| “Ağabəyovlar” bədii serialının təqdimatı keçirilib

 

NizamiKino Mərkəzində “Ağabəyovlar” bədii serialının ilk seriyasının nümayişindən sonra mətbuat otağında ANS Müstəqil Yayım və Media Şirkətinin “Bakı Film” Kinostudiyası tərəfindən istehsal edilmiş filmə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Qeyd edək ki, serial Azərbaycan Respublikası Prezidentinin maliyyə dəstəyilə çəkilir.

Təqdimatda serialın quruluşçu rejissorussenari müəllifi Vahid Mustafayev, baş prodüseri Mirşahin Ağayev, ANS Müstəqil Yayım və Media Şirkətinin kreativ direktoru Antye Dombrovski və “Ağabəyovlar” bədii serialının çəkiliş heyəti iştirak etmişdir.

Amerika Birləşmiş Ştatlarının Televiziya seriallarının ulduzu (“Santa Barbara”, “General hospital”, “Day’s of our life”, “Dallas” və s.), Tennesi Şekspir Festivalının bədii rəhbəri Leyn Hant Deyvis xüsusi qonağı idi. O, 5 il Santa Barbarada Meyson Kepvıl rolunun misilsiz ifaçısı olub, 1100–ə yaxın serialda çəkilib.

Mətbuat konfransı zamanı serialın süjeti, çəkiliş qrupu, aktyor heyəti çəkilişlər haqqında ətraflı məlumat verilmiş, həmçinin mətbuat işçilərinin serial haqqındakı sualları cavablandırılmışdır. Qeyd edilmişdir ki, “Ağabəyovlardörd ailənin dörd fərqli, lakin bir–birilə sıx bağlı olan əhvalatı üzərində qurulmuş ilk gerçək televiziya dramıdır. Tanınmış müxtəlif saxta yollarla özünə sərvət toplamış Ağabəyovlar ailəsinə məxsus kabinetdə, daha doğrusu, onların yaşadığı malikanənin kabinetində müəmmalı qətl hadisəsi baş verir. Ailənin başçısı İldırım Ağabəyovun oğlu Farik naməlum şəraitdə qətlə yetirilir. Bu qətldə təqsirli bilinən, qonşuluqda yaşayan Rüstəm Əhmədovun oğlu ən əsası İldırımın kiçik qızı Ləmanın sevgilisi Murad həbs olunur. Beş il ötür əfv fərmanı ilə Murad azadlığa buraxılır, yaşadığı qəsəbəyə qayıdır. Yenicə nişanlanmış Ləmanın ümumilikdə bütün Ağabəyovların həyatı bundan sonra dəyişirİldırım qızının taleyinə görə istənilən addımı atmağa hazırdır, lakin onu narahat edən başqa bir səbəb var. Ağabəyovların evində xidmətçi işləyən Zöhrənin qızı Nərmin itirdiklərini qaytarmağa hazırlaşırİldırımın böyük oğlu Kamranın hadisələrə müdaxiləsi qaçılmazdır.

Bu televiziya serialının digər qəhrəmanları isə zadəgan sinfindən olan Atakişiyevlərdir. Var–dövlət baxımından müəyyən qədər Ağabəyovlara uduzsalar da, əsilzadə kökləri onların yeganə qürur mənbəyidir. Ağabəyovlar ailəsində qalmaqal yaşandığı ərəfədə İlyas Atakişiyevin həyat yoldaşı Dilbər uzunsürən ayrılıqdan sonra yenidən evinə qayıdır. Lakin Dilbəri doğma evində qızı Samirə qayınanası Mina Soltan xanım heç isti qarşılamırlar

ANS şirkətlər qrupunun prezidenti, eyni zamanda Ağabəyovlar serialının ssenari müəllifi Vahid Mustafayev çıxışındaAğabəyovlarserialına maliyyə dəstəyinə görə dövlət başçısı İlham Əliyevə öz təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, 100 seriyadan ibarət olan serial cəmiyyətimizin aynası olacaqdır. Serialda həm teatr, həm kino aktyorları rol alıb. Serialdakı mənzil səhnələri dekorasiya olmaqla, professionallar tərəfindən işlənmişdir.

 

 

Samir Zeynalov

 

Respublika .- 2012.-  20 sentyabr.- S.8.