Nəqliyyat xidməti
daha yaxşı olmalıdır
Vaxtilə
sükan arxasında əyləşib idarə
etdiyi nəqliyyat vasitəsilə əhaliyə
xidmət göstərəndə heç
xəyalına belə gətirməzdi ki,
sonralar özü yol nəqliyyatında minik
və yük avtomabillərinin hərəkət
fəaliyyətinə nəzarət edənlərdən biri olacaq. Ali təhsilli
nəqliyyatçı diplomunu alanda yiyələndiyi ixtisas
bəlkə də özündən asılı olmayaraq onu sənətə
yönəltdi. Nəhayət, Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil
Xidmətinin Şəki Regional şöbəsinin
məsləhətçisi vəzifəsinə kimi çəkib gətirdi. Əlbəttə,
xəyalına gəlməsə də, ürəyində istəyi,
arzusu vardı bu sahəyə.
Elə ürəyinin səsi, bir də sevib–seçdiyi peşəyə
məhəbbətdir ki, haqqında
söhbət açdığımız Samir
Hüseynovu bu gün sürücülərə də, hətta
xidməti ərazinin ünvanı olan Zaqatala və Balakən camaatına sevdirən,
bir sözlə, hamının hörmətlisinə
çevrilən. Bizi də bu ünvana haqqında eşitdiyimiz xidmət işçisi
barədə yazmağa səsləyən
də bu oldu.
Onunla Zaqatalada iş üstündə görüşdük. Söhbətimizin əvvəlində dedi ki, əsas vəzifələri müvafiq inzibati ərazidə avtomobil nəqliyyatı sisteminin idarə edilməsi və tənzimlənməsi, həmçinin Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları sahəsində vahid dövlət siyasətinin və nəzarətinin həyata keçirilməsidir. Bununla əlaqədar xüsusi əsasnaməmiz var. Həmin əsasnamədən, eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasından, müvafiq qanunlardan, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Respublika Nazirlər Kabinetinin qərarlarından, həmçinin digər müvafiq dövlət sənədlərindən irəli gələn vəzifələr fəaliyyətimizin ana xəttini təşkil edir.
Həmsöhbətim onu da vurğuladı ki, fəaliyyətinin düzgün tənzimlənməsində, nümunəvi xidmətlərlə həm dövlətin həm də nəqliyyatçıların mənafeyinin gözlənilməsində, bütün bunlarla yanaşı, xidməti ərazilərində “Azərbaycan Respublikasının Sosial İqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurla icra olunmasında bu sahənin də yaxından iştirakının təmin olunmasında regional şöbənin, onun rəhbəri Anar Səfərlinin məqsədyönlü istiqaməti böyük rol oynayır. Başqa sözlə onlara həmişə uğur qazandırır.
Yuxarıda qeyd olunanların təkcə Zaqatala rayonu üzrə konkret faktlarla təhlilini versək bunu aydın görərik. Qeyd edək ki, yalnız Zaqatala rayonunda 85 sərnişin, 100–dən çox yükdaşıma nəqliyyatı, 65 taksi xidməti fəaliyyət göstərir. Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını həyata keçirən daşıyıcılar onların müraciəti əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşımaların müvafiq, növünə xüsusi razılıq, yəni lisenziya verilməsi diqqət mərkəzində saxlanılır. Eyni zamanda sözügedən qurumun xidmət işçiləri xüsusi razılıq şərtlərinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən əməl olunmasına ciddi nəzarət olunur. Buna görə də xüsusi razılığı olanlar tərəfindən rüsumların vaxtlı–vaxtında ödənilməsi təmin olunur. Diqqətçəkən ən mühüm amillərdən biri də odur ki, yük və sərnişindaşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən təsdiqlənmiş norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ–hüquqi aktlarına riayət olunmasına nəzarət qətiyyən unudulmur. Bu zaman təhlükəsizlik tədbirlərinə ciddi riayət olunmasına bir nömrəli iş kimi yanaşılır. Samir Hüseynov söhbət əsasında bildirdi ki, yuxarıda qeyd olunanların icra vəziyyəti vaxtaşırı keçirilən yoxlama və reydlər zamanı iş üstündə aşkarlanır, işdə nöqsan və çatışmazlıqlara yol verənlər haqqında lazimi tədbirlər görülür. Müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla 3 aydan bir müqavilə bağlanılır. Belələri 85 nəfərdir. Son vaxtlar aparılan yoxlamalar və reydlər zamanı 10–a yaxın sərnişin avtobusu yeni marşrut tipli avtobuslarla dəyişdirilmişdir. İstismar müddətini başa vuran köhnə, təmirə ciddi ehtiyacı olan maşınlara fərqlənmə nişanları verilmir.
Haqqında söhbət gedən regional xidmət sahəsinin fəaliyyətinin bir üstünlüyü də odur ki, məhz onların vasitəsilə lisenziyalaşdırılmış nəqliyyat vəasitələrinin texniki müayinəsi həmin nəqliyyat vasitələrini idarə edənlərin tibbi müayinədən keçməsi təşkil olunur. Bu tələblərə riayət etməyənlərin fəaliyyəti dayandırılır və tapşırıq icra olunur.
Avtobus və taksi dayanacaqlarının yerinin müəyyən edilməsində iştirak etmək, müvafiq qaydalara uyğun olaraq yerli marşrutların açılması, mövcud marşrutların bağlanması, dəyişdirilməsi, paralel marşrutların ləğv olunması barədə tədbirlər görmək, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətlərinin təmin edilməsi, mövcud tariflərə gediş haqlarının tətbiq qaydalarına riayət olunmasına nəzarət də daim diqqət mərkəzində saxlanılır.
Yuxarıda qeyd
etdiyimiz kimi ərazidə
olan rayonların əlaqədar
qurumlarının regionlıarın sosial–iqtisadi inkişafı ilə əlaqədar
Dövlət Proqramından irəli gələn vəzifələrin
icrasında da sözügedən xidmət
sahələrinin özlərinə aid olan bu və ya digər köməklikləri də unudulmur. Söhbət əsasında məlum oldu ki, Samir
Hüseynovun, həmçinin Şəki regional şöbəsinin bu
sahədəki fəaliyyətindən elə Zaqatala
rayonunda razılıqla
danışırlar. Son vaxtlarda
baş verən təbii fəlakətin–zəlzələnin
vurduğu ziyanların aradan
qaldırılmasında, həmçinin rayonun
hər hansı bir sahəsində
aparılan tikinti–quruculuqda
onların köməyi də böyük
rol oynayır. Yuxarıda qeyd olunanların hamısının bölgədə
olan Balakən, Qax
rayonlarında da eyni qaydada icra olunması,
ümumilikdə isə ölkəmizdə nəqliyyat xidmətinin
günün tələbləri səviyyəsində
təşkili üçün
görülən tədbirlər sözügedən xidmət
sahələrinin fəaliyyətinin lazimi
səviyyədə qurulduğunu təsdiq
edir. İşiniz uğurlu, fəaliyyətiniz daha
səmərəli olsun deyib
həmsöhbətimdən ayrıldım.
Rasim AMANOV
Respublika.- 2012.- 28 noyabr.- S. 6.