TƏHSİLİN KEYFİYYƏTİ ARTIRILIR

 

Respublikamızın təhsil həyatında son illərdə əldə edilmiş nailiyyətlərulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda təhsilimiz irı addımlarla irəliləmiş, təhsil islahatları sahəsində misli görünməmiş tarixi uğurlara imza atılmışdır. Son onillikləri isə Azərbaycan təhsilinin intibahı dövrü adlandırmaq olar. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan təhsilinə, istedadlı gənclər yetişdirilməsinə böyük qayğı göstərir, pedaqoji sahənin problemlərini həll edir. Məhz ardıcıl dövlət qayğısı sayəsində yola salmağa hazırlaşdığımız 2012–ci ildə də Azərbaycan təhsilinin yüksəlişi və çiçəklənməsi üçün çox böyük işlər görülmüşdür.

Milli təhsilin müasir tələblər səviyyəsinə qaldırılması Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən və məqsədlərindən biridir. Respublikamızın iqtisadisosial sahədə nailiyyətləri çoxaldıqca gənc nəslin təlim–tərbiyəsi sahəsində də uğurlar getdikcə çoxalır, bu sahəyə dövlət qayğısı gücləndirilir. Bu gün təhsildə qazandığımız uğurlar ulu öndərimiz, ən böyük müəllimimiz Heydər Əliyevin başladığı təhsil islahatlarının nəticəsidir.

Respublikamızın hər yerində olduğu kimi, Salyan rayonunun təhsil işçiləri də 2012–2013– tədris ilində uğurları davam etdirmək əzmi ilə çalışırlar. Bu sırada rayonumuzun pedaqoji kollektivləri də öz sözlərini demişlər. Rayondakı 54 ümumtəhsil məktəbində, 15 məktəbəqədər, 5 məktəbdənkənar müəssisədə bütün proqram tapşırıqlarına dürüst əməl olunmuş, gənc nəslin təlim–tərbiyəsində əvvəlki illərdəkinə nisbətən xeyli artıq uğurlar qazanılmışdır.

Ulu öndərimiz Heydər Əliyevin bu sözlərini heç vaxt unutmuram: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Təkcə pedaqoji işçi kimi yox, bir vətəndaş kimi də düşünürəm ki, müəllim peşəsinə bundan yaxşı qiymət yoxdur. Bundan əlavə, dövlətimizin, onun rəhbəri cənab İlham Əliyevin təhsilə, gənc nəslin təlim–tərbiyəsinə, pedaqoji kadrların hazırlanmasına necə böyük və tükənməz qayğı ilə yanaşdığını görəndə adamın ruh yüksəkliyi və gələcəyə inamı daha da artır, “Təhsil haqqında” Qanun da həmin böyük işin timsalıdır. Bax elə buna görə də bizim kollektivdə müəllim peşəsinin şərəfini göz bəbəyi kimi qoruyur, daim yenilik həvəsi ilə çalışırlar. Müəllimlərimiz təcrübəli mütəxəssislər və pedaqoji fəaliyyətə bütün varlığı ilə bağlanmış insanlardır.

Ötən tədris ilində məktəblərimizdə milli kurikulumun tətbiqi uğurla davam etdirilmişdir. Təlim–tərbiyənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif məzmunlu müsabiqə və yarışların keçirilməsi sistem halını almışdır. Xüsusi istedada malik olan yeniyetmə və gənclərlə aparılan işə ayrıca diqqət yetirilir. Bu sahədə xüsusi Dövlət Proqramı ilə bağlı istedad bankı yaradılmış, istedadlı uşaqlarla mükəmməl sistemi qurulmuşdur. Bu baxımdan “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006–2010–cu illər)” sənədinin icrası ilə bağlı fəaliyyət planı ardıcıl surətdə yerinə yetirilir. Olimpiadalara hazırlıq mərkəzlərinın işi xeyli canlandırılmışdır. Şagirdlərimizin Vətənə, doğma torpağa, milli adət və ənənələrimizə, ata–babaların döyüş yoluna sədaqət, hərbi vətənpərvərlik ruhunda tərbiyəsi birinci dərəcəli vəzifələrimizdəndir. Ötən tədris ilində 52 məktəbdə Cəsurlar, 37 məktəbdə Şahin hərbi idman oyunları keçirilmişdir, bədən tərbiyəsi və idman tədbirləri kütləvi miqyas almışdır.

Buraxılış siniflərində il boyu imtahan mərkəzlərində sınaq–test yoxlamaları aparılmış, nəticələr ətraflı təhlil edilərək pedaqoji kollektivlərə çatdırılmışdır. Mərkəzləşdirilmiş qaydada aparılmış buraxılış imtahanlarında göstərilən müsbət nəticələr 90 faiz olmuşdur. Məktəblərimizi bitirmiş 668 məzun aliorta ixtisas məktəblərinə sənəd vermiş, onlardan 377 nəfəri ali məktəblərə qəbul olunmuş, 11 nəfər 600–dən, 33 məzun 500–dən yuxarı bal toplamışlar. Fikrimcə, yeni tədris ilində həmin göstəriciləri xeyli yaxşılaşdıracağıq. Salyan şəhərindəki məktəblərin, Aşağı Noxudlu, Marışlı, Aşağı Kürkənd, Arbatan, Yenikənd, Qızılağac və Yuxarı Xalac kənd orta məktəblərinin bu sahədəki işləri xüsusilə qeyd olunmalıdır.

Bu gün rayonumuzda 2400 nəfər müəllim, məktəbəqədər tərbiyə müəssisələrində 800 tərbiyəçi milli təhsilin yüksəlişinə xidmət göstərir. Onlardan 8 nəfəri “Əməkdar müəllim” fəxri adına, 3 nəfər “Tərəqqi” medalına layiq görülmüşlər. Tanınmış müəllimlərimizdən Zabil Əhmədov, Gülşən Piriyeva, Allahverdi Piriyev, Zabit Orucov, Sehranə Məmmədova, Yusif Quliyev, Sahib Fərəcov, Məhəmməd Ağayev, Ətirə Rüstəmova, Məhəbbət Dadaşovaonlarca başqaları fəxrimizdir. Təhsil işçilərimiz yaxşı bilirlər ki, ölkəmizi daha da inkişaf etdirmək, sosial–mədəni və iqtisadi vəzifələri uğurla yerinə yetirmək, firavan gələcəyi təmin etmək insanlardan asılıdır, belə insanları isə tərbiyə edib yetişdirmək gərəkdir. Onlar bu məsuliyyətli işi öz öhdələrinə götürmüşlər, təlim–tərbiyənin səviyyəsini yüksəltmək üçün tükənməz səy göstərir, pedaqoji əmək və təhsil quruculuğu ənənələrini dəyərincə yaşadırlar.

Təhsildə mühüm rol oynayan madditexniki bazanın möhkəmləndirilməsi, onun müasir avadanlıqlarla təchizatını yaxşılaşdırmaq işlərinə son illər daha çox diqqət yetirilir. Son illərdə bütün ölkədə olduğu kimi, rayonumuzda da məktəb tikintisi və təmiri sahəsində xeyli görülmüşdür. Belə ki, 13 yeni məktəb, 33 əlavə sinif otağı inşa olunmuşdur.

Bir sıra məktəblərdə uzun illərdən bəri problemə çevrilmiş istilik təminatı bərpa olunmuşdur. Ümumilikdə şagirdlərin istifadəsinə 592 kompyuter dəsti verilmiş, 52 məktəb kompyuterləşdirilmişdir.

Dünya təcrübəsinin tətbiqi, yeni pedaqoji təfəkkürün formalaşması, müasir təlim metod və texnologiyalarından istifadə və digər yeniliklər islahatın uğurla davam etdirildiyinə dəlalət edir. Azərbaycan regionların sosialiqtisadi inkişafına dair yeni Dövlət Proqramı üzrə Tədbirlər Planında qeyd olunur ki, qarşıdakı illərdə təhsil sahəsində həyata keçiriləcək tədbirlər onun strukturunun və məzmununun yeniləşməsinə istiqamətləndiriləcəkdir, əhalinin bütün təbəqələri təhsillə əhatə olunacaq, təhsilin müasirəlşdirilməsi, yeni məktəblərin inşası, onların avadanlıqlarla, informasiya texnologiyaları ilə təchizatı yaxşılaşdırılacaq, şagirdlərin pulsuz dərsliklərlə təmin edilməsi tam həllini tapacaq, məktəbəqədər təlim–tərbiyə ocaqlarının şəbəkəsi genişləndiriləcəkdir.

İI–ildən uğurlu gəlir və Salyan rayonunun iqtisadi, sosial–mədəni həyatında bunu daha aydın görmək mümkündür. Bunun isə təhsilin inkişafında çox mühüm rolu olduğunu yaxşı bilirik. Qəti bir inamla söyləmək olar ki, 2012–2013– dərs ili də bütünlükdə cəmiyyətimiz, onun fəal dəstəsi olan pedaqoji kollektivlərimiz üçün uğurlu olacaqdır.

 

 

Əbülfəz BƏDƏLOV,

Salyan Rayon Təhsil Şöbəsinin müdiri.

 

Respublika.- 2012.- 29 dekabr.- S. 7.