Aqrar sahəyə qayğı məhsul bolluğunun təminatıdır

 

Qədim Ərəş mahalı – Ağdaş ölkəmizin inkişaf etmiş aqrar rayonlarından biridir. Son illərdə rayonun iqtisadiyyatında önəmli yer tutan kənd təsərrüfatı məhsullarının həcmi əvvəlki illərlə müqayisədə xeyli çoxalmış, aqrar sektorun inkişafı üçün lazımi tədbirlər həyata keçirilmişdir. Həmsöhbətimiz Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müaviniaqrar məsələlər şöbəsinin müdiri Fərhad Abdullayev son aylarda görülmüş işlərdən danışarkən qeyd etdi ki, aqrar sahənin inkişafı ilə bağlı ildən–ilə məqsədyönlü tədbirlərin həyata keçirilməsi, fermerlərə güzəştli kreditlərin ayrılması məhsul istehsalının artmasına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanların yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmuşdur.

 

2012–ci ilin məhsulu üçün 15908 hektar sahədə taxıl əkilmişdir. Əkilən sahənin 10527 hektarı buğda, 5381 hektarı arpadır. Əkilmiş sahələrdən 28107 ton buğda 26,7 sentner, 141452 ton arpa 26,3 sentner istehsal olunmuşdur. Cəmi 18485 hektar dənli dənli–paxlalı bitkilərdən 42259 ton 26,6 sentner məhsul istehsal olunmuşdur.

Tərəvəzçiliyin inkişafi rayonda geniş yayılmışdır. İqlim şəraiti tərəvəzin digər bölgələrə nisbətən 25–30 gün faraş yetişməsinə, tərəvəz sahələrindən ildə iki dəfə (yazlıq payızlıq) məhsul götürülməsinə imkan verir. Müasir bazar şəraitində tərəvəzçiliyin inkişafı aqrar sahədə önəmli yer tutur. Belə ki, rayonda istehsal olunan tərəvəz məhsullarına MDB ölkələrində yüksək tələbat vardır. 2012–ci ilin məhsulu üçün əkilmiş 4369 hektar tərəvəz sahələrindən 66012 ton 151,1 sentner məhsul yığılmışdır. 1320 hektar dən qarğıdalısı sahəsindən 8562 ton 64,9 sentner, 1186 hektar kartof sahəsindən 17429 ton 147 sentner, 1525 hektar bostan sahəsindən 22680 ton 148,7 sentner məhsul yığılmışdır.

Öz çəkisinə görə xüsusi yer tutan sahələrdən biri meyvəçilikdir. 17536 ton meyvə yığılmış yığım davam erdirilir.Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007–ci il tarixli sərəncamının Nazirlər Kabinetinin 15 fevral 2007–ci il tarixli, 32 saylı qərarı ilə təsdiq edilmişKənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi QaydalarıAqrolizinqAçıq Səhmdar Cəmiyyəti digər hüquqi fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydalarının icrasına uyğun olaraq rayon komissiyası bütün yaşayış məntəqələrində kənd ictimaiyyətinin iştirakı ilə iclaslar keçirmiş, həmin iclaslarda məhsul istehsalçılarına qaydalar izah edilmişdir. 2012–ci ilin 10 ayında 794591 ton güzəştli qaydada gübrə satılmışdır.

2012–ci ilin 10 ayında Bakı şəhərində keçirilən yarmarkaya çeşidli keyfiyyətli kənd təsərrüfatı məhsullarının göndərilməsi üçün bir sıra təşkilati tədbirlər görülmüşdür. Şənbə bazar günləri istehsal olunan məhsulların yarmarkaya aparılması üçün nəqliyyat problemləri həll edilmişdir. Fermerlər tərəfindən yarmarkaya 85 tona yaxın keyfiyyətli ucuz qiymətlərlə müxtəlif növ kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Yarmarkada satılan məhsulların qiyməti bazar qiymətlərindən 25–30 faiz aşağı olmuşdur. Bu yarmarkanın təşkili həm alıcıları, həm fermerləri razı salmışdır. Bu sahədə görülən işlər davam etdirilir.

Özəl bölmədə ən sürətli inkişaf edən sahə heyvandarlıqdır. Rayonda 77180 baş iribuynuzlu mal–qara mövcud olmuşdur ki, onun da 35710 başı ana maldır. Hazırda 94455 baş xırdabuynuzlu heyvan vardır. Ət istehsalı (diri çəkidə) 8431,9 ton, süd 30013,8 ton, yumurta 9,721 ədəd olmuşdur.

Baytarlıq idarəsində təsdiqlənmiş planına əsasən baytarlıq sahəsində epizootik tədbirlərin yerinə yetirilməsi vəziyyəti müzakirə olunmuş, insan heyvan üçün təhlükəli olan infeksion xəstəliklərinə qarşı mübarizə işinin aparılması nəzərdə saxlanılmışdır.

Rayon baytarlıq idarəsi baytar mütəxəssisləri 10 ayda qarayara xəstəliyinə görə 1550 baş plana qarşı 1616 baş təkdırnaqlı, 74600 baş plana qarşı 75892 baş iribuynuzlu 90000 baş plana qarşı 90929 baş xırdabuynuzlu heyvanlar, dabaq xəstəliyinə görə 74600 baş plana qarşı 751124 baş iribuynuzlu, 90000 baş plana qarşı 45891 baş xırdabuynuzluda peyvəndləmə aparılmışdır. Brusellyoz xəstəliyinə görə 27000 baş plana qarşı 28756 baş iribuynuzlu heyvanlardan, 3000 baş plana qarşı 3030 baş qoçlardan qan nümunələri götürülərək rayon baytarlıq–diaqnostika kabinetinə Göyçay Rayonlararası Zona Baytarlıq Laboratoriyasına göndərilmişdir.

2012–ci ilin on ayında 13782 hektar herik şumu, 4324 hektar qış şumu aparılmışdır.

2013–cü ilin məhsulu üçün 10467 hektar taxıl əkilmişdir ki, ondan 5140 hektarını buğda, 4880 hektarını arpa təşkil edir.

Hazırda rayonda Kənd Təsərrüfatı Nazirliyində qeydiyyatdan keçmiş 9 nəfər süni mayalandırıcı texniki vardır. 2012–cu ilin 10 ayda 1915 baş inək camışlarda süni mayalanma aparılmış. 1189 baş bala alınmışdır.

AqrolizinqAçıq Səhmdar Cəmiyyətinin filialı olan Ağdaş Aqroservisin balansında olan texnikalar fermerlərə xidmət göstərilməsi məqsədilə qrafikə uyğun olaraq bölünmüşdür. Rayon toxum müfəttişliyi fəaliyyətini rayonda yüksək məhsuldar reproduksiyalı toxumların artırılmasına genişləndirilməsinə yönəltmişdir. İdarənin yaxından köməkliyi sayəsində kənd təsərrüfatında əkiləcək dənli, dənli–paxlalı, tərəvəz bitkiləri müfəttişliyin laboratoriyasında yoxlanılaraq əkinəyararlılığı barədə istehsalçılara məlumat verilmişdir. Laboratoriya ilboyu fəaliyyət göstərir. Əkilməsi nəzərdə tutulan toxumlar analizdən keçirilir. Payızlıq bitki toxumlarının keyfiyyətli yüksək kondisiyalı olması üçün onlara lazımi köməklik göstərilir. Rayonun kənd təsərrüfatına yararlı olan torpaq sahələrinin hamısı suvarılan sahə olduğundan ilin əvvəlindən suvarma şəbəkələrinin görəcəyi işlər planlaşdırılmışdır. Odur ki, kənd təsərrüfatı əkinlərinin suvarılmasında heç bir problem yoxdur.

Aqrokimya laboratoriyası tərəfindən 2012–ci ilin 10 ayında rayon ərazisində əhalinin pay torpaqlarından 464,82 hektar nümunələr götürülmüşdür.

Ağdaş Meşə Mühafizəsi Bərpası Müəssisəsi tərəfindən 2012–ci ilin on ayı ərzində 96 hektar sahədə torpaq hazırlıq işləri aparılmışdır. Meşə ərazisində meşə–bərpa tədbirlərinin genişləndirilməsi məqsədilə yaz mövsümündə 40 hektar sahədə meşə əkini əkilmiş, 1,95 hektar sahədə səpin aparılmış, 1,0 hektar sahədə kökləndirmə şöbəsi salınmış, toxmaçarları böyütmək məqsədilə 2,35 hektar sahədə böyütmə şöbəsi yaradılmışdır. 2900 hektar sahədə əkinlərin suvarılması aparılmışdır. Məktəblərə, xəstəxanalara, bağçalara, şəhid ailələrinə müharibə veteranlarına verilməsi üçün 783 kubmetr oduncaq ayrılmışdır.

10 ayda Pirəzə Mexaniki Suvarma İdarəsi tərəfindən 63906.0 kubmetr su verilmiş, ayrıc nöqtəsindən 51764.0 kubmetr su, sahəyə 38823,0 kubmetr su verilmişdir. Təkrar ötürmə ilə 42361.0 kubmetr su verilmiş, üst–üstə artımla 35090.0 hektar sahə suvarılmışdır. İdarənin balansında olan 69,63 km təsərrüfatlararası 344 km təsərrüfatdaxili kanallar vardır. 270 km lildəntəmizləmə işləri aparılmışdır.

Ağdaş Suvarma Sistemləri İdarəsi tərəfindən 2012–ci ildə daşqın selə qarşı mübarizə tədbirləri çərçivəsində Türyancay cayında mexanizmlər vasitəsilə 33 min kubmetr, Türyancay qəsəbəsi yaxınlığında sahilin yuyulmasının qarşısını almaq üçün 37 min kubmetr, Gürcüva kəndi yaxınlığında 25 min kubmetr çay məcrasının tənzimlənməsi işi aparılmış, 453 kubmetr suvarma arx kanallarda lildəntəmizləmə işləri həyata keçirilmişdir.

Aqrar məsələlər şöbəsi hazırlanmış tədbirlər planının icrasına uygun olaraq aqrar sahənin inkişaf etdirilməsində torpaq mülkiyyətçiləri fermerlərlə işgüzar əlaqələr yaradacaq onların üzləşdikləri problemlərin aradan qaldırılmasında bundan sonra da yaxından köməkliklər göstərəcəkdir.

 

 

Söhbəti yazdı: İlham PƏNAHOV

 

Respublika.-2012.- 28 noyabr.- S. 6.