Dəyərli monoqrafiya

 

Ötən əsrin bəlalarından biri sayılan xərçəng xəstəliyi getdikcə intensivləşməkdədir. Sonsuz sayda insan tələfatına səbəb olan bu xəstəliyin yaranma səbəbləri müxtəlifdir. Kolorektal xərçəng (KRX) mədə–bağırsaq traktının bədxassəli şişlərinin ümumi strukturunda əsas yerlərdən birini tutur. Son onilliklər ərzində bu xəstəlik də sürətlə yayılmaqdadır.

Müasir müayinə üsullarının təkmilləşdirilməsinə baxmayaraq, ilkin diaqnostika zamanı xəstələrin böyük əksəriyyətində xəstəliyin ağırlaşmış formaları aşkar edilir. KRX–in ağırlaşmaları içərisində obturasion bağırsaq keçməməzliyi birinci yerdə durur.

Bu yaxınlarda işıq üzü görmüşKolorektal xərçəng və bağırsaq keçməməzliyi (diaqnostika, əməliyyatönü hazırlıq, cərrahi taktika, reabilitasiya)” kitabında obturasion bağırsaq keçməməzliyi ilə ağırlaşmış kolorektal xərçəngin diaqnostikası, yoğun bağırsağın əməliyyata hazırlanma üsulları, cərrahi taktikanın əsas prinsipləri, yoğun bağırsağın əməliyyatdaxili dekompressiyasının və kolostomiyanın cərrahi və texniki aspektləri şərh edilmişdir. Problemin aktual aspektləri içərisində irinliseptik ağırlaşmaların kompleks profilaktikasına, kolostomalı xəstələrin reabilitasiyasına, rekonstruktiv–bərpaedici əməliyyatların optimal müddətinin və variantlarının seçilməsinə xüsusi diqqət verilmişdir.

Onu da qeyd edək ki, monoqrafiyanın müəllifi tibb elmləri doktoru, professor, Rusiya Federasiyası Cərrahlar və Koloproktoloqlar Assosiasiyalarının, NyuYork Elmlər Akademiyasının üzvü Saday Əliyevdir. Kitabın giriş hissəsində müəllif şiş etnologiyalı obturasion bağırsaq keçməməzliyinin diaqnostika və müalicəsində hələ də qalmaqda olan problemin həllinə diqqəti yönəltməyə çalışmışdır: “…onkokoloproktologiyanın müasir nailiyyətlərinə baxmayaraq, yoğun bağırsağın əməliyyata hazırlanması problemi həll olunmamış qalır. Bu problemi kolorektal cərrahiyyənin “Axilles dabanı” hesab etmək olar, çünki yoğun bağırsaqda icra olunan hər hansı əməliyyatın nəticəsi bağırsağın hazırlanmasının keyfiyyətindən çox asılıdr…”– deyən müəllifin son qənaəti isə belədir:Bütün qeyd olunanlar koloproktoloji patalogiyası olan xəstələrdə yoğun bağırsağın əməliyyata hazırlanmasının əsas prinsiplərini əks etdirən tədbirlər kompleksinin (sisteminin) və vahid metodik rəhbərliyin yaradılmasının vacibliyini sübut edir”.

Kitabın “Ön sözünün müəllifi akademik Böyükağa Ağayev monoqrafiyanın praktik əhəmiyyətindən söz açarkən yazır: “Monoqrafiyanın əsasını müəllifin işlədiyi klinikanın və özünün 30 illik təcrübəsini əks etdirən faktik materialın təhlili təşkil edirKolorektal xərçəngin ağırlaşmaları zamanı tətbiq olunan cərrahi taktikanın prinsipial əhəmiyyətli aspektləri hazırda da öz aktuallığını saxlamaqla, praktik cərrahların və koloproktoloqların diqqət mərkəzindədir. Bu baxımdan KRX–in obturasion bağırsaq keçməməzliyi ilə ağırlaşması zamanı yoğun bağırsağın əməliyyata hazırlanma üsullarının təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Professor Saday Əliyevin “Kolorektal xərçəng və bağırsaq keçməməzliyi. (Diaqnostika, cərrahi taktika, əməliyyatönü hazırlıq və reabilitasiya)” adlı monoqrafiyası onkoproktologiyanın qeyd olunan aktual probleminin həllinə həsr olunmuş elmipraktik əhəmiyyətli nəşrdir. Şübhəsiz ki, abdominal cərrahiyyənin və onkologiyanın aktual probleminə həsr edilmiş bu kitab koloproktoloqlarda, cərrahlarda və eləcə də onkoloqlarda maraq yaradacaqdır”.

 

 

Zümrüd ABDULLAYEVA

 

Respublika.- 2012.- 30 dekabr.- S. 13.