Kitabxana sahəsində böyük uğurlar

 

Son illər respublikamızda hər bir sahədə olduğu kimi, kitabxana sahəsində də geniş tədbirlər planı həyata keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən kitabxanaların da işi yenidən qurulur, onların madditexniki bazası möhkəmləndirilir, kadrların seçilməsi, yerləşdirilməsi, təkmilləşdirilməsi və tərbiyə olunması sahəsində məqsədyönlü, ardıcıl aparılır.

Buya digər tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, indi kitabxana sahəsində real irəliləyiş əldə edilmiş, nümunəvi şəraiti yaradılmışdır. Müxbirimiz Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə xanım Məmmədova ilə görüşmüş, görülən işlər barədə danışmasını ondan xahiş etmişdir. Lətifə Məmmədova söhbət zamanı demişdir:

—İstər keçən il, istərsə də bu il kitabxana sahəsində böyük uğurlar əldə edilmişdir. Respublika əhəmiyyətli kitabxanaların kitab fondlarının zənginləşdirilməsi məqsədilə Rusiya Federasiyasının tanınmış kitab firmalarından dünyanın bir çox aparıcı dillərində nəşr olunan kitablar, o cümlədən, bestsellerlər alınmışdır. Nəşrlər arasında, həmçinin lüğət, ensiklopediya, oxucular tərəfindən böyük marağa səbəb olan müxtəlif sahələrə aid kitablar da vardır. F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası Volqoqrad Vilayət Uşaq Kitabxanası ilə 18 mart 2011–ci il tarixdə internet vasitəsilə telekörpü yaratmış və bu yolla qarşılıqlı təcrübəsinin aparılması planlaşdırılmışdır. Oxucuların marağını nəzərə alaraq bildirməliyik ki, son illər İsveçrənin Federal Mədəniyyət ofisinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri David Vitali Azərbaycan Respublikasının İsveçrədəki səfiri ilə keçirdiyi görüş zamanı Azərbaycanın kitabxanainformasiya sahəsinin əməkdaşlarından ibarət nümayəndə heyətini Bern şəhərində yerləşən İsveçrə Milli Kitabxanasının, Cenevrə və Sürix şəhərində yerləşən digər kitabxanaların fəaliyyəti ilə yaxından tanış olmağa və əməkdaşlıq əlaqələri qurmağa dəvət etmiş və İsveçrə Milli Kitabxanası ilə M.F.Axundov adına Milli Kitabxana arasında əməkdaşlıq Anlaşma Memorandumu imzalanmışdır.

Keçən il nazirliyin vəsaiti hesabına bir çox rayonlarda, o cümlədən, Qusar və Yardımlı rayon MKS–ləri üçün kompyuter, printerskanerkserokssair avadanlıqlar alınıb təmənnasız olaraq verilmişdir. Eyni zamanda Yevlax şəhər, Xocavənd, Zəngilan, Göygöl, Xızı, Kəlbəcər, Laçın rayon MKS–lərinin elektron kataloqu oxucuların istifadəsinə verilmişdir.

Onu da qeyd etməliyik ki, keçən ilin birinci yarısında kitabxanaların fondunu zənginləşdirmək üçün bir çox respublika əhəmiyyətli tədbirlər də həyata keçirilmişdir. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətini əks etdirən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərinə tərcümə olunmuş variantlarının M.F.Axundov adına Milli Kitabxanada geniş təqdimat mərasimi keçirilmişdir.

Avropa Şurasının MİNERVA layihəsi çərçivəsində çap edilmişNandBook on cultural wed userintection” kitabının nəşrinə hazırlıq işləri başlamışdır. Sözügedən kitab ingilis dilindən Azərbaycan və rus dillərinə tərcümə olunaraq bilinqvistik üslubda nəşr olunacaqdır.

Dövlət Proqramına uyğun olaraq “Ədəbiyyat” qəzetinin 1934–1950–ci illər üzrə çatışmayan nömrələri əldə olunmuşM.F.Axundov adına Milli Kitabxanaya təhvil verilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati və maliyyə dəstəyi ilə Azərbaycan nümayəndə heyəti “KRIM–2011″ Beynəlxalq kitabxana konfranslarının işində iştirak etmiş, dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi həyata keçirmiş, müasir dövrdə kitabxanaların avtomatlaşdırılması, kitabxanainformasiya sahəsində KPOW–how texnologiyaları, yeni xidmət növlərindən istifadə və s. mövzularda məruzələrlə çıxış etmiş, müxtəlif maraqlı “Dəyirmi masalarda, debatlarlarda, kitab təqdimatlarında fəal iştirak etmişlər.

Azərbaycan kitabxana mütəxəssisləri İ.Qaspirinski adına Krım–tatar kitabxanasının türk dünyasının aşıq poeziyasının nümayəndəsi Aşıq Ömərin anadan olmasının 390 illik yubileyi ilə əlaqədar “Şair doğulmuşam mən…” mövzusunda keçirilən tədbirdə iştirak etmişbu barədə məruzə ilə çıxış etmişlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Respublika Mədəniyyət müəssisələri işçilərinin hazırlıq və İxtisasartırma Mərkəzi, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan nümayəndə heyəti ixtisasartırma və təcrübə mübadiləsi məqsədilə Belarus Respublikasının Minsk şəhərinə ezam olunmuşburada bir çox aparıcı kitabxanaların fəaliyyəti ilə tanış olmuş, təcrübə mübadiləsi aparmışlar.

Dövlət Proqramının Tədbirlər Planının 2.2.17 bəndinə əsasən işğal olunmuş rayon kitabxanalarının vəziyyəti haqqında “Dağıdılmış sərvətlər, məhv olmuş kitabxanalar” adlı buklet çapa hazırlanmışdır. Sözügedən bukletdə erməni işğalçıları tərəfindən zəbt olunmuş Azərbaycan rayonlarında yandırılmış kitabxanalar haqqında ətraflı məlumat və fotoşəkillər öz əksini tapmışdır.

Cari ilin yarımilliyi artıq arxada qalmışdır. Görülmüş işlərin yekunu onu göstərir ki, nazirlik sistemində fəaliyyət göstərən kitabxana sahəsində çox böyük tədbirlər planı uğurla həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasına daxil olmuş “Azərbaycan–2020: gələcəyə baxış” konsepsiyasının kitabxanainformasiya bölməsinə dair təkliflər hazırlanmışdır. Konsepsiyada ölkə kitabxanalarının mövcud vəziyyəti, əldə olunmuş nailiyyətlər, kitabxanainformasiya sahəsində qəbul olunmuş Dövlət Proqramı, bu proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının icra vəziyyəti, kitabxana sahəsində qabaqcıl beynəlxalq təcrübə, 2020–ci ilədək olan dövrədək mövcud problemlərin həlli yolları, həyata keçirilməsi zəruri olan tədbirlər, perspektiv inkişaf üzrə təkliflər hazırlanmışdır.

Ümumiyyətlə, hazırlanmış sənədin layihəsində respublikanın kitabxanainformasiya sahəsinin informasiya əsri olan XXI əsrin tələblərinə uyğun modernləşdirilməsi və inkişafı, kitabxanaları təkcə qabaqcıl dünya ölkələrində yaradılmış modellərə oriyentasiya etmək yolu ilə deyil, öz bənzərsizliyinin saxlanılması və inkişaf etdirilməsi prioritet istiqamət kimi göstərilmişdir. Onu da qeyd etmək lazımdır ki, sözügedən konsepsiyaya uyğun olaraq hər bir inkişaf etmiş ölkədə “Silikon vadisi” təhsilin, elmin müvafiq sahələrinin və texnologiyaların vəhdət halında inkişaf etdiyi bir məkanı olmasından söhbət gedir. Respublikamızda belə birSilikon vadisi” Bakı şəhərində yeni inşa edilən Heydər Əliyev Mərkəzindəki kitabxananın olması təklif olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011–ci il 11 oktyabr tarixli “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturuştat vahidləri” qərarı bütünlüklə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2008–ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxanainformasiya sahəsinin 2008–2013– illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.1 bölməsində kitabxana fondlarının müasir informasiya daşıyıcıları ilə (elektron kitablar, SD,DVD) zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verilmişdir. “Azərbaycan Respublikasında kitabxanainformasiya sahəsinin 2008–2013– illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar eyni zamanda Nazirlər Kabinetinin 11 oktyabr 2011–ci il tarixli 162 saylı məlum qərarı ilə əlaqədar nazirlik tərəfindən “Nizami layihəsi” həyata keçirilmişdir. Elə bu məqsədlə də M.Seyidzadə adına uşaq kitabxana fəal–kitab mağazasında multimedia resurslarının satışı, habelə Azərbaycan, rus dillərində hazırlanmış multimedia tədris resurslarına abunə yazılışı təşkil edilmişdir.

Nazirliyin sismentinə daxil olan respublika əhəmiyyətli kitabxanaların madditexniki bazasının möhkəmləndirilməsi sahəsində də cari ilin 6 ayında əsaslı dönüş yaranmışdır. Bu məqsədlə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasına, Respublika Gözdən Əlillər Kitabxanasına, Bakı şəhəri, Sabunçu rayon MKC–yə, Quba, Masallı, Ağdam, Ucar, Qobustan, Ağsu, Cəbrayıl, Daşkəsən, Xızı, Laçın, Şuşa, Beyləqan, Füzuli rayon MKC–lərinə kompyuter, printer, skaners. avadanlıqlar əvəzsiz olaraq verilmişdir.

Fərəhlə qeyd etməliyik ki, kitabxanalar vasitəsilə respublika əhəmiyyətli tədbirlər də həyata keçirilir. Cari ilin 6 ayı ərzində Xocalı faciəsinin 20–ci ildönümü ilə əlaqədar keçirilmiş tədbir bu qəbildəndir.

Respublikamızın aparıcı kitabxanaları xarici ölkə kitabxanaları ilə daim işbirliyi qurur ki, bu da respublikada kitabxana işinin sürətli inkişafına böyük təkan verir. Qeyd etmək lazımdır ki, Azərbaycan kitabxanaları üçün zəruri olan hazır biblioqrafik tövsiyələrin Rusiya Milli Kitabxana İnformasiya Mərkəzindən (LİBNET) alınması sözügedən təşkilatla razılaşdırılmışdır.

Bundan başqa, Azərbaycan Milli Kitabxana İnformasiya Mərkəzi (AZLİBNET) yaradılmışdır. Artıq burada AZLİBNET–in veb saytı hazırlanmışdır.

Rusiya Dövlət Kitabxanası, habelə Rusiya xarici ədəbiyyat kitabxanasının rəhbərliyi və tanınmış kitabxana mütəxəssisləri respublikamızda səfərdə olmuşlar. Bu dövrdə Türkiyənin Alaniya kitabxanasına Azərbaycan, onun mədəniyyət tarixi, turizmi, adət və ənənələri, dövlətçiliyi barədə müxtəlif kitablarelektron nəşrlər göndərilmişdir.

Onu da qeyd etmək lazımdır ki, respublikamızı beynəlxalq aləmdə tanıtmaq üçün nəşr sahəsində də geniş aparılır.

Artıq “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı kitabçanın ingilisrus dillərində tərcüməsi işi həyata keçirilmişdir. Bu nəşrdə Ermənistan silahlı birləşmələrinin 1988–ci ildən başlayaraq Azərbaycana qarşı apardığı işğalçı müharibə nəticəsində zəbt olunmuş Azərbaycan torpaqlarında dağıdılmış və talan edilmiş Azərbaycan kitabxanaları, onların fotoşəkilləri, statistik məlumatlar rayonlar üzrə sistemli şəkildə verilmişdir. Bu kitab xarici ölkələrə göndəriləcək və geniş təbliğ olunacaqdır.

Akademik Yusif Məmmədəliyev: biblioqrafiya” kitabının nəşrinə hazırlıq işi gedir. Son zamanlar nazirliyin işini gücləndirmək üçün zona müşavirələrinə böyük diqqət yetirilir.

Cari ilin 6 ayı ərzində respublikamızın 5 bölgəsində zona müşavirələri keçirilmiş, bu müşavirələrdə kitabxanaların işi geniş şəkildə müzakirə edilmişdir.

Onu da qeyd etməliyik ki, bir sıra yerli icra hakimiyyəti orqanları kitabxanalara diqqəti artırmışlar. Nazirliyin tövsiyəsi ilə Beyləqan Rayon İcra Hakimiyyəti respublikada ilk təşəbbüs göstərərək 2012–ci ili rayondaKitabxanalar ilielan etmişdir. Bu təşəbbüs respublikada müsbət qarşılanmışdır. Azərbaycanın bütün şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin 89–cu ildönümünə həsr olunmuş kitab bayramı keçirilmişdir. Bütövlükdə “Kitabxanalar ilini respublika kitabxanalarının dönüş ili kimi də qiymətləndirmək olar.

 

 

Söhbəti yazdı: Zabit CAVADOV

 

Respublika.- 2012.- 20 noyabr.- S. 3.