| Etimadı doğrultmağa çalışacağıq

 

Abşeron rayonu respublikamızın ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir. Rayon 1963– il yanvarın 4–də təşkil edilmişdir. Onun yaradılmasında əsas məqsəd Bakı və Sumaqyıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarət olmuşdur. Rayon 15 inzibati ərazi dairəsindən: 1 şəhər, 8 qəsəbə və 6 kənddən ibarətdir. Rayonun ərazisi 1966,1 kvadratkilometr, qeydiyyatda olan əhalinin sayı isə 198,8 min nəfərdir. Məşğul əhalinin əsas hissəsi heyvandarlıqla, kənd təsərrüfatı məhsullarının istehsalı ilə və məşğul olur.

 

Son illər rayonun bütün sahələrində nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmuş, irimiqyaslı yenidənqurma işləri həyata keçirilmişdir. Bu gün rayon sanki tikinti meydançasını xatırladır. Rayon əhalisinin içməli su, təbii qazelektrik enerjisi ilə təminatı, habelə kənd, şəhər, şəhərlərarası magistral yolların tikintisi, təhsil, mədəniyyət, eləcə də səhiyyə obyektlərinin inşası istiqamətində mühüm nəticələr əldə olunmuşdur.

Son 7 ildə rayonun böyük uğurlar qazanmasında rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun böyük əməyi vardır. Onun rayona təyinatından sonra buranın inkişaf dövrü başlamış, böyük uğurlar qazanılmışdır. Hər bir rayon sakini bununla fəxr duyur, onlara yaradılan şəraitdən razılıqla danışır. Dövlət başçısı cənab İlham Əliyevin 14 aprel 2009–cu il tarixdə imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayondakı yaşayış evləri, elektrik enerjisi, təbii qaz, içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Həmçinin Dövlət Proqramı çərçivəsində mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin keyfiyyətli istiliklə təmin olunması mövcud infrastrukturun müasirləşdirilməsi, yeni təhsil, səhiyyə, mədəniyyət, idman, ekologiya, rabitə, mühəndis–kommunikasiya obyektlərinin inşası, küçə və məhəllələrdə asfalt örtüyün çəkilməsi, tarix–memarlıq abidələrinin bərpası nəzərdə tutulmuşdur.

Bu gün rayonda bayram əhval–ruhiyyəsi duyulur. İstər şəhərdə, istərsə kənd qəsəbələrdə rayonun 50 illiyinə ciddi hazırlıq işləri görülür. Sevincimizin həddi–hüdudu yoxdur. Ölkə Prezidenti cənab İlham Əliyev 26 dekabr 2012–ci il tarixli sərəncamı ilə Abşeron rayonunun sosial–iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi fəxri adların verilməsi haqqında sərəncam imzalamışdır. Rayonun yaradılmasının 50 illiyi münasibətilə rayonun sosial–iqtisadi inkişafındakı xidmətlərinə görə mükafatlandırılanlar arasında mən varam – “Əməkdar kənd təsərrüfatı işçisifəxri adına layiq görülmüşəm. Uzun illərdir ki, bu rayonda əmək fəaliyyətimi davam etdirirəm. Abşeron mənim üçün olduqca doğma əzizdir. Müstəqil Azərbaycanımızın bir parçasıdır. Elə gün olmaz ki, rayondakı yenilikləri, irəliləyişləri, uğurları izləməyim. Rayonun sosial–iqtisadi inkişafında xidməti olan şəxslərin mükafatlandırılması əməyimizə ölkə rəhbərliyi tərəfindən verilən yüksək qiymətdir. Bu, bizi daha da sevindirir, işimizə daha məsuliyyətlə yanaşmağa sövq edir. Bundan sonra da rayonumuzun çiçəklənməsinə, inkişafına öz töhfəmizi verəcəyik.

Uzun illərdir ki, ömrümü torpağa bağlamışam. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanSubtropikMəhdud Məsuliyyətli Cəmiyyətinə rəhbərlik edirəm. Əvvəla, onu qeyd edim ki, ölkəmizdə kəndli əməyi bütün dövrlərdə şərəfli hesab edilməklə yanaşı, həm ən yüksək diqqət hörmətə layiq görülmüşdür. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə – 70–80–ci illərdə aqrar sektorun inkişafına, kənd təsərrüfatı işçilərinin əməyinin qiymətləndirilməsinə xüsusi diqqət göstərilirdi. O dövrdə respublika rəhbərliyinin uzaqgörən siyasəti böyük səyi nəticəsində ölkəmizdə aqrar–sənaye kompleksi sürətlə inkişaf etmişdir.

Mübaliğəsiz demək olar ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan aqrar islahatların onun layiqli siyasi varisi, möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsi ölkənin kənd təsərrüfatının inkişafında da həlledici rol oynayır.

Ölkəmizdə aparılan uğurlu sosialiqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur. Dövlət başçısının “Aqrar bölmədə lizinqin genişləndirilməsi, bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” və “Aqrar sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004– il, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007–ci il, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 21 avqust 2008–ci il tarixli sərəncamları aqrar bölməyə qayğının parlaq təzahürüdür. Həmçinin ölkə Prezidentinin 25 avqust 2008–ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edir.

Ərzaq təhlükəsizliyi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə aparılan məqsədyönlü siyasət əsasən mövcud potensialdantorpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafına toxunaraq demişdir: “Kənd təsərrüfatının inkişafı ilə bağıl görülən tədbirlər öz bəhrəsini verir. Kənd təsərrüfatı 10 faizdən çox artmışdır. Əminəm ki, biz növbəti illərdə çalışıb bu dinamikanı saxlamalıyıq. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir və məşğulluğun təmin edilməsi üçün əsas sahədir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni kənd yerlərində yaşayır.

…Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istehsalında özümüzü yüz faiz təminetmə prinsipi tətbiq edilir. Yaxın illərdə biz özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edəcəyik”.

Sözsüz ki, son illərdə kənd təsərrüfatına dövlət qayğısının artması ölkəmizdə məhsul istehsalına güclü təkan verib. Odur ki, ildən–ilə məhsul istehsalı artır. Rəhbəri olduğum müəssisə tərəfindən subtropik bitkilər, əsasən də badam, zeytun, əncir, tərəvəz və digər məhsullar yetişdirərək paytaxt sakinlərinə çatdırılır.

Dövlət tərəfindən təşkil olunan kənd təsərrüfatının satış yarmarkalarında mütəmadi olaraq məhsullarımızla şəhər əhalisini təmin etmişik.

Bundan sonra da bizə göstərilən etimadı doğruldacaqişimizin öhdəsindən layiqincə gələcəyik.

 

Hüseyn SEYİDOV,

Subtropik” MMC–nin

baş direktoru,

əməkdar kənd təsərrüfatı işçisi.

 

Respublika.- 2012.- 28 dekabr.- S. 8.