Ölkə iqtisadiyyatında regionların rolu və əhəmiyyəti artır

 

Azərbaycanda inkişafın sistemli və məqsədyönlü həyata keçirilməsində regionların sosialiqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, yoxsulluğun azaldılması, davamlı inkişaf və digər dövlət proqramları mühüm rol oynayır. Dövlət başçısı cənab İlham Əliyevin bölgələrə mütəmadi səfərləri, infrastruktur obyektlərinin və müəssisələrin təməlyoqma və açılış mərasimlərində iştirakı, xüsusilə regionlarda sahibkarlığın inkişafı ilə bağlı müəyyən etdiyi siyasət ölkə iqtisadiyyatında regionların rolunu və əhəmiyyətini daha da artırır. Bu, hər bir rayonun potensialının reallaşmasına möhkəm zəmin yaradır. Regionların inkişafına daim diqqət, qayğı göstərən və böyük önəm verən cənab İlham Əliyev bildirib ki, regionların sosialiqtisadi inkişafı Dövlət Proqramı, hesab edirəm ki, son illər ərzində ölkəmizin hərtərəfli inkişafında əsas amillərdəndir:Bu proqram qəbul olunanda hədəflər də müəyyən edilmişdir və hədəflər müxtəlif istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə demək mümkündür ki, əsas hədəf ölkə iqtisadiyyatını şaxələndirmək idineftqaz amilindən asılılığı azaltmaq məqsədi daşıyırdı. Hesab edirəm ki, biz bu hədəflərə çatmışıq, bütün bölgələrdə quruculuq, abadlıq, infrastruktur işləri aparılır”.

 

Azərbaycanın son illər regionların inkişafı sahəsində diqqətçəkən uğurlara imza atması dövlətin bu sahədə yürütdüyü siyasətin səmərəliliyini təsdiqləyir. Təhlilçilərin fikrincə, 11 fevral 2004– il tarixli “Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafı (2004–2008–ci illər) Dövlət Proqramı və 14 aprel 2009–cu il tarixli “Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı” ötən illərdə regionların qeyriproprosional inkişafının qarşısını almağa xidmət edən mükəmməl konsepsiya kimi özünü doğruldur. Hər iki proqram çərçivəsində regionların təbii resurslarından və bölgələrdə cəmləşmiş əmək ehtiyatlarından səmərəli istifadə, yeni yerlərinin açılması, sosial problemlərin həlli, sahibkarlığın inkişafı, mövcud infrastrukturun yenidən qurulması, enerji təminatı problemlərinin həlli yerlərdə istehsal potensialını gücləndirdiyi kimi, əyalət sakinlərinin Bakıya, həmçinin digər böyük şəhərlərə doğru axınını da səngidib.

Bu dövlət siyasətinin əsasında insan amilinin durması regionlarda istehsalsosial infrastrukturun, kommunal xidmətlərlə təminatın daha da yaxşılaşdırılmasında, məşğulluğun artırılması və sosial məsələlərin həlli istiqamətində görülən işlərdə öz təsdiqini bir daha tapır. Belə ki, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi məqsədilə regionlarda infrastrukturun, o cümlədən elektrik enerjisi, qaz, su ilə təminatın yaxşılaşdırılması, yolların, körpülərin, su kanallarının tikintisi, meliorativ tədbirlərin görülməsi üçün ikinci Dövlət Proqramının qəbulundan ötən dövr ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard manat investisiya yönəldilmişdir.

Bununla yanaşı, regionlarda 450–dən çox təhsil, 100–ə qədər səhiyyə müəssisəsi tikilmişya əsaslı təmir olunmuşdur. Təkcə bu ilin 9 ayı ərzində isə regionlarda 125 məktəb, 8 uşaq bağçası, 14 səhiyyə, 13 mədəniyyət, 16 gənclər və idman obyektinin tikintisi başa çatmış, 24 məktəb, 22 uşaq bağçası, 10–dan çox mədəniyyət, səhiyyə, gənclər və idman obyektində əsaslı təmir işləri yekunlaşmış, 270–dən çox sosial müəssisənin tikintisi isə davam etdirilir.

Bölgələrdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması, qeyrineft sektorununonun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafına göstərilən dəstək, kənd təsərrüfatına subsidiyaların, vergi güzəştlərinin, güzəştli kreditlərin verilməsi, lizinqaqroservis xidmətlərinin təşkili bölgələrdə fəaliyyət göstərən sahibkarları daha da ruhlandırır. Odur ki, sahibkarlar iqtisadiyyatımıza töhfə verə biləcək layihələrin regionlarda həyata keçirilməsində inamla iştirak edirlər.

Məlumat üçün bildirək ki, regional inkişaf proqramları çərçivəsində 2004– ildən indiyədək regionlarda çalışan sahibkarlara 910 milyon manatdan çox güzəştli kredit verilib, sosial infrastruktur layihələrinin icrasına isə 90 milyard dollar vəsait qoyulub.

Eyni zamanda, regionların tarazlı inkişafı, əlverişli biznesinvestisiya mühitinin formalaşdırılması nəticəsində 2004– ildən bəri 1 milyon 100 min yeni yeri açılıb, əhalinin rifahı yaxşılaşıb, qeyrineft sektoru 2,2 dəfə artıb. 2012–ci ilin 9 ayında isə qeyrineft sektorunda artım 10,3 faiz təşkil edib.

Regionlarda sahibkarlıq subyektləri üçün yaradılmış münbit şərait nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business–2013″ hesabatına əsasən, respublikamız 185 ölkə arasında 67–ci yerdə qərarlaşıb.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi və özünütəminetmə səviyyəsinin yüksəldilməsi ən mühüm vəzifələrdən biridir. Odur ki, yaxın gələcəkdə ölkəmizin ərzaq buğdası ilə özünü təmin etməsi məqsədilə regionlarda 50–dək iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Hazırda bu layihələrin icrası istiqamətində tədbirlər həyata keçirilir. Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar sahədə özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılmasına başlanmışdır.

İlkin böyük fermer təsərrüfatlarının yaradılması layihələrinin bu bölgədə həyata keçirildiyini vurğulayan dövlət başçısı cənab İlham Əliyev bildirib ki, Ağcabədi və Beyləqan rayonlarında iri fermer taxılçılıq təsərrüfatları fəaliyyətə başlamışdır: “Biz bu layihələrə böyük ümidlərlə yanaşırıq. Çünki bu layihələr pilot layihələrdir.

Bu təcrübənin uğurlu nəticələri, əlbəttə, hesab edirəm ki, bu istiqamətdə atılacaq yeni addımlara gətirib çıxaracaqdır. Mən əminəm ki, təcrübə uğurlu olacaqdır. Gələn il biz bu təcrübənin ilkin nəticələrini görəcəyik. Həm məhsuldarlıq böyük dərəcədə artmalıdır, bəlkə də artıq məhsuldarlıqdan iki dəfə çox olmalıdır. Eyni zamanda, yeni əkin sahələrinin dövriyyəyə buraxılması da ərzaq təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayacaqdır”.

Kənd təsərrüfatı ilə bağlı və sahibkarlar qarşısında duran əsas məsələ ərzaq təhlükəsizliyimizi tam şəkildə daxili resurslar hesabına təmin etməkdir. Bu, dövlət siyasətinin qarşıya qoyduğu hədəfdir.

 

 

Şükür Əlizadə

 

Respublika.- 2012.- 24 noyabr.- S. 1.