrılmaz tərkib
hissəsi olan bu
işlərin sürəti Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin ölkə ərazisinin 95 faizinin
2013–cü ilin sonunadək
qazlaşdırılması barədə
tapşırığının uğurla
yerinə yetiriləcəyinə inam
yaradır. Bu mənada 2012–ci
il də mühüm uğurlarla yadda
qalmışdır.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, qaz təchizatı şəbəkəsində istismar müddəti başa çatmış müxtəlif diametrli qaz kəmərləri təmir–bərpa edilir, həyətlərdə olan qaz xətləri küçəyə çıxarılır və qaz sayğaclarının küçə xətlərinin üzərində quraşdırılması işləri davam etdirilir. Təbii qaz itkilərinin azaldılması məqsədi ilə əhali istehlakçılarının mənzillərində istismar edilən mexaniki sayğaclar korreksiya edilmiş sayğaclarla əvəz olunur, sayğacsız təbii qazdan istifadə edən abonentlərin mənzillərində yeni sayğaclar quraşdırılır, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. Bundan əlavə, respublika ərazisinin qaz şəbəkəsində səmərəli texnika və texnologiyanın tətbiq edilməsinin əhatə dairəsi genişləndirilir. Qaz nəqletmə sistemi üçün müasir texniki vasitələrin, texnika və texnologiyaların tətbiqi üçün tədbirlər həyata keçirilir. İstehlakçıların qaz təchizatı birpilləli sistemlə təmin edilir. Birpilləli sistemə keçidlə əlaqədar fərdi qaz tənzimləyicilərin quraşdırılması işləri davam etdirilir.
Əgər sadalananları konkret rəqəmlərlə ifadə etsək, “Azəriqaz” İB tərəfindən 2012–ci ilin yanvar–noyabr (11 ay) ayları ərzində şəbəkəyə ümumilikdə 13 597 181,633 min kubmetr təbii qaz qəbul edilmişdir.
2012–ci ilin yanvar–noyabr ayları ərzində İB–nin qaz istismar sahələrinin öz gücü ilə uzunluğu 469 964 poqonmetr olan müxtəlif diametrli qaz xətləri çəkilmiş, 867 ədəd qaztənzimləyici şkaf və 1100 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmışdır.
ROC–WEB proqramı vasitəsilə gündəlik olaraq “Azəriqaz” İB üzrə bütün ölçü qovşaqlarında qazın parametrlərinə (təzyiq, təzyiqlər fərqi, temperatur, sərfiyyat) baxış keçirilir və tədbirlər görülür.
Payız–qış mövsümü ilə əlaqədar olaraq sərfiyyata uyğun daraldıcı qurğuların quraşdırılması işi davam etdirilir. Hazıra kimi 196 ədəd daraldıcı qurğu əvəz olunmuşdur. Bu istiqamətdə işlər davam etdirilir. Təkcə noyabr ayı ərzində normativ–texniki sənədlərin tələblərinə uyğun tikilmiş Rvo–1 Lerik, Rvo–2 Lənkəran, Azadkənd–İmişli, Hövsan istilik, Dübəndi sobaları yeni ölçü qovşaqları istismara verilmişdir.
Tovuz 1–ci xətt, Alakol 2–ci xətt, Astara Kompressor Stansiyası–1 giriş ölçü qovşağı, Hövsan Qazpaylayıcı Məntəqəsi, Rayon İstilik Qazanxanası–9 nəzarət, Ovçubərə qaz–ölçü qovşaqlarında yeni avadanlıqlar quraşdırılaraq istifadəyə verilmişdir.
1 dekabr 2012–ci il tarixə “Azəriqaz” İB tərəfindən 13 qazpaylayıcı stansiya və tənzimləyici məntəqə quraşdırılmış, 31–i əsaslı təmir olunmuşdur. Ümumilikdə istehsalat birliyinin fəaliyyəti dövründə 15320 kilometr yeni qaz kəməri quraşdırılmış, 5501 kilometr qaz kəməri isə əsaslı təmir edilmişdir.
Bildiyimiz kimi, “Azəriqaz” İB–nin əsas vəzifələrindən biri də istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsidir. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq 01 dekabr 2012–ci il tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1457207–ə (1439264 əhali, 17943 qeyri–əhali abonenti) çatmışdır. Bu abonentlərin 656211–i Bakı şəhəri (646635 əhali, 9576 qeyri–əhali abonenti), 800996–sı isə regionların payına düşür (792629 əhali, 8367 qeyri–əhali abonenti).
Ümumilikdə 1456291 abonent (99,9 faiz) sayğaclaşdırılmışdır ki, bu rəqəmin də 1438348–i əhali (99,9 faiz), 17943–ü qeyri–əhali (100 faiz) istehlakçılarıdır.
Yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Qeyd etmək lazımdır ki, İB–nin fəaliyyəti dövründə (2009–2012–ci illər) qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 338–ə, qazla təmin olunmuş yeni əhali abonentlərinin sayı isə 286393–ə çatmışdır. Bu proses tam gücü ilə davam edir. Yeri gəlmişkən, onu da qeyd edim ki, cəbhə bölgələrinə yaxın yaşayış məntəqələrinin və sərhəd rayonlarının qazlaşdırılmasına xüsusi diqqət yetirilir.
“Azəriqaz” İstehsalat Birliyi üzrə 01.12.2012–ci il tarixə 1 439 264 sayda əhali istehlakçılarından 894 273–nün (62,1 faiz) sayğacları yeni Smart kart və Elster G–4T (SOCAR) tipli sayğaclarla əvəz edilmişdir.
İl ərzində magistral qaz kəmərlərinin etibarlı qaz təchizatı və təhlükəsiz istismarını təmin etməyə, eləcə də qaz itkilərinin azaldılmasına yönəldilmiş mühüm işlər görülmüşdür. Cənub regionunun tələbatçılarını fasiləsiz təbii qazla təmin etmək və Naxçıvan Muxtar Respublikasına etibarlı qaz nəqlini təmin etmək məqsədi ilə 1200 mm–lik “Qazıməmməd–Astara” magistral qaz kəmərinin 131–138–ci km–lərarası sahəsində 7 kilometr uzunluğunda kəmər yeni borularla əvəz edilmiş və istismarda olan qaz kəmərinə qoşulmuşdur.
Hacıqabul rayonu ərazisindən keçən 1200 mm–lik “Qazıməmməd–Astara” magistral qaz kəmərinin 196–cı kilometrdə 2,2 km uzunluğunda hissə yeni borularla əvəz edilmiş, həmin ərazidən kənarlaşdırılaraq istismarda olan qaz kəmərinə qoşulmuşdur.
“Qazıməmməd–Astara” magistral qaz kəmərinin əvvəlində olan “Astara qaz ölçü qovşağı”nda 400 mm–lik kran yeni kran ilə əvəz edilmişdir.
Diametri 530 mm olan “Azadkənd–İmişli” magistral qaz kəmərinin 19,9 km hissəsi yeni borularla dəyişdirilərək istismara verilmişdir.
Biləsuvar rayonu ərazisindəki Şorsulu Qazpaylayıcı Stansiyası yeni Avtomatik Qazpaylayıcı Stansiya quraşdırılmaqla yeni əraziyə köçürülmüşdür.
Şimal istiqamətindəki regionların tələbatçılarının qazla fasiləsiz təmin edilməsi və Rusiya Federasiyasına dayanıqlı qaz nəqlini təmin etmək məqsədi ilə 1200 mm–lik “Altıağac–Ağsu” magistral qaz kəmərinin 21–ci km–də boru 26 poqonmetr uzunluğunda yeni boru ilə əvəz olunmuş, Şamaxı rayonu Mədrəsə kəndi ərazisində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar olaraq 399 poqonmetr uzunluğunda 500 mm–lik drenaj xətti çəkilmişdir.
1220 mm–lik “Mozdok–Qazıməmməd” magistral qaz kəmərinin 305–ci km–də Əngilan çay keçidində qəzalı vəziyyətdə olan 150 metr hissə yenisi ilə əvəz olunmuşdur.
Qərb istiqamətində yerləşən tələbatçıların, Mingəçevir Elektrik Stansiyası və Gürcüstan Respublikasının dayanıqlı qaz təminatı üçün “Qazıməmməd–Qazax” 2–ci xətt magistral qaz kəmərinin 335,4–cü kilometrdə 424 poqonmetr, “Qazax–Saquramo” magistral qaz kəmərinin 38,2–ci km–də 180,5 poqonmetr yeni borularla əvəz edilmişdir.
“Qazıməmməd–Qazax” 2–ci xətt magistral qaz kəmərinin 283–cü km–də və 330,2 km–də uzun müddət istismarda olan və tələblərə uyğun olmayan xətti kranlar yenisi ilə əvəz olunmuşdur.
“Qazıməmməd–Qazax” 1–ci xətt magistral qaz kəmərinin 54–71–ci kilometrlərarası sahədə 6,89 km uzunluğunda qaz kəməri əsaslı təmir olunmuşdur. Həmin kəmərin 47–ci və 75,7–ci kilometrində xətti kran yenisi ilə əvəz edilmişdir.
“Göyçay” çay keçidi sahəsində baş vermiş qəza aradan qaldırılaraq kəmərin 31 m uzunluğunda hissəsi yeni borularla əvəz edilmişdir.
720 mm–lik “Qalmaz–Qazıməmməd” 1–ci xətt qaz kəmərinin 31–ci km–də 72 poqonmetr hissəsi yeni borularla dəyişdirilmişdir.
Səngəçal Baş Qurğularında 720 mm–lik “Şahdəniz 41 bar” qaz kəmərində əlavə 700 mm–lik kran quraşdırılmışdır.
“Yevlax–Balakən” qaz kəmərinin 104–114 km arası sahədə 9,2 km uzunluğunda 325 mm–lik qaz kəməri yeni borularla əvəz olunmuş və istismara verilmişdir.
“Qaramusalı” qaz–ölçü qovşağın
da 3 ədəd 400 mm–lik kranlar yenisi ilə əvəz edilmişdir.
Hacıqabul Kompressor Stansiyası–Qaradağ Kompressor Stansiyası arası yeni fiberoptik kabel xətti çəkilmişdir ki, bu da texnoloji rejimlərə nəzarət və idarələrarası birbaşa əlaqənin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Təkcə cari ilin 10 ayı ərzində magistral qaz kəmərlərində yaranmış 174 qaz sızması aradan qaldırılmışdır.
Qazpaylayıcı stansiyalarda 13 ədəd odorant qurğusu təmir olunmuşdur. Bütün qazpaylayıcı stansiyalarda radiorabitə sistemi işlək vəziyyətə gətirilmişdir. Bağlayıcı kranlar, tənzimləyicilər təftiş olunmuşdur. Ölçü qovşaqlarındakı daraldıcı qurğular, diafraqmalar qış rejiminə uyğun dəyişdirilir.
Kompressor və qaz avadanlıqlarının istismarı sahəsi üzrə də mühüm işlər yerinə yetirilmişdir:
—Qaradağ kompressor stansiyasında istehsalçı müəssisə olan, Almaniyanın “Man Diesel and Turbo” şirkətində əsaslı təmirdən çıxmış turbin yenidən quraşdırılmış, üzərində sınaq–sazlama işləri aparılmış və aqreqat istismara tam hazır vəziyyətə gətirilmişdir.
–Siyəzən kompressor stansiyasında 3 və 6 saylı qazötürücü aqreqatların turbinləri yeniləri ilə əvəz olunmuşdur. Kompressor stansiyasının bütün sistemləri təftiş olunaraq üzərində təmir–bərpa, sınaq və sazlama işləri aparılmışdır.
—Hacıqabul kompressor stansiyasında təmir–bərpa, sınaq və sazlama işləri görülərək quraşdırılmış 8 aqreqatdan 4–ü bütün köməkçi avadanlıq və sistemləri ilə tam işlək vəziyyətə gətirilmişdir.
—Stansiyaların etibarlı və dayanıqlı işləməsini təmin etmək üçün Siyəzən və Hacıqabul kompressor stansiyalarının qazötürücü aqreqatlarında müasir tipli avtomatik idarəetmə sistemlərinin quraşdırılması üçün layihə işləri görülür.
Onu da qeyd etməliyəm ki, “Azəriqaz” İB–nin rəhbərliyinin qaz təchizatı rejimlərinə aid tapşırıqlarının aidiyyəti üzrə çatdırılması təmin olunmuş və onların icrasına nəzarət edilmiş, qaz təchizatı sistemində texnoloji rejimlərin operativ idarə edilməsi, qaz nəqli və qazpaylama təşkilatlarının dispetçer xidmətlərinin işinin mərkəzləşdirilmiş şəkildə tənzimlənməsi uğurla həyata keçirilmişdir.
Birlikdə əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiya tərəfindən struktura daxil olan təşkilatların hər birində əmək şəraitinin vəziyyəti yoxlanılmış, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülmüş, onların nəticələri birlik rəhbərliyinin yanında müzakirə edilmiş və yerlərdə aidiyyəti mütəxəssislərə lazımi metodiki köməklik göstərilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti tərəfindən təsdiq edilmiş normalara əsasən birliyin struktur bölmələrinin işçiləri xüsusi geyim və fərdi mühafizə vasitələri ilə tam təmin olunmuşdur.
Nazirlər Kabinetinin 12.05.2011–ci il tarixli 80 N–li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq aparılan profilaktiki xidmət, keçirilmiş reydlər, habelə texniki baxışlar zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına köməklik göstərilməsi, eləcə də təbii qazın istifadəsi ilə bağlı baş vermiş bədbəxt hadisələrin təhqiq edilməsi məqsədilə bütün rayon (şəhər) İH–yə müvafiq komissiyaların yaradılması ilə bağlı müraciətlər edilmişdir. Yaradılmış müvafiq komissiyaların qaz istismar sahələri ilə əlaqəli işi təmin edilmişdir.
Birliyin tabeli təşkilatlarında ekoloji vəziyyətin yaxşılaşdırılması və bu istiqamətdə həyata keçirilən işlərin ekologiya qanunvericiliyinin tələblərinə uyğun icra edilməsinə xüsusi əhəmiyyət verilmişdir. Belə ki, birliyin tabeli təşkilatlarında yaşıllıq üçün yararlı torpaq və mövcud yaşıllıq sahələri, habelə gələcəkdə yaşıllıq salınması nəzərdə tutulmuş ərazilər haqqında informasiya bazası yaradılmış, yaşıllıqların salınması üçün tinglərə olan tələbat müəyyən olunmuş və bu sahədə yerinə yetirilən işlərin planlı şəkildə davam etdirilməsi təmin olunmuşdur.
Ekoloji qanunvericiliyin tələblərinə uyğun olaraq ekoloji normativ sənədlərin hazırlanmasının xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq birliyin tabeli təşkilatları üçün ekoloji pasportların hazırlanması işi başa çatdırılmışdır.
Əkbər HACIYEV,
ARDNŞ–in “Azəriqaz”
İB–nin baş direktoru.
Respublika.- 2012.- 28 dekabr.- S. 10.