Quba unikal turizm məkanıdır

 

Bağlar diyarının əsrarəngiz zəngin təbiəti, əlverişli coğrafi mövqeyi, saf, sərin havası turizmin inkişafı üçün geniş imkanlar açır. Yay aylarında respublikanın müxtəlif guşələrindən, xarici ölkələrdən adamlar dincəlməyə səfalı Qəçrəşə, Xınalığa, Afurcaya, Uzunmeşəyə, Nazlı bulağa, Təngə dərəsinə, Minarəyə üz tutur, füsunkar təbiətdən zövq alaala doyunca dincəlirlər. Bu istirahət guşələrində onlara hər cür xidmət imkanları olan müasir turizm mərkəzləri xidmət edir. Əvvəlki illərdən fərqli olaraq rayonda turizmin təşkilində pərakəndəlik aradan qalxıb. Rayonda fəaliyyət göstərən Turizm İnformasiya Mərkəzi bu sahədə işləri əlaqələndirir, turistlərin məlumatlandırılması və düzgün istiqamətləndirilməsini təmin edir. Mərkəzin direktoru Murad Hacıyev rayonda turizmin təşkili istiqamətində görülən tədbirlərdən danışır: “Quba TİM 2008–ci ildən fəaliyyət göstərir. Yerlixarici turistlərin marağını öyrənmək, istirahət mərkəzləri ilə onların əlaqələrini yaratmaq, çevikişgüzar münasibətlər qurmaq əsas vəzifəmizdir. İşin daha səmərəli təşkili məqsədi ilə mərkəzin internet saytı yaradılmış, saytda rayonun turizm obyektləri haqqında kifayət qədər məlumat yerləşdirilmişdir. Mütəxəssislərimiz otel sahibləri ilə xüsusi görüşlər keçirir, onlara öz təklif və tövsiyələrini verirlər. Bundan əlavə, gələn turistlərin rayon barədə geniş məlumatlandırılması üçün tərəfimizdən açıqçalar, bülleten, tur paketlər hazırlanmışdır. Hazırda turistlərə “Quba–Xınalıq”, “QubaAfurca” istiqamətində tur paketlər təklif olunur. Yeni yaradılmış “Quba–Ləzə” turist marşrutu üçüntur paketbu yaxınlarda hazır olacaqdır. Tur paketlər hər bir turistə öz istəyinə və marağına görə təklif olunur.

Tərəfimizdən rayonda fəaliyyət göstərən hər bir otel siyahıya alınır və onun haqqında məlumat toplanılır. İndiyə kimi rayonda 45–ə yaxın mehmanxanamehmanxana tipli obyekt qeydə alınmışdır. 20–yə yaxın belə obyekt Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziyaxüsusi razılıq əsasında fəaliyyət göstərir. Belə obyektlərin sayı artmaqdadır. Qeyd edək ki, rayonda standartlara cavab verən xeyli istirahət kompleksi vardır. 4 ulduzlu “Cənnət bağı”, “Retro”, “Sağlamlıq Bərpa Mərkəzi”, “Quba Olimpiya Mərkəzi”, “Terrace”, “Nazlı bulaq” və sair müasir istirahət kompleksləri turistlərin xidmətindədir.

Rayonda eko–turizmin inkişafına da diqqət yetirilir. İstirahət mərkəzləri olmayan dağ kəndlərində turistlər kənd sakinlərinin istəyinə əsasən onların evlərində qalır. Onu da deyək ki, turizmin inkişafı bu ərazilərin iqtisadi–mədəni həyatına da öz müsbət təsirini göstərir. Kənd sakinləri uzun məsafə qət edib, istehsal etdikləri nemətləri bazara çıxarmadan yaşadıqları ərazidə, yol kənarlarında sata bilirlər. Turistlər dağ havasında yetişən təbii, ekoloji təmiz ərzaq məhsullarına daha çox üstünlük verirlər.

Qədim Qubanın gəzməli, görməli yerləri çoxdur. Rayona gələn turistlərin ən çox maraqlandığı dağlar qoynunda yerləşən əfsanəvi Xınalıq kəndidir. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən bu kənd dünyada unikal yaşayış məskənidir. Turistlər 58 kilometr yol qət edərək mütləq bu kəndə getmək istəyirlər. Mütəxəssislərimiz Xınalığa getmək istəyən turistləri istiqamətləndirir, onlara lazımi məlumatlar verirlər. Bəzi turistlər, hətta, Xınalıqdan 7–8 kilometr yuxarıda yerləşən Atəşgaha da getməyi qərara alırlar.

Qubaya gələn qonaqlar son vaxtlar simasını tamamilə dəyişmiş, gözəlləşmiş şəhəri gəzir, onun yenidən qurulmuş parklarında dincəlir, tarix–mədəniyyət abidələri ilə tanış olurlar. Onlar 16–cı əsrdə tikilmiş məqbərə, 19–cu əsrə aid “Cümə”, “Səkinə xanımməscidi, Çuxur hamam kimi tarixi abidələrə maraqla tamaşa edirlər. Turistlər həmçinin A.Bakıxanov adına tarix–diyarşünaslıq muzeyində zəngin eksponatlarla tanış olur, 2007–ci ildə aşkarlanmış Quba məzarlığını ziyarət edirlər. Rayona gələn qonaqlar təbiət abidələrinə böyük maraq göstərirlər. Təxminən 75–80 metr hündürlükdən, sıldırım dağın başından tökülən məşhurAfurca şəlaləsi,” qeyri–adiliyi ilə seçilən Qudyal çayının üzərindəkiMinarə turistlərin çox maraq göstərdiyi təbiət abidələrindəndir. Ümumiyyətlə, rayonda 60–dan çox belə təbiət abidəsi mövcuddur.

Rayona üz tutan turistlər yerli xalq sənətkarlığının nümunələrinə böyük maraq göstərirlər. Onlar gözoxşayan, zərif, əlvan naxışlı, məşhurQollu Çiçi”, “Ağgül Çiçi”, “Qonaqkənd”, “Qımılxalçalarına baxmaqdan doymurlar.

Bildiyiniz kimi, Mədəniyyət Turizm Nazirliyi tərəfindən 2012–ci ildə QubaAzərbaycanın sənətkarlıq paytaxtıelan edilib. Bu işdə əsas məqsəd yerli xarici turistlərə qədim sənətkarlıq nümunələrini nümayiş etdirmək, yerli beynəlxalq tədbirlərdə turistləri rayonumuza cəlb etməkdir.

Həmişə qonaqlı–qaralı Qubanın istirahət mərkəzlərində respublikamızın hər yerindən, həmçinin Avropanın bir çox ölkələrindən, qonşu Türkiyə Rusiyadan hər gün minlərlə adam dincəlir. Onlar bu gözəl məkanda istirahətlərindən razılıq edirlər.

 

 

Ziyafəddin BAYRAMOV

 

Respublika .-2012.- 2 sentyabr.- S. 4.