Oğuz: sürətli inkişaf davam edir

 

Şəhərə çatmağa bir neçə kilometr qalmış ikitərəfli, dördgedişli yola qədəm qoyanda, ən müasir qaydada aparılan işıqlandırmanı görəndə, bayraq meydanındakı ürəkaçan mənzərəni seyr edəndə, yenicə istifadəyə verilən istirahət parkındakı asudə vaxtını mənalı keçirəndə, Heydər Əliyev prospektindən başlayaraq, şəhərin cənubuna doğru hər addımda görülən tikinti, abadlıq işlərinin ürəkaçan mənzərəsini seyr edəndə, sukanalizasiya sisteminin yenidən qurulması barədə xoş soraqlarla qarşılaşanda bunun canlı şahidi olursan. Gündüzlər saf təbiətindən, adamların əhval–ruhiyyəsindən nə qədər zövq alırsansa, gecələr hər yanın al–əlvan işığından, oğuzluların və bura qonaq gələnlərin mənalı istirahətdən necə bəhrələndiyindən fərəhlənirsən. Səndə istər–istəməz bir əminlik yaranır ki, doğrudan da Oğuzu əsl turizm diyarına çevirmək üçün rayonun bugünkü rəhbərliyinin qarşıya qoyduğu proqram uğurla həyata keçirilir. 2012–ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş tərkibli şura iclasında dinlənilən məruzə və çıxışlardan da bu aydın göründü.

Qeyd olundu ki, “Azərbaycan Respublikası regionların sosialiqtisadi inkişafı Dövlət Proqramı”nda (2009–2013– illər) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi sahəsində Oğuz rayonunda da xeyli işlər görülmüşdür. 2012–ci ilin birinci yarısında iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 1 milyon 892,9 min manat təşkil etmişdir.

Oğuz şəhərinin Heydər Əliyev küçəsinin təmiri, abadlaşması işləri, küçənin genişləndirilməsi, divarların və su arxlarının yenidən qurulması, elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsi prosesləri davam etdirilir. S.Vurğun küçəsinin başlanğıcında salınmış yeni parkda işıqlandırma və su təchizatı sistemi qurulur və artıq park istifadəyə verilmək üzrədir. Heydər Əliyev prospektindəki mədəniyyət və istirahət parkı əhalinin istifadəsinə verilmişdir.

Şəhərin Babək küçəsində təməli 2010–cu ildə qoyulmuş Sosial Müdafiə Fondunun yeni inzibati binası yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yenə həmin küçədə təməli 2011–ci ildə qoyulmuş Oğuz rayon Maliyyə İdarəsinin yeni inzibati binasında da tikinti işləri yekunlaşmaq üzrədir. Şəhərin girişində birinci dərəcəli yolun inşası başa çatdırılmış və istifadəyə verilmişdir. Daxili imkanlar hesabına şəhərin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə gedən yola asfalt örtüyü salınmış, cənub hissəsində yaşayış binalarının yaxınlığında yeni “Xeyir–şər” evi tikilib istifadəyə verilmişdir. Şəhidlər Xiyabanında təmir–tikinti işləri yaxın vaxtlarda yekunlaşacaqdır. Sukanalizasiya sisteminin yenidən quraşdırılması işləri davam etdirilir. Rayonun kəndlərinin içməli su probleminin yaxşılaşdırılması üçünxeyli işlər görülmüşdür. Xaçmaz, Kərimli, Bayan, Muxas, Bucaq, Baş Daşağıl kəndlərində su anbarları tikilmiş, kənddaxili su xətlərinin çəkilişi başa çatmaq üzrədir.

Böyük SöyüdlüBalasumsu kəmərinin yenidən qurulması imkan verəcək ki, Qarabulaq, Astraxanovka, Sincam, Yenikənd, Yaqublu, Top və Zərrab kəndlərinin içməli su problemiaradan qaldırılsın. Padar, Yemişənli və Dəymədərə kəndlərinə içməli su xəttinin və kənddaxili şəbəkələrin qurulması üçün layihə sənədləri hazırlanır və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır. Oğuz şəhərinin şimal hissəsində Sazur və Almalıq su mənbələrində drenaj işləri başa çatdırılmış, 2 ədəd min kubmetr su anbarını sel sularından mühafizə etmək məqsədilə beton bənd tikilmişdir. Şəhər ərazisini sel sularından mühafizə etmək üçün 2 ədəd beton bəndin tikintisibaşa çatmışdır.

Oğuzda turizmin daha da inkişaf etdirilməsi üçün QumlaqXalxal yolunun yenidən qurulması işlərinə başlanılmışdır. Bu ilin sentyabr ayına kimi yolun istifadəyə verilməsi üçün güclü aparılır.

Əhalini fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək məqsədilə 2012–ci ilin birinci yarımilində müəyyən tədbirlər həyata keçirilmişdir. Aparılan tikinti və abadlıq işləri ilə əlaqədar S.Vurğun küçəsində orta və aşağı təzyiqli qaz xətlərinin yerləri dəyişdirilərək yenidən dayaqlar üzərinə qaldırılmış, Heydər Əliyev küçəsində 60 metr məsafədə yeni qaz xətti çəkilmişdir. Şəhərdə dairəvi sistemin yaradılması məqsədi ilə A.Padarlı küçəsində 585 metr məsafədə yeni orta təzyiqli qaz xətti çəkilmiş və bu işlər davam etdirilir. Altı ayda 32 yeni mənzil təbii qazla təmin olunmuşdur.

Əhalinin enerjiyə olan tələbatının ödənilməsi üçün ilin birinci yarısında 25 ədəd transformator şiti təmir olunaraq şəbəkəyə qoşulmuşdur. Şəhər ərazisində gedən abadlıq işləri ilə əlaqədar Oğuz şəhərinin girişində, Bayan Qumlaq, Tayıflı kəndlərində köhnə dayaqlar yeni dəmir beton dayaqlarla əvəz olunmuşdur.

Oğuz kənd təsərrüfatı rayonudur. Onun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı yol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsulları istehsalı da artır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi rayonun ümumi sahəsinin 36,5 faizini təşkil edir.

2012–ci ilin məhsulu üçün 17335 hektar payızlıq taxıl səpilmişdir. Hazırda məhsul yığımının qızğın dövrüdür. Keçən ilin birinci yarısına nisbətən ət istehsalı 17 ton, süd istehsalı 14 ton, yumurta istehsalı 434 min ədəd artmışdır.

Aqroservis” tərəfindən 218 ton azot gübrəsi gətirilərək kənd təsərrüfatı istehsalçılarına güzəştli qiymətlərlə satılmış, 45 ədəd yeni texnika vətəndaşlara lizinqə verilmişdir.

Torpaq islahatının ikinci mərhələsinin başa çatdırılması üçün rayonun bütün kəndlərində vətəndaşların istifadəsinə yazılan torpaq sahələrinə torpağın mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə, Şirvanlı, Kərimli, Astraxanovka və Qarabaldır kəndlərinə isə torpaq sahəsinin planı və ölçüsü hazırlanmış, dövlət qeydiyyatına alınaraq vətəndaşlara paylanmışdır. İlin birinci yarısında Oğuz şəhəri ərazisində yenidən 595 ailənin sənədləri hazırlanaraq rayona gətirilmiş və dövlət qeydiyyatına alınaraq vətəndaşlara verilmişdir.

İlin birinci yarısında 240 ailə Ünvanlı Dövlət Sosial Yardımı almışdır. Onlardan 45 ailə Oğuz şəhərində, digərləri isə rayonun kəndlərində yaşayan aztəminatlı ailələrdir. Həmin müddətdə 390 nəfər vətəndaş Məşğulluq Mərkəzinə müraciət etmiş, onlardan 364 nəfər vətəndaş qeydiyyata alınmış və 129 nəfəri işlə təmin edilmişdir.

Rayonun təhsil müəssisələrinin madditexniki bazasının möhkəmləndirilməsi, inventar və avadanlıqlarla, əyani texnikididaktik təlim vasitələri ilə təchizi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Fifilli, Sincan, Ərmənət, Dəymədərə kəndlərində yeni məktəb binalarının, Oğuz şəhərində yeni bağça binasının tikintisi uğurla davam edir.

Oğuzda müasir xəstəxana kompleksinin istifadəyə verilməsi rayon əhalisinə, göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə, əhalinin müalicə üçün başqa yerlərə getməsinin aradan qaldırılmasına böyük imkanlar yaratmışdır.

Əhaliyə göstərilən telefon rabitəsində də diqqəti cəlb edən inkişaf olmuşdur.

Şura iclasında ümumilikdə belə bir fikir vurğulandı ki, rayonda bütün sahələrdə sürətli inkişaf davam edir. Oğuzun əsl turizm məkanına çevrilməsi üçün bütün imkanlardan maksimum istifadə olunur. Çıxış edənlərdən mədəniyyət və turizm şöbəsinin müdiri Ulduz Baxışova, suvarma sistemləri idarəsinin müdiri Nizami Əhmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsinin müdiri Mübariz Paşayev rəhbərlik etdikləri kollektivlərdə görülən işlərdən söhbət açdılar.

Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov qarşıya qoyulan məqsədə çatmaq üçün bundan sonra da inamla bütün qüvvələrin səfərbər olacağını bildirdi.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

 

 

Rasim Amanov

 

Respublika.- 2012.- 24 iyul.-S.5.