| Saatlı: bütün sahələrdə dinamik inkişaf göz qabağındadır

 

Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq–quruculuq işlərinin miqyası ildən–ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir. Qurban Bayramı günlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Saatlı rayonuna növbəti səfəri zamanı bu bölgənin sürətli inkişafı bütün xalqımız tərəfindən xüsusi maraq və diqqətlə izlənildi. Dövlət başçımız rayonda tikintisi yenicə başa çatmış Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının, Gənclər Mərkəzinin, Şahmat məktəbinin, Tarix–Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının, Saatlı–Musalı–Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün açılışında iştirak etmişdir.

 

Əsaslı şəkildə yenidən qurulan Saatlı Rayon Mərkəzi Xəstəxanası ilə tanışlıq zamanı mərasim iştirakçıları qarşısında çıxışında dövlət başçımız Saatlıda son illərdə aparılan abadlıq–quruculuq işlərini yüksək qiymətləndirmişdir:Bu gün mən Saatlı rayonunda bir neçə obyektin açılışında məmnuniyyətlə iştirak etmişəm. Bu obyektlər bir daha göstərir ki, Saatlı rayonu hərtərəfli inkişaf edir. Bu gün Diyarşünaslıq Muzeyinin, Gənclər Mərkəzinin, Şahmat məktəbinin, Yeni Azərbaycan Partiyasının yeni binasının açılışlarını qeyd etdik. Yəni bu açılışlar özlüyündə bir göstəricidir. Rayonun inkişafını göstərir, rayon gözəlləşir, abadlaşır. Mərkəzi meydan tamamilə yeni görkəm alıbdır və böyük istirahət zonasına çevrilibdir. Mən xatırlayıram, bu meydanın əvvəlki vəziyyəti o qədər də ürəkaçan deyildi. Amma indi insanların istirahəti, rahat yaşaması üçün ən gözəl şərait yaradılıbdır. Mənim sərəncamımla artıq bir neçə kəndi birləşdirən yeni yol tikilibdir. Yenə də buna ehtiyac vardır. Gələn aylarda əlavə vəsait ayrılacaqdır. Yəni insanların normal yaşaması üçün tədbirlər görülür və Saatlı rayonu inkişaf edir. Mən dəfələrlə Saatlıda olmuşam, bu, prezident kimi mənim dördüncü səfərimdir. Hər dəfə burada yenilikləri görəndə çox sevinirəm”.

Saatlılılarla görüşü zamanı Prezidentin dediyi bu sözlər rayon sakinlərində xoş ovqat yaratdı. Saatlı doğrudan da son illərdə dinamik inkişaf yolundadır. Rayon sakinlərinin bu ilin 9 ayında əldə etdiyi göstəricilər sürətli inkişafa ən yaxşı nümunədir.

2012–ci ilin doqquz ayında Saatlı rayonunun sosialiqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun hesabat məruzəsi əsasında əməkdaşımızın hazırladığı qeydləri dərc edirik.

Danılmaz həqiqətdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük idarəçilik məharəti və siyasi səriştəsi sayəsində ölkəmiz hərtərəfli və dinamik inkişaf yoluna çıxmışdır. Dövlət başçımız tərəfindən sosial məsələlərin həlli, habelə regionların sosialiqtisadi inkişafı dövlət proqramlarının icrası daim diqqətdə saxlanılmışdır. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında regionlara etdiyi səfərlərin əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, Azərbaycan Prezidenti kimi regionlarda vəziyyətlə şəxsən tanış olur, əlavə göstərişlər verir və lazım olan vəsaitləri ayırır. Bu işlərdən razılığını ifadə edən ölkə başçısı bölgələrdə canlanma, inkişaf olduğunu, infrastruktur layihələrinin icrasını, yeni yerlərinin açılmasını qeyd etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 11 may 2011–ci il tarixli 1497 saylı sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Heydər Əliyev prospektində genişhəcmli abadlıq işləri görülmüş, Tarix–Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası üçün birgə yeni binanın və Şahmat Məktəbinin tikintisi aparılmışdır. Müasir memarlıq üslubunda inşa edilən Şahmat məktəbi 2 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 521 kvadratmetrdir.

Diqqətçəkən işlərdən biri də Heydər Əliyev Mərkəzinin yenidən qurulması, Gənclər Mərkəzinin tikilib başa çatdırılması və Olimpiya İdman Kompleksinin təməlinin qoyulması olmuşdur. Heydər Əliyev Mərkəzinin sahəsi 216 kvadratmetrdən 400 kvadratmetrə çatdırılmışdır. Binada muzey zalı, konfrans zalı, işçilər üçün inzibati otaq, direktor otağı vardır. Binanın fasaddaxili hissələri bütünlüklə keyfiyyətli mərmər və gülbaxaqlay daşlarla milli memarlıq üslubunda, müasir tərtibatda yenidən qurulmuşdur. Muzey zalında ulu öndərin büstü qoyulmuş, tərtibat işləri yeniləşdirilmiş, ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı stendlər yenidən qurulmuş, binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 may 2011–ci il tarixli 1498 nömrəli sərəncamına əsasən tikintisinə başlanılmış və oktyabr ayında başa çatdırılmış Gənclər Mərkəzi də 2 mərtəbədən ibarət olmaqla unikal bir memarlıq işidir.

Hesabat dövründə rayonun daxili imkanları hesabına tikilib başa çatdırılan YAP Saatlı rayon təşkilatının yeni inzibati binasının da görülən işlər sırasında özünəməxsus yeri vardır. 2 mərtəbədən ibarət olan binanın ümumi sahəsi 432 kvadratmetrdir.

Abadlıq işləri davam etdirilərək Saatlı şəhərinin küçələrinə, döngə və dalanlarına 17 min kvadratmetr asfalt örtüyü vurulmuş, 47300 kvadratmetr sahə isə qum–çınqıl materialı ilə təmir edilmiş, Heydər Əliyev prospekti boyunca köhnə hasarlar sökülmüş, mişardaşından yeni hasarlar tikilmiş, aqlay plitələrdən və bəzək elementlərindən istifadə olunmaqla üzlənmişdir. Eyni zamanda prospektin sağsol hissələrində səkilərə 2100 kvadratmetr üzlük bəzək plitələri döşənmiş, yol boyu 1400 ədədə yaxın yeni bordür qoyulmuşdur.

Ulu öndərin adını daşıyan parka və Gənclər küçəsinə 7300 kvadratmetr yeni üzlük plitələr döşənmişdir. Əhalinin istirahətinin səmərəli təşkili üçün 2 ədəd yeni fəvvarə kompleksi inşa edilmiş, 76 ədəd müasir oturacaqpark ərazisində təmizliyin saxlanması üçün yeni zibil qutuları qoyulmuşdur.

Heydər Əliyev prospektində “Şəhidlər” abidə kompleksi yeni tərtibatda qurulmuş, “31 mart–Azərbaycanlıların soyqırımı” abidəsi tikilmiş, yeni salınmış parkda müasir işıqlandırma sistemi qurulmuş, əraziyə üzlük plitələr döşənmiş, həmin ərazilər dekorativ ağaclargül kolları ilə yaşıllaşdırılmışdır. Bundan əlavə, Heydər Əliyev parkına 100 ədəd, şəhərin Heydər Əliyev prospektinə və C.Cabbarlı küçəsinə isə 82 ədəd işıq dirəkləri qoyularaq müasir görkəmdə işıqlandırma sistemi təmin olunmuşdur. Xətai küçəsində birmərtəbəli, 12 mənzilli yaşayış binasının üst örtüyü dəyişdirilərək yenidən qurulmuşdur. Şəhər ərazisində aparılan genişhəcmli təmizlik işlərinin qorunub saxlanması üçün rayon icra hakimiyyətinin səyi ilə Yaşıllaşdırma İdarəsinə 2 ədəd yeni məişət tullantıları daşıyan maşın gətirilmişdir.

2012–ci ilin doqquz ayında rayonda təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri istiqamətində Arif Ağayev adına 80 şagird yerlik Sarıcalar kənd ümumi orta məktəb binası, Mehman Ağayev adına 180 şagird yerlik Saatlı şəhər 2 saylı ümumi orta məktəb binası, Əyyub Quliyev adına 120 şagird yerlik Genişkənd ümumi orta məktəb binası istifadəyə verilmiş, Tofiq İsmayılov adına 542 şagird yerlik Mircəlalkənd tam orta məktəb binasının bərpa–gücləndirilməsi və Saatlı şəhər 90 yerlik uşaq bağçası–körpələr evinin əsaslı təmir işləri başa çatdırılmışdır. Adil Çaxoyev adına 1176 şagird yerlik Fətəlikənd tam orta məktəb binasının bərpa–gücləndirilməsi, M.Əzizbəyov adına 1050 şagird yerlik Saatlı şəhər 2 nömrəli tam orta məktəbinin əsaslı təmiri işləri aparılır.

Bundan əlavə, Əliabad kənd 180 şagird yerlik və Qıraqlı kənd 220 şagird yerlik ümumi orta məktəblərin tikintisinə başlanılmış, Fətəlikənd uşaq bağçası və körpələr evinin binasında isə bərpa–gücləndirmə işlərinə yaxın günlərdə başlanacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 30 mart 2010–cu il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına 2010–cu ilin may ayında 126 çarpayılıq MRX–nın əsaslı təmir işlərinə başlanılmış və hazırda işlər başa çatdırılmışdır. Xəstəxananın əsas binası, poliklinikainfeksion korpuslar, eyni zamanda mətbəx, camaşırxana əsaslı təmir olunmuş, istilikqazanxana, sukommunikasiya, dəmir–beton kanalizasiya sistemləri qurulmuşdur.

Mərkəzi Rayon Xəstəxanası yeni avadanlıqlarla və tibbi ləvazimatlarla təmin edilmişdir.

Hacıqabul–Bəhramtəpə–Mincivan magistral avtomobil yolunun 63 kilometrliyinin sağ hissəsində Yanğınsöndürmə Deposu, Gənclər küçəsində Saatlı rayon “Mətbuatyayımı” şöbəsinin yeni ofis binası, Heydər Əliyev prospektində rayon Statistika idarəsinin yeni ikimərtəbəli inzibati binası, şəhər mərkəzində Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət kompyuter terminalı tikilərək istifadəyə verilmişdir. Rayon Telekommunikasiya Qovşağının inzibati binasının fasad hissəsinin alkopon materialı ilə üzlənməsi işləri aparılaraq inzibati binada təmir işləri başa çatdırılmış, həyətyanı sahədə abadlıq işləri görülmüşdür. Maliyyə idarəsinin inzibati binası müasir səviyyədə əsaslı təmir olunaraq, yeni inventar və avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir.

Saatlı–Musalı–Məzrəli avtomobil yolunun Araz çayı üzərindən keçən hissəsində 1996–cı ildə tikilmiş, qəzalı vəziyyətdə olan 238 poqometr uzunluğunda dəmir–beton körpü rayon icra hakimiyyətinin təşəbbüsü ilə “Azərkörpü” ASC tərəfindən əsaslı təmir edilmişdir. Smeta dəyəri 3,5 milyon manat olan 7 aşırımlı körpüdə piyada keçidlər düzəldilmiş, körpünün işıqlandırılması təmin edilərək körpüdə asfaltlaşdırma işləri görülmüşdür.

Saatlı şəhərinin mərkəzində olan Heydər Əliyev parkının ərazisi genişləndirilərək abadlıq və yaşıllaşdırma işləri yüksək keyfiyyətlə aparılmışdır. Hazırda da parkda həmişəyaşıl, dekorativ ağaclar, gül kolları əkilir və yaşıllıq zolaqları salınır.

Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli xammallarehtiyatlar nəzərə alınmaqla adamları və sahibkarların cəlb olunması ilə qeyri–dövlət sektorunda inkişafa hərtərəfli şərait yaradılmışdır. Hazırda rayonda 600 hüquqi, 3402 fiziki şəxs kiçikorta sahibkarlıqla məşğul olurlar. Əlisoltanlı kəndində əyiricilik fabrikinin tikintisi 2011–ci ilin ikinci rübündən etibarən dayandırılaraq fabrikin ərazisinə rayonun Qıraqlı kəndi ərazisində yerləşən “ÇTS–Aqro” MMC–nin pambıq emalı zavodunun avadanlıqları köçürülərək müəssisənin fəaliyyəti təmin edilmişdir. 2012–ci ilin doqquz ayında 645 yeni yeri yaradılmışdır ki, bundan 350 yeri daimidir. Məhsul istehsalının həcminin yüksəlməsi, əməkhaqlarının, pensiya və müavinətlərin artırılması və yeni yerlərinin yaradılması əhalinin pul gəlirlərinə müsbət təsir etmiş, 2012–ci ilin doqquz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin pul gəlirləri 8,2 faiz artmışdır.

Sahibkarların dövlət tərəfindən dəstəklənməsi, fəaliyyətlərinə hüquqi, maddi və təşkilati yardımların göstərilməsi, kreditlərlə köməklik edilməsi önə çəkilmişdir. Cari ilin doqquz ayında 24 nəfərə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 293 min manat güzəştli kredit verilmişdir ki, bu da 42 nəfərlik yerinin açılmasını təmin etmişdir.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında dinamik inkişaf təmin olunmaqla ümumi dəyəri 95577,3 min manat olan məhsul istehsal edilmişdir ki, bu da 2011–ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.

Kənd təsərrüfatı bölməsində işin səmərəli şəkildə qurulması, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi, kənd əməkçilərinin texnika ilə təminatı məhsul istehsalının artımına əlavə imkanlar yaratmışdır. Cari ilin doqquz ayında əkin sahələri və çoxillik əkmələrin becərilməsində istifadə edilmiş yanacaqmotor yağlarına görə məhsul istehsalçılarına 1911678,40 manat, mineral gübrələrin güzəştli qiymətlərlə satılmasına görə isə 1057794,65 manat maliyyə yardımı verilmişdir.

2012–ci ilin doqquz ayında rayon ərazisində fəaliyyət göstərən pambıq zavodları əhali və fiziki şəxslər daxil olmaqla 5647 hektarda pambıq toxumu əkilməsinə müqavilə bağlamışdır. 01 oktyabr 2012–ci il tarixə pambıq zavodları tərəfindən 6515 ton xam pambıq tədarük edilmişdir. 2012–ci ilin məhsulu üçün 2011–ci ilin payızında 23737 hektar taxıl əkilmişdir. Bunun 20847 hektarını buğda, 2890 hektarını isə arpa təşkil etmişdir. 2012–ci ildə 20847 hektar buğda sahəsindən 77759,3 ton buğda məhsulu yığılmışdır ki, bu da hər hektardan 37,3 sentner deməkdir. 2890 hektar arpa sahəsinin hər hektarından isə 29,2 sentner olmaqla 8439 ton arpa məhsulu istehsal edilmişdir.

2012–ci ilin doqquz ayında heyvandarlıq sahəsində artım müşahidə edilmişdir.

Mən əvvəlki hesabat yığıncaqlarında, subasmaya məruz qalmış kəndlərin əhalisi ilə olan görüşlərdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər haqqında geniş məlumatlar vermişəm. 2010–cu ildə baş vermiş təbii fəlakətlə əlaqədar vətəndaşlara 521 yaşayış evi tikilmiş və 12 ev tikilir. 81 evdə bərpa–gücləndirmə aparılmış, 3 məktəb binası, Nərimankənd qonaq evi və həkim ambulatoriyası, 2 kənd məscidi əsaslı təmir olunmuş,178 evdən ibarət yeni qəsəbə salınmışdır. Dəymiş ziyanla bağlı 1191 ailəyə 3312443 manat kompensasiya ödənilmişdir.

Təbii fəlakətlə üzləşmiş insanlara böyük diqqət və qayğı göstərən ölkə başçısı cənab İlham Əliyev 2010–cu ildə KürAraz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında 29 mart 2012–ci il tarixdə sərəncam imzalamışdır. Həmin sərəncama əsasən bu istiqamətdə görülən işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir. Hazırda aidiyyəti komissiya ərazi icra nümayəndəlikləri və rayon Fövqəladə Hallar Komissiyası ilə birgə yerlərdə bu sahədə əməli görürlər.

Hesabat dövründə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların və müavinətlərin vaxtında və şəffaf şəkildə vətəndaşlara ödənilməsi nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə rayon icra hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğaclaşmanın başa çatdırılması, istehlak olunan elektrik enerjisi, qazsuyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılması olmuşdur.

Bildiyiniz kimi, 2012–ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İdman ilielan olunmuşbununla bağlı həyata keçiriləcək tədbirlər haqqında dövlət başçısı tərəfindən xüsusi sərəncam imzalanmışdır. Bu gün idmana olan dövlət qayğısı göz önündədir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti ötən ilin may ayının 5–də rayona səfəri zamanı Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı edilən müraciətə necə həssaslıqla yanaşaraq, dərhal may ayının 12–də xüsusi sərəncam imzalayaraq Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi ilə bağlı öz tapşırığını verdi.

İcra başçısı vətəndaşlarla keçirilən səyyar görüşlərdən, onların qəbulundan, sakinlər tərəfindən qaldırılan təkliflərin həyata keçirilməsi, ərizə və şikayətlərdə göstərilən narazılıqların aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verib, əhalinin aztəminatlı hissəsinə dövlət qayğısı barədə ətraflı danışıb, regionların sosialiqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin konkret olaraq Saatlı rayonunda həyata keçirilməsi barədə qarşıda duran vəzifələrdən bəhs etdi.

 

 

Tofiq HÜSEYN

 

Respublika.- 2012.- 25 noyabr.- S. 3.