Misir Mədəniyyət Mərkəzində
tədbir
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin (Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi) və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi ictimai birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Uşaq Günü və dahi Azərbaycan şairi şeyx Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
“Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi ictimai birliyinin sədri Aygün Zamanlı Misir–Azərbaycan dostluğundan danışmış və dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin dünyanın əksər ölkələrinin dillərinə tərcümə olunaraq sevilə–sevilə oxunduğunu bildirmişdir.
Anadolu Türk Liseyinin direktoru Əlibəy Demirəl, AYB–in mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu, “Şəhid anaları” xeyriyyə mərkəzinin sədri Rəfiqə Əsgərova, Bakı milyonçusu Ağa Musa Nağıyevin varisi Dilarə Nağıyeva, AzTV Qapalı Səhmdar Cəmiyyətinin müxbiri İlahə Aslanova, Qarabağ müharibəsi veteranı, “Zəngəzurun səsi” qəzetinin təsisçisi və baş redaktoru Yavər Nağıyev, şair Şərafət Dağıstanlı, Telman Dəmir, jurnalistlərdən Rauf Allahverdiyev, Bayram Afurcalı, Tahir Cəfərov, Əlövsət Qasımov və başqaları çıxış etmişlər.
Nərimanov rayon 210 saylı orta məktəbin şagirdləri Nizami Gəncəvinin şeirlərini söyləmiş, Şuşa Musiqi Kollecinin şagirdləri isə rəngarəng musiqi proqramı ilə çıxış etmişlər.
Tədbirin sonunda Misir Mədəniyyət Mərkəzinin rəhbəri
Mustafa Abou Zeid iştirakçılara təşəkkürünü
bildirmiş və bir qrup şagirdlərə və jurnalistlərə
fəxri diplomlar təqdim etmişdir.
Rauf İlyasoğlu,
Respublika.- 2012.- 30 noyabr.- S. 6.