Diaspor quruculuğu sahəsində böyük uğurlar əldə olunub

 

Müstəqilliyimizin bərpasından ötən 21 il ərzində Azərbaycan Respublikası dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqisiyasi, sosialiqtisadi dayaqlarını möhkəmləndirmişdir. İnkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, habelə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.

 

31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətləridir. Hələ 1991–ci il dekabrın 16–da ümummilli liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etmişdir. Bu əlamətdar bayram ilk dəfə məhz Naxçıvanda geniş qeyd olunmuş, azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilmişdir.

Ümummilli lider 1993– ilin ortalarından etibarən ölkədə milli birliyi, vətəndaş sülhünü təmin etməklə yanaşı, Azərbaycan diasporununlobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütmüşdür. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətlərini genişləndirməsi, yerli cəmiyyətə sıx inteqrasiyası bu siyasətin prioritet istiqamətlərini təşkil etmişdir. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş Heydər Əliyev xarici ölkələrə etdiyi çoxsaylı səfərlərində diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır.

Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılması və bu işdə gənclərin geniş potensialından, imkanlarından istifadə məsələsi Heydər Əliyevi daim dərindən düşündürmüşdür. Ulu öndər müxtəlif ölkələrə rəsmi və işgüzar səfərləri zamanı Azərbaycan diasporunun təmsilçilərini ayıq olmağa, yaşadıqları yerlərdə həqiqətlərimizi geniş təbliğ etməyə çağırmışdır. 1997–ci il avqustun 29–da ali məktəblərə qəbul olunmuş bir qrup gənclə görüşən Heydər Əliyev bir daha bu məsələyə xüsusi toxunaraq deyirdi: “…Siz respublikamızı xarici ölkələrdə təmsil edən insanlar, gənclər olacaqsınız. Siz sadəcə olaraq təhsil almaqla kifayətlənməməlisiniz. Azərbaycanı ləyaqətlə təmsil etməlisiniz, ölkəmizin həqiqətlərini təhsil alacağmız universitetlərdə, ali təhsil müəssisələrində yaymalısınız, təbliğ etməlisiniz”.

Dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyətlərinin, birliklərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi zərurətini nəzərə alaraq ümummilli lider Heydər Əliyev 2001–ci il noyabrın 9–10–da Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu tarixi addım xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edərək, diaspor hərəkatının inkişafında yeni mərhələnin təməlini qoymuşdur. 2001–ci ilin noyabrında keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı azərbaycançılıq ideyalarının reallığa çevrilməsi, milli həmrəyliyin təmin olunması prosesinin əsasını qoymuş, Azərbaycan diasporunun formalaşması və inkişafının prinsipial istiqamətlərini müəyyənləşdirmiş, diaspor quruculuğu işinin dövlət siyasətinin tərkib hissəsi kimi rəsmi təsdiqləmişdir.

Ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks–hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir. Qurultaydan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə diaspor sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üçün yeni komitə yaradılmış, habelə bu sahədə fəaliyyəti tənzimləyən “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul olunmuşdur.

Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi naminə təşkilati–hüquqi tədbirlərlə yanaşı həm də mükəmməl ideolojisiyasi aparmış, soydaşlarımızın konsolidasiyası üçün azərbaycançılıq ideologiyasını önə çəkmişdir. Bu ideologiya dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixisiyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri nəzərdə tutur.

Ötən 9 ildə ümummilli liderin ideya prinsiplərinə sadiq qalan, onun formalaşdırdığı mütərəqqi ənənələri daha da inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev də diaspor quruculuğu işinə xarici siyasətin ayrılmaz hissəsi kimi yanaşır. Dövlət başçısı ilk gündən bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında maraq və mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Cənab İlham Əliyev hələ 27 iyul 2004– il tarixdə ölkə diplomatlarının iştirakı ilə keçirdiyi müşavirədə diaspor sahəsində qarşıda duran vəzifələrdən söz açmış, diplomatlarımızı xaricdəki soydaşlarımızla fəal aparmağa çağırmışdır. Dövlət başçısının vurğuladığı kimi, xaricdəki azərbaycanlıların müxtəlif ölkələrin ictimaisiyasi həyatında daha da fəal iştirakı, seçkili orqanlarda təmsil olunması, dövlət orqanlarında müəyyən vəzifələrə irəli çəkilməsi üçün səylərin göstərilməsi qarşıda duran əsas vəzifələrdən biridir.

Dövlət başçısının diqqət və qayğısı ilə ötən illərdə xaricdəki soydaşlarımızın təşkilatlanması istiqamətində fəal aparılmışdır. Həmvətənlərimizin təşkilatlanması prosesinin daha geniş vüsət almasını, milli–mənəvi, əxlaqi dəyərlərini qorumaqla bu qlobal prosesdən kənarda qalmamasını təmin etmək məqsədi ilə 2003– ildə Almaniyanın Maynts şəhərində Dünya azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilmişdir.

2004– ilin mayında qardaş Türkiyə Respublikasının İskəndərun şəhərində Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının təsis olunması da bu sahədə mühüm addımlardan olmuşdur. Türkiyədə fəaliyyət göstərən ayrı–ayrı Azərbaycan dərnəklərini, müxtəlif qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirmək yeni federasiyanın əsas məqsədlərindəndir. 2005–ci ildə isə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyası təsis edilmişdir.

2005–ci ildə Rusiya Federasiyasında “Əcnəbi vətəndaşların hüquqi vəziyyəti haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədar soydaşlarımız arasında hüquqi maarifləndirmə işinin aparılması üçün bir sıra təşkilati işlər görülmüş, ayrı–ayrı vilayətlərdə müvafiq hökumət strukturları ilə birgə tədbirlər həyata keçirilmişdir. Qazaxıstanda və Qırğızıstanda yaşayan soydaşlarımızın müraciətlərinə əsasən onların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi və başqa problemlərinin həllinə nail olunmuşdur.

2006–cı il martın 16–da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri geniş müzakirə mövzusu olmuşdur.

2007–ci ildə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu, habelə Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı bütün türkdilli xalqların həyatında mühüm hadisə olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş bu toplantılarda qəbul olunmuş sənədlər türkdilli xalqların diaspor təşkilatları arasında səmərəli əməkdaşlıq mexanizmlərinin qurulmasının istiqamətlərini müəyyənləşdirmişdir.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının 2008–ci ildəki Bakı iclasında qəbul olunmuşDünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” diasporumuzun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Xartiya dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmini, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli–mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilmişdir.

2011–ci ilin iyun ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III qurultayı ölkəmizin diasporlobbi quruculuğu sahəsində böyük uğurlar əldə etdiyini bir daha təsdiqləmişdir. Son qurultay göstərmişdir ki, Azərbaycanın davamlı iqtisadi artım tempi, Cənubi Qafqazda əsas söznüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətimizin xoşbəxt sabahına inamını artırmışdır.

Qurultayda dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz varAzərbaycan! Bizim bir dilimiz varAzərbaycan dili! Bizim ümumxalq ideologiyamız varazərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”. Qurultayda bir daha vurğulanmışdır ki, hazırda qarşımızda duran ən vacib taleyüklü vəzifələrdən biri dünya azərbaycanlılarının hər hansı bir ölkədə mühitdə yaşamaq, fəaliyyət göstərmək, özünün milli–mənəvi dəyərlərini qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə demokratik dövlətə malik xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdir. Bu gün Azərbaycanda milli birliyin həmrəyliyin qorunub saxlanılması möhkəmləndirilməsi Prezident İlham Əliyevin hər bir vətəndaşın mənafeyini əsas tutmaqla yürütdüyü məqsədyönlü siyasətinin nəticəsidir. İqtisadi, siyasi, hüquqi, mədəni digər sahələrdə həyata keçirilən siyasət hər bir vətəndaşın dövlətə olan inamını, onlarda dövlətçilik təfəkkürünü, həmrəylik duyğularını gücləndirir. Əminik ki, Azərbaycanın iqtisadi imkanları gücləndikcə, respublikamız diaspor lobbi quruculuğu sahəsində daha geniş imkanlar, habelə bu imkanlardan qaynaqlanan uğurlar əldə edəcəkdir.

 

 

Həmid Həmidov,

Sumqayıt Apelyasiya Məhkəməsinin

hakimi.

 

Respublika.- 2012.- 30 dekabr.- S. 9.