Türk xalqları arasında əlaqələr möhkəmlənir

 

Bu gün dünya türklərinin birləşməsi günün əsas tələbidir. XXI əsrdə biz addım–addım Türk Birliyinə doğru gedirik.

Vurğulamaq lazımdır ki, türk xalqları arasında sıx əməkdaşlığın bərqərar olmasında 2012–ci ilin sonunda fəaliyyətə başlamasının 5 ili tamam olan Azərbaycan və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) xidməti təqdirəlayiqdir. Biz bu günlərdə ATXƏM–in sədri, milli diasporumuzun təşəkkul tapmasında böyük xidmətləri olan İlham İsmayılovla görüşüb söhbət etdik. Müsahibimiz bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

 

—Azərbaycan türk dünyasının inkişafında, türkdilli xalqların inteqrasiyasında mühüm rolu olan bir ölkədir. Son vaxtlar bu istiqamətdə türk dövlət başçılarının atdığı mühüm addımlar ictimaiyyət nümayəndələrinin də aktivləşməsinə təkan verib. Azərbaycanlılar və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də bu istiqamətdə mühüm addımlar ataraq türkdilli dövlətlərlə əlaqələr yaratmaq, türk xalqları arasında mədəni, iqtisadisiyasi inteqrasiyanı sürətləndirmək, onları bir amal ətrafında birləşdirməyi öz qarşısına məqsəd qoyub. Biz fəaliyyətimizi əsasən bu istiqamətdə qursaq da, fəaliyyət prinsiplərimizdən biri də Dağlıq Qarabağ həqiqətlərini türkdilli xalqlar və onların diaspor təşkilatları vasitəsilə bütün dünyaya çatdırmaq və bu işdə onların da Azərbaycana dəstək verməsinə nail olmaqdan ibarətdir. Bu istiqamətdə təşkilatımız bir çox beynəlxalq layihələr həyata keçiribbu həyata keçirilən layihələrdə Dağlıq Qarabağ problemi bütün türk dünyasının ortaq problemi olaraq təqdim olunub. Belə ki, 2010–cu ildə Türkiyənin Ankara şəhərində Türkiyə Strateji Araşdırmalar Mərkəzi ilə birgə “Dağlıq Qarabağ probleminə türkdilli dövlətlərin dəstəyinin artırılması” ilə bağlı beynəlxalq tədbir keçirmişik. Türkiyədə fəaliyyət göstərən 150–dən çox beyin mərkəzləri, millət vəkilləri, QHT və siyasi partiya nümayəndələrinin iştirak etdiyi tədbirdə əsas məqsəd Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və bu problemin həllinə həmin mərkəzlərin dəstəyinin artırılması olub. Biz bu tədbirdə bir təşkilat olaraq Dağlıq Qarabağ problemini yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ortaq problemi olduğunu önə çəkmişik. Mərkəzimiz Dağlıq Qarabağ probleminin türk dünyasında tanıdılması işinə sistemli olaraq yanaşır. Biz 2010–cu ildə türk dünyası ilə bağlı daha bir beynəlxalq tədbiri Naxçıvanda keçirdik. Türk dünyasının akademik tibbtarix konfransı adı altında keçirilən dördgünlük tədbirdə gündəlikdə olan mövzularla yanaşı, Dağlıq Qarabağ problemi ən geniş şəkildə müzakirə olundu. Bu konfransın Naxçıvanda keçirilməsində əsas məqsədlərimizdən biri də Dağlıq Qarabağın məhz Azərbaycanın tarixi torpaqları olmasını və tarix boyu bu torpaqların yalnız Azərbaycana məxsus olduğunu bir daha türkdilli dövlətlərin diqqətinə çatdırmaq olub. ATXƏM Dağlıq Qarabağ həqiqətlərini yalnız türkdilli dövlətlərdə deyil, eyni zamanda, türkdilli xalqların diaspor təşkilatları ilə birgə əməkdaşlıq şəraitində qabaqcıl Avropa dövlətlərində tanıdılması işində də mühüm addımlar atmaqdadır. Mərkəzimiz bu istiqamətdə Avropanın siyasi paytaxtlarından hesab olunan Avropa Şurasının yerləşdiyi Fransanın Strasburq şəhərinə və Avropa Birliyinin yerləşdiyi Belçikanın Brüssel şəhərinə xüsusilə əhəmiyyət verməkdədir. Biz artıq dörd ildir ki, ənənəvi olaraq Strasburq şəhərinin mərkəzində hər il fevralın 26–da Xocalı faciəsinin tanıdılması ilə bağlı geniş mitinqlər təşkil edirik. Bu mitinqlər Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının böyük dəstəyilə hər il daha da möhtəşəm keçirilməkdədir. Mərkəzimizin beş illik fəaliyyəti ərzində ən mühüm hesab etdiyim layihələrdən biri də 2011–ci ildə təşkilatımız tərəfindən Brüsseldə Avropa Parlamentinin binasında Dağlıq Qarabağ problemi ilə bağlı təşkil etdiyimiz beynəlxalq konfrans olub. Bu konfransın əhəmiyyəti ondan ibarət idi ki, ilk dəfə Azərbaycandan bir QHT Avropa Parlamentində belə bir səviyyədə tədbir təşkil etmiş, bu tədbirə dörd nəfər Avropa Parlamentarisionlarca Avropada fəaliyyət göstərən beyin mərkəzləri rəhbərləri qatılmışdır. Konfransda Azərbaycanın bugünkü inkişafı, Cənubi Qafqazdakı önəmi qeyd edilərək, Avropa dövlətlərinin bir çox hallarda Azərbaycana ikili standartlı yanaşmaları da qeyd edildi. Bundan başqa, təşkilatımız türk dünyası ilə bağlı bir çox beynəlxalq konfranslarda iştirak edib. Dünyanın müxtəlif yerində keçirilən belə konfranslarda Dağlıq Qarabağ probleminin gündəmə gətirilməsinə və bu konfransların yekun bəyannamələrində Dağlıq Qarabağla bağlı məsələlərin ayrıca bənd olaraq salınmasına nail olmuşuq.

Təbii ki, beşillik fəaliyyətimiz dövründə də Qarabağ problemi ilə yanaşı, müxtəlif mövzuları əhatə edən onlarca beynəlxalq layihələr də həyata keçirmişik. Qısaca olaraq bildirim ki, bu layihələrin böyük bir qismi məhz türk dünyası üçün vacib olan gələcək strateji hədəflərin müəyyənləşdirilməsi ilə bağlı olub.

Son beş ilə nəzər salsaq görərik ki, bu müddət ərzində Türk dünyası ilə bağlı dövlət başçıları səviyyəsində siyasi iradə ortaya qoyulub, türk birliyinin əldə olunması üçün mühüm işlər görülüb. Xüsusilə 2009–cu ildə Naxçıvanda keçirilən Türkdilli dövlət başçılarının IX zirvə görüşündə qəbul olunan qərarlar olduqca əhəmiyyətli idi. Məhz bu zirvə görüşündə qəbul olunmuş qərarlar doğrultusunda Türkdilli Dövlətlərin Parlament Assambleyası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaranmış, əməkdaşlıqda real addımlar atılmışdır. Bir neçə ay öncə bu Şuranın ortaq bayrağının qəbul olunması isə bu birliyin tam olaraq ciddiliyini ifadə etməkdədir. Hazırda türk birliyinin qurulması üçün bütün sahələrdə işlər sürətlə davam etməkdədir. Təbii ki, bu prosesin ən vacib məsələlərindən biritürk dövlətləri ictimaiyyət nümayəndələrinin könüllü olaraq bu proseslərdə çox fəal şəkildə iştirak etmələridir. Hesab edirəm ki, ötən beş il ərzində mərkəzimiz türk dövlətləri ilə əlaqələrdə özünün Azərbaycanda sağlam bir tərəfdaş olduğunu göstərə bildi. Çünki ötən illər ərzində türk dünyası ilə bağlı ortaq layihələr həyata keçirmişikbu gün də bizimlə türk dünyasında və Avropa məkanında ortaq layihələr gerçəkləşdirmək təklifi ilə bağlı ciddi qurumlar danışıqlar aparmaqdadır. Burada bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, bu ötən dövr ərzində türk xalqları diaspor təşkilatları ilə əməkdaşlıq bizim fəaliyyət sahəmizə daxil olduğundan həmin prosesdə də müsbət nəticələrə sahib olmuşuq. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev: “Bir millət, iki dövlət” prinsipini davam etdirərək, dövlət başçısı 2007–ci ildə söylədiyi “Bir millətin iki diasporası olmaz” fikirləri bu prossesin daha da sürətlənməsinə təkan verib. Biz artıq Azərbaycanla bağlı xarici ölkələrdə, xüsusən Avropa dövlətlərində keçirilən bütün tədbirlərdə bu iki qardaş xalqların diaspor təşkilatlarını bir arada görə bilirik. Lakin hesab edirəm ki, biz bununla qane olmamalıyıq və bütün türk xalqlarının diaspor təşkilatlarının birliyinə nail olmaq üçün gələcəkdə bütün gücümüzü səfərbər etməliyik.

Türkdilli xalqları əməkdaşlığının genişləndirilməsi və Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağın işğal altında olduğunu, Ermənistanın Azərbaycana təcavüzünü bütün türk dünyasına çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Artıq “Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il Avropada möhtəşəm mitinqlər təşkil edirik. Düşünürəm ki, Xocalı faciəsinin yaxınlaşdığını nəzərə alaraq üzümüzə gələn ildə də Xocalı ilə bağlı Avropada silsilə tədbirlər və mitinqlər keçirəcəyik. Eyni zamanda, il ərzində Avropa Parlamentində Azərbaycan dövlətinin inkişafında əsas maneələrdən biri kimi Dağlıq Qarabağ problemini gündəmə gətirməyi hədəfləmişik. Bunlar Mərkəzimizin qarşısında duran, yaxın gələcəkdə həyata keçirmək istədiyimiz işlərdir. Qarşıda yeni layihələrimiz də olacaq. İnanırıq ki, türkdilli xalqların bir araya gəlməsinə və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına nail olacağıq.

Ümumiyyətlə, diasporlobbiçilik işi elə bir sahədir ki, bu məsələdə böyük maliyyə qaynaqlarının olması əsas şərtdir. Bu baxımdan yanaşsaq, ölkə xaricində yaşayan istənilən imkanlı soydaşımızın diasporlobbiçilik işinə cəlb olunması olduqca vacibdir. Torpaqlarımızın erməni işğalı altında olduğunu və Dağlıq Qarabağ həqiqətlərinin təbliğ olunmasında diasporumuzun hansı işləri görə biləcəyinə nəzər salsaq görərik ki, bu məsələdə biz həm də koordinasiya olunmuş şəkildə hərəkət etməliyik. Bilirsiniz ki, ötən il Bakıda keçirilən dünya azərbaycanlılarının üçüncü qurultayında Prezident İlham Əliyev də bu məsələlərə xüsusi olaraq toxundudiasporumuz üçün əsl hədəfləri göstərdi.

 

 

Söhbəti yazdı: Qədir ASLAN

 

Respublika.- 2012.- 30 dekabr.- S. 13.