| Tanınmış alim, sevimli müəllim və yorulmaz ziyalı

 

Azərbaycan Tibb Universiteti qidalanmakommunal gigiyena kafedrasının professoru, tibb elmləri doktoru Maqsud Qasımovun adı təkcə səhiyyə, elm sahəsində deyil, həmçinin qəzet oxucuları, televiziya tamaşaçıları, bütövlükdə isə geniş ictimaiyyət arasında yaxşı tanınır. Azərbaycan səhiyyəsinin inkişafında, tibbi kadrların yetişdirilməsində xidmətləri olan, qidalanma, kommunal gigiyena, sağlamgümrah yaşamaq, uzunömürlü olmaq, ekoloji tarazlığı və yaşıllığı qorumaq, zərərli vərdişlərdən (siqaret, alkoqollu içkilər, narkomaniyas.) kənar duraraq bədən tərbiyəsi ilə müntəzəm məşğul olmaq, paytaxt Bakıda və digər şəhərlərdə əhalinin istirahətinin təşkili və digər mövzularda onlarca elmi əsərin, monoqrafiyanın müəllifi olan professorun 80 yaşı bu günlərdə tamam olur.

 

M.Qasımov 1932–ci il noyabr ayının 21–də Qərbi Azərbaycanın Zəngibasar mahalının Zəngilər kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsi illərində 12 yaşında ikən əmək fəaliyyətinə başlamış və rayon mərkəzindəki (keçmiş Uluxanlıda) orta məktəbi bitirmişdir. Oxumağa böyük həvəsi olan Maqsud ali tibbi təhsil almaq üçün Bakıya gəlmişdir.

1956–cı ildə M.Qasımov Azərbaycan Tibb Universitetini bitirdikdən sonra onu təyinatla Tacikistan Respublikasına işə göndərirlər. Gənc Maqsud Tacikistanda çalışdığı 1956–1966–cı illərdə özünü bacarıqlı həkim, yaxşı təşkilatçı kimi göstərdiyindən istər camaat, istərsə də dövlət adamları arasında hörmət qazanmışdır. Maqsud Qasımov və onun azərbaycanlı həmkarları Tacikistanda işləyərkən qardaş respublikada səhiyyənin təşkili və inkişafı yolunda müstəsna əmək sərf etmişlər.

Bu illər ərzində o, Tacikistan Respublikasının Moskovski rayonunda əvvəl SanitarEpidemioloji Stansiyasının baş həkimi, sonra rayon səhiyyə şöbəsinin müdiri və həmin rayonun baş həkimi vəzifələrində çalışmışdır.

1965–ci ildə praktiki işdən ayrılmadan Tacikistan Elmlər Akademiyasının Ölkə Patalogiyası İnstitutunun rəhbərliyi ilə Tacikistan Respublikasının cənub rayonlarında kolxozçuların qidalanmasının səmərələşdirilməsi mövzusunda elmi aparmış və nəticədə AlmaAta Tibb İnstitutunun Elmi Şurasında namizədlik dissertasiyası müdafiə etmişdir.

Maqsud həkimin Tacikistanda qazandığı təcrübə və təşkilatçılıq səriştəsi öz doğma respublikasında ona, tutduğu bütün vəzifələrdə çox gərəkli olmuşdur. 1966–cı ildə Vətənə qayıdan M.Qasımov Azərbaycan Tibb Universitetinin ümumi gigiyenaqidalanma gigiyenası kafedralarında işləmişdir.

1970–1980–ci illər Bakı şəhərinin baş sanitar həkimi vəzifəsinə keçirilmişo bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. Şəhər Sanitariya Epidemiologiya Stansiyasında çalışaraq eyni zamanda Tibb Universitetinin qidalanma gigiyenası kafedrasında müəllim kimi fəaliyyətini davam etdirmişdir.

O illərdə SSRİ–də, o cümlədən Azərbaycan Respublikasında təhlükəli infeksiya olan karantin xəstəliklərindən – vəba xəstəliyi yayılırdı. Şəhər əhalisinin su təchizatı, çirkab suların münasib olmayan yerlərə axıdılması, məişət tullantılarının vaxtında təmizlənməməsi, ticarət şəbəkələrinin sanitariya qaydalarına uyğun işləməməsi, yeyinti məhsullarının istehsalında yol verilən sanitariya qaydalarının kobud şəkildə pozulması, ətraf mühitin, atmosfer havasının, torpağın, Xəzərin çirklənməsi məsələləri üzərində sanitariya nəzarəti problem şəkildə qarşıda dayanırdı.

Bu problemlərin həlli məsələləri Maqsud Qasımov tərəfindən sistematik şəkildə yerli icra orqanları qarşısında qoyulurdu. Müzakirələr aparılırdı və yerli hökumət orqanları tərəfindən bu məsələlərin çoxu öz müsbət həllini tapdı.

M.Qasımovun inadkarlığı şəhər və rayon sanitariya epidemioloji stansiyalarının rəhbərliyinin fəaliyyətində öz əksini tapdı. Mədə–bağırsaq, o cümlədən vəba xəstəliyinin yayılmasının qarşısı alındı.

O, 1980–1994– illərdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş həkim vəzifəsində çalışmışdır. Maqsud Qasımov akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunarkən buraya ilk növbədə tanınmış həkimləri dəvət etməklə bu tibb müəssisəsini respublika miqyasına çıxartdı. Respublikanın bütün rayonlarından ən ağır xəstələr, sanitar aviasiyası vasitəsilə təcili xəstəxanaya gətirilir, onlara yüksək səviyyədə tibbi yardım göstərilir və əsasən uğurla müalicə olunurdular.

1993– ildən tibb elmləri doktoru, 1997–ci ildən Tibb Universitetinin qidalanmakommunal gigiyena kafedrasının professorudur.

1994–1997–ci illərdə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, respublikanın baş dövlət sanitariya həkimi olmuşdur. O, 1997–ci ildən 2011–ci ilədək Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru vəzifəsində uğurla çalışmışdır.

Alimin vətən qarşısında ən ali xidmətlərindən biri də 1988–1993– illərdəki fəaliyyətidir. Erməni faşistlərinin Azərbaycanın əzəli ərazisinə təcavüzü nəticəsində baş verən Qarabağ müharibəsində xalqımızın igid övladları şəhid olur və yaralanırdılar. Maqsud Qasımovun baş həkim olduğu Klinik xəstəxananın bütün əməkdaşları döyüş bölgəsindən olan hər bir telefon zənginə böyük həssaslıq və məsuliyyətlə cavab verir, sanitar aviasiyası ilə yüngül yaralılara yerindəcə tibbi yardım göstərir, ağır yaralıların isə vertolyotla Bakıya gətirilməsini təşkil edirdilər. Klinik xəstəxana bir növ cəbhə bölgəsinin hospitalına çevrilmişdi. Bu humanist və mən deyərdim ki, əsl vətənpərvərlik missiyasını M.Qasımov yüksək məsuliyyətlə yerinə yetirir, çox vaxt gecələr də yerində növbə çəkirdi.

M.Qasımov Bakı şəhər əhalisi aqlomerasiyasının rekreasiya cəhətdən təmin edilməsi mövzusunda doktorluq dissertasiyasını başa çatdırmış və həmin əsər çap olunaraq (1996) geniş oxucu kütləsinə təqdim edilmişdir. Sonradan alim bu mövzu üzərində tədqiqatlarını davam etdirərək 2007–ci ildə “Abşeron yarımadası əhalisinin rekreasiya təminatı”(yenidən işlənmiş və əlavələr edilmiş ikinci nəşri) kitabını çap etdirmişdir.

M.Qasımov oz tədqiqatında yalnız Bakı şəhəri ərazisini deyil, həm də Xəzərin Azərbaycan sahillərini, alçaqorta dağlıq hissəsini əhatə etmişdir. Onun bu əsəri geniş oxucu kütləsinin, o cümlədən də Böyük Britaniya Lordlar Palatası üzvünün marağına səbəb olmuşdur. O, 1998–ci il dekabr ayının 16–da möhtərəm Heydər Əliyevə ünvanladığı məktubda M.Qasımovun kitabından aldığı elmi informasiyaya istinad edərək Azərbaycanın şərq regionunda dünyanın diqqətini çəkəcək bir kurortturizm kompleksinin inşasına başlamaqbu məqsədlə xarici investorları da bu işə cəlb etməyə hazır olduğunu bildirmişPrezidentimizin onu qəbul etməsini xahiş etmişdir.

Məktubun məzmununda göründüyü kimi, alim M.Qasımovun apardığı elmi–tədqiqat işi faktik materiallarla zəngin olmaqla yanaşı orada elmi–nəzəri və xüsusilə praktiki ümumiləşdirmələr də özünə yer tapmışdır.

Ümumi dietologiyanın əsasları” (M.Qasımov və K.Qasımova. Bakı, 1996) dərsliyi, Azərbaycan kulinariyası əsasında yazılmış “Dietik yeməklər” kitabı tibb elminin uğurlarındandır (M.S.Qasımov, K.A.Qurbanov və K.Q.Qasımova. Bakı, 1995). Bundan əlavə, Maqsud Qasımovun “Oxuyundüşünün” adlı elmi–kütləvi əsəri də (Bakı, 1991) oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən ürək qandamar sistemi, şəkərli diabet, qalxanvarı vəzin funksiyasının pozulması xəstəliklərində pəhriz, Azərbaycan milli mətbəxində pəhriz, qidalanmağa aid kitabları – Azərbaycan və rus dillərində, 2004– il Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərslik kimi qrif verilmişdir və kütləvi şəkildə nəşr olunaraq respublikada yayılmışdır. Bundan başqa, Səhiyyə Nazirliyinin tapşırığı əsasında Maqsud müəllim bir qrup gigiyenistlərin və səhiyyə təşkilatçılarının iştirakı ilə, bu gün respublikamızda çox böyük əhəmiyyətə malikSahibkarlar üçün sanitariyagigiyena qaydaları” (metodik tövsiyələr) adlı kitab nəşr etdirmişdir, (Bakı 2009–cu il). İnsanların sağlamlığına xidmət edən bu əsərlər Azərbaycanın tibb elminə dəyərli töhfədir. O, Azərbaycan mətbəxində bitki yağlarının geniş miqyasda istifadə edilməsinə nail olaraq sağlam qidalanmanı təbliğ etmişdir.

İnsan üç təsadüfdən — qəflətən əsəbiləşməkdən, qəflətən yıxılmaqdan və soyuqdəymədən özünü ciddi qorumalıdır. Maqsud həkim onların hər birinə aid öz məsləhətini verir. “Dietik yeməklər” kitabında məqsədyönlü qidalanmanın elmi əsaslarından, müalicə qidalanmasının təşkilindən, ayrı–ayrı xəstəliklər zamanı qidalanmanın yollarından söhbət açılır.

Bu əsəri oxuyarkən istər–istəməz T.A.Axatranovanın “Erməni mətbəxi” (Rostov, 2001) adlı kitabı yada düşür. Burada Azərbaycanın küftəsi, bozbaşı, dolması, plovu, kababı, pitisi, xaşı, nankor ermənilərin adına çıxılır. Bu kitab böyük tirajla çap edilərək dünyaya yayılandan sonra biz birya bir neçə məqalə ilə onların dediklərini inkar edərək və bununla öz vəzifəmizi bitmiş hesab edirik. Halbuki biz Azərbaycan kulinariyasına aid bir neçə (özü də müxtəlif dillərdə) sanballı kitab yazıb milli mətbəximizi dünyada təbliğ etməklə xörəklərimizi oğurlayıb öz adlarına çıxanları yerində oturda bilərik. Özübu işə kampaniya kimi baxılmamalı, ideoloji mübarizə ardıcıl, qətiyyətli və həmişə aparılmalıdır.

Alimin həyat bioqrafiyasında təcrübə işi ilə elmi axtarışlar həmişə birbirini tamamlayır. 5 elmi monoqrafiya, 14 tədris vəsaiti, kitabı, 5 dərslik, 160 elmi əsərin müəllifıdir. Əhalinin sağlam həyat tərzi uğrunda çoxsaylı problemlər qaldırmış, elmi–təcrübi yollarını göstərməklə onların həllinə nail olmağa çalışmışdır.

M.Q.Qasımovun bilavasitə rəhbərliyi və köməkliyi ilə onlarca həkim doktorluq, namizədlik dissertasiyası müdafiə etmişonlar indi ölkəmizin bir sıra elmi–tədqiqat, təcrübi idarə və müəssisələrində fəaliyyət göstərirlər. O, səhiyyə sahəsində uzun illər göstərdiyi xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı”, “Xalqlar dostluğu”, “Şərəf nişanı” ordenləri, 12 “Əmək rəşadəti” medalı, akademik Y.Məmmədəliyev adına medalmükafat, Hacı Zeynalabdin Tağıyev fəxri diplomu və Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Alim işlədiyi mövzulara, qaldırdığı problemlərə bir qayda olaraq zamanzaman təkrar qayıdır, onu daha da dolğunlaşdırır, müasirləşdirir. “100 il son hədd deyil” (rus və Azərbaycan dillərində), “Sağlam həyat tərzi uğrunda” və başqa sanballı kitablar bu qəbildəndir.

Alimin həyatında və siyasi fəaliyyətində Yeni Azərbaycan Partiyası olduqca mühüm yer tutur. 1990–ci ilin qanlı Yanvar hadisələrindən sonra KP biletindən imtina edən və onu yandıran Maqsud Qasımov və onun həkim kollektivi Respublika kliniki xəstəxanasında bitərəf qalmışdılar. Bəs hansı partiyaya üzv olmalı sualı gündəmə çıxmışdı. Bu vaxt ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda Yeni Azərbaycan Partiyası (21 noyabr 1992–ci il) yarandı. 1993– ilin yanvarında Maqsud Qasımov və onun rəhbərlik etdiyi kollektivdən (50 nəfəri) YAP sıralarına qoşuldu. Beləliklə, Yasamal (o vaxt Oktyabr rayonu adlanırdı) rayonunda YAP–ın özəyi yaradıldı və Maqsud müəllim bu özəyin ən fəallarından idi. İndisöz düşəndə M.Qasımov deyir ki, axı 21 noyabr YAP–ın yarandığı gün, həm də mənim doğum günümdür.

O, 1997–ci ildə Respublika Taun Əleyhinə Stansiyaya direktor təyin olunanda burada YAP–ın ilk təşkilatı hələ yox idi. Maqsud müəllimin təşkilatçılığı və təbliğatı sayəsində ilk iclasda 34 nəfər bu partiyaya üzv qəbul edilir. Odur ki, M.Qasımov bu günlərdə 20 illik yubileyini qeyd edən YAP–ın təntənəli tədbirini, bu mərasimdə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevin nitqini böyük diqqətlə dinləmiş və bunu bundan sonrakı siyasi fəaliyyəti üçün əsas proqram sənədi kimi qəbul etmişdir.

Tanınmış alimin elmi fəaliyyəti respublikanın hüdudları ilə məhdudlaşmır. Respublika Taun Əleyhinə Stansiyaya rəhbərlik etdiyi 14 il (1997–2011) ərzində dəfələrlə ABŞ–abir sıra Qərb dövlətlərinə səfər edib. Respublikamızda bioloji təhlükəsizliyin azaldılması ilə bağlı ABŞ–da müəyyən dairələrlə danışıqlar aparıb, seminarlarda iştirak edib, məruzələr söyləyib, çıxışları həmin ölkənin KİV–lərində çap olunub. Bütün bunlar respublikamızın Səhiyyə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi arasındakı qarşılıqlı anlaşma protokoluna əsasən həyata keçirilib. Yeri gəlmişkən qeyd edək ki, bioloji təhlükəsizliyə qarşı mübarizədə həyata keçirilən tədbirlər ABŞ–ın proqramına əsaslanır.

M.Qasımov tam 10 il (2001–2011) MDB–yə daxil olan ölkələrin sərhədlərinin Sanitar Mühafizəsi Şurasında respublikamızı ləyaqətlə təmsil edib. Bu müddətdə o, Rusiyanın paytaxtı Moskvada və digər bir sıra şəhərlərində, o dövr üçün MDB üzvü olan Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda, Rusiyanın Saratov, SanktPeterburq, Stavropols. vilayətlərində, Türkmənistanda və digər ölkələrdə səfərlərdə olub respublikamızı təmsil etmişdir.

Alim Türkiyə Qidalanma Mərkəzinin dəvəti ilə 2 dəfə bu ölkəyə səfər edərək 55 ölkənin iştirak etdiyi beynəlxalq “Yemək” konfransında iştirak və çıxış edib. Qeyd edək ki, bu tədbir Türkiyədə hər 4 ildən bir dövlət səviyyəsində keçirilir.

Alim artıq 20 ildən çoxdur ki, Respublika Ağsaqqallar Şurasının fəal üzvüdür. Bu illər ərzində ölkənin 30–dan çox inzibati rayonuna ağsaqqallarla birgə səfər edib, 500–dən artıq məktəbdə görüş keçirib. 2006–2007–ci tədris ilindən orta ümumi təhsil məktəblərində gigiyenadan təhsil–metodik tövsiyələr təhsil naziri tərəfindən respublika təhsil şöbələrinə tapşırılmışdır. Başlıca məqsəd müstəqil dövlətimizin, onun banisi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu, strateji xətti əhaliyə təbliğ etməkdən ibarət olub. Son illər isə dövlət başçısı cənab İlham Əliyevin bu siyasəti uğurla davaminkişaf etdirməsi, ölkənin birinci xanımı, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mədəniyyətimizə, milli dəyərlərə, təhsilin və səhiyyənin inkişafına göstərdiyi qayğı və diqqət bu görüşlərin başlıca mövzularıdır.

 

Aydın MƏMMƏDOV,

Azərbaycan Dövlət Tibb

Universitetinin tibbi profilaktika

tibbi biologiya fakültəsinin

dekanı, tibb üzrə fəlsəfə doktoru.

 

Bayram YUSİFOV,

Respublika Ağsaqqallar

Şurasının sədr müavini.

 

Respublika.- 2012.- 25 noyabr.- S. 5.